Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2176/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13319/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayətinə əsasən işə kasasiya qaydasında baxılarkən, İddiaçı kasasiya şikayətindən imtina barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-134/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) İddiaçı Cavabdeh Sığorta Şirkəti ASCyə qarşı “öhdəliyin yerinə yetirilməsi, sığorta ödənişinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan 3.020 manat sığorta ödənişinin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh təşkilat qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13319/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İşə kasasiya qaydas ında baxılarkən xx xxxx 2020-ci il tarixdə İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə kasasiya instansiyası məhkəməsinə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC ilə aralarında bank vasitəsi ilə ona 1.500 manat pul ödənilməsi və bununla barışıq əldə olunaraq kasasiya şikayətindən imtina etməsinə dair qarşılıqlı razılıq əldə edilib. Aralarında barışıq sazişi bağlandığından, bununla bağlı kasasiya şikayətindən imtina etdiyini və kasasiya icraatına xitam verilməsini xahiş edir. Kasasiya şikayətindən imtina etməsinin prosessual nəticələri ona aydındır və onları qəbul edir. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən, kasasiya şikayəti vermiş şəxs kasasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kasasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kasasiya şikayətindən imtinanı qəbul edirsə, kasasiya instansiyasında icraata xitam verilir. Kasasiya instansiyası məhkəməsi İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019ci il tarixli, 2(103)-13319/2019 saylı qətnaməsindən verdiyi kasasiya şikayətindən kasasiya instansiyası məhkəməsində qərar çıxarılanadək imtina etdiyindən, həmçinin onun kasasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığından və kasasiya şikayətindən imtina etməsi İddiaçı hüququ sayıldığından, eyni zamanda işdə, onun kasasiya şikayətindən imtina etməsini istisna edən heç bir mötəbər yazılı sübut olmadığından, onun kasasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilməli, kasasiya şikayətindən imtina qəbul edilməklə, ona münasibətdə kasasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.3-cü maddəsində göstərilir ki, kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin təl əblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13319/2019 saylı qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, İddiaçı kasasiya şikayətindən imtinası qəbul edilsin və kasasiya instansiyasında icraata İddiaçı münasibətdə xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2176/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2176/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver