Məhkəmə qərarları › İş №2(102)-217/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-217/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-217/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 04.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X3, cavabdehlərin vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4550/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən xx xxxxxx 2014cü il tarixdə yazılmış əlyazma qəbzinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20677 ABŞ dollarının və təmir üçün xərclədiyi 7700 manatın, bank uçot dərəcəsi 6.874 ABŞ dollarının və 5928 manatın, əldən çıxmış fayda kimi 10.000 ABŞ dollarının və 3.000 manatın, cəmi 37.551 ABŞ dollarının və 16.628 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10 ildir ki, Bakı şəhərində tikinti sahəsində işləyir. O, X2 təxminən 5 ildir ki, tanıyır və Möhləti tanıyanlar ona Şöhrət adı ilə də müraciət edirlər. 2013-cü il tarixdə Möhlət ona Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki çimərlikdə yerləşən “Marina Beach” istirahət mərkəzinin 5 ədəd kotecinin Amil adlı şəxs tərəfindən satılmasını demişdir. O, hər hansı bir ticarət məntəqəsi olsa həmin yeri alıb işlətmək istədiyini Möhlətə əvvəlcədən demiş və buna görə də Möhlət ona belə bir yerin olması barədə məlumat vermişdir. Həmin koteclərə baxmaq üçün Möhlətlə birlikdə Mərdəkanda çimərlikdə yerləşən “Marina Beach” istirahət mərkəzinə getmış, orada kassada oturmuş Cavabdeh1lə tanış olub söhbət etmişdir. Möhlətdən Amili hardan tanıması barədə soruşmamış və buna görə də bu barədə məlumatı yoxdur. Söhbət zamanı “Marina Bea ch” istirahət mərkəzinin 5 ədəd kotecini ümumilikdə 60.000 (altmış min) manata alacağı ilə razılaşmış və Amil ondan beh kimi pulun bir qismini istəmişdir. Qeyd edir ki, onun Amillə razılaşması şifahi formada olmuş və Amil istirahət mərkəzini işlətdiyi üçün həmin istirahət mərkəzinin özünə məxsus olduğunu ona demişdir. X5 gedəcəyini dediyi üçün pulu oğlu Cavabdeh2 verməyi bildirmişdir. Həmin pulları verdiyi yeri və məbləği dəqiq olaraq xatırlamadığı üçün bu barədə məlumat verə bilmir. Sonuncu dəfə xx xxxxxx 2014-cü il tarixdə Xətai rayonu metronun “Əhmədli” stansiyasının yaxınlığında Amilin oğlu İsa ilə görüşdükdə İsa idarə etdiyi "KiaCerato” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və həmin görüşdə Möhlətdə iştirak etmişdir. O, İsanın avtomobilində Möhlətin iştirakı il ə İsaya xatırlamadığı məbləğdə pul vermiş və ümumilikdə ona verdiyi cəmi pul barədə qəbz yazmağı istəmişdir. Buna görə də İsa öz xətti ilə rus dilində atası Amilin 60.000 (altmış min) manata ona satdığı obyektə görə cəmi 20.677 (iyirmi min altı yüz yetmiş yeddi) ABŞ dollar pul alması barədə özxətti ilə qəbz yazıb vermişdir. Həmin əlyazma qəbzini o, İsa və Möhlət öz imzaları ilə imzalamışlar. Bundan sonra o, həmin 5 ədəd kotecləri təmir etdirməyə başlamış və tam təmir etdirmişdir. Təmir başa çatdıqdan sonra Amil ona demişdir ki, obyektin sahibi onların obyektdən çıxmasını tələb etdir. O, isə Amilə niyə obyektin sahibi kimi özünü təqdim etdiyini soruşub ondan verdiyi 20.677 (iyirmi min altı yüz yetmiş yeddi) ABŞ dollar pulu və koteclər üçün təmir üçün xərclədiyi ümumilikdə 10.000 (onmin) m anat miqdarında pulların qaytarılmasını tələb etmişdir. Amil də ona həmin pulları qaytaracağını demiş, lakin çətinliklə də olsa Amildən təmirə xərclədiyi puldan 2.300 (iki min üç yüz) manat ala bilmişdir. Bundan sonra Amil ondan qaçmağa başlamış, telefon zənglərinə cavab verməmiş və ondan aldığı 20.677 (iyirmi min altı yüz yetmiş yeddi) ABŞ dollar və 7.700 (yeddi min yeddi yüz) manat pulu qaytarmayaraq ələ keçirib mənimsəmişdir. Dəfələrlə o, bu pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istəsə də, onlar müxtəlif bəhanələrlə həmin pulları ona qaytarmamışlar. O, da məcbur olub onların qanunsuz hərəkləri barədə hüquq mühafizə orqanlarına yazılı ərizə ilə şikayət etmişdir. Ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılmış və bu fakta görə xx xxxxx 201 6-cı il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi cinayət işi başlanılaraq istintaqa parılmışdır. İstintaq zamanı şahid qismində dindirilərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2014-cü ildə ondan 20677 (iyirmi min altı yüz yetmiş yeddi) ABŞ dollar aldıqlarını ifadələrində təsdiq etmişlər. xx xxxxxxx 2016-cı il tarixli qərarla həmin cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarla əlavə olaraq mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müracət etmək hüququ ona izah olunmuşdur. Sonradan Bakı şəhər Prokurorluğunda həmin cinayət işi öyrənilərək xx xxx 2019-cu il tarixli qərarla Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx xxxxxxx 2016-cı il tarixli qərar ləğv edilmiş və cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhəri X ətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx xxx 2019-cu il tarixli qərarı ilə yenə də həmin cinayət işinin icraatına xitam verilmiş və mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ mənə izah edilmişdir. Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixdə yazdığı qəbzə əsasən ondan 20.677 (iyirmi min altı yüz yetmiş yeddi) ABŞ dolları nağd pul almışdır. Oda cavabdehi tanıdığına görə həmin pulları ona vermişdir. O, etiraf etdi ki, Cavabdeh1 20677 ABŞ dollarından 3000 manat pulu geri qaytarmışdır. Lakin geri qalan pulu verdiyi tarixdən 5 (beş) ildən artıq vaxt keçməsinə baxmarayaq cavabdehlər ondan aldıqları pulu qaytarmamış və bu öhdəliyi yerinə yetirməmişlər. Lakin bütün bunlara baxmayaraq, dəfələrlə xəbər darlıq etsə də cavabdehlər öhdəliklərini yerinə yetirməmiş, apardığı danışıqlar heç bir nəticə verməmiş və ona olan borclarını qaytarmamışlar. Belə olan halda o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)2647/2019) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müstərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 16852 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2014-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 atası Cavabdeh1 60.000 (altmış min) manata satdığı obyektə görə 20.677 (iyirmi min altı yüz yetmiş yeddi) ABŞ dolları miqdarında pulu İddiaçı almışdır. Xətai RPİ-nin İstintaq şöbəsinin xx.xx.2016-cı il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə başlanmış cinayət təqibinə və cinayət işinə xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən 160116162№-li cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və qəbul edilmiş qərarın surəti İddiaçı gö ndərilmişdir. Cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 şahid qismində dindirilərkən istintaqa verdiyi ifadəsində göstərmişdir ki, özü Moskva şəhərində olduğu üçün oğlu İsa vasitəsilə İddiaçı 20677 ABŞ dolları pulu hissə-hissə almışdır. Həmin pul “Marina Beach” istirahət mərkəzinin İddiaçı icarəyə verilməsi qarşılığında onun tərəfindən təmirə qoyulmuş pul idi. Onlar arasında razılıq pozulduğundan 2014-cü ilin iyul ayında 1200 manat, avqust ayında 800 manat, sonra isə oğlu İsa vasitəsilə 1000 manat pul olmaqla, cəmi 3000 manat pulu İddiaçı qaytarmışdır. Cavabdeh2 da şahid qismində dindirilərkən istintaqa verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı hissə-hissə aldığı 20677 ABŞ dolları pulu həmin vaxt X1 şəhərində olan atası Amilə Bank vasitəsilə göndərmişdir. Bundan sonra bilmədiyi səbəbdən atası ilə onların razılaşması baş tutmamış və Ahmet verdiyi pulu tələb etmişdir. Bundan sonra atası müəyyən məbləğdə pulu qaytarmış, hətta atasının verdiyi 1000 manat pulu o, təxminən 2014-cü ilin avqust ayında İddiaçı vermişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron sistemindən çıxarışlarından görünür ki, uçot faiz dərəcəsi xx.xx.2014-cü il – 3,5%, xx.xx.2014-cü il – 4,25%, xx.xx.2015-ci il - 3%, xx.xx.2016-cı il - 15%, xx.xx.2016-cı il – 9,5%, xx.xx.2016-cı il 7%, xx.xx.2016-cı il - 7%, xx.xx.2016-cı il - 5%, xx.xx.2017-ci il - 15%, xx.xx.2018-ci il – 9,75%, xx.xx.2018-ci il - 10%, xx.xx.2018-ci il - 11%, xx.xx.2018-ci il - 13%, xx.xx.2019cu il - 8.5%, xx.xx.2019-cu il – 8,75%, xx.xx.2019-cu il - 9% və xx.xx.2019-cu il - 9.25%dir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixdə 20.677 ABŞ dolları pul vermiş, Cavabdeh1 həmin pulun 3000 manatını 2014-cü ilin iyul-avqust aylarında geri qaytarmış, geri qalan məbləği isə hazıradək qaytarmamışdır. Qeyd olunan hal cinayət işinin icraatına xitam verilməsi haqqında qərarlarda öz təsdiqini tapmışdır, ona görə iddiaçıya dəymiş maddi zərərin ödənilməmiş qalan hissəsi cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməl i, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabd ehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət işi üzrə araşdırma aparılarkən cavabdehlər iddiaçıdan 20677 ABŞ dolları məbləğində pulu almalarını, sonradan həmin pulun 3000 manatını qaytarmalarını etiraf etdikləri üçün, iddia tələbi qismən təmin edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 16852 (on altı min səkkiz yüz əlli iki) ABŞ dolları məbləğində pul tutulmalıdır. Belə ki, 2014-cü ilin iyul-avqust aylarında 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,7843 manat olmuş və həmin dövrdə ödənilmiş 3000 manat təxminən 3825 ABŞ dolları etmişdir. Nəticədə 20677 ABŞ dollarından 3825 ABŞ dolları geri qaytarılmış və hazırda cavabdehlərin iddiaçıya 168 52 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, ona məxsus pulun cavabdehlər tərəfindən qaytarılmaması nəticəsində ala biləcəyi 10.000 ABŞ dolları və 3.000 manat fayda itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdehlərdən 5 il üçün əldən çıxmış faydakimi 10.000 ABŞ dolları və 3.000 manat pul tələb etsə də, əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə də təmin edilməməlidir. Bundan başqa iddiaçı, həmçinin təmir üçün xəclədiyi 7700 manat məbləğində pulu cavabdehlərdən tələb etsədə, bununla bağlı da mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, qeyd edildiyi kimi mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənas ına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron sistemindən çıxarışlarından görünür ki, uçot faiz dərəcəsi xx.xx.2014-cü il – 3,5%, xx.xx.2014-cü il – 4,25%, xx.xx.2015-ci il - 3%, xx.xx.2016-cı il - 15%, xx.xx.2016-cı il – 9,5%, xx.xx.2016-cı il - 7%, xx.xx.2016-cı il - 7%, xx.xx.2016-cı il - 5%, xx.xx.2017-ci il - 15%, xx.xx.2018-ci il – 9,75%, xx.xx.2018-ci il - 10%, xx.xx.2018-ci il - 11%, xx.xx.2018-ci il - 13%, xx.xx.2019-cu il 8.5%, xx.xx.2019-cu il – 8,75%, xx.xx.2019-cu il - 9% və xx.xx.2019-cu il - 9.25% təşkil etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə cavabdehlərin ona ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehlərdən bank uçot dərəcəsinə görə tələb olunan 6.874 ABŞ dolları və 5928 manat əvəzinə, 2207 ABŞ dolları məbləğində faiz alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edi lməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 16852 ABŞ dolları borc, bank uçot dərəcəsinə görə 2207 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə, Ü.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2647/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən – “cavabdehlərdən müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 16852 ABŞ dolları məbləğində pulun al ınaraq iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixdə 20677 ABŞ dolları məbləğində pul vermiş, Cavabdeh1 həmin pulun 3000 manatını 2014-cü ilin iyul-avqust aylarında geri qaytarmış, qalan məbləğ isə hal-hazıradək iddiaçıya qaytarılmamışdır. Qeyd olunan hallar cinayət işinin icraatına xitam verilməsi barədə qərarlarda da öz təsdiqini tapmışdır. Həmin qərarlarda yuxarıda da göstərildiyi kimi, cavabdehlər iddiaçıdan göstərilən məbləğdə pul alındığını və bunun 3000 manatının iddiaçıya qaytarıldığını etiraf etmişlər. Lakin sözügedən pul məbləğinin qaytarılmaması ilə bağlı iddiaçı ona dəymiş ziyanın ödənilməsi barədə hazırki iddia ilə məhkəməyə m üraciət etmiş və onun iddiası həmin hissədə qismən təmin olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın “16852 ABŞ dolları məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması” hissəsi üzrə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biri kimi təsbit edilmişdir (14.2.6). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmu ş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçı Cavabdeh1 sonuncunun oğlu İsa vasitəsilə 20677 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə verdiyindən, bu pulun verilməsi iş materiallarında olan cinayət işinin icraatına xitam verilməsi barədə qərarlarda da öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi həmin pulun 3000 manat hissəsinin qaytarıldığı və bu faktın da etiraf olunduğuna əsaslanaraq qalan 16852 ABŞ dolları məbləğində pulun (Azərbaycan manatına olan məzənnə ilə) cavabdehlə rdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddia iddiaçının cavabdehlərə verdiyi pul vəsaitinin qaytarılmaması ilə bağlı ona vurulmuş ziyanın ödənilməsi barədədir ki, belə tələblər üzrə də mülki qanunvericilikdə xüsusi iddia müddəti müəyyən olunmamış, ümumi iddia müddəti olan 10 illik müddət isə iddiaçı tərəfindən ötürülməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4550/2020 nömrəli iş üzrə 06 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edi r. İddiaçı vəkili X4 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehlər Cavabde h1 və Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad etmiş və apellyasiya şikayətində istinad etdiyi dəlilləri təkrarlamışdır. Apellyasiya məhkəməsi isə həmin dəlillərə maddi və prosessual hüquq normalarının tələblər baxımından qiymət vermişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə koll egiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4550/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar