Məhkəmə qərarları › İş №2(102)-2172/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2172/2022

21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2172/2022 21.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh2 Nizami rayon Qaz İstismarı İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaxın qohumun ölümü ilə əlaqədar mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil2 və Cavabdeh2 İB-nin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6773/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən İd diaçı və Cavabdeh2 İB tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 21 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X4 Cavabdeh2 və Cavabdeh2 Nizami rayon X6rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 300.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.06.2013-cü il tarixli, 1(007)-208/2014 nömrəli hökmü ilə hökm edilmişdir ki: X7 Azərbaycan Respublikası Cİnayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Həmin Hökmün surətindən həmçinin görünür ki, X7 Cavabdeh2 İB tərəfindən verilmiş 242 nömrəli, 02.07.2010-cu il tarixli əmrə əsasən Nizami X8 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 10-cu dərəcəli usta vəzifəsində işləyib vəzifəli şəxs olmaqlaCavabdeh2 İB-nin X10 Sahəsinin rəisi tərəfindən 18.03.2012ci ildə təsdiq edilmiş “X1 Nizami X8 yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın 1.1, 1.2, 2.4-cü, “Qaz Təchizatı, Lahiyələndirmə normaları”nın 8.46, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.8.5 3.8.8-ci bəndlərinə əsasən xidmət etdiyi ərazidə yerləşən mənzillərdə qaz cihazlarının quraşdırılmasına, qaz yanacağı istifadəsinə təhlükə yaranacağını aşkar edib həmin cihaza qazın nəqlinin dayandırılmasından ötrü müvafiq tədbirlər görməsi üçün vaxtlı-vaxtında nəzarət etməli, hamam otaqlarının qapıları altında havanın dəyişməsi məqsədilə dəliklə açılmadan, asma tavandan aşağı ventilyasiya kanalı, yaxud pəncərə quraşdırılmadan qazla işləyən axarlı su qızdırıcısından istifadə olunmasının qarşısını almaqdan ötrü baxışlar keçirməli, təbii qazdan təhlükəsiz və fasiləsiz xidmət göstərilməsinə, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bəxbəxt hadisələrin baş verməsinə görə qabaqcadan yerinə yetirilən tədbirlərin, abonentlərlə təbii qazdan istifadə qaydaları barədə təlimatlandırma işinə nəzarəti həyata keçirilməsinə cavabdeh olduğu halda öz işinə vicdansız və laqeyid münasibət göstətərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyərək, xidmət etdiyi ərazidə yerləşən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nömrəli fərdi yaşayış evində 30.11.2012-ci il tarixdə texniki baxış keçirərkən səhlənkarlıq edərək, həmin nöqsanları qeyd etməyib, bu barədə xidmət sahəsinin rəisinə məlumat verməmiş və axarlı su qızdırıcısına qazın verilməsinin dayandırılması üçün müvafiq tədbir görməmiş, nəticədə ehtiyatsızlıqdan 23.12.2012-ci il tarixdə 23.10 radələrində X5 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nğmrəli fərdi yaşayış evində 7,5 m3 az olan 6,2 m3 həcmli, qapısı altında havanın dəyişməsi üçün dəlikləri olmayan asma tavandan aşağı ventilyasiya kanalı pəncərə quraşdırılmayan hamam otağında yuyunarkən tüstü borusu olmayan axarlı su qızdırıcısından əmələ gələn dəm qazından zəhərlənə rək ölmüşdür. Hökmdə, həmçinin, qeyd edilmişdir ki, 24.12.2012ci il tarixli, 134 saylı ekspertiza rəyindən görünür ki, X2 ölümü dəm qazı ilə zəhərlənmədən baş vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, X7 Cavabdeh2 İB tərəfindən verilmiş 242 k nömrəli 02.07.2010-cu il tarixli əmrə əsasən X14 Sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 10-cu dərəcəli usta vəzifəsində işləyib vəzifəli şəxs olmaqla, Cavabdeh2 İB-nin X10 Sahəsinin rəisi tərəfindən 18.03.2012-ci ildə təsdiq edilmiş “X1 Nizami X8 yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın 1.1, 1.2, 2.4-cü, “Qaz Təchizatı, Lahiyələ ndirmə normaları”nın 8.46, “Qaztəsərrüfatında təhlükəsizlik qaydalrı”nın 3.8.5 3.8.8-ci bəndlərinə əsasən xidmət etdiyi ərazidə yerləşən mənzillərdə qaz cihazlarının quraşdırılmasına, qaz yanacağı istifadəsinə təhlükə yaranacağını aşkar edib həmin cihaza qazın nəqlinin dayandırılmasından ötrü müvafiq tədbirlər görməsi üçün vaxtlı-vaxtında nəzarət etməli, hamam otaqlarının qapıları altında havanın dəyişməsi məqsədilə dəliklə açılmadan, asma tavandan aşağı ventilyasiya kanalı, yaxud pəncərə quraşdırılmadan qazla işləyən axarlı su qızdırıcısından istifadə olunmasının qarşısını almaqdan ötrü baxışlar keçirməli, təbii qazdan təhlükəsiz və fasiləsiz xidmət göstərilməsinə, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bəxbəxt hadisələrin baş verməsinə görə qabaqcadan yerinə yetirilən tədbirl ərin, abonentlərlə təbii qazdan istifadə qaydaları barədə təlimatlandırma işinə nəzarəti həyata keçirilməsinə cavabdeh olduğu halda öz işinə vicdansız və laqeyid münasibət göstətərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyərək, xidmət etdiyi ərazidə yerləşən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nömrəli fərdi yaşayış evində 30.11.2012-ci il tarixdə texniki baxış keçirərkən səhlənkarlıq edərək, həmin nöqsanları qeyd etməyib, bu barədə xidmət sahəsinin rəisinə məlumat verməmiş və axarlı su qızdırıcısına qazın verilməsinin dayandırılması üçün müvafiq tədbir görməmiş, nəticədə ehtiyatsızlıqdan 23.12.2012-ci il tarixdə 23.10 radələrində X5 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nğmrəli fərdi yaşayış evində 7,5 m3 az olan 6,2 m3 həcmli, qapısı altında havanın dəyişməsi üçün dəlikləri olmayan asma tavandan aşağı ventilyasiya kanalı pəncərə quraşdırılmayan hamam otağında yuyunarkən tüstü borusu olmayan axarlı su qızdırıcısından əmələ gələn dəm qazından zəhərlənərək ölmüşdür. Buna görə Cavabdeh2 İB-nin Nizami X8 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 10-cu dərəcləi usta vəzifəsində işləyən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, Nizami Rayon Məhkəməsinin 25.06.2013-cü il tarixli 1(007)-208/2013 nömrəli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehlərin işçisinin cinayət əməlinə görə onun bacısının həlak olması mənəvi sarsıntı və iztirab keçirtməsinə səbəb olduğundan cavabdehlər tər əfindən ona mənəvi zərər vurulmuşdur. Onun bir bacısı var idi. Bacısı həlak olarkən 21 yaşında olmuşdur və ondan 3 yaş balaca olduğuna görə o, böyük qardaş kimi ona qayğı və şəfqət göstərirdi. Onunla bacısı arasında dərin mənəvi bağlar var idi. Bir daha görə bilməyəcəyi, bacısı ilə ünsiyyətdən məhrum olması onu ruhən sarsıldır, iztirablarını dərinləşdirir. Nizami Rayon Məhkəməsinin hökmü ilə cavabdehlərin işçisinin təqsiri sübut olunur. Cavabdehlərin əməkdaşının təqsiri nəticəsində bacısının ölümü ilə nəticələnən hadisə onun yaşadığı evdə baş vermişdir. O, hər dəfə evinə girəndə bacısının ölümü yada düşür və bu hissləri davamlı yaşamaq mənəvi hüzurunu pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 aprel 2021-ci il tarixli 2(011)-2328/2021 nömrə li qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2ndən mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2ndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, göründüyü kimi, Cavabdeh2 əməkdaşının səhlənkarlığı, yəni işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının bacısı X5 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 əməkdaşının Cavabdeh2 fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmu ş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan, məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi zərər Cavabdeh2ndən tutulmalıdır. İddia Cavabdeh2 İB-nin Nizami Rayon X9 münasibətdə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən oğlunun ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 300.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halla rı nəzərə alınaraq 10.000 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099.1, 1099.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.4, 119.1, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edi lərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 2(103)-6773/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(011)-2328/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh qurumun işçisinin cinayət törətməsi nəticəsində iddiaçının yeganə bacısı ölmüşdür. İkincisi, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 300 000 (manat tələb edir. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məb ləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu apelyasiya şikayətində də özü də təsdiq edir. Belə olan vəziyyətdə apelyasiya şikayətində göstərilən dəlillərin də iddia tələbini tam həcmdə təmin edilməsi üçün yetərli ola biləcək dəlillər kimi qiymətləndirilməsi mümkün olmalıdır. Üçüncüsü, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə ü mumiyyətlə başadüşülən deyildir. Belə ki, cavabdeh qeyd edir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə cavabdeh tərəf vaxtsız bacısını itirən qardaşın mənəvi sarsıntı keçirməsinə inanmır. Əlbətdə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan şəxs anlaya bilər. Bu cür dəlillər isə əsassız olmaqla həm də əxlaq və mənəviyyat normaları ilə bir araya sığmır. Yalnız mülki məsuliyyətdən yayınmaq xatirinə bu cür dəlillərdən istifadə etmək isə yolverilməzdir. Çünki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun vaxtsız, cavan və günahsız doğma bacısını itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur. Dördüncüsü, cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin təmin edilməsini «Mənəvi zərərin ödənilm əsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli Qərarının tələblərinə uyğun hesab etməyərək iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər hər hansı bir formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədə ki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Ona görə də, cavabdeh qurumun bu dəlilləri əsassız olmaqla yanaşı, həm də ziddiyyətlidir. Kasasiya şikayətin in və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən şikayətinin dəlillərinə qiymət verilməmiş, qətnamə əsaslandırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi isə işin halları nı nəzərə alaraq iddianı tam təmin etmək, tam təmin etməməyi əsaslandıracağı halda analoji işlər üzrə təmin edilən qətnamələrlə bir ölümə görə təzminatın məbləğinin 30.000-50.000 manat olmasına dair vahid məhkəmə təcrübəsini nəzərə alaraq qətnaməni qismən ləğv edib təzminatın məbləğini ədalətli qət etmək əvəzinə, qanuna zidd olaraq apellyasiya şikayətinin dəlillərinə qiymət vermədən Xətai Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi izdirabların ağırlığını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını kifayət qədər nəzərə almamışdır ki, bu da zərərin miqdarının a z müəyyən edilməsinə gətirib çıxarmışdır. Cavabdeh2 İB (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından və iddia ərizəsindən görünür ki, iddiaçı keçirdiyi mənəvi sarsıntını əsaslandıra bilməmiş, psixoloji stressin nədən ibarət olduğu, hansı şəraitdə, necə və nə cür yaşadığını vurğulamamış, nəyə görə uzun müddət sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd etməmişdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, birtərəfli araşdırma aparmış, iddiaçının keçirdiyi mənəvi sarsıntının nədən ibarət olmasını aydınlaşdırmamış, qanunsuz və əsassız q ətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və Cavabdeh2 İB-nin Nizami rayon X8 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 iddiaçının kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə əsass ız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İB-nin vəkili Vəkil1 cavabdehin kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin ya xınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunveric iliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarına əsasən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması v ə ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq hal ları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən təmin edilməyən, cavabdeh t ərəfindən isə təmin edilən hissədə mübahisələndirildiyindən, ümumilikdə nəzərə alındıqda qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası ilk öncə iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətind ə də təyin edilmiş mənəvi zərər məbləğinin az olması ilə əlaqədar apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni mübahisələndirsə də, kasasiya yoxlaması nəticəsində təyin edilmiş mənəvi zərər məbləği ilə bağlı hər hansı pozuntuya yol verilməsi müəyyən edilməmişdir. İddiaçı təyin edilmiş zərər məbləğinin azlığını kasasiya şikayətində göstərmiş olduğu bir neçə məhkəmə qərarlarını nümunə kimi göstərməklə əsaslandırmağa çalışsa da, bu barədə qeyd edilməlidir ki, yuxarıda qeyd edilən Plenum qərarlarının da məzmunundan göründüyü kimi, mənəvi zərərlə bağlı təyin edilməli zərər məbləği üzrə konkretlik olmadığı, daha doğrusu bu konkretliyin müəyyən edilməsinin ədalət balansının pozulmasına səbəb olma ehtimalı nəzərə alınmaqla mənəvi iztirab və sarsıntının xarakteri, işin halları, ağırlıq dərəcə si və s. hallar nəzərə alınmaqla məhkəmənin səlahiyyəti daxilində müəyyən edilir ki, bu zaman da məhkəmələr hər bir işə spesifik xüsusiyyətləri nəzərə alınmaqla yanaşmalıdır. Hazırki halda da iddiaçının şikayətində göstərmiş olduğu məhkəmə qərarları üzrə işlərin spesifik xüsusiyyətləri bəlli olmadığı üçün bu qərarlar nəzərə alınmaqla, həmçinin cavabdehin hüquqi şəxs olmasına istinadən təyin edilmiş məbləğin az olması qənaətinə gəlinməsi düzgün yanaşma hesab edilə və bu əsasla pozuntuya yol verilməklə qətnamə qəbul edilməsi nəticəsinə gəlinə bilməz. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd ed ilməlidir ki, cavabdehin də kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də cavabdeh iddiaçının keçirdiyi mənəvi sarsıntının nədən ibarət olmasının aydınlaşdırılmadığına istinad etmiş, bu istinadla bağlı apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, bu cür dəlillər əsassız olmaqla həm də əxlaq və mənəviyyat normaları ilə bir araya sığmır. Çünki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun vaxtsız, cavan və günahsız doğma bacısını itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur. Odur ki, cavabdehin də kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh2 İB tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6773/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar