Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2171/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 Dünyamalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər F.Ş.Talışinski, Z.A.Şirinov, R.Ə.Eyvaz ov iş 2(103)-8305/2020) cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan cavabdeh verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni onun rəsmi yaşayış yeri olan Qəbələ rayonuna göndərməmiş, buna görə onun məhkəmə prosesindən xəbəri olmamış, apellyasiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəm ə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarında cavabdehə məxsus müxtəlif ünvanların qeyd edilməsini və iş materiallarının 49-cu vərəqəsində olan xəbə rnaməni rəhbər tutaraq, birinci instansiya məhkəməsi qətnaməsinin cavabdehə verildiyi qənaətinə gəlmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamədən şikayət vermə müddəti barədə ərizəyə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməli idi. İş materialları ilə qətnamənin xx.xx.2020-ci il tarixdə cavabdehin icraçı direktoru olduğu “xxxx” Tikinti Şirkətinə poçt vasitəsilə verilməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinin əsasən hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəlləsinin 360-cı maddəsinin tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildi yi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2171/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2171/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver