Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2169/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsi, əqdin ləğv edilməsi, subyektiv hüququn olması, şəxsin məhkəmə müdafiəsi hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-276/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməs indən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavavdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı övladlarıdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********97-10301 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Astara rayonu, Maşxan kəndində ümumi sahəsi 87,5 kv. metr olan ev və 0.44 ha torpaq sahəsi ½ hissə ilə Cavabdeh3 və ½ hissə ilə Cavabdeh1 məxsusdur.
3. X3, Cavabdeh3 və Cavabdeh1 onlara paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu Maşxan kəndində yerləşən ümumi sahəsi 87,5 kv. metr olan fərdi yaşayış evinin satılmasına razılıq verməsinə dair notarial qaydada təsdiq edilmiş ərizə imzalamışlar.
4. Lənkəran rayon u 1 saylı Notariat kontorunda rəsmiləşdirilmiş, AN-İ N ******* nömrəli, 25 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh3 və Cavabdeh1 onlara mülkiyyət hüququ ilə məxsus paylı mülkiyyət olan Astara rayonu Maşxan kəndində yerləşən 0.44 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 87,5 kv.metr olan fərdi yaşayış evini və Cavabdeh3 ona mülkiyyət hüququ ilə məxsus olan 0.22 ha sahəsini alıcı Cavabdeh2 Xoşəmir oğluna satmışlar.
5. Astara rayonu, Maşxan kəndində yerləşən ümumi sahəsi 0.22 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 Xoşəmir oğlunun mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********97-10301 reyestr nömrəli çıxarış verilmişdir.
6. Cinayət işinin başlanılmasının r ədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə Astara rayonu, Maşxan kənd sakini İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir.
7. Tərəflər arasında daha əvvəllər aşağıda qeyd olunan məhkəmə mübahisəsi olmuşdur: - Astara Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(018)-1134/2021 saylı qətnaməsi ilə İddiaçı oğunun Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(106)-373/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(018)-1134/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmə dən saxlanılmışdır.
8. Həmin iş üzrə icraat materiallarında olan sənədlərə əsasən (DƏDRX tərəfindən 12 iyun 2019-cu ildə verilmiş **********55-10301 reyestr nömrəli çıxarış) mübahisəli Astara rayonu Maşxan kəndində yerləşən 87.50 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə X1 tam olaraq, həmin evin yerləşdiyi 0.44 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında X3, Cavabdeh3 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olduğu, İddiaçı tərəfindən 20 iyun 2019-cu il tarixdə notariat ofisinə verilmiş ərizəyə əsasən sonuncu arvadı X2 mülkiyyətində olan həmin fərdi yaşayış evi və torpaq sahəsinin bağışlanmasına etiraz etmədiyi, 20 iyun 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə ə sasən hədiyyə verən X4 tərəfindən xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə ona məxsus olmaqla Astara rayonu Maşxan kəndində yerləşən 87.50 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.44 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindəki payının hər birinə ½ hissədə olmaqla qızları Cavabdeh1 və Cavabdeh3 bağışlandığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu 1 saylı Notariat kontoru tərəfindən 25 yanvar 2023-cü il tarixdə Astara rayonunun Maşxan kəndində yerləşən 2 otaqlı, 1 mətbəxli və 2 şüşəbənd koridoru (cəmi sahəsi 87,5 kv.m) olan evə 0,22 hektar tor paq sahəsinə Cavabdeh3 və Cavabdeh1 ilə Astara rayonun Hamoşam kənd sakini Cavabdeh2 Xosamir oğlu arasında bağlanan AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Maşxan kənd sakini X4 ilə rəsmi nikaha girdikdən sonra həmin vaxt onların yaşadığı evə köçmüşdür və orda yaşamışdır. Yaşadığı dövrdə həmin ev köhnə olduğu üçün evdə tikinti işləri aparıb, evi yeniləmişdir. Birgə nikahlarından Fəridə və Pərvanə adlı qızları olmuşdur. Qızları hazırda onun yaşadığı evdə yaşayırlar. Qeyd etmişdir ki, qızları onun qocalığından sui-istifadə edərək, aldatma yolu ilə, razılığı olmadan alqı-satqı edərək, həmin evi Astara rayon Toradi kənd sakini olan Cavabdeh2 12.000 manata satmışlar. O nu Astara rayon Təngərüd kənd İcra Nümayəndəliyinə aparıb, savadsız olduğu üçün ona hiss etdirmədən sənədlərə imza etdirmişdir. Hazırda qızları evi satıb, onu evdən qovmaq istədiklərini bildirmişdir.
11. Məhkəmədə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddia tələbini qəbul edərək, eyni məzmunlu izahatlar vermiş və bildirmişlər ki, Cavabdeh3 məxsus 0,22 hektar torpaq sahəsini və Astara rayonun Maşxan kəndində yerləşən 2 otaqlı, 1 mətbəxli və 2 şüşəbənd koridoru (cəmi sahəsi 87,5 kv.m) olan evi Cavabdeh2 Xosamir oğluna 19.000 manata satmışlar. Lakin sonradan bilmişlər ki, evin qiyməti daha bahadır. Buna görə 0,22 hektar torpaq sahəsinin Cavabdeh2 Xoşəmir oğlunda qalmasını, lakin evin onlara qaytarılmasını istəmişlər. Cavabdeh2 Xoşəmir oğlu tərəfindən onlara verilən 19000 manat pulu kredit borcun a ödəmişlər. Odur ki, həmin pulun onların əmək haqqından hissə-hissə tutulmasını xahiş etmişlər.
12. Məhkəmədə Cavabdeh2 Xoşəmir oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, o, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında 19000 manata alıb, sənədlər notarius tərəfindən yoxlanılıb, heç bir qanunsuzluğa yol verilməyib. Əgər o, bilsəydi ki, həmin torpaq sahəsi mübahisəlidir, gedib başqa yerdən torpaq alardı. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı çıxarış alıb və torpağ mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Ona görə də iddiaçının tələbi tamamilə əsassız və qanunsuzdur. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasında digər cavabdehlər tərəfindən alqı-satqıya görə onlara ödənilmiş 19.000 manat pulun kredit borcuna ödədiklərini v ə alqı-satqı ləğv edilərsə, məbləğin onların əmək haqqlarından tutulmasını bildirmişlər. Bu da onu göstərir ki, alqı-satqı onların istəyi ilə baş tutub. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etmişdir.
13. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-637/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
15. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1, 646.2, 648.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayət i verərək, qətnamənin ləğv, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsası olmayan qətnamə qəbul etmişdir. İddiaçının 85 yaşı vardır. Astara rayonu, Turadi kənd sakini, “makler” Kamran adlı şəxs mobil telefonla ona zəng etmiş və onu Lənkəran rayonu, Hirkan qəsəbəsində, idarə etdiyi “Niva” markalı avtomaşınla Astara rayonunun Təngərud kənd icra nümayəndəliyinə aparmışdır. Orada icra nümayəndəsi Süleymanın yanında bir kağıza imza etdirmişdir. Lakin həmin vaxtı xəstə olduğundan, gözlərinin görmə qabiliyyəti zəif olduğundan və latın qrafikası hərflərini oxuya bilmədiyindən hansı sənədə imza etməsini bilməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh qızları, həyat yoldaşı və Kamranla cin ayət əlaqəsinə girərək onu aldatmış və mübahisə predmeti olan evin satılmasına razılıq verilməsi barədə tərtib edilmiş sənədə imza etdirmişlər. Mülki iş üzrə cavabdeh olan Pərvanədən hansı kağıza imza etməyini soruşduqda qızı onun yenidən aldatmış və həyətdə yeni bir ev tikilməsinə ondan razılıq almasını bildirmişdir. Aldadılmasını bilən kimi dərhal polisə və məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsi iddia ərizəsində qeyd edilən faktları araşdırmamış, “makler" Kamranın və icra nümayəndəsi Süleymanın izahatları alınmamış, “makler" Kamranın icra nümayəndəliyində iddiaçıya, hər hansı bir sənədə imza etdirməyə səlahiyyətinin olub-olmaması aydınlaşdırılmamışdır. İddia ərizəsində qeyd etdiklərini məhkəmə baxışı zamanı izahatında bir-bir məhkəmənin diqqətinə çatdırmış, həm də bildirmişd ir ki, çəkdiyi bu qədər zəhmətdən və 85 yaşından sonra, qoca yaşında evin satılmasına necə icazə verə bilərdi? Çünki onun digər yaşayış yeri yoxdur. Aldatma yolu ilə evin hüquqmüəyyənedici sənədləri qızları Cavabdeh3 və Cavabdeh1 adına keçsə belə, həyat yoldaşı ilə birgə nikahda olduğundan və 35 il ərzində həmin fərdi yaşayış evinə yatırım (yəni pul və zəhmət) qoyduğundan, qanunsuz satılan evdə onun da payının və yaşamaq hüququnun olması qanunla təsdiq olunur. Həmin pay və yaşamaq hüququ isə dələduzluq yolu ilə onun əlindən alınmışdır. Mübahisə predmeti olan evi və torpağı satan tərəf alqı-satqı müqaviləsi bağladığı zaman vicdanlı tərəf olmamışdır. Cavabdeh1 da iddianı qəbul etmişdir. Torpaq sahəsində əlavə binalar, artırmalar, tövlə, saray və başqa əlavə tikililər inşa etmişdir. Həmin tor paq üzərində 450-dən çox mənfəət gətirən meyvə ağacları əkmiş və hər il ondan bar götürərək dəyərini ailə üzvlərinə xərcləmişdir. Belə olan halda iddiaçı, çəkdiyi xərcləri müqabilində əmlaka sahiblik hüququ əldə etmişdir. Mülki qanunvericiliyin tələblərinə görə onun əldə etdiyi əmlak həm də ər-arvadın birgə mülkiyyəti kimi qiymətləndirilməlidir. İddiaçının həyat yoldaşının razılıq ərizəsi notarial qaydada təsdiq edilsə də, iddiaçının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmamışdır.
18. Məhkəmədə cavabdehlərdən Cavabdeh3 apellyasiya şikayətinin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, Valehlə evin satış qiyməti 27000 manata danışılmış, Valeh həmin puldan 7000 manatını nəğd şəkidə ödəmiş, qalıq 12000 manatını isə notariusda ödəmişdir. İc ra nümayəndəliyində atasının adından yazılan izahatdakı xətt onun xəttidir, məcburiyyətdən yazmışdır.
19. Məhkəmədə cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayətininin əsassəz olduğunu bildirib, təmin olunmamasını xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli evin satılmasına dair internet resurslarında elan verilmişdi. Elanla əlaqədar gəlib onlarla danışmışdır. Həmin vaxt Fəridə evdə yox idi, evdə anası və Pərvanə idi. Dedilər ki, 19000 manata satırıq, Pərvanənin adına olan torpaq sahəsində isə yarımtikili var idi, oranı isə 11000 manata satırdılar. O, köhnə evi və torpaq sahəsini almağa razılaşmış, icra nümayəndəliyində Fəridə öz xətti ilə izahat yazmış, ucadan oxumuş, atası Əyyub kişi imzalamış, hətta xeyir-dua vermişdir. 12000 manatı notariusda vermiş, 3000 manatı isə əlbəəl ver miş və 4000 manat boclu qalmışdır. 4000 manatı ödəmək üçün sentyabr ayına kimi vaxt verilsə də, Fəridə həmin vaxt tamam olmamış zəng vurub pulun qalanını istəmiş, o da gedib borc tapıb vermişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-276/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), C.F.İmanov və P.T.Əhmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bağlanmış alğı-satqı müqaviləsi tərəflərin həqiqi iradələrini ifadə edən bir müqavilə olmuşdur. Be lə ki, apellyasiya baxışı zamanı mübahisəli fərdi yaşayış evinin satılmasına dair mülkiyyətçilər olaraq iddiaçının qızları tərəfindən internet resurslarında elan yerləşdirildiyi, alıcı olan Cavabdeh2 məhz həmin elanla bağlı onlara müraciət etdiyi, satışa çıxarılan evin və torpaq sahəsinin ev yerləşən 0.22 ha hissəsinin 19000 manata satılmasını razılaşdıqları, alqısatqı qiymətinin 7000 manat hissəsinin nəğd, 12000 manat hissəsinin notariatda alqı-satqı müqaviləsi bağlanan zaman ödənildiyi müəyyən edilmişdir.
22. Hazırda isə iddiaçı tərəfi olmadığı müqavilənin ləğvini istəyir, hərçənd ki, həmin hüquq yalnız müqavilə tərəflərinə xasdır. İddiaçı müqavilənin etibarsızlığı tələbini irəli sürə bilərdi ki, yuxarıda qeyd olunanlar baxımından müqavilədə subyekt tərkibinə, əqdin məzmununa, əqddə irad ə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlərə əməl edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 139-1.1.3, 140, 144.1, 178.1, 324.1, 389.1, 389.2, 425.1 və 560-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur.
28. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkilə şdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
29. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sa yılır.
34. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
35. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
36. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə
560. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
39. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
40. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək müm kündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-276/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.