Məhkəmə qərarları › İş №2(102)-2175/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2175/2022

05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2175/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2175/2022 Açar sözlər: (uşağın atada qalması və aliment ödənilməsi) Bakı şəhəri, 05 may 2022-ci il 05.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlunun məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10646/2021 nömrəli, 17 noyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 may 2022-ci il tarixdə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) 24 iyun 2016-cı ildə rəsmi nikaha daxil olublar. Tərəflərin birgə nikahdan 21 iyun 2009-cu il təvəllüdlü X3 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X1 və 17 iyul 2014-cü il təvəllüdlü X2 adlı üç uşaqları var.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 nömrəli 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulub, yetkinlik yaşına çatmayan uşaqların cavabdehin (ananın) yanında qalmaları, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində aliment tutulması qət edilib. Birinci instansiya məhkəməsində icraat

3. İd diaçı iddia ərizəsi (sonradan tələbin həcmini artırmaqla) ilə Yasamal Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, 21 iyun 2009-cu il təvəllüdlü X3 Andreyeviçin atası – iddiaçının saxlanılması və həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırıb ki, məhkəmə qərarları olmasına baxmayaraq, 21 iyun 2009-cu il təvəllüdlü X3 Andreyeviç anası ilə getməkdən imtina edib, hazıradək həmin uşaq iddiaçının yanında yaşayır. Uşağın bütün maddi ehtiyaclarını yalnız iddiaçı ödəyir.

5. Cavabdeh rəsmi olaraq 2 yerdə işləyir və 2000 manatdan artıq əmək haqqı alır. Belə olan halda da, cavabdehdən də iddiaçının xeyrinə aliment tutulmal ıdır.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məclləsinin 75.1, 75.4 və 76.1.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh izahatında və 13.01.2021-ci il tarixdə məhkəməyə ünvanlandığı etirazında oğlunun 1 il 2 aydır atasının – iddiaçının yanında qaldığını, iddiaçının uşağı qanunsuz olaraq yanında saxladığını və uşağa psixoloji təsir göstərdiyini, iddiaçının həm Rusiya, həm də İngiltərə vətəndaşlığına malik olduğunu, uşağın Azərbaycan vətəndaşı olduğunu, iddiaçı ölkədən gedəcəyi halda uşağı da özü ilə aparacağını, iddiaçının Bakıda işləmədiyini və xarici ölkələrdə bir neçə kompaniyanın direktoru olduğunu, ondan 20 dəfə artıq gəlir əldə etdiyini bildirmişdir.

8. Yasamal Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14189/19 nömrəli, 09.12.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar İddiaçı yaşadığı ünvana baxış keçirilmiş, həmin vaxt Rudenko Əndrü orda olmuş, atası ilə qalmaq istədiyini və anasının yanına getmək istəmədiyini bildirmişdir. Bu barədə 28.09.2020-ci il tarixli akt tərtib edilmişdir.

9. Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 2459/d nömrəli, 15.02.2021-ci il tarixli rəyinə əsasən 21 iyun 2009-cu il təvəllüdlü X3 Andreyeviçlə söhbət zamanı, o, komissiya üzvlərinə bütün sözsöhbətlərdən yorulduğunu, ata-anasını və bacılarını çox istədiyini bildirmiş, stress vəziyyətində olduğundan valideynlərindən hansının yanında qalması barədə fikrini yazılı şəkildə bildirmək istəməmiş, onun obyektiv fikrinin öyrənilməsi mümkün olmamışdır. 21 iyun 2009- cu il təvəllüdlü X3 Andreyeviçin psixoloji durumunun, valideynlərdən hansına çox bağlılığının, valideynləri tərəfindən psixoloji təzyiqə məruz qalıb-qalmamasının müəyyən edilməsi məqsədilə keçiriləcək müvafiq ekspertizanın rəyi təqdim olunduqdan sonra məsələyə baxılması məqsədəuyğun hesab edilmişdir.

10. Birinci instansiya məhkəməsi uşağın valideynlərindən hansına daha çox bağlılığınü müəyyən etmək üçün 10 mart 2021-ci ildə psixoloji ekspertiza təyin etmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 08.07.2021-ci il tarixli, 11/193 №-li ekspert rəyinə əsasən 21 iyun 2009-cu il təvəllüdlü X3 Andreyeviçin hazırda psixoloji vəziyyəti qənaətbəxş olmaqla onun emosional-iradi sferasında normadan kənara çıxma halları müəyyən olunmur, uşağın atası İddiaçı qarşı bağlılığının daha çox olduğu aşkar edili r, uşağın psixikası və davranışında fikir və mülahizələrini dəyişdirə biləcək səviyyədə kənar psixoloji təsir əlamətləri müəyyən edilmir.

12. Birinci instansiya məhkəməsi fikri dinlənilən yetkinlik yaşına çatmayan X3 atasının yanında qalmaq istədiyini, üç il ərzində hər yerdə bunu dediyini, orada ona rahat olduğunu, atasının ona kömək etdiyini, bacıları və anası ilə son dəfə keçən şənbə günü görüşdüyünü, 4-5 saat bir yerdə olduqlarını, son üç ayda anası ilə 9 dəfə görüşdüyünü, atasının istənilən vaxt görüşmək üçün icazə verdiyini, ekspertizanın keçirilməsində iştirak etdiyini, orda bir xanımın ona suallar verdiyini, daha sonra psixoloqla ünsiyyətdə olduğunu, ona tapşırıqlar verdiyini, bütün tapşırıqları yerinə yetirdiyini, ona psixoloji problemlərinin olmadığını söylədiklərini bildirmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-353/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 21.06.2009-cu il təvəllüdlü X3 Andreyeviçin atası İddiaçı yanında saxlanılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. (hakim Fərid Əyyubov)

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən 21 iyun 2009-cu il təvəllüdlü X3 Andreyeviçin atası İddiaçı yanında saxlanması üçün əsaslar müəyyən edilmiş və iddiaçı 21 iyun 2009-cu il təvəllüdlü X3 Andreyeviçin anasının himayəsindən alınaraq onun himayəsinə verilməsinin əsaslılığı və yeni halların yaranması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. 21 iyun 2009-cu il təvəllüdlü X3 Andreyeviçin fikri öyrənilərkən, o, ata sının yanında qalmaq istədiyini bildirmişdir.

15. Birinci instansiya məhkəməsi bunu yetkinlik yaşına çatmayan X3 Andreyeviçin atasına bağlılığının çox olması ilə əlaqələndirmiş və qeyd etmişdir ki, uşağın atanın yanında saxlanması indiki halda iş üzrə iddiaçının izahatı və uşağın fikri öyrənilməklə uşağın üstün mənafeyi baxımından məqsədəmüvafiqdir.

16. Bundan əlavə, uşağın atanını yanında saxlanması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi uşağın üstün mənafeləri baxımından ekspert rəyini də əsaslı hesab etmişdir.

17. Birinci instansiya məhkəməsi onu da vurğulamışıd ki, uşağın ananın yanında saxlanılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, qətnamə icra olunmur və uşaq faktiki olaraq anasının yanında deyil, atasının yanında qalır. İddianın təmin olun mayacağı təqdirdə bu, uşağın qanunla qorunan və üstün hesab olunan hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

18. Aliment tələbi ilə bağlı isə birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, uşaqlardan biri atanın, digər ikisi isə ananın yanında qaldığından, tərəflər hər ikisi işlədiyindən, digər iki uşağa görə iddiaçı aliment ödədiyindən və iddiaçının maddi təminatı yetərli olduğundan iddiaçının yanında saxlanılan uşaq üçün aliment tutulmasına (yəni atanın 2 qız uşağına görə anaya, ananın isə oğluna görə ataya aliment ödəməsinə) zərurət yoxdur.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52, 60.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 7.1 və 7.8-ci bəndləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də təmin ediməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh 2 yerdə işləməklə 2000 manatdan artıq əmək haqqı alır. Buna baxmayaraq, cavabdeh iddiaçının yanında saxlanılan uşağın maddi təmintaında iştirak etmir; - Ailə Məcəlləsinin 75.1, 75.4 və 76.1.1-ci maddələrinin tələbi pozulub; - iddiaçının cavabdehin yanında qalan digər iki qız uşağına aliment ödəməsi, maddi təminatının yetərli olub-olmaması, uşaqlardan birinin iddiaçının, digər ikisinin isə cavabdehin yanında qalması halı cavabdehi bir valideyn kimi oğlan uşağını saxlamaq və aliment ödmək öhdəliklərindən azad etmir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10646/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov)

23. Apellyasiya instansiyası məhkəməsi mü bahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, hazırkı apellyasiya baxışının predmetini yalnız qətnamənin aliment tələbinin rədd olunması hissəsi təşkil etmiş və birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır

24. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən onu da nəzərə alıb ki, ki, Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23.09.2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların üçü də ananın yanında saxlanılmış və onl arın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün atadan hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat aliment tutulmuşdur. Hazırda uşaqlardan 2009-cu il təbəllüdlü Əhdrü Edvard atanın himayəsinə verildiyindən onun saxlanılması üçün iddiaçıdan aliment tutulmur. Yəni, iddiaçının ödəməli olduğu alimentin miqdarı 1000 manat azalmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi onu da göstərib ki, iş materiallarına əsasən iddiaçı əcnəbi vətəndaş olmaqla xarici şirkətlərdə rəhbər vəzifələrdə çalışmasına baxmayaraq həmin vəzifələrdə əmək haqqı, digər gəlirləri və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və nəticə etibarilə uşağı maddi cəhətdən təmin etmək imkanı olmadığını sübut edə bilməmişdir. İddiaçı apellyasiya baxışı zamanı yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərə n şirkətdə çalışması və 2000 manat əmək haqqı alması barədə sənəd təqdim etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdeh 2 yerdə işləməklə 2000 manatdan artıq əmək haqqı alır, cavabdeh az təminatlı deyil, bu səbəbdən iddiaçı 2 uşağa görə aliment ödədiyinə görə cavabdeh də bir uşağın saxlanılmasına görə aliment ödəməlidir. Belə ki, valideynlər öz uşaqlarını saxlamağa borcludurlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbi q edilən hüquq Ailə Məcəlləsi Maddə

52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 60.1.Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) vali deynlərdən məhkəmə qaydasında tutulur. Mülki Prossesual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmi n olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yo xlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yalnız iddiaçı tərəfindən mübahisələləndirilib, apellyasiy baxışının da predmeti həmin hissə olub, bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edil məsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətini n dəlillərinə tam qiymət vermişdir.

34. İddiaçının aliment tələbinin təmin olunmaması barədə gəlinən nəticəni apellyaisya məhkəməsi onunla əsaslandırıb ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların üçü də ananın yanında saxlanılmış və onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün atadan hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat aliment tutulmuşdur. Hazırda uşaqlardan 2009-cu il təbəllüdlü Əhdrü Edvard atanın himayəsinə verildiyindən onun saxlanılması üçün iddiaçıdan aliment tutulmur. Başqa sözlə, iddiaçının ödəməli olduğu alimentin miqdarı 1000 manat azalmışdır.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin tələblə bağlı hazırki qərarın 23 və 24-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və bu səb əbdən əlavə şərhə zərurət görmür.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10646/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar