Məhkəmə qərarları › İş №2(102)-2164/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2164/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2164/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Əliyev) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış E-16/18 nömrəli öhdəliklərin verilməsi barədə müqavilənin ləğv edilməsi, əsas borc üzrə 7500 manat, öhdəlik komissiyası üzrə 637,5 manat, əməliyyat komissiyası üzrə isə 37,5 manat, dəbbə pulu üzrə 75 manat olmaqla, ümumilikdə 8250 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətindəki **-NK-*** qeydiyyat nişanlı, “Dodge Durango” markalı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi, əldə edilmiş vəsait yetərli olmadığı halda, qalan məbləğin Cavabdeh1 MMC-n in əmlaklarının hesabına tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), A.İmanov və V.Sadıqov, 2(103)12893/2019 saylı mülki iş) hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1833/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanımışdır. İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə aralarında bağlanmış E-16/18 nömrəli Öhdəliklərin verilməsi müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən əsas borc üzrə 7500 manat, öhdəlik komissiyası üzrə 637,5 manat, əməliyyat komissiyası üzrə isə 37,5 manat, dəbbə pulu üzrə 827,5 manat olmaqla, ümumilikdə 9002,5 manat və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MMCdən tutulması, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki **-NK-*** qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobilə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 MMC-nin iddiaçıya olan əsas borcu, öhdəlik komissiyası və əməliyyat komissiyası, dəbbə pulu da daxil olmaqla, həmçinin dövlət rüsumunun (o cümlədən 10 manat dövlət rüsumu) ödənilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, Cavabdeh1 MMC-nin başqa əmlaklarının satışı hesabına icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlill əri: Ona məxsus olan **-NK-*** qeydiyyat nişanlı, “Dodge Durango” markalı avtomobil qanunsuz olaraq girov qoyulmuş “İddiaçı" MMC-nin hesabına ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 MMC 15.000 (on beş min ) manat kredit götürmüşdür. Həmin 15.000 (on beş) min manatını 7.500 (yeddi min beş yüz) manatını İddiaçı MMC-yə qaytarmış, yerdə qalan 8.000 (səkkiz min) manat borcun müqabilində isə əsassız olaraq şişirdilmiş fazlər əsasında İddiaçı MMC- yə 9.500 (doqquz min beş yüz) manat borcun olduğu göstərilmiş və həmin borcun ödənilməsi ona məxsus olan avtomobilə yönəldilmiş, avtomobilin açıq hərracda satılması və əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, əldə edilmiş vəsait yetərli olmadığı halda, qalan məbləğin Cavabdeh1 MMC-nin əmlaklarının hesabına tutulması göstərilmişdir. Faktiki olaraq onun İddiaçı” MMC- yə 7.500 (yeddi min beş yüz) manat borcum qalmışdır. Prosessual məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya in stansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və digər cavabdeh mübahisələndirmədiyindən qətnamə Cavabdeh2 qarşı iddianın təmin edilmiş hissəsi yoxlanılmalıdır. Müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış “Aviadaşımaların satış hüququnun verilməsinə dair” xx.xx.2018-ci il tarixli, 67 nömrəli müqaviləyə əsasən, “xxxx” MMC mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını Cavabdeh1 MMC-yə vermiş, Cavabdeh1 MMC isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğləri “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliklərin təminatı kimi ipoteka predmeti olan avtomobil ipoteka ilə yüklü edilmiş və yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. Öhdəliklərin verilməsi haqqında, xx.xx.2018-ci il tarixli, E-16/18 nömrəli müqaviləyə əsasən, İddiaçı MMC kreditorun Cavabdeh1 MMC-yə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul borcunu ödəmiş, Cavabdeh1 isə Sazişdə göstərilən müddətdə və məbləğdə hissə-hissə maliyyələşdirmə məbləğini və öhdəlik komissiyası, əməliyyat komissiyası və digər komissiyaları ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin əsas borc üzrə 7500 manat, öhdəlik komissi yası üzrə 637,5 manat, əməliyyat komissiyası üzrə isə 37,5 manat, dəbbə pulu üzrə 827,5 manat olmaqla, ümumilikdə 9002,5 manat borcu vardır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2 və 467-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi hissəsində əsaslıdır və təmin olunmalı, həmçinin tələb olunan cəriməni qeyri-mütənasib hesab edərək, 75 manata azaltmışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh2 edilmiş ödənişlər nəticəsində daha az borcunun qalması barədə heç bir sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəfləri n münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar