Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2177/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh* qarşı; iddiaçı Cavabdeh* cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaxşılaşdırma xərci, zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-3/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh*, X9, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında 0,08* ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi *66*,5 kv.m, tikintialtı sahəsi 666,2 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binası (bundan sonra – qeyri-yaşayış binası) RX ******* seriya nömrəli, 23*4003373 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən *8 iyul 20*4-cü ildə xüsusi mülkiyyət hüququ əsasında C avabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır;
3. Cavabdeh4 və MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış 22 iyul 20*3-cü il tarixli, 0*/02.A nömrəli müqaviləyə əsasən qeyri-yaşayış binasını MMC-nin direktoru Cavabdeh2 25 il müddətinə icarəyə vermiş, MMC-nin direktoru Cavabdeh2 obyektin icarə haqqını müqavilədə göstərilən qaydada ödəməyi öz üzərinə götürmüşdür;
4. Cavabdeh4 və MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış 20 iyul 20*4-cü il tarixli, 0*/02.A nömrəli icarə müqaviləsinə əsasən qeyri-yaşayış binası MMC-nin direktoru Cavabdeh2 5 il müddətinə icarəyə verilmişdir. MMC-nin direktoru Cavabdeh2 əmlakın icarə haqqını müqavilədə göstərilən qaydada ödəməyi öz üzərinə götürmüşdür; 5. 5 noyabr 20*4-cü il tarixli, AR-İ 360455 seriya nömrəli etibarnaməyə əsa sən Cavabdeh4 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətləri 5 il müddətinə - 5 noyabr 20*9-cu il tarixədək Cavabdeh2 etibar etmişdir;
6. Cavabdeh4 ilə MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış 4 yanvar 20*6-cı il tarixli, 0*/02.A nömrəli icra müqaviləsinə müqaviləyə əsasən qeyri-yaşayış binasının *-ci mərtəbəsi MMC-nin direkt oru Cavabdeh2 5 il müddətinə icarəyə verilmişdir. MMC-nin direktoru Cavabdeh2 əmlakın icarə haqqını müqavilədə göstərilən qaydada ödəməyi öz üzərinə götürmüşdür;
7. MMC tərəfindən Cavabdeh* ünvanlanmış 25.05.20*6-cı il tarixli məktuba əsasən onunla **.06.20*5-ci ildə bağlanılan müqavilə ilə "xxxx" klinikasının digər şöbəsinin yaradılması və klinikanın işlədilməsi barədə razılıq əldə etmişlər. Müqaviləyə əsasən Cavabdeh* klinikanı 5 il müddətinə icarəyə götürməklə hər ay 7000 manat icarə haqqı ödəməli idi. Lakin o, müqavilə öhdəliklərinə əməl etməyərək heç bir səbəb göstərmədən işləri dayandırmışdır. Nəticədə hər ay onlara 7000 manat ziyan vurmuşdur. İşləri başa çatdırmamağı ilə yanaşı, fəhlələrin zəhmət haqqını ödəməmiş və müxtəlif təşkilatlara *37683 manat borcu qalmışdır. Zəhmət haqqını ödəmədiyi fəhlələr və borclu qaldığı təşkilatlar tez-tez MMC-yə müraciət edərək narazılıqlarını bildirmişlər. 28 oktyabr 20*5-ci il tarixdə tərtib edilmiş akta əsasən Cavabdeh* binanın 2-ci və 3-cü mərtəbələrinin yenidən qurulmasına ümumilikdə 448270 ABŞ dolları xərc çəkmişdir. 470683 manat göstərildiyi halda Cavabdeh* bu günə kimi mal və materialların alındığı şirkətlərə, fiziki şəxslərə həmin məbləğin *37683 manatını borclu qalmışdır. Cavabdeh* öhdəliyi icra etmədiyi bütün hallar üçün cavabdehlik daşımışdır. Etibarlı tərəfdar olaraq ona təklif edilmişdir ki, təmir-tikinti işlərini qısa müddət ərzində yekunlaşdırıb, müqavilə öhdəliklərinə əməl etsin. Əks təqdirdə, MMC tərəfindən 2-ci və 3-cü mərtəbənin yenidən qurulması üçün alınmış mal və inventarlardan *37683 manat məbləğində aidiyyəti şirkət və fiziki şəxslərə qaytarılaraq onun borcu ödəniləcəyi, etiraza *0 gün müddətində cavab verilmədiyi təqdirdə təklifi qəbul etməmək kimi başa düşülərək MMC-yə vurduğu ziyanın aradan qaldırılması barədə tədbirlər görüləcəyi, klinikanın əvvəlki vəziyyətə gətirilməsini ondan tələb ediləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. Birinci iş üzrə: iddiaçılar MMC və "xxxx" klinikası Cavabdeh* qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC və "xxxx" klinikası ilə Cavabdeh* arasında **.06.20*5ci ildə bağlanmış razılaşma müqaviləsinin ləğv edilməsi, klinikanın əvvəlki vəziyyətə gətirilməsi, 420000 manat icarə haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq MMC-yə və "xxxx" klinikasına ödənilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Daha sonra iddiaçı MMC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçının adı MMC və "xxxx" klinikası olaraq göstərilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddia ərizəsindəki "xxxx" klinikası sözü MMC-yə, yəni hüquqi şəxsin yerləşdiyi binaya verilən ad olmuşdur. Ona görə də iddia ərizəsindən "xxxx" klinikası sözləri çıxarılaraq, iddiaçının adı MMC kimi oxunmalıdır. Ərizədə göstərilənlərin nəzərə alınması xahiş edilmişdir.
10. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh* iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 448000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. Lakin sonradan sənədlər ona qaytarılmaqla iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh*lə **.06.20*5-ci ildə müqavilə bağlanmışdır və iddiaçı müqavilənin icrası ilə əlaqədar "xxxx" klinikasının digər şöbələrinin yaradılması və klinikanın işlədilməsi məqsədilə obyektə 448000 ABŞ dolları xərcləmişdir. Müqaviləyə əsasən Cavabdeh* klinikanı 5 il müddətinə icarəyə götürmüş və hər ay 7000 manat icarə haqqı ödəməli idi. Lakin Cavabdeh* müqavilə şərtlərini pozaraq klinikaya sərf olunmuş pulun ona ödənilməsini tələb etmişdir. Müqavilə şərtlərinə zidd olaraq işləri başa çatdırmamış, fəhlələrə və müxtəlif təşkilatlara *37683 manat borclu qalmışdır. Cavabdehin müqavilə şərtlərini pozaraq işləri dayandırmasının səbəbi MMC və "xxxx" klinikasının onun adına rəsmiləşdirilməməsi ilə bağlı olmuşdur. Müqavilədə nəzərdə tutulmadığı üçün onun təklifi rədd olunmuşdur. Razılaşmaya əsasən Cavabdeh* klinikanı 5 il müddətinə işlətməklə sərf etdiyi xərci qarşılamalı və yuxarıda göstərildiyi kimi 5 il müddətinə hər ay 7000 manat icarə haqqı ödəməli idi. Müqavilədən kənar razılaşmalarına əsasən 5 il ərzində sərf etdiyi xərci əldə edə bilməyəcəyi təqdirdə ona əlavə vaxt veriləcəkdi. Belə vəziyyətdə 5 il müddətinə icarə haqqı ödəməli olduğu 420000 manat məbləğində iddiaçılara ziyan vurulmuşdur. Buna görə də Cavabdeh* 420000 manat icarə haqqını və 30 manat dövlət rüsumunu iddiaçılara ödəməlidir. Müqavilənin etibarlı tərəfdaşı olaraq mübahisənin sülh yolu ilə həllinə çalışsalar da, Cavabdeh* təkliflərini qəbul etməmişdir. 25.05.20*6-cı ildə Cavabdeh* mübahisənin sülh yolu ilə həll edilməsi üçün tək lif göndərmiş, lakin təkliflərinə cavab verilməmişdir.
11. İkinci iş üzrə: iddiaçı Cavabdeh* cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin ona vurmuş olduğu 448000 ABŞ dolları əmlakından məhrum olması ilə bağlı ziyana və 70000 manat əldən çıxmış fayda formasında maddi ziyana görə həmin vəsaitin, həmçinin vurulmuş mənəvi zərərə görə 70000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh3 vasitəsilə "xxxx" klinikasının, həmçinin MMC-nin təsisçisi və icraçı direktoru Cavabdeh2 ilə danışıb razılaşmışlar ki, hal-hazırda fəaliyyət göstərən "xxxx" klinikasının digər şöbələrinin yaradılması üçün klinikanın 2-ci və 3-cü mərtəbələrini təmir etdirərək icarəyə götürüb işlətsinlər, təmir işlərini isə Cavabdeh* göndərdiyi pul vəsaiti hesabına MMC və "xxxx" klinikasının icraçı direktoru Cavabdeh2 həyata keçirəcək. **.06.20*5-ci il tarixdə MMC-nin və "xxxx" klinikasının təsisçisi və icraçı direktoru Cavabdeh2 ilə Cavabdeh3 arasında razılaşma müqaviləsi bağlanmışdır. Sonradan həmin müqavilə Cavabdeh* adına dəyişdirilmişdir. Bununla bağlı Cavabdeh3 vasitəsilə Cavabdeh2 330000 ABŞ dolları məbləğində nağd pul vermişdir. Qeyd olunan pul vəsaitini verməkdən ötrü Moskva şəhərində olan *, Bakı şəhərində olan 2 mənzili dəyərindən xeyli ucuz satmalı olmuşdur. 20*5-ci ilin oktyabr ayının axırlarında Cavabdeh2 ilə görüş zamanı ona 330000 ABŞ dollarının verilməsini etiraf edərək, mənzillərinin ucuz satılması nəticəsində Cavabdeh* dəyən ziyanı da **8000 ABŞ dolları qəbul edərək akt tərtib edib 4 48000 ABŞ dolları xərclədiklərini öz imzası və möhürü ilə təsdiqləmiş və Cavabdeh* görülən işlər barədə arayışlar da vermişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 verdiyi arayışlar saxta olmuşlar. MMC bu və digər təmir-tikinti işləri barədə bəyannamələr verməmiş, vergidən yayınmışdır. Cavabdeh* obyektə baxanda isə görmüşdür ki, onu aldatmışlar, binanın 2-ci və 3-cü mərtəbəsinin təmirinə verilən məbləğdə pul xərcləməmişlər. Cavabdeh* məlum olmuşdur ki, "xxxx" klinikasının və MMCnin fəaliyyət göstərdiyi, guya Cavabdeh* pulları ilə təmir edilən Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən bina faktiki olaraq Rusiya Federasiyasının Moskva şəhərində meyvə alveri ilə məşğul olan Cavabdeh5 adlı şəxsə məxsus olmuşdur. Amma binanı anasının adına rəsmiləşdirmiş və anasının adından bütün pr oseslərdə iştirak etmək üçün qardaşı Cavabdeh6 mülki etibarnamə vermişdir. Binadan istifadə etmək üçün isə Cavabdeh2la uzun müddətli icarə müqaviləsi bağlanmışdır. Hətta sonuncu icarə müqaviləsinə görə binanın yalnız *-ci mərtəbəsini icarəyə götürmüşdür. Belə olan vəziyyətdə onun binanın 2-ci və 3-cü mərtəbələri üzrə ümumiyyətlə əqd bağlamaq hüququ olmamışdır. Bundan əlavə, həmin bina “AFS” Kredit İttifaqında girovda olmuşdur. Cavabdeh2 binanı girov qoyub 200000 ABŞ dolları kredit götürmüş, krediti təyinatı üzrə sərf etməmiş, Moskvaya Cavabdeh5 meyvə alverində istifadəsi üçün göndərmişdir. MMCnin direktoru və "xxxx" klinikasının icraçı direktoru olan Cavabdeh2 tərtib etdiyi hesabatlarda Cavabdeh* onu aldatmaq və işin faktiki halından duyuq salmamaq üçün obyektə istifadə olunan tikinti mate riallarının miqdarını, sayını göstərməmiş, təkcə guya ödənilən pulun məbləğini qeyd etmişdir. 2 ədəd liftdən savayı, alınmış tikinti materiallarını hansı qiymətdən almasını göstərməmişdir. 30 iyun 20*5-ci il tarixli alğı-satqı müqaviləsinin 5.*-ci bəndində liftin dəyərinin ödəniş qaydası qeyd olunmuşdur. Həmin bəndə əsasən liftin dəyəri hissə-hissə ödənilməli, yekun məbləğ lift quraşdırılıb təhvil verildikdən sonra 4900 ABŞ dolları ödənilməli idi. Hal-hazırda lift quraşdırılmamış, təhvil verilmədiyi halda Cavabdeh2 hesabatlardan bir dəfə 8400 ABŞ dolları, ikinci dəfə isə 80000 ABŞ dollarının “Əhməd” adlı şəxsə ödənildiyini qeyd etmişdir. Yekun arayışda isə liftin dəyərinin *07900 ABŞ dolları ödənilməsini göstərmişdir. Sonradan Cavabdeh* göndərilən rəsmi məktubda isə qalıq 60000 manat göstə rilmişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdehin Cavabdeh* aldatmaqla sonuncunun vəsaiti hesabına əsassız varlanması qanunazidd olmaqla bununla bağlı əmlakından məhrum olması iddiaçıya vurulmuş ziyan hesab edilir və həmin ziyanı cavabdeh ona ödəməlidir. Bu ziyana isə nağd ödədiyi 330000 ABŞ dolları, həmin pulu vermək üçün mənzillərini real qiymətindən **8000 ABŞ dolları ucuz satması, həmçinin həmin pulun Cavabdeh* olmaması nəticəsində bir il ərzində əldə edə biləcəyi 70000 manat məhrum olduğu gəlir daxil olmuşdur. Belə ki, cavabdehə tələb etdiyi pulu vermək üçün mənzillərini real dəyərindən aşağı satması nəticəsində **8000 ABŞ dolları zərərə məruz qalmasını cavabdeh özü də etiraf etmişdir. Həmin pul vəsaiti isə iddiaçının özündə olsaydı, kənd təsərrüfatı ilə bağlı minimum 70000 manat gəlir əldə edə bilərdi. Bundan ötrü torpağı, tikililəri və bütün zəruri şəraiti olmuşdur. Bu barədə olan biznes planını gerçəkləşdirə bilməməsinin tək səbəbi isə cavabdehə nağd verdiyi 330000 ABŞ dolları pul vəsaitinin özündə olmaması olmuşdur. Bu da cavabdehin ona 70000 manat əldən çıxmış fayda formasında ziyan vurmasını göstərmişdir. Həmçinin, cavabdehin bu hərəkətləri, yəni aldatmaqla 448000 ABŞ dolları dəyərində əmlakından məhrum olması, 70000 manat adi dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olması nəticəsində ötən müddət ərzində sarsıntı və iztirab keçirməklə Cavabdeh* mənəvi zərər də dəymişdir. Belə ki, bu hərəkətlər onun nüfuzuna zərbə vurmuş, onda dərin mənəvi sarsıntı və iztirablar, səhhətində ciddi problemlər yaratmış, mənfi psixoloji reaksiyaya, mütəmadi olaraq narahatlıq hissləri keçirməsinə səbəb olmuşdur. Qeyd olunan hərəkətin, yəni aldadılmaqla pulunun mənimsənilməsinin sistematik olaraq davam etməsi mənəviyyatını sarsıtmış, iddiaçıya dərin iztirablar vermişdir. Bununla da ona mühüm mənəvi zərər dəymişdir. Ona vurulan mənəvi zərər heç bir pul ekvivalentinə uyğun olmamışdır. Lakin ədaləti bərpa etmək və iddiaçıya mənəvi zərər vuran şəxsi maddi cəzaya məruz qoymaq məqsədilə, həmçinin * il ərzində reallaşdıra bilmədiyi biznes plana görə məhrum olduğu gəlirə uyğun özünə vurulan mənəvi zərəri də 70000 manat civarında qiymətləndirmişdir.
13. Masallı Rayon Məhkəməsinin *3 fevral 20*7-ci il tarixli, 2(050)-58*/20*7 saylı qərardadı ilə iddiaçı MMC-nin Cavabdeh* qarşı pul tələbinə dair və iddiaçı Cavabdeh* cavabdeh MMC-yə qarşı ziyanın ödənilməsi barə də mülki işlərin bir icraatda birləşdirilməsi və onlara birgə baxılması qərara alınmışdır.
14. Sonradan ikinci iş üzrə iddiaçı Cavabdeh* iddia tələbinin həcminin artırılmasına və əlavə cavabdehlərin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmələrini, vurulmuş 448000 ABŞ dolları məbləğində əmlakından məhrum olması ilə bağlı ziyana və **367* manat əldən çıxmış fayda formasında maddi ziyana görə həmin vəsaitin, həmçinin vurulmuş mənəvi zərərə görə 70000 manat pulun MMC ilə yanaşı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh* ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını "xxxx" klinikasının təmiri ilə bağlı MMC-nin ondan pul alması təşkil etmişdir. Masallı rayonu, Ərkivan qəsəbəsində həm şəxsi mülkiyyətində, həm də icarə əsasında torpaq sahələri və həmin torpaq sahələrində heyvandarlığın inkişafından ötrü müvafiq tikililəri olmuşdur. 20*5-ci ilin iyun ayının əvvəllərində biznes plan tərtib etdirməklə həmin torpaq sahələri və fermadan istifadə edib heyvandarlıqla məşğul olmaq qərarına gəlmişdir. Bununla bağlı biznes planına əsasən orta illik qazanc 68742 manat, gündəlik qazanc isə *88,33 manat təşkil edəcəkdi. Həmin ərəfədə Cavabdeh3 təklifi ilə Masallı şəhərində yerləşən "xxxx" klinikasının gələcəkdə işlədilməsindən ötrü onun 2-ci və 3-cü mərtəbələrinin təmirinə görə Cavabdeh3 vasitəsilə Cavabdeh2 330000 ABŞ dolları vermişdir. Həmin pul təcili lazı m olduğundan adları çəkilən şəxslərin təkidi ilə bir sıra əmlaklarını dəyər-dəyməzinə satıb pulu əldə edərək vermişdir. O cümlədən, Rusiya Federasiyasının Moskva şəhərində yerləşən mənzilini ******* rubla sataraq əldə etdiyi pulu ABŞ dollarına dəyişib adları çəkilən şəxslərə vermişdir. Halbuki, həmin dövrdə qeyd olunan mənzilin orta bazar qiyməti *245*000 rubl olmuşdur. Bu isə mənzilin ona 465*000 rubl ucuz satdırılması deməkdir ki, həmin dövrdə Rusiya Federasiyasının Mərkəzi Bankının məlumatına əsasən * ABŞ dolları 54,60 rubl olduğundan həmin məbləğ 85*83 ABŞ dolları olmuşdur. Yəni "xxxx" klinikasının təmiri ilə bağlı lazım olan pul vəsaitini təcili verməkdən ötrü mənzilini real dəyərindən 85*83 ABŞ dolları ucuz satmaqla, həmçinin Bakı şəhərində olan mənzillərini də real dəyərindən 23000 ABŞ dolları ucuz satdığından həmin məbləğ ona vurulmuş ziyan olmuşdur. Sonradan isə məlum olmuşdur ki, ondan alınmış pul vəsaitləri heç də tamamilə təmirə sərf olunmamış, "xxxx" klinikasının yerləşdiyi bina isə Cavabdeh4 mülkiyyətində olmaqla, nə o, nə də həmin əmlakın faktiki sahibləri olan oğlanları Cavabdeh5 və Cavabdeh6 binanın təmirinə heç bir etiraz etməmiş, əksinə pul vəsaitinin müəyyən hissəsinin Cavabdeh2 verilməsi məhz İlqar və Cavabdeh6 qardaşlarının təkidi ilə olmuş, bu xüsusatı sonradan Cavabdeh3 da təsdiq etmişdir. Cavabdeh2 polis şöbəsində verdiyi izahatında isə pulun Cavabdeh5 tərəfindən ödəniləcəyini, Cavabdeh6 təmiri ilə bağlı pul vəsaiti alınmış binanı girov qoymaqla kənd təsərrüfatı təyinatından ötrü kredit almasını bildirmişdir. Bütün bunlar adları çəkilən şəxslərin mü ştərək qaydada ona ziyan vurmasını göstərmişdir. Halbuki, pul vəsaiti özündə olsaydı, yuxarıda göstərilən biznes plana əsasən orta illik qazanc kimi 68472 manat gəlir əldə edərdi ki, bu da bir günlük qazancın *88,33 manat olmasını göstərir. Biznes planın tərtibindən * il 8 aydan çox vaxt keçməsini, aylarla hesablanan müddətin 30 gün müəyyən edilməsi nəzərə alınsa, 68472+(*88,33×8×30)=**367* manat təşkil etmişdir. Bu, əldən çıxmış fayda formasında ona vurulmuş ziyan olmuşdur.
16. İş üzrə ekspertiza keçirilmiş və 22 yanvar 20*8-ci il tarixli, 2*009 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən MMC və "xxxx" klinikası ilə cavabdeh, 2-ci iddia tələbi üzrə iddiaçı Cavabdeh* arasında **.06.20*5-ci il tarixdə müqavilənin bağlanmasından sonra qeyri-yaşayış sahəsinin 2-ci və 3-cü mərtə bələrində yerinə yetirilmiş tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən *60830,5 manat məbləğində müəyyən olunmuşdur. Ekspertizaya təqdim olunmuş sənədlərə əsasən “STAR-İ Company” tərəfindən təqdim olunmuş sənədlərə əsasən təklif olunmuş lift 2 ədəd olmaqla ümumi dəyəri *09900 manat məbləğində müəyyən olunmuşdur. Lakin həmin liftlər quraşdırılmadığı və başqa yerdə saxlandığı üçün liftlərin son nəticədə dəyəri məhkəmə tərəfindən müəyyən oluna bilər. Tədqiq olunan qeyriyaşayış sahəsinin müqavilənin bağlanmasınadək olan vəziyyətə qaytarılması üçün həmin qeyri-yaşayış sahəsində müqavilədən sonra yerinə yetirilən bütün tikinti işləri sökülməlidir. Lakin tədqiq olunan qeyri-yaşayış sahəsinin ilkin vəziyyətə qaytarılması üçün aparılmalı söküntü və bərpa işlərinin həcmi və dəyəri müxtəlif səbəblərdən həmin işlər yerinə yetirildikdən sonra müəyyən edilə bilər. 17. "xxxx" MMC-nin 05.04.20*8-ci il tarixli, 37 nömrəli hesabatına əsasən Masallı şəhəri, Heydər Əliyev prospektində MMC-nin yerləşdiyi qeyri-yaşayış binasının 2-ci və 3cü mərtəbəsində 20*5-ci ilə aparılmış təmir-tikinti işlərinə çəkilmiş xərcin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 335032 manat təşkil etmişdir. 18. 2* sentyabr 20*8-ci il tarixli, *4846 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ("xxxx" klinikası) qeyri-yaşayış binasının sahəsinin 2-ci və 3-cü mərtəbələrində yerinə yetirilmiş tikinti-təmir işlərinin 20*5-ci ildə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən *60830,5 manat məbləğində müəyyən olunmuşdur.
19. Biləsuvar Rayon M əhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsi ilə (hakim Rəfayil Əliyev) MMC-nin Cavabdeh* qarşı tərəflər arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ləğv edilməsi, Cavabdeh* üzərinə qeyri-yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması və 420000 manat məbləğində pul vəsaitinin Cavabdeh* MMC-nin xeyrinə tutulması barədə iddiası rədd edilmiş, Cavabdeh* iddiası qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Cavabdeh* xeyrinə vurulmuş ziyanın əvəzi qismində *63978,*0 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla tutulması, Cavabdeh4 Cavabdeh* xeyrinə vurulmuş zərərin bir hissəsinin əvəzi qismində *60830,50 manat məbləğində pul vəsaitinin tutulması, Cavabd eh* iddiasının qalan hissədə rədd edilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh*lə MMC-nin qanuni təmsilçisi Cavabdeh2 arasında bağlanmış **.06.20*5-ci il tarixli razılaşma müqaviləsinə əsasən Cavabdeh* həmin MMC-yə məxsus "xxxx" klinikasında əlavə şöbələr fəaliyyətə başladıqdan 2 ay sonra Cavabdeh2 icarə haqqı ödəməsi nəzərdə tutulmuşdur. Həmçinin "xxxx" klinikasında əlavə şöbələri fəaliyyətə başladığı aydan "xxxx" klinikası tərtib edilmiş akt əsasında Cavabdeh* təhvil verilməli idi. Lakin hazırkı halda “Ozon klinikasının fəaliyyətə başlamasını, habelə həmin klinikanın Cavabdeh* təhvil verilməsini təsdiq edən sübutlar, yaxud təhvil aktı MMC-nin iddia ərizəsinə əlavə olunmamış, habelə bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, işdə olan sübutlarla təsdiq olunmuşdur ki, mübahisəli binanın 2-3 mərtəbələri istismara yararsız vəziyyətdə olduğundan Cavabdeh* həmin binadan **.06.20*5-ci il tarixli müqavilə ilə nəzərdə tutulmuş və razılaşdırılmış qaydada istifadə etmək imkanından məhrum olmuşdur. Halbuki, tərəflər arasında bağlanan və onların müstəqil iradə ifadəsi olan **.06.20*5-ci il tarixli müqavilə ilə icarəçinin, yəni Cavabdeh* icarə haqqı ödəməsinə dair öhdəliklərinin yaranması vaxtı və qaydaları şərtləndirilmiş, müqavilə ilə bu barədə dispozitiv öhdəliklər təsbit olunmamışdır. Yəni tərəflər icarəçinin icarəyə verənə icarə haqqı ödəməsinin dəqiq vaxtını müqavilə ilə müəyyənləşdirmişlər. Buna görə də icarə haqqına görə 420000 manat məbləğində pul vəsaitinin Cavabdeh* alınıb MMC-yə ödınilməsinə dair iddi a rədd edilməlidir.
21. Məhkəmə qeyd etmişdir ki, MMC öz iddia tələbində Cavabdeh*lə bağlanmış **.06.20*5-ci il tarixli müqavilənin ləğv olunmasını xahiş etsə də, həmin müqavilənin ləğv etmək barədə Cavabdeh* təklif verməsini, həmçinin Cavabdeh* bu təklifən imtina etməsini, yaxud 30 gün müddətində cavab verməməsini, habelə qeyd olunan müqavilənin Cavabdeh* tərəfindən əhəmiyyətli dərəcədə pozulmasını təsdin edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, MMC və "xxxx" klinikasının Cavabdeh* arasında bağlanmış **.06.20*5-ci il tarixli müqavilənin ləğv olunması barədə iddia tələbi təmin oluna bilməz.
22. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2la Cavabdeh* arasındakı razılaşmaya uyğun olaraq, Cavabdeh* 20*5-ci ilin iyun ayından həmin ilin dekabr ayınadək Masal lı şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının 2 və 3-cü mərtəbələrinin təmir edilməsi məqsədi ilə Cavabdeh3 vasitəsi ilə Cavabdeh2 ümumilikdə 3*7*50 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Cavabdeh2 Cavabdeh* iddia tələbinə etirazının əsası kimi Cavabdeh* dayısı Cavabdeh3 əvvəllər MMC-də həkim işlədiyi və tikinti işləri sahəsində təcrübəsi olduğu üçün Cavabdeh3 köməklik etdiyini və buna görə də iş materiallarına əlavə edilmiş hesabatları, həmçinin 28.*0.20*5-ci il tarixli aktı tərtib etməklə Cavabdeh3 verdiyini bildirmişdir. Lakin iş materiallarına əlavə olunmuş 30.06.20*5-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" klinikasının yerləşdiyi Masallı şəhəri, H.Əliyev prospektində yerləşən binaya liftlərin quraşdırılması barədə müqavilə MMC-nin qanuni təsilçis i Cavabdeh2la "xxxx" MMC-nin direktoru İ.İmanov arasında bağlanmış, həmin şəxslər müqavilədən irəli gələn vəzifələrin qarşılıqlı icrasına dair öhdəlik götürmüşlər. Göründüyü kimi Cavabdeh2 Cavabdeh* iddia tələbinə etirazının əsası kimi istinad etdiyi həmin xüsusat əsassız olmuş və 28.*0.20*5-ci il tarixli akt, S.İ.Bəşirov tərəfindən tərtib edilmiş hesabatlar, Cavabdeh3 tərəfindən verilmiş 2*.05.20*6-cı il tarixli iltizam iş üzrə sübut əhəmiyyətinə malik olmuşlar.
23. Mülki işin məhkəmə iclasında öyrənilmiş hallarından, habelə MMC-nin və "xxxx" klinikasının direktoru Cavabdeh2 tərəfindən tərtib edilmiş *0.08.20*5, 05.09.20*5, 0*.*0.20*5, *6.*0.20*5, *7.*0.20*5, 25.*2.20*5-ci il tarixli hesabatlara əsasən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən, "xxxx" klinikasının fəaliyyət göstərdiy i binanın 2 və 3-cü mərtəbələrinin təmiri üçün Cavabdeh2 Cavabdeh* cəmi 3*7*50 ABŞ dolları məbləğində pul vəsaitini qəbul etmiş, həmin pul vəsaitinin təmir işləri üçün sərf edilməsinə dair görüntü yaratmışdır. Belə ki, Cavabdeh2 tərəfindən tərtib edilmiş və Cavabdeh* təqdim olunmuş arayışda liftin dəyərinin ödənilməsi üçün *07900 ABŞ dolları, fotosel qapıların quraşdırılması üçün 8000 ABŞ dolları və s. bu kimi digər işlərin icrası üçün ümumilikdə 3*7*50 ABŞ dolları məbləğində sərf olunması qeyd edilsə də, iş materiallarına əlavə olunmuş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə liftin və fotosel qapılarının quraşdırılmaması, habelə "xxxx" klinikasının 2 və 3-cü mərtəbələrində görülmüş təmir işləri ilə əlaqədar *60830.50 manat vəsaitin sərf olunması müəyyən edilmişdir. həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının 20*5-ci ilin sonlarına dair məzənnə göstəricilərinə görə həmin dövr ərzində * ABŞ dolları = *.05 manat ekvivalentində olmuşdur. Buna görə də *60830.50 manat məbləğində pul vəsaiti *53*7*.90 ABŞ dolları vəsaitlə eyni dəyərə malik olmuşdur.
24. Məhkəmə Cavabdeh* Cavabdeh2 və Cavabdeh3 ümumi razılıqları əsasında Cavabdeh* vəsaiti hesabına təmir işlərinin aparılması üçün, Cavabdeh3 Cavabdeh* 3*7*50 ABŞ dolları vəsaitinin alınmasını, Cavabdeh3 həmin vəsaiti Cavabdeh2 verməsini və sonuncuların 3*7*50 ABŞ dolları məbləğində vəsaitin yalnız *60830.50 manat hissəsini təmir işlərinə sərf etməsini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh* təmir işləri məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 verdiyi 3*7*50 ABŞ dollarının təmirə sərf olunmamış *63978.*0 ABŞ dolları məbləğində hissəsi Cavabdeh2 və Cavabdeh3 Cavabdeh* xeyrinə müştərək qaydada tutulmalıdır.
25. Mülki işin məhkəmədə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin və "xxxx" klinikasının təsisçisi və icraçı direktoru kimi Masallı şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının 2 və 3-cü mərtəbələrini **.06.20*5-ci il tarixli müqaviləyə əsasən MMC-nin və "xxxx" klinikasının adından Cavabdeh* icarəyə vermiş, həmin müqavilədə əmlakın mülkiyyətçisi Cavabdeh4 birbaşa razılığı ifadə olunmasa da, Cavabdeh4 05.**.20*4-cü il tarixli, AR-İ seriyalı, 360455 nömrəli etibarnamə ilə bütün əmlakını idarə etməyi və sərəncam verməyi Cavabdeh2 etibar etmişdir. Halbuki, qeyd olunan bina Cavabdeh4 mülkiyyətində olmuş və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrind ə 8050*3004*64-0630* nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh4 mülkiyyətində olan həmin binanı isə 22.07.20*3-cü il tarixli icarə müqaviləsi əsasında Cavabdeh2 25 il müddətinə icarəyə vermişdir.
26. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh*lə Cavabdeh2 arasındakı razılaşmaya uyğun olaraq, sözügedən təmir işlərinin aparılmasından sonra bağlanmış və iş materiallarına əlavə edilmiş 04.0*.20*6-cı il tarixli icarə müqaviləsinə əsasən Masallı şəhəri, H.Əliyev prospektində ümumi sahəsi *66*.5 kv.m olan seriya RX ******* saylı reyestrdən çıxarışa əsasən Cavabdeh4 məxsus 3 mərtəbəli əmlakın *-ci mərtəbəsi, MMC-nin direktoru Cavabdeh2 5 il müddətinə icarəyə verilmiş, lakin Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış 20*3-cü il tarixli icarə müqaviləsinin hüquqi qüvvəsinə dair yeni bağlanmış müqavilədə hər ha nsı xüsusi qeyd aparılmamış, habelə Cavabdeh4 görülmüş təmir işlərinin bəyənməməsini təsdiq edən hər hansı hərəkət etməmişdir. Qeyd olunan xüsusat Cavabdeh4 ona məxsus binada təmir işlərinin aparılmasından məlumatlı və həmin binada yaxşılaşdırma işlərinin aparılmasına dair razılığının olmasını göstərmişdir. Bundan başqa, Cavabdeh4 Cavabdeh2 etibarnamə verməklə Cavabdeh2 Cavabdeh4 adından hərəkət etmək və özünə məxsus əmlaklar üzərində sərəncam vermək səlahiyyətlərini həmin şəxsə vermişdir. Cavabdeh* qeyd olunan xüsusatları nəzərə alaraq, həmin binaya istifadə hüququ əldə etmək üçün icarə müqaviləsi bağlamış və həmin binanın təmiri, yəni onun yaxşılaşdırılması üçün 3*7*50 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh2 və Cavabdeh3 vermiş, sonuncular isə qeyd edilən vəsaitin *60830.50 manat hissəs ini təmir işlərinə sərf etmiş, son nəticədə Cavabdeh* tərəfindən verilmiş vəsait Cavabdeh2 tərəfindən təyinatı üzrə işlədilmədiyindən və müqavilə şərtləri yerinə yetirilmədiyindən Cavabdeh* həmin binadan istifadə etmək imkanından məhrum olmuşdur.
27. Məhkəmə Cavabdeh4 həmin şəxsə məxsus binada aparılmış yaxşılaşdırma işləri ilə əlaqədar təmir müddətində etiraz etməməsini, habelə Cavabdeh* vəsaiti hesabına və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 təşəbbüsü və rəhbərliyi ilə mübahisəli binada *60830.50 manat məbləğində yaxşılaşdırma işləri aparılmasını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh4 sonuncuya məxsus binada görülmüş işlərə sərf edilmiş, lakin Cavabdeh4 səlahiyyətli nümayəndəsinin təqsirli hərəkətləri nəticəsində Cavabdeh* vurulmuş zərərin bir hissəsinin əvəzi qismində *6 0830.50 manat məbləğində pul vəsaiti Cavabdeh4 alınıb Cavabdeh* verilməlidir.
28. Mülki işin məhkəmə tədqiqi zamanı Cavabdeh* əldən çıxmış faydanın əvəzi qismində **367* manat, mənəvi zərərin əvəzi qismində isə 70000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etsə də, iddianın həmin hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi sübutları, habelə hüququnu bərpa etməsinə və ya əmlakından məhrum edilməsi nəticəsində **367* manat gəlirdən məhrum olmasını, habelə ona mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
29. Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla Cavabdeh* tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilmiş pul vəsaitinin məhz həmin şəxslərin təkidi ilə Cavabdeh* məxsus mənzillərin satışından əldə olunmuş pul vəsaiti olduğu öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh* iddiası həmin hissələrdə rədd olunmalıdır.
30. Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı xüsusi qərardadı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 əməllərində Cavabdeh* *63978,*0 ABŞ dolları pul vəsaitinin aldatma və ya mənimsəmə yolu ilə ələ keçirilməsi, habelə “AFS” Kredit İttifaqından heyvandarlığın inkişafı məqsədilə götürülmüş kreditin təyinatı üzrə istifadə edilməməsi xüsusatlarının araşdırılması məqsədi ilə xüsusi qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. MMC, Cavabdeh2 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətn aməsinin ləğv olunması, MMC-nin iddiasının təmin, Cavabdeh* iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
32. MMC, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, Biləsuvar Rayon Məhkəməsi MMC-nin iddiasını rədd edərkən qətnaməni əsaslandırmamış, iddianın rədd olunmasının səbəblərini qətnamədə göstərməmişdir. Müqavilə öhdəliklərinə Cavabdeh* tərəfindən əməl edilməməsinə qiymət verilməmişdir. Məhkəmə texniki ekspertizasının 22.0*.20*8-ci il tarixli, 2*009 saylı rəyi ilə "xxxx" MMC-nin 05.04.20*8-ci il tarixli hesabatı arasındakı ziddiyyəti müzakirə edib qiymətləndirməmişdir. Hansı ki, məhkəmə texniki ekspertizasının 22.0*.20*8-ci il tarixli rəyində bir sıra işlərin nəzərə alınmaması aşkar olmuşdur. Rəylər arasındakı fərq *74*02 manat o lmuşdur. Məhkəmə Cavabdeh* iddiasını qismən təmin etməsini də əsaslandıra bilməmiş, işə aid olmayan etibarnaməyə və Cavabdeh2 icarə müqaviləsi bağlamaq səlahiyyətinə malik olmasına əsaslanmışdır. Məhkəmə MMC-nin iddiasını rədd edərkən istinad etdiyi hallardan biri o olmuşdur ki, MMC adından müqavilə bağlamağa səlahiyyəti olmamışdır. Qarşı tərəfin iddiasını təmin edərkən isə Cavabdeh2 müqavilə bağlamaq səlahiyyətinə malik olmasını əsas göstərmişdir. Eyni zamanda, Cavabdeh4 üzərinə vəzifə qoyarkən Cavabdeh2 etibarnamə əsasında Cavabdeh4 təmsil etmək səlahiyyətinə malik olduğuna istinad etmişdir. Məhkəmə ziddiyyətli nəticələrə gəlmişdir.
33. Cavabdeh* apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni Cavabdeh* iddia tələbinin təmin edilməmiş hissəsində lə ğv edilməsi və Cavabdeh* iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Cavabdeh* apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə ona ziyan vurulması ilə bağlı sübut kimi investisiya layihəsi, həmin layihənin qısa xülasəsi, əmlak kompleksinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport, torpaq sahələrinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən 5 ədəd çıxarış, torpağa icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən 4 ədəd çıxarış, torpaq icarəsinə dair 3 ədəd müqavilə, mənzilin alğı-satqısına dair müqavilə, daşınmaz əmlakın ekspert qiyməti, Rusiya Federasiyası Mərkəzi Bankının məlumatı, ra zılaşma müqaviləsi, alğı-satqı müqaviləsi, 5 ədəd hesabat, 28.*0.20*5-ci il tarixli aktın surətləri, arayış, iltizam, icarə müqaviləsinin surətləri, 6 saylı Ərazi Vergilər İdarəsinin məktublarını təqdim etsə də, nəzərə alınmamış, həmin hissədə iddiası əsassız olaraq təmin edilməmişdir.
35. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, *63978,*0 ABŞ dolları məbləğində pulun Cavabdeh3 alınaraq Cavabdeh* verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsi ondan *63978,*0 ABŞ dollarının alınaraq Cavabdeh* verilməsi hissəsində q anunsuz və əsassız olduğundan ləğv edilməli və Cavabdeh* iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Cavabdeh3 aparılan işlərin vəziyyəti barədə və Cavabdeh2 verilmiş pulların hara və necə xərclənməsi barədə heç bir məlumatı olmamışdır. 330000 ABŞ dolları məbləğində pulun Cavabdeh2 verilməsini Cavabdeh2 da öz izahatında təsdiq etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin hansı əsasla Cavabdeh2la Cavabdeh3 müştərək qaydada *63978,*0 ABŞ dolları məbləğində pulun tutularaq Cavabdeh* ödənilməsini qət etməsi başa düşülən olmamışdır. Birinci instansiya məhkəməsi qətnamədə Cavabdeh3 təqsirinin nədən ibarət olmasını əsaslandırmadan, qətnamədə yalnız Cavabdeh2 tərəfindən tərtib edilmiş hesabatlara, iş üzrə təyin edilmiş ekspert rəylərinə istinad edərək, böyük məbləğdə pulun ondan alınaraq Cavabdeh* verilməsini qət etmişdir. Həmçinin, qətnamədə qeyd edilmişdir ki, guya Cavabdeh3 birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak etmiş və izahat vermişdir. Lakin o, məhkəmə iclaslarında iştirak etməmiş və heç bir izahat verməmişdir. Ümumiyyətlə, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməmişdir.
37. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *3 may 20*9-cu il tarixli, 2(*06)*34*/20*9 saylı qətnaməsi ilə (hakimlər Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov və Fehruz Abbasov) MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil*, Cavabdeh3 və Cavabdeh* nümayəndəsi və vəkili Vəkil4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 2 (022)-22/20*8 saylı, 29 noyabr 20*8-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, MMC-nin Cavabdeh* qarşı tərəflər arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ləğv edilməsi, Cavabdeh* üzərinə qeyri-yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması və 420000 manat məbləğində pul vəsaitinin Cavabdeh* MMC-nin xeyrinə tutulması barədə iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi ləğv edilmiş, MMC-nin iddia tələbləri qalan hissələrdə təmin edilməmiş, Cavabdeh* iddiası qismən təmin edilmiş, MMC-dən Cavabdeh* xeyrinə 287450 ABŞ dolları pul vəsaitinin 20*5-ci ilin iyun-oktyabr aylarında ABŞ dollarının manata münasibətdə məzənnəsinin nəzərə alınaraq tutulması, Cavab deh3 Cavabdeh* xeyrinə 30000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla tutulması, Cavabdeh* iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını təxmini düzgün müəyyən etsə də, müqavilənin tərəflərinə və müddəalarına qanunvericilik baxımından düzgün hüquqi qiymət verməyərək, səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, müqavilə Cavabdeh4 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2la Cavabdeh* arasında bağlanmışdır. Halbuki, müqavilənin məzmunundan da göründüyü kimi müqavilə MMC-nin adından direktor Cavabdeh2 şəxsində Cavabdeh* arasında bağlanmışdır. İş materiallarında Cavabdeh4 adından Cavabde h2 verilmiş etibarnamənin bu müqavilənin bağlanması üçün heç bir əhəmiyyəti ola bilməz ona görə ki, müqavilənin məzmununda etibarnaməyə heç bir istinad olmamışdır. Qeyd edilən etibarnamənin mövcudluğunun əhəmiyyəti yalnız ondan ibarət olmuşdur ki, ilkin müqavilənin bağlanması MMC-nin səlahiyyətli olmasını təsdiq etmişdir. Yəni MMC-nin direktorunun gələcəkdə tibb müəssisəsinin avadanlıqları ilə birlikdə icarəyə vermək barədə müqavilə bağlamaq səlahiyyətinin olmasını təsdiq etmişdir. Bu isə müqavilə tərəflərini dəyişən amil olmamışdır. Birinci instansiya məhkəməsi müqavilənin tərəflərini düzgün müəyyən etməməklə iddia tələbləri ilə bağlı sonrakı səhvlərin əsasını qoymuş, nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
39. Birinci instansiya məhkəməsi mübahisələndirilən müqavil əni ləğv etməməsini müqavilənin ləğvi barədə Cavabdeh* təklif verilməsi barədə sənədin məhkəməyə təqdim olunmaması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu əsasla iddia tələbindən imtina edilməsi prosessual qanunvericilik normalarının pozuntusu olmuşdur. Belə ki, məhkəmə bu halı müəyyən etmişdirdisə, MPM-in *52.*.6-cı maddəsinə əsasən iddia ərizəsini geri qaytarmalı idi. Mülki iş materiallarından isə müəyyən edilmişdir ki, iddia ərizəsi Masallı Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş, məhkəməyə etiraz səbəbi ilə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda yenə də məhkəmə pretenziya qaydasına riayət olunmamanı müəyyən etmişdirsə, prosessual qanunvericiliyin tələblərinə əsasən mülki işin baxılmamış saxlanılması barədə qərardad q əbul etməli idi. Lakin, məhkəmənin istinad etdiyi hallar əsassız olmuşdur ona görə ki, müqavilənin ləğvi təklifinə dair 25.05.20*6-cı il tarixli məktubun Cavabdeh* çatdırılmasına dair Masallı poçt filialının *4.**.20*6-cı il tarixli 02/202 saylı məktubu məhkəməyə təqdim olunmuşdur.
40. Birinci instansiya məhkəməsinin tərəflər arasında **.06.20*5-ci il tarixdə bağlanmış razılaşma müqaviləsi ilə bağlı yol verdiyi prosessual səhvləri izah etdikdən sonra məhkəmə kollegiyası tərəflər arasında **.06.20*5-ci il tarixdə bağlanmış razılaşma müqaviləsinin hüquqi mahiyyəti ilə bağlı qeyd etmişdir ki, həmin razılaşmanı ilkin müqavilə, yəni Cavabdeh* ilə gələcəkdə tibb müəssisəsinin avadanlıqları ilə birlikdə icarəyə verilməsi müqaviləsinin ilkin müqaviləsi (niyyət razılaşması) kimi qiymətləndirmişdi r.
41. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında **.06.20*5-ci il tarixdə bağlanmış razılaşma müqaviləsi qanunvericilik baxımından ilkin müqavilə, niyyət müqaviləsi olmuşdur. MMC-nin bu müqaviləni bağlamaq səlahiyyəti olmuşdur. Ona görə ki, MMC-nin direktoru Cavabdeh2 adına Cavabdeh4 etibarnamə olduğu və işin həqiqi hallarından Cavabdeh4 gələcəkdə (hətta məhkəmə gedişində belə) bu müqavilənin bağlanmasına etirazı olmadığı üçün MMC-nin bu müqaviləni həmin dövrdə bağlamaqla tam səlahiyyəti olmuşdur. Lakin, bununla belə gələcəkdə etibarnamənin ləğv ediləcək ehtimalını nəzərə almayan MMC digər tərəfi əhəmiyyətli dərəcədə risk altına qoymuşdur. Hal-hazırda Cavabdeh4 müqavilə münasibətlərini davam etdirmək niyyətinin olmasını bildirməsi MMC-ni mülki məsuliyyətdən azad etməmişdir.
42. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh4 adından 25 il müddətinə mübahisəli obyektin MMC-yə icarəyə verilməsi barədə 22.07.20*3-cü il tarixli müqavilədə subicarəyə vermək səlahiyyəti nəzərdə tutulmasa da, Cavabdeh2 adına etibarnamənin olması və Cavabdeh4 görülən işlərə etiraz etməməsi ilkin müqavilənin bağlanmasının qanuniliyini istisna etməmişdir. Lakin, MMC-nin (direktoru Cavabdeh2) hazırkı mübahisədə təqsiri etibarnaməyə əsaslanaraq, gələcəkdə ləğv edilmə ehtimalını nəzərə alıb üçtərəfli müqavilənin bağlanmasını təklif etməyərək qarşı tərəfi riskdə qoyması ilə bağlı olmuşdur.
43. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflərin heç biri müqavilənin etibarsızlığı (əhəmiyyətsizliyi) ilə bağlı hala istinad edərək, müqaviləni mübah isələndirməmişlər. Belə olan halda məhkəmələrin MM-in 402.2-ci maddəsindən ilkin müqaviləyə hüquqi qiymət verməsi əsasızdır. Halbuki, işdən görünmüşdür ki, ilkin müqavilə gələcəkdə tibb müəssisəsinin avadanlıqları ilə birlikdə icarəyə verilməsinə yönəlib, mülki qanunvericilik baxımından bu cür müqavilə notarial qaydada bağlanmalı idi. Lakin, ilkin müqavilə notarial qaydada bağlanmasa da, tərəflər bu əsasa istinad edərək müqaviləni mübahisələndirməmişlər.
44. İşin həqiqi hallarından müəyyən edilmişdir ki, MMC müqavilə münasibətlərinin bu gün də davam etdirilməsi niyyətində olmuşdur. Bu niyyətini də açıq şəkildə işi barışıqla bitirmək təklifini etməkdə göstərmişdir. Bu hallar birinci instansiyya məhkəməsi zamanı da (tərəflərin barışığın əldə edilməsi üçün məhkəmə iclaslarının təxirə salınmas ı ilə bağlı verdikləri ərizələrdən) müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Cavabdeh4 da vəkili və nümayəndəsi olan Vəkil2 dəfələrlə Cavabdeh4 özünə məxsus obyekti Cavabdeh* icarəyə verməyə hazır olduğunu bildirərək barışıq təklif etməsi də göstərmişdir ki, müqavilə münasibətlərinin davam etdirilməsində Cavabdeh* maraqlı olmamışdır. O, bunun səbəbi kimi obyektin ipoteka ilə yüklü olmasını göstərsə də, qanunvericilik baxımından obyektin yüklü olması icarə münasibətlərinin qarşısını alan hal olmadığı üçün məhkəmə kollegiyası bu etirazı bəhanə kimi dəyərləndirmoşdir. Bununla yanaşı ipoteka yüklü edilmiş öhdəliyin artıq icra edildiyi barədə iş materiallarında sübut (kredit borcunun ödənilməsi barədə arayış) olmuşdur. Cavabdeh* bu arayışı mübahisələndirsə də etirazlarını sübut edə bilməmişdir. Bununla yanşı məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisədə MMC-nin də təqsirini əhəmiyyətli pozuntu kimi qəbul etmişdir ona görə ki, MMC-nin direktoru Cavabdeh2 mülkiyyətçinin adından etibarnaməsinin olmasına güvənərək qarşı tərəflə yalnız MMC-nin adından müqavilə bağlamaqla, etibarnamənin birtərəfli qaydada ləğv edilmə ehtimalını, mülkiyyətçinin gələcəkdə niyyət razılaşması-müqaviləsi ilə razılaşmama ehtimalını gözardı edərək, qarşı tərəfi əhəmiyyətli dərəcədə riskdə qoymuşdur.
45. Birinci mülki işin birinci tələbi ilə bağlı məhkəmə kollegiyasının yekun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında **.06.20*5-ci il tarixdə bağlanmış razılaşma müqaviləsi hər iki tərəfin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması əsası ilə ləğv edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, MMC ilə Cavabdeh* dayısı Cavabdeh3 arasında bağlanmış eyni məzmunlu ilkin (niyyət) müqaviləsi mübahisələndirilmədiyi üçün tərəflər müqavilə münasibətlərini davam etdirmək perspektivlərini itirməmişdirlər.
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh* müqavilə münasibətlərini əhəmiyyətli dərəcədə pozduğu üçün ondan müqavilədən irəli gələn ziyanın tələb edilməsi MM-in 424.5-ci maddəsi baxımından yolverilən olmuşdur. Bu zaman nəzərə alınmalıdır ki, mübahisəli ilkin (niyyət) müqaviləsi MMC ilə Cavabdeh* arasında bağlanmış olsa da əsas müqavilə “tibbi müəssisənin avadanlıqları ilə birlikdə icarəyə verilməsi” barədə icarə müqaviləsi üçtərəfli, həm də Cavabdeh4 ilə balanmalı idi. Bu halda isə icarə müqaviləsi üzrə haqq MMC-yə deyil, Cavabdeh4 ödənməli olacaqdı. Belə olan halda MMC-nin icarə haqları üzrə pulun Cavabdeh* tutulması ilə bağlı tələb üzrə subyektiv hüququ müəyyən edilməmişdir. Halbuki, iddiaçı icarə haqları üzrə pulun ona ödənilməsini tələb etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, ilkin (niyyət) müqaviləsində icarə haqlarının ödənilməsi yeni müqavilənin bağlanması, təhvil-təslim aktının imzalanması və 2 aylıq müddətlə şərtləndirilmişdir. Bu şərtlərə görə də Cavabdeh* icarə haqlarının tutulması tələbi əsassız və qanunsuz olmuşdur. Ona görə ki, MM-in 424.5-ci maddəsi müqavilənin şərtlərindən irəli gələn ziyanı deyil, ləğvi nəticəsindən irəli gələn ziyanı tələb etmək hüququnu müəyyən etmişdir. Yəni, Cavabdeh4 424.5-ci maddəsindən irəli gələn ziyanı tələb etmək hüququ olmuşdur.
47. Məhkəmə kollegiyasının birinci mülki işin ikinci tələbi üzrə hüquqi mövqeyi ondan ibarətdir olmuşdur ki, MMC-nin 420.000 manat məbləğində pul vəsaitinin (icarə haqqına görə) Cavabdeh* tutulması barədə tələbi iddiaçının subyektiv hüququnun olmaması və tərəflər arasındakı müqavilə şərtlərinə zidd olması əsasları ilə təmin edilməməlidir.
48. İkinci mülki işin birinci tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ikinci mülki işin hüquqi dəyərləndirilməsi birinci mülki işin hüquqi dəyərləndirilməsindən birbaşa asılı olmuşdur. MMC-nin tərəflər arasında bağlanmış ilkin müqavilənin ləğvinə səbəb olacaq əhəmiyyətli dərəcədə pozuntusu olmuşdur. Belə olan halda Cavabdeh* tələblərini MMC-yə MM-in 424.5-ci maddəsi baxımından irəli sürməsi yolverilən olmuşdur.
49. Məhkəmə kollegiyası işin həqiqi hallarından müəyyən etmişdir ki, hazırkı mübahisədə X*, Cavabdeh5 və Cavabdeh6 heç bir hüquqi bağlılığı olmamışdır. Onlar hər hansı tələbə cavab verməli olan şəxs deyillər. Birinci instansiya məhkəməsi ziyanın bir hissəsini Cavabdeh4 yönəltsə də, bu hüquqi nəticəsini əsaslandıra bilməmiş, maddi və prosessual hüquq normalarını səhv tətbiq və təvsir etmişdir. Belə ki, Cavabdeh4 obyektin mülkiyyətçisi olmaqla müqavilə tərəfi olmamış, hər hansı formada işlərin gedişatına maneə törətməmişdir. Bununla yanaşı Cavabdeh4 MMC ilə qüvvədə olan 25 illik icarə müqaviləsi olmuş, birinci instansiya məhkəməsinin yaxşılaşdırma ilə bağlı qanunvericilik müddəalarına istinad edərək, ona qarşı iddianı qismən təmin etməsi tamamilə absurd və qanunsuz olmuşdur.
50. Birinci instansiya məhkəməsinin digər səhvi ondan ibarət olmuşdur ki, müqavilənin hüquqi qüvvəsini s axlamaqla, dəymiş ziyan tələblərini qismən təmin etmiş, nəticədə bir birini təkzib edən nəticələrə gəlmişdir. Cavabdeh* Cavabdeh4 və Cavabdeh2la hər hansı bir müqaviləsinin olmaması məhkəmə qətnaməsinin qanunsuz olması üçün başlıca əsas olmuşdur. Qətnamədə qeyd olunmuşdur ki, binaya nəzarəti və real sahibliyi Cavabdeh4 oğlu Cavabdeh5 həyata keçirmişdir. Lakin, o, belə izahat verməmişdir. Cavabdeh* 2*.*2.20*6-cı il tarixli ərizəsində cavabdeh MMC göstərilib. İddia ərizəsinin mətnində göstərilmiş ki, MMC müqavilə bağlamağa səlahiyyətli olmamışdır. Bununla belə pulun alınması MMC-dən tələb olunmuşdur. *3.03.20*7-ci ildə ərizədə pulun MMC ilə yanaşı Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınması tələbi qoyulmuşdur. Qətnamədə pulun MMC-yə dair tələb təmin olun mamış, təmin olunmasının səbəbləri göstərilməmişdir. Xüsusilə vurğulanmışdır ki, Cavabdeh* MMC-nin müqavilə bağlamağa səlahiyyətli olmamasını bildirsə də, özü həmin müqaviləni mübahisələndirməmiş və MMC-nin müqavilənin ləğvi tələbini qəbul etməmişdir. Müqavilənin ləğvi tələbini qəbul etmədiyi halda müqavilə üzrə verdiklərini geri tələb etməsi və məhkəmənin bu tələbi təmin etməsi hüquqi müstəvidən kənara çıxma olmuşdur.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərini tamamilə əsaslı hesab edərək vurğulamışdır ki, mübahisəli müqavilə münasibətləri MMC ilə olduğundan dəymiş ziyan tələbi də yalnız MMC aid hissədə qismən əsaslıdır.
52. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC-nin faktiki sahibləri ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar araşdır ılan sübutlarla ziddiyyət təşkil etmiş və sübut edilməmişdir.
53. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş ekspertiza və mütəxəssis rəylərinə düzgün hüquqi qiymət verməmişdir. Rəylər arasında kifayət qədər ziddiyyətlər olsa da, məhkəmə bunları araşdırmamış, ekspertiza təyin edilməsi barədə qərardadında qoyulmuş sualların tam cavablandırılmamasına baxmayaraq bu hallara reaksiya verməmişdir.
54. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəylərinə əsasən ekspert obyektdə quraşdırılmış mərkəzi oksigen sisteminə, fotosel qapılara, lift şaxtalarına, lifrlərin alınmasına sərf edilmiş vəsaitə və işlərin görülməsinə sərf edilmiş vəsaitə heç bir münasibət bildirməmişdir. Məhkəmə liftlərin alınması barədə müqaviləni sübut kimi qəbul etsə də, sonda onu xərcə daxil etməmişdir. Apellyasiya instansiyası məhkəməsində Cavabdeh* liftlərin onun sifarişinin olmaması, onunla razılaşdırılmaması və sonradan quraşdırılması barədə izahatı dinlənilərək tərəflərə əlavə məhkəmə ekspertizası təyin edilməsi təklif edilsə də, Cavabdeh* bundan imtina etmiş, sübutlar əsasında işə hüquqi qiymət verilməsini xahiş etmişdir.
55. Məhkəmə kollegiyası MMC-nin direktoru Cavabdeh2 təqdim etdiyi diskə tərəflərin iştirakı ilə baxış keçirərək müəyyən etmişdir ki, obyektə biri quraşdırılmaqla iki lift mövcuddur, fotosel qapılar quraşdırılmadan saxlanılır (səbəb müqavilə münasibətlərinin pozulması işin dayandırılmasıdır), mərkəzi oksigen sistemi quraşdırılmışdır.
56. Göstərilən sübutlar əsasında mülki işə əlavə ekspertiza keçirilmədən baxılmasını mümkün hesa b edən məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, Cavabdeh* liftlərlə bağlı bir-birinə zidd izahatlar vermişdir. İddiaçı liftləri sifariş vermədiyi, ona lift quraşdırılması ilə bağlı məlumat verilmədiyini desə də, 2-3 mərtəbələrdə cərrahiyyə bloku olduğu halda lift olmadan xəstələrin necə daşınacağına aydınlıq gətirə bilməyərək, qarşı tərəfi pulu mənimsəməkdə günahlandırmışdır. İkincisi, klinikanın yeni layihəsindən görünmüşdür ki, layihə Səhiyyə Nazirliyi və digər müvafiq təşkilatlarla razılaşdırılmış, layihədə iki lift nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, heç bir aldatmadan söhbət gedə bilməz. Qarşı tərəf layihəyə uyğun addım atmış, Cavabdeh* dayısı Cavabdeh3 işin gedişatı barədə mütəmadi olaraq ona məlumat vermişdir. Üçüncüsü, hazırkı mübahisədə Cavabdeh* qarşı tərəfi mənimsəmədə ittiham etməsi, bu barədə xüsusi qərar qəbul edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Bunun əksinə olaraq işlərin layihəyə uyğun aparıldığı, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin qoyulmuş suallara cavab vermədiyi, rəylərdə nəzərə alınmayan işlərin həqiqətən də görüldüyü, avadanlıqların alındığı tam sübuta yetirilmişdir.
57. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MM-in 424.5-ci maddəsinə əsasən Cavabdeh* yalnız iyun-oktyabr 20*5-ci il tarixlərdə obyektə qoyduğu pulu etməkdə haqlı olmuşdur ki, işin mübahisəsiz halı kimi bu məbləğ 3*7.450 ABŞ dolları təşkil etmişdir. Bu məbləğin 30.000 ABŞ dolları Cavabdeh* dayısı Cavabdeh3 tərəfindən MMC-yə rentgen aparatının alınması üçün borc verilmişdir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, r entgen aparatı alınmış, Cavabdeh3 tərəfindən istifadə edilmişdir. Lakin, Cavabdeh3 rentgen aparatına görə 30.000 ABŞ dollarını borc verərkən Cavabdeh* razılığını almasını bildirsə də bu halı sübut edə bilməmişdir.
58. Məhkəmə kollegiyasının ikinci mülki işin birinci tələbi ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, MM-in 424.5-ci maddəsinə əsasən MMC-dən Cavabdeh* xeyrinə 287.450 ABŞ dolları pul vəsaiti 20*5-ci ilin iyun-oktyabr aylarında ABŞ dollarının manata münasibətdə məzənnəsi nəzərə alınaraq tutulmalı, 30.000 ABŞ dolları isə Cavabdeh3 ödəniş gününə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla tutulmalı, iddia tələbi qalan hissədə sübut olunmadığı üçün təmin edilməməlidir.
59. Məhkəmə kollegiyası ikinci mülki işin ikinci tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh* əldən çıxmış faydanın əvəzi qismində **367* manat, mənəvi zərərin əvəzi qismində isə 70.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etsə də, iddianın həmin hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi sübutları, habelə hüququnu bərpa etməsinə və ya əmlakından məhrum edilməsi nəticəsində **3.67* manat gəlirdən məhrum olmasını, habelə ona mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
60. Bundan başqa, işdə olan sübutlarla Cavabdeh* tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilmiş pul vəsaitinin məhz həmin şəxslərin təkidi ilə Cavabdeh* məxsus mənzillərin satışısından əldə olunmuş pul vəsaiti olduğu öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh* iddiası həmin hissələrdə əsassızdır.
61. Şi rvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *3 may 20*9-cu il tarixli, 2(*06)*34*/20*9 saylı xüsusi qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-22/20*8 saylı, 29 noyabr 20*8-ci il tarixli qətnaməsi ləğv edildiyindən, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-22/20*8 saylı, 29 noyabr 20*8-ci il tarixli xüsusi qərardadının da qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
62. MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, MMC-nin iddia tələbinin təmin, Cavabdeh* iddia tələbinin rədd edilmısi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
63. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, klinikaya dair ilkin razılaşma üzrə işlərin görülməsi Cavabdeh* üzərində olmasına baxmayaraq, müqavilə onun tərəfindən üzərinə götürülmüş öhdəlik realizə edildikdən sonra yekun akt tərtib edilərək, Cavabdeh* klinika təhvil veriləcək və bu barədə də müqavilə bağlanacaqdır. Apellyasiya instansiyası məhkəməsi klinikanın yerləşdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh4 sub-icarəyə verilməsinin razılığının olmadığına istinad edərək, razılaşmanın şərtlərinin MMC tərəfindən pozulmasına əsaslansa da, mülkiyyətçinin etibarnamə verməsini və klinikanın Cavabdeh* verilməsinə etiraz etməməsini nəzərə almamışdır. Belə olan halda razılaşmanın onların təqsiri üzərindən pozulması qənaəti absurd olmaqla məntiqsiz olmuşdur. Bu baxımdan da Cavabdeh* klinikaya görə çəkilmiş xərci öz təqsirinə görə pozmuş olmasına görə pul tələb etməsi ağlabatan hesab edilə bilməz. MMC-nin iddia tələbi tə min edilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməməklə maddi hüquq normasını səhv təfsir etməklə təmin etmişdir. Çünki iş üzrə qoyulmuş pul vəsaiti klinikaya sərf olunmuş və razılaşma şərtləri Cavabdeh* tərəfindən pozulmuşdur.
64. Cavabdeh* kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işi yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
65. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış fayda və mənəvi ziyanla bağlı hissələrini əsassız olaraq təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni ləğv edərək, yeni qətnamə çıxarsa da, iddia tələbinin həmin hissələrini yenə də əsassız olaraq təmin etməmişdir. Cavabdehlərin hərəkətləri, yəni aldatmaqla külli miqdarda onun pulunu mənimsəmələri, əmlakını dəyər-dəyməzinə satdırıb əmlakından məhrum edilməsi mənəvi iztirablar, sarsıntılar keçirməyinə, səhhətinin pisləşməsinə səbəb olması yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulması deməkdir. Birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbini Cavabdeh2 və Cavabdeh4 münasibətdə ümumiyyətlə təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi 23.04.20*9-cu il tarixli iclasda tərəflər arasında olan mübahisə ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsində istintaq edilən cinayət işinin materiallarını tələb etməsinə görə prosesi təxi rə saldığı halda, həmin sorğunun cavabını gözləmədən və zəruri materialları əldə edib araşdırmadan işə nəticə verərək, Cavabdeh2 və qeyrilərinə münasibətə iddia tələbini rədd etmişdir. Lakin sonradan məhkəmənin həmin sorğusuna uyğun olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsindən daxil olmuş materiallardan tam aydın görünmüşdür ki, Cavabdeh2 məqsədli şəkildə onun pullarını mənimsəmişdir.
66. Ali Məhkəmənin Mülki kollegiyasının 29 oktyabr 20*9-cu il tarixli, 2(*02)-6665/20*9 saylı qərarı ilə (hakim İ.K.Dəmirov - sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və Ə.A.Əhmədov) Cavabdeh* kassasiya şikayətinin tam, MMC-nin kassasiya şikayətinin qismən təmin olunması, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)*34*/20*9 saylı, *3 may 20*9-cu il tarixli qətnaməsinin və bununla bağlı xüsusi qərardadın qüvvədən düşmüş hesab edilməsinə dair 2(*06)-*34*/20*9 saylı, *3 may 20*9-cu il tarixli qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
67. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, həmin nəticə kifayət qədər araşdırılmamış işin faktiki hallarına əsaslandığından, maddi hüquq normalarının tələblərinə düzgün hüquqi qiymət verilmədiyindən və kifayət qədər əsaslandırılmadığından qüvvədə qala bilməz, ləğv edilməli və iş yenidən araşdırılıb hüquqi dəyərləndirilməsi üçün apellyasiya baxışına qaytarılmalıdır.
68. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Cavabdeh* Həmdulla oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, tər əflər arasında bağlanmış müqavilə öhdəliklərinin onun tərəfindən vicdanla icrasına başlanılmış, bununla əlaqədar Cavabdeh3 vasitəsilə Cavabdeh2 330.000 ABŞ dolları vermiş, "xxxx" klinikasının təmiri ilə bağlı lazım olan pul vəsaitini təcili verməkdən ötrü mənzillərini real dəyərindən ucuz satmışdır. Sonradan ona məlum olmuşdur ki, ondan alınmış pul vəsaiti heç də tamamilə təmirə sərf olunmamış, "xxxx" klinikasının yerləşdiyi bina isə Cavabdeh4 mülkiyyətində olmaqla, nə o, nə də həmin əmlakın faktiki sahibləri olan oğlanları Cavabdeh5 ilə Cavabdeh6 binanın təmirinə heç bir etiraz etməmiş, pul vəsaitinin müəyyən hissəsinin Salamat Bəşirova verilməsi məhz İlqar və Cavabdeh6 qardaşlarının təkidi ilə olmuş, bu xüsusatı sonradan Cavabdeh3 da təsdiq etmişdir. Cavabdeh2 polis şöbəsində verdiyi iza hatında pulun Cavabdeh5 tərəfindən ödəniləcəyini, binanın girov qoyulmaqla kənd təsərrüfatı təyinatından ötrü kredit alındığını bildirmişdir.
69. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı Cavabdeh* iddia tələblərinin dəlillərinə maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməməklə, yalnız onun iddia tələbində müqavilənin etibarsızlığı və ya ləğvi ilə əlaqədar tələblərin qoyulmamasına əsaslanmaqla formal mülahizələrə əsasən ziddiyyətli nəticəyə gəlinmişdir.
70. Apellyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normalarının tələbləri baxımından iddiaçı Cavabdeh* iddia tələblərinin dəlillərinə hüquqi qiymət verməmiş, əksinə "xxxx" MMC-nin iddiasını müqavilənin ləğv edilməsi hissəsində formal mülahizələrə əsasən təmin etməklə, onun digər iddia tə ləbinin təmin olunmamasına dair ziddiyyətli nəticəyə gəlmişdir.
71. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üçün mühüm əhəmiyyət kəsb etməsi ilə bağlı 23 aprel 20*9-cu il tarixli məktubla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində istintaq edilən cinayət işinin materiallarını tələb etsə də, həmin sorğunun cavabını gözləmədən iş üzrə düzgün nəticəyə gəlməmişdir.
72. Bundan əlavə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən işin faktiki hallarına əsasən xüsusi qərardad çıxarmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hüquqi əsas olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini səbəb göstərməklə həmin xüsusi qərardadı qüvvədən düşmüş hesab etmişdir.
73. Bununla əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə *3 may 20*9-cu il tarixli qətnaməsi ləğv edilməli olduğundan apellyasiya instansiyası məhkəməsinin Biləsuvar Rayon Məhkəməsinin iş üzrə 2(022)- 22/20*8 saylı, 29 noyabr 20*8-ci il tarixli xüsusi qərardadının qüvvədən düşmüş hesab edilməsinə dair *3 may 20*9-cu il tarixli qərardadı da ləğv edilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
74. Təkrar apellyasiya baxışında müəyyən edilmişdir ki, Cavabdeh4 5 oktyabr 2020-ci ildə vəfat etmişdir. Masallı rayon Mənzil İstismar Sahəsinin 24 oktyabr 2023-cü il tarixli arayışa əsasən ünvan 2 ünvanında qeydiyyatda olmuş mərhum Cavabdeh4 05.*0.2020-ci ildə vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır: *) Cavabdeh5; 2) Cava bdeh6; 3) X6.
75. Apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı Cavabdeh5, Cavabdeh6 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızı Cavabdeh4 hüquqi varisi qismində işə cəlb edilmişlər (Cavabdeh5 və Cavabdeh6 həm də ikinci işdə cavabdeh qismində çıxış etmişlər).
76. Apellyasiya məhkəməsinin *8 yanvar 2024-cü il tarixli iclasında Vəkil2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, klinika üçün 2 ədəd lift alınmış olsa da, cinayət işi üzrə ittiham irəli sürülərkən klinikaya baxış keçirilmiş, həmin vaxt binada liftin birinin quraşdırıldığı, digərinin isə quraşdırılmadan həyətdə saxlanıldığı müəyyən edilmişdir. Lakin sonradan MMC tərəfindən həmin quraşdırılmamış lift 45000 manat müqabilində satılmışdır. Liftin satılması zamanı hər hansı yazılı sənədləşmə aparılmamış, həmin pul məb ləği bank hesabı ilə deyil, nağd şəkildə MMC-nin direktoru kimi Cavabdeh2 ödənilmiş, Cavabdeh2 isə həmin pulu MMC-nin xərclərinə sərf etmişdir.
77. Apellyasiya məhkəməsinin 5 fevral 2024-cü il tarixli iclasında isə Vəkil2 bildirmişdir ki, o, məhkəmənin *8 yanvar 2024-cü il tarixli iclasında MMC tərəfindən liftin satılması ilə bağlı izahat verərkən Cavabdeh2 adını ümumiyyətlə çəkməmiş, həmin lift MMC tərəfindən 45000 manata satılmışdır. Həmin liftin satılması ilə bağlı MMC-də yazılı hər hansısa sənəd mövcud ola bilər, ona görə də həmin sənədin təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
78. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh* qeyd etmişdir ki, Cavabdeh3 və Cavabdeh2 Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə onlar tərəfindən mənimsənilməsi məhkəmə hökmü ilə təsdiq olunmuş pul məbləğləri ilə bağlı hazırda hər hansı problem olmamışdır. Onlar tərəfindən mənimsənilmiş pulun artıq bir hissəsi onun özünə geri qaytarılmış, qalan hissəsi ilə bağlı isə icra tədbirləri davam etdirilmişdir.
79. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-3/2024 nömrəli mülki iş üzrə 5 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov - sədrlik edən və məruzəçi), İlham Əsədov və Cahid İmanov) MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil*, Cavabdeh3, Cavabdeh* nümayəndəsi və vəkili Vəkil4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsi bi rinci iş üzrə iddiaçı MMC-nin iddiasına aid hissədə dəyişdirilmədən saxlanılmış, Biləsuvar Rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli, 2(022)-22/20*8 saylı qətnaməsi ikinci iş üzrə iddiaçı Cavabdeh* iddiasına aid hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh* iddia tələbi qismən təmin edilmiş, 2*38*9,50 manat məbləğində pul vəsaitinin ikinci iş üzrə Cavabdeh4 hüquqi varisləri Cavabdeh6, Cavabdeh5 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməsi, 30000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə ikinci iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və MMC-dən müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməsi, 45000 manat məbləği ndə pul vəsaitinin ikinci iş üzrə cavabdehlər MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməsi, ikinci iş üzrə iddiaçı Cavabdeh* iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
80. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsində tərəflər əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdüklərini göstərməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası MM-in 402.4-cü maddəsinə uyğun olaraq əsas icarə müqaviləsinin ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin bağlanmasından * il müddətində - ** iyun 20*6-cı ilədək bağlanmalı olduğunu qeyd edir. Lakin hazırkı iş materialları ilə tərəflər arasında sonradan əsas müqavilənin bağlanması halı müəyyən edilmir.
81. İşin hal larından da göründüyü kimi, əsas icarə müqaviləsinin tərəflərin onu bağlamalı olduqları ** iyun 20*6-cı ilədək bağlanılmaması və ya həmin müqaviləni bağlamaq barədə tərəflərdən birinin digər tərəfə təklif göndərməməsi ilə yanaşı, həmin müddət başa çatanadək artıq tərəflər arasında mübahisələr meydana gəlmişdir, belə ki, birinci iş üzrə iddia ərizəsindən də göründüyü kimi, "xxxx" MMC 25 may 20*6-cı il tarixində Cavabdeh* mübahisənin sülh yolu ilə həll edilməsi üçün təklif göndərdiyini bildirmişdir.
82. Məhkəmə kollegiyası "xxxx" MMC-nin iddiasının 2-ci hissəsi olan klinikanın əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı tələbinə dair qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə də iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Bununla bağlı olaraq məhkəmə kollegiyası bildirir ki, kli nikada aparılmış təmir işləri ** iyun 20*5-ci il tarixli müqaviləyə əsaslanmış, klinikanın əvvəlki vəziyyətinə edilmiş dəyişikliklər əsassız olmamışdır. Bu səbəbdən də həmin klinikanın müqavilə üzrə dəyişməsinə görə Cavabdeh* məsuliyyət daşımır.
83. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmündə Cavabdeh* tərəfindən Cavabdeh3 və Cavabdeh2 ümumilikdə 35*4*3 manat, həmin dövrün məzənnəsi ilə 334679,04 ABŞ dolları məbləğində pulun təmir məqsədilə verildiyi, həmin vəsaitin cəmi 289768,50 manat hissəsinin təyinatı üzrə sərf edildiyi müəyyən edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü ilə Cavabdeh3 və Cavabdeh2 tərəfindən mənimsəmə yolu ilə talanmış məbləğ 58709,4 ABŞ dolları, həmin dövr ün məzənnəsi ilə 6*644,50 manat müəyyən edilsə də, sonradan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *9 sentyabr 2022-ci il tarixli, *(*06)-35/2022 saylı qərarı ilə həmin hökmlə müəyyən edilmiş maddi ziyanın miqdarı dəqiqləşdirilməklə 8460 ABŞ dolları, yəni ** avqust 20*5-ci ildən 29 avqust 20*5-ci ilədək dövrün məzənnəsi ilə 8883 manat azaldılıb 50294,4 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 5276*,50 manat müəyyən edilmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmiş məbləğ təyinatı üzrə istifadə olunan məbləğə aid olmamış, yalnız mənimsənilmiş pulun məbləği ilə bağlı olmuş, həmin hissədə dəyişikliyin səbəbi isə eyni məbləğin 2 dəfə hesablanması olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsinin iclasında ikinci iş üzrə iddiaçı Cavab deh* qeyd etmişdir ki, Cavabdeh3 və Cavabdeh2 Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə onlar tərəfindən mənimsənilməsi məhkəmə hökmü ilə təsdiq olunmuş pul məbləğləri ilə bağlı hazırda hər hansı problem mövcud deyil. Onlar tərəfindən mənimsənilmiş pulun artıq bir hissəsi onun özünə geri qaytarılmış, qalan hissəsi ilə bağlı isə icra tədbirləri davam etdirilir.
84. Göründüyü kimi, Cavabdeh* hazırkı iş üzrə tələb irəli sürdüyü pulun bir hissəsi sözügedən mənimsənilmiş vəsaitlə bağlı olsa da, həmin hissəyə artıq hazırkı mülki işin icraatı başlandıqdan sonra açılan cinayət işi üzrə qəbul edilmiş hökmlə qiymət verilmiş, Cavabdeh* isə həmin məbləğə dair artıq hər hansı mübahisə olmadığını vurğulamışdır.
85. Hazırda əsas mübahisə predmeti təyinatı üz rə sərf olunmuş 289768,50 manat ilə bağlıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin hissədə tutulmalı olan məbləğ üzrə bir sıra fərqləndirmələr aparılmalıdır.
86. Cavabdeh* "xxxx" MMC ilə bağlanmış ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinə etibar edərək, həmin müqavilə üzrə klinikanın 2-ci və 3-cü mərtəbələrinin təmir edilməsi məqsədilə xərc çəkmiş, həmin xərcin ümumi həcmi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə 289768,50 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil* tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan təmir-tikinti xərclərinin miqdarı ilə bağlı ekspert rəyində və qiymətləndirmə hesabatında mühüm fərqlərin olmasına dair dəlili ilə bağlı bildirmişdir ki, təyinatı üzrə sərf olunmuş məbləğ məhz cinayət işi üzrə qanuni qüvvəsini almış məhkəmə hökmünə əsasən müəyyən edilir.
87. Cavabdeh* müqavilə üzrə gələcəkdə üzərində sahibliyinin yaranacağına ümid etdiyi klinikada yaxşılaşdırmalar etməsi onun vicdanlı sahib kimi qiymətləndirilməsinə zərurət yaradır.
88. Mülki Məcəllənin *57.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
89. Göründüyü kimi, klinikanın təmiri üçün təyinatı üzrə sərf olunmuş məbləğə dair hissədə Cavabdeh* tələbi əsaslıdır. Lakin bu zaman klinikada aparılmış yaxşılaşdırm aların ondan ayrıla bilən olub-olmaması məsələsi müəyyən edilməlidir.
90. İşdəki qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmünün məzmunundan görünür ki, 2* sentyabr 20*9-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin balansındakı "xxxx" klinikası ünvan 1 ünvanında yerləşir. Qeyri-yaşayış sahəsi olaraq binanın 2-ci və 3-cü mərtəbələrində yerinə yetirilmiş tikinti-təmir işləri tam aparılmamış, binada * lift quraşdırılsa da, digər 2-ci lift quraşdırılmadan həyətdə saxlanılır.
91. Göründüyü kimi, sözügedən hökmlə müəyyən olunmuşdur ki, klinikanın təmirtikintisi üçün alınmış 2 liftdən biri quraşdırılmış, digəri isə quraşdırılmadan həyətdə saxlanılmışdır.
92. Apellyasiya məhkəməsinin *8 yanv ar 2024-cü il tarixli iclasında "xxxx" MMC-nin və Cavabdeh2 nümayəndəsi və vəkili olan Vəkil2 da verilmiş suallara cavab olaraq bildirmişdir ki, klinika üçün 2 ədəd lift alınmış olsa da, cinayət işi üzrə ittiham irəli sürülərkən klinikaya baxış keçirilmiş, həmin vaxt binada liftin birinin quraşdırıldığı, digərinin isə quraşdırılmadan həyətdə saxlanıldığı müəyyən edilmişdir. Lakin o qeyd etmişdir ki, sonradan "xxxx" MMC tərəfindən həmin quraşdırılmamış lift 45000 manat müqabilində satılmışdır. Liftin satılması zamanı hər hansı yazılı sənədləşmə aparılmamış, həmin pul məbləği bank hesabı ilə deyil, nağd şəkildə "xxxx" MMC-nin direktoru kimi Cavabdeh2 ödənilmiş, Cavabdeh2 isə həmin pulu MMC-nin xərclərinə sərf etmişdir. Bundan sonra apellyasiya məhkəməsinin 05 fevral 2024-cü il tarixli iclası nda isə Vəkil2 bildirmişdir ki, o, məhkəmənin *8 yanvar 2024-cü il tarixli iclasında "xxxx" MMC tərəfindən liftin satılması ilə bağlı izahat verərkən Cavabdeh2 adını ümumiyyətlə çəkməmiş, həmin lift "xxxx" MMC tərəfindən 45000 manata satılmışdır. Hesab edir ki, həmin liftin satılması ilə bağlı "xxxx" MMC-də yazılı hər hansısa sənəd mövcud ola bilər, ona görə də həmin sənədin təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Məhkəmə kollegiyası Vəkil2 *8 yanvar 2024-cü il tarixli məhkəmə iclasındakı izahatını da nəzərə alaraq onun 05 fevral 2024-cü il tarixli iclasda bildirdiklərinə tənqidi yanaşır və belə hesab etmişdir ki, bu yolla məhkəmə mübahisənin həllinin yubadılmasına çalışılır.
93. Hazırda qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noya br 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, X*3.LTD şirkətinə məxsus X** Elevator (yataq lifti), X2 Elevator (müşahidəçi lifti) markalı, xəstə yataqları və ayaqüstü təyinat məqsədli, Çin istehsallı 2 ədəd liftin alınması və quraşdırılması ilə bağlı 88898 manat məbləğində pul xərclənmişdir. Belə olan halda isə * ədəd liftin qiyməti 44449 manat şəklində müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin *8 yanvar 2024-cü il tarixli iclasında isə Vəkil2 həmin liftin 45000 manata satıldığını qeyd etmişdir. Ona görə də məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh* vəsaiti hesabına alınmış, lakin quraşdırılmamış * ədəd lift sonradan "xxxx" MMC tərəfindən 45000 manat müqabilində satılmış, liftin satılması zamanı hər hansı yazılı sənədləşmə apa rılmamış, həmin pul məbləği bank hesabı ilə deyil, nağd şəkildə "xxxx" MMC-nin direktoru kimi Cavabdeh2 ödənilmiş, Cavabdeh2 isə həmin pulu MMC-nin xərclərinə sərf etmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin liftin satışından əldə olunmuş vəsait olan 45000 manat məbləğində pul vəsaiti ikinci iş üzrə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməlidir.
94. Hazırda qanuni qüvvəyə minmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü ilə həm də müəyyən olunmuşdur ki, 30000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 3*500 manat Medeks firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına sərf olunmuşdur. İş materialları ilə də müəyyən olunur ki, Cavabdeh * Cavabdeh3 klinikanın təmiri üçün verdiyi vəsait hesabına Cavabdeh3 rentgen aparatının alınması üçün Cavabdeh2 30000 ABŞ dolları borc vermiş, bu zaman Cavabdeh* razılıq almasını təsdiq edə bilməmiş, sonradan həmin pul məbləği də geri qaytarılmamışdır. Sözügedən rentgen aparatı isə hazırda "xxxx" MMC-nin istifadəsindədir. Bu səbəbdən də həmin rentgen aparatının alınması üçün sərf olunmuş məbləğ olan 30000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə ikinci iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməlidir. Məhkəmə kollegiyası bu zaman həm də qeyd etməyi zəruri saymışdır ki, Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri həqiqətən də qismən əsaslıdır. Belə ki, hazırda C avabdeh3 məsuliyyəti məhz qeyd edilən rentgen aparatının alınması üçün sərf olunmuş 30000 ABŞ dollarına münasibətdə mövcuddur və birinci instansiya məhkəməsi isə onun məsuliyyətinin həcmini müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir.
95. Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
96. Məhkəmə kollegiyası bildirmişdir ki, klinikanın təmiri üçün sərf olunmuş 289768,50 manat pul vəsaitindən rentgen aparatının alınması üçün sərf olunmuş 30000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 3*500 manat) və * ədəd liftin dəyəri kimi müəyyən ed ilmiş 44449 manat məbləğində pul vəsaiti çıxılmalıdır. Bu zaman yekunda əldə olunan məbləğ 2*38*9,50 manat (289768,50 manat – 3*500 manat – 44449 manat) təşkil edir. Qeyd olunan 2*38*9,50 manat isə klinikanın təmiri üçün vicdanlı sahib kimi Cavabdeh* tərəfindən xərclənmiş, lakin hazırda əmlaka zərər yetirmədən ondan ayrılması mümkün olmayan yaxşılaşdırmaların dəyəridir. Cavabdeh* isə klinika üçün edilmiş və ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərini tələb etməkdə haqlıdır. Bu cür yaxşılaşdırmaların dəyəri həmin əmlakın mülkiyyətçisindən tutulmalıdır. İşdəki RX ******* seriya nömrəli, 23*4003373 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan göründüyü kimi, Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında 0,08* ha torpaq sahəs i və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi *66*,5 kv.m, tikintialtı sahəsi 666,2 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binası (klinika) *8 iyul 20*4-cü ildə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Cavabdeh4 05 oktyabr 2020-ci ildə vəfat etmiş, ondan miras qalmış əmlaka dair vərəsəlik işi isə açılmamışdır. Bununla belə, Masallı rayon Mənzil İstismar Sahəsinin 24 oktyabr 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Cavabdeh4 vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır: *) Cavabdeh5; 2) Cavabdeh6; 3) X6. Bu səbəblə də, hər üç vərəsə ikinci iş üzrə Cavabdeh4 hüquqi varisləri olaraq cəlb edilmişlər. Qeyd olunmalıdır ki, Cavabdeh5 və Cavabdeh6 ayrıca olaraq da ikinci iş üzrə cavabdeh qismində cəlb olunmuş lar. Məhkəmə kollegiyası hər üç vərəsənin hüquqi varis qismində cəlb edilməsi zamanı həm də onu nəzərə almışdır ki, onların heç biri mərhum anaları Cavabdeh4 miras qalmış əmlakda olan miras paylarından imtina etməmiş, beləliklə də, miras əmlakı qəbul etmiş sayılmışlar. 97. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin *30*-ci maddəsinə uyğun olaraq həyata keçirilməl dir.
98. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyini də nəzərə alan məhkəmə kollegiyası bildirmişdir ki, klinikadan ayrıla bilməyən yaxşılaşdırmaların dəyəri olan 2*38*9,50 manat məbləğində pul vəsaiti ikinci iş üzrə Cavabdeh4 qalmış mirasdan imtina etməyən onun vərəsələri olan hüquqi varisləri Cavabdeh6, Cavabdeh5 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməlidir.
99. İkinci iş üzrə iddiaçı Cavabdeh* Rusiya Federasiyasında olan mənzilinin orta bazar dəyərindən 85*83 ABŞ dolları ucuz satılması və Bakı şəhərində olan mənzillərinin real dəyərindən 23000 ABŞ dolları ucuz satılması ilə əlaqədar həmin məbləğləri də vurulmuş ziyan olaraq cavabdehlərdən tələb etmişdir.
100. Cavabdeh* Rusiya Federasiyasında ye rləşən mənzilinin alğı-satqısına dair 26 iyun 20*5-ci il tarixli müqaviləni təqdim etmişdir. Həmin müqavilədə mənzilin ******* rus rublu müqabilində satıldığı qeyd olunmuşdur. “Veqa” müstəqil ekspert qiymətləndirilməsinin 20 fevral 20*7-ci il tarixli hesabatından isə görünür ki, həmin mənzilin qiymətləndirmə tarixinə yuvarlaqlaşdırılmış bazar qiyməti *245*000 rubl təşkil edir. Lakin Cavabdeh* Bakı şəhərində olan mənzillərinin satılması və onların real dəyərinə dair hər hansı sənəd təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirmişdir ki, müqavilə azadlığı prinsipi çərçivəsində satılan mənzilin mülkiyyətçisi kimi Cavabdeh* həmin mənzillərin satış qiymətinin müəyyənləşdirilməsində sərbəst olmuş, ona hər hansı hədə-qorxu, təsir, məcburetmənin olması barədə hər hansı hal müəyyən edilməmiş, sadəcə olaraq mənzillərin tələsik satılması səbəbindən onların dəyərindən ucuz satıldığını qeyd etmiş və bunun da cavabdehlərin ucbatından baş verdiyini bildirmişdir. Lakin məhkəmə kollegiyası bildirmişdir ki, real dəyərindən ucuz satıldığı iddia edilən mənzillərin satış qiyməti ilə real dəyəri arasındakı fərqin ona vurulmuş ziyan kimi ödənilməsi ilə bağlı Cavabdeh* tələbi əsaslı hesab edilə bilməz və həmin hissədə iddia tələbi təmin edilməməlidir.
101. Bundan başqa, Cavabdeh* digər tələbi **367* manat əldən çıxmış fayda formasında vurulduğunu iddia etdiyi maddi ziyanla bağlıdır.
102. Mülki Məcəllənin 2*.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zə dələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
103. Cavabdeh* əldən çıxmış fayda şəklində ona vurulduğunu iddia etdiyi maddi zərərin əvəzinin ödənilməsinə dair tələbini əsaslandırmaq üçün bölgədə maldarlıq (iri və xırda buynuzlu) təsərrüfatı sahəsinin təşkili üzrə investisiya layihəsini təqdim etmişdir. Həmin layihəyə əsasən, layihə üzrə orta illik mənfəət 68742 manat şəklində müəyyən edilmişdir. Cavabdeh* həmin rəqəmə istinad edərək orta günlük mənfəətin *88,33 manat olacağını, beləliklə, biznes planın tərtibindan keçmiş * il 8 ay ərzində cəmi **367* manat (68742 manat + (*88,33 manat × 30 gün × 8 ay)) əldən çıxmış fayda şəklində ona zərər vurulduğunu qeyd etmişdir.
104. Məhkəmə kolleg iyası əldən çıxmış fayda şəklində vurulmuş ziyanın ödənilməsinə dair hissədə də Cavabdeh* iddia tələbinin təmin edilməməli olduğunu bildirmiş və öz mövqeyini bununla əsaslandırmışdır ki, MM-in 2*.2-ci maddəsinin məzmunundan da göründüyü kimi, qanunverici əldən çıxmış faydanı şəxsin hüququnun pozulmayacağı təqdirdə onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəliri şəklində izah edir. Bu baxımdan Cavabdeh* onun hüququ pozulmasaydı və klinika fəaliyyətə başlasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri müvafiq sübutlar təqdim edərək tələb etməkdə haqlı olardı. Hazırkı halda o, klinikanın təmirinə müəyyən vəsait sərf etməklə həmin klinikadan sahibkarlıq fəaliyyətinə uyğun olaraq gəlir götürmək üçün istifadə etmək məqsədini güdmüşdür. Lakin Cavabdeh2 və Cavabdeh3 onun verdiy i pulun bir hissəsini mənimsəmələri nəticəsində hüququ pozulmuş, beləliklə də, müqavilə üzrə gələcəkdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Məhz bu əsasla o, həmin gəlirləri əldən çıxmış fayda şəklində tələb edə bilərdi. Lakin həmin halla əlaqədar Cavabdeh* hər hansı dəlil irəli sürməmiş, hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, Cavabdeh* əldən çıxmış fayda tələbini ümumiyyətlə ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsi bağlanmasaydı, başqa fəaliyyətlə məşğul ola biləcəyinə istinad etməklə əsaslandırmışdır.
105. Cavabdeh* iddia tələbinin digər hissəsi isə ona vurulduğunu iddia etdiyi 70000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Belə ki, Cavabdeh* qeyd edir ki, cavabdehlərin hərəkətləri onun nüfuzuna zərb ə vurmuş, onda dərin mənəvi sarsıntı və iztirablar, səhhətində ciddi problemlər yaratmış, mənfi psixoloji reaksiyaya, mütəmadi olaraq narahatlıq hissləri keçirməsinə səbəb olmuşdur. Qeyd olunan hərəkətin, yəni aldadılmaqla pulunun mənimsənilməsinin sistematik olaraq davam etməsi mənəviyyatını sarsıtmış, iddiaçıya dərin iztirablar vermişdir. Bununla da ona mühüm mənəvi zərər dəymişdir. Cavabdeh* hesab edir ki, ona vurulan mənəvi zərər heç bir pul ekvivalentinə uyğun deyil. Lakin ədaləti bərpa etmək və iddiaçıya mənəvi zərər vuran şəxsi maddi cəzaya məruz qoymaq məqsədilə, həmçinin * il ərzində reallaşdıra bilmədiyi biznes plana görə məhrum olduğu gəlirə uyğun özünə vurulan mənəvi zərəri də 70000 manat civarında qiymətləndirmişdir.
106. İkinci iş üzrə iddiaçı Cavabdeh* isə fiziki və mənəvi s arsıntılar keçirməsini, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını təsdiq edən, onun hansı mənəvi sarsıntı və iztirablar keçirməsini özündə əks etdirən mötəbər sübutlar təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Cavabdeh* ona mənəvi zərərin vurulması faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, iş materialları ilə də bu cür zərərin vurulması faktı müəyyən edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə də Cavabdeh* iddia tələbi təmin edilməməlidir.
107. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi birinci iş üzrə iddiaçı "xxxx" MMC-nin iddiasına aid hissədə dəyişdirilmədən saxlanılmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ikinci iş üzrə iddiaçı Cavabdeh* iddiasına aid hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh* iddia tələbi qismən təmin edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
108. Cavabdeh* (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi (əldən çıxmış fayda və mənəvi ziyan) hissəsində ləğv еdilməsi, iddiаnın həmin hissələrdə də (əldən çıxmış fayda və mənəvi ziyan) təmin еdilməsi bаrədə qərаr qəbul еdilməsini хаhiş еtmişdir.
109. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.
110. Cavabdeh X9 (Vəkil2) kassasiya şikayəti verərək, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin “2*38*9,50 manat məbləğində pul vəsaitinin ikinci iş üzrə Cavabdeh4 hüquqi varisləri Cavabdeh6, Cavabdeh5 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməsi” hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
111. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi göstərişlərə əməl etmədən, yalnız onları sadalamaqla kifayətlənərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 08.0*.2024-cü il tarixli müraciətə baxılması nəticəsi haqqında məktubundan görünmüşdür ki, “04.*2.2024-cü il tarixdə ümumi sahəsi *65*.5 kv.m olan aylıq icarə müqaviləsi 2650 manat, *0.05.20*6-cı il tarixdə ümumi sahəsi 25 kv.m olan aylıq icarə müqaviləsi 20 manat olan obyekt qeydiyyatla vergi orqanında uçota alınmışdır. MMC tərəfindən təqdim edilmiş ödəmə mənbəyinə tutulan vergi bəyannamələri üzrə aylıq 2670 manat icarə məbləği göstərilməklə 373.8 manat icarə haqqı ödənişi hesablanmışdır...”. Göründüyü kimi, vergi orqanının məktubu və digər sənədlərlə təsdiqlənmişdir ki, Cavabdeh4 məxsus olan qeyri-yaşayış binası MMC tərəfindən tam olaraq icarəyə götürülmüş bu günə qədər də onların icarəsində olmuşdur. Cavabdeh* ilə nə Cavabdeh4, nə də övladları Cavabdeh6, Cavabdeh5 və X7 cərrahiyə blokunun yaradılması ilə bağlı heç bir razılaşması olmamışdır. Sadəcə Cavabdeh* dəfələrlə binanın ona təhvil verilməsi ilə bağlı hədə qorxul arı olmuş, bunun da cavabında Cavabdeh4 ona heç bir borcunun olmadığı xatırladılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarı ilə qanuni qüvvəsini almış cinayət işinin hallarından da görünmüşdür ki, Cavabdeh4 cinayət işinə heç bir aidiyyəti olmamışdır. Cinayət işi ilə tam təsdiqini tapmışdır ki, təqsirləndirilən şəxs Cavabdeh2 o, hüquqi ünvanı Masallı rayonu, Ərkivan qəsəbəsi kimi göstərilmiş və 9 iyul 20*2-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış təsisçisi və rəsmi direktoru olduğu MMC-in balansında olmaqla Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" klinikasının icraçı direktoru vəzifəsində işləyərkən, həmin Klinika özü ilə Cavabdeh* arasında bağlanmış ** iyun 20*5-ci il tarixli və eyni tarixli özü ilə "xxxx" klinikasında həkim-re ntgenoloq və baş həkimi vəzifəsində işləmiş Cavabdeh3 arasında bağlanmış razılaşma müqaviləsi əsasında istifadə etmək, qazanc əldə etmək məqsədi ilə ümumi sahəsi - *047 kv.m olan 2 və 3-cü mərtəbələrin əməliyyat bloku və digər tibbi təyinatlar üçün təmir edilməsi məqsədilə maliyyə vəsaiti almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş * oktyabr 20*4-cü il tarixli, *3** qeydiyyat nömrəli lisenziyadan görünmüşdür ki, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasında tibbi fəaliyyətlə məşğul olmaq üçün MMC-yə icazə verilmişdir. Yəni Cavabdeh4 hər hansı bir tibbi fəaliyyətlə bağlı heç bir lisenziyası olmamış, o yalnız özünə məxsus əmlakı MMC-yə uzunmüddətli icarəyə vermiş, həmin münasibətlər bu gün də davam etmişdir. Bunlarla yanaşı Cav abdeh4 ilə MMC arasında bağlanmış 20 iyul 20*4-cü il tarixli icarə müqaviləsinin 3.*-ci bəndində qeyd edilmişdir ki, “Masallı şəhəri, H.Əliyev prospektində Cavabdeh4 adına inşa edilmiş üç mərtəbəli ümumi sahəsi *66*,5 kv.m obyekt tam istifadəyə hazır şəkildə MMC-yə təhvil verilir. MMC obyekti tam istifadəyə hazır şəkildə təhvil götürür. Gələcəkdə bütün əlavə inşaat işlərinin aparılmasını öz öhdəsinə götürür”. Tərəflər arasındakı bu müqavilənin 3.*-ci bəndinin tələbindən də göründüyü kimi, Cavabdeh4 öz mülkiyyətində olan 3 mərtəbəli binanı tam təmirli şəkildə MMC-yə icarəyə vermiş, MMC öz növbəsində təhvil götürmüş, gələcəkdə bütün inşaat işlərinə görə məsuliyyəti üstələnmişdir. Yəni Mülki Məcəllənin 680.*-ci maddəsindən fərqli qayda nəzərdə tutulmuşdur. Təkcə bu halın özü kifayət etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Cavabdeh4 ümumiyyətlə iddiaya cavab verməli olmayan şəxs olduğunu müəyyən etsin. Həmçinin vergi qeydiyyatı orqanının vermiş olduğu arayışdan da görünmüşdür ki, tərəflər arasında olan 20 iyul 20*4-cü il tarixli icarə müqaviləsi qeydiyyata alınmış, hal-hazırda da vergi ödənilir. Apellyasiya instansiyasında daha sonra müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə 20*5-ci il tarixdə yaransa da, ondan sonrakı 9 il müddətində də Cavabdeh4 məxsus obyekt MMCnin istifadəsində olmuşdur, bu istifadə davam etmişdir.
112. Cavabdeh6 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini “2*38*9,50 manat məbləğində pul vəsaitinin ikinci iş üzrə Cavabdeh4 hüquqi varisləri Cavabdeh6, Cavabdeh5 və Abdullayeva (Nəzərov a) Yeganə Əli qızından müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməsi” hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
113. Şikayət onunla əsaslandırılmılşdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı icarə müqaviləsindən irəli gələn tələblərə diqqət etməli idi. Məhkəmə nəzərə almalı idi ki, Cavabdeh* təkcə obyekti icarəyə götürməyəcəkdi. Məhz MMC-nin ömürlük lisenziyasından istifadə edərək klinika işlədəcəkdi ki, bunun da Cavabdeh4 heç bir aidiyyəti ola bilməzdi. Gələcəkdə bağlanacaq müqavilənin bir tərəfi də MMC olmalı idi. Cavabdeh*lə 20*6-cı ildə bağlanmalı olan icarə müqaviləsi bağlanmamış, ondan sonrakı dövr ərzində obyekti 20 iyul 20*4-cü il tarixli icarə müqaviləsinə əs asən MMC işlətmişdir. Təbii olaraq da obyektin yaxşılaşdırması da bu doqquz il ərzində aşınmışdır. Bununla yanaşı 20 iyul 20*4-cü il tarixli icarə müqaviləsinin müddəti 25 ildir, istifadə bundan sonra da davam edəcək. Apellyasiya məhkəməsinin hüquqi mövqeyinə inansaq ölkə ərazisində heç kim heç bir əmlakını icarəyə verməməlidir. Ona görə ki, hər an əmlakının dəyəri qədər ondan yaxşılaşdırma xərcləri tələb edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin klinikadan ayrıla bilməyən yaxşılaşdırmanın dəyərinin 2*38*9,50 manat olması barədə hüquqi mövqeyi də sübutların araşdırılmasına əsaslanmır. Təmir xərcləri cəmisi 60-70 min manat olmuşdur. Qalan məbləğə klinikaya lazımi avadanlıqlar alınmışdır. Həmin avadanlıqlar da MMC-nin sərəncamındadır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində maddi hüquq norması kimi 683.* və 683.3-cü maddəsinə istinad etmişdir. Halbuki nəzərə almamışdır ki, elə özünün istinad etdiyi maddi hüquq norması da, istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Yəni kirayəyə verən deyil, kirayəçi məsuliyyət daşıyır.
114. Cavabdeh5 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini “2*38*9,50 manat məbləğində pul vəsaitinin ikinci iş üzrə Cavabdeh4 hüquqi varisləri Cavabdeh6, Cavabdeh5 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızından müştərək qaydada tutularaq ikinci iş üzrə iddiaçı Cavabdeh* ödənilməsi” hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmişdir.
115. Kassasiya şikayəti Cavabdeh6 kassasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmışdır.
116. Cavabdeh MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, birinci iş üzrə iddiaçı MMC-nin iddiasının təmin edilməsi, ikinci iş üzrə iddiaçı Cavabdeh* iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
117. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya instansiyası kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi g östərişlərə əməl etmədən, yalnız onları sadalamaqla kifayətlənərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan hüquq münasibətlərini düzgün araşdırmamış, işin maddi hüquqi əsasını səhv müəyyən etməmişdir. Müqavilənin məzmununu təfsir edən məhkəmə kollegiyası ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsinin ilkin müqavilə olduğunu bildirmişdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, müqavilə azadlığı prinsipi çərçivəsində tərəflərin bağladıqları müqaviləyə istədikləri adı qoya bilməsi istisna edilməsə də, həmin müqaviləyə Mülki Məcəllənin hansı müqaviləyə dair normalarının tətbiq ediləcəyi məsələsi müqavilənin məzmununun təfsir edilməsi ilə müəyyən edilməlidir. MMC ilə Cavabdeh* arasında bağlanmış ** iyun 20*5-ci il tarixli razıl aşma müqaviləsi qarışıq müqavilə olmuşdur. Əvvəla, tərəflər razılığa gələrkən işin hallarına əsasən qəbul etmişlər ki, cərrahiyə blokunun yaradılması üçün MMC-nin müddətsiz lisenziyasından istifadə olunacaq. Yəni, Cavabdeh* özü istəsəydi də qeyd edilən obyektə öz adına cərrahiyə bloku yarada bilməzdi. Cərrahiyə bloku yaradıldıqdan sonra həm obyektin, həm də MMC-nin işlətməsi Cavabdeh* veriləcəkdi. İkincisi, tərəflər arasında bağlanmış müqavilədən və işin hallarından görünmüşdür ki, təkcə lisenziyanın olması cərrahiyyə blokunun yaradılması üçün kifayət etməmişdir. Bunun üçün xüsusi razılıq alınmalıdır. Məhkəmə baxışı zamanı mülki iş materiallarına əlavə edilmiş layihənin araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" klinikasının 2-3-cü mərtəbələrində cərrahiyə blokunun yaradılması üçün binanın layihəsi qanunvericiliyin tələblərinə uyğun dəyişdirilmiş (sərnişin və xəstə daşıyıcı liftlər nəzərə alınmış və s.), bununla bağlı layihə müvafiq dövlət orqanları – Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s. ilə razılaşdırılmışdır. Layihə müvafiq dövlət orqanlarının tapşırığı ilə “X5” MMC tərəfindən 525* manat müqabilində hazırlanmışdır. Bu barədə 23 iyun 20*5 və 2* iyul 20*5-ci il tarixli "xxxx" ASC Qala filialı tərəfindən verilmiş ödəniş qəbzləri də iş materiallarında olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi bütün bu sübutları göz ardı edərək, layihənin alınmasına xərclənmiş pulları da yaxşılaşdırmadan ayrıla bilməyən hissə kimi qəbul etmişdir. Üçüncüsü, tərəflər arasında aparılmış qarşılıqlı üzləşmə aktlarından da (** ədəddir və cinayət işində maddi sübut k imi tanınmışdır) görünmüşdür ki, MMC-nin direktoru məhz tərəflər arasında razılaşmanın hesabatlarını (razılığın alınması, təmir-tikinti işləri, avadanlıqların quraşdırılması və.s) verir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış razılaşmanı qarışıq müqavilə - podrat və tapşırıq müqavilələri kimi qəbul etməli idi. Belə ki, təmir-tikinti, quraşdırma işlərinin aparılması, avadanlıqların alınması sırf podrat müqaviləsindən irəli gələn öhdəliklər idi. MMC də muzd olaraq gələcəkdə öz işlətməsini icarəyə verməklə alacaqdı. Yəni, 25 il müddətinə icarəyə götürdüyü əmlakda, MMC-nin fəaliyyəti 5 il müddətinə Cavabdeh* icarəyə veriləcəkdi. Bunun üçün obyektin yiyəsi Cavabdeh4 heç bir razılığı tələb olunmurdu. Həmin obyektdə icarədar kimi yenə MMC fəaliyyət göstərəcəkdi. Buna görə Cavabdeh4 ilə Cavabdeh* arasında hər hansı icarə müqaviləsinin bağlanmasına heç bir lüzum və hüquqi məcburiyyət yox idi. Ödəniləcək 7000 manat icarə haqqının 2650 manatı icarə müqaviləsinə ödəniləcək, qalanı MMC-nin gəliri olacaqdı. Tərəflər arasındakı razılaşmanın digər ünsürü isə tapşırıq müqaviləsi idi. Belə ki, cərrahiyyə blokunun yaradılması üçün müvafiq dövlət orqanından razılığın alınması (layihənin təsdiqlənməsi) sırf tapşırıq məzmunludur. Bu öhdəlik də MMC tərəfindən layiqincə yerinə yetirilmişdir.
118. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, birinci iş üzrə iddiaçı MMC-nin iddiasının təmin edilməsi, ikinci iş üzrə iddiaçı Cavabdeh* iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
119. Kassasiya şikayəti MMC-nin kassasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
120. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
121. Maddə *57.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
122. Maddə *57.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
123. Maddə 402.*. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
124. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
125. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
126. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağl anmalıdır.
127. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
128. Maddə 404.*. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
129. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
130. Maddə 404.4. Müqavilədə bir-bir ini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir
131. Maddə 42*.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
132. Maddə 42*.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sa yılır.
133. Maddə
682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.
134. Maddə 683.*. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin.
135. Maddə 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələ n təqsiri üçün məsuliyyət daşıyır.
136. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
137. Maddə *09*.*. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
138. Maddə *09*.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
139. Maddə *092.*. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
140. Maddə *
094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin *57.6-cı və *57.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Prosessual Məcəllə
141. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
142. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
143. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
144. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
145. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
146. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
147. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdikləri hissələrdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
148. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
149. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təsdiq olunur ki, Cavabdeh3 və Cavabdeh2 qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətli mənimsəmə yolu ilə talamaqla zərər çəkmiş şəxs Cavabdeh* qarşı cinayət törətmişlər. Belə ki, Cavabdeh* tərəfindən Cavabdeh3 və Cavabdeh2 ümumilikdə 334679,04 ABŞ dolları məbləğində pulun təmir məqsədilə verildiyi, həmin vəsaitin cəmi 289768,50 manat hissəsinin təyinatı üzrə sərf edildiyi, 50294,4 ABŞ dollarının Cavabdeh3 və Cavabdeh2 tərəfindən mənimsəmə yolu ilə talandığı müəyyən olunmuşdur.
150. Mübahisəli hüquq münasibətləri ilə bağlı aparılan cinayət mühakimə icraatın ın tamamlanmasından sonra hazırkı mülki mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir. Cavabdeh* iddiası isə Cavabdeh4 hüquqi varisləri Cavabdeh6, Cavabdeh5 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızına münasibətdə 2*38*9,50 manat məbləğində əsaslıdır, eləcə də 30000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və MMC-dən müştərək qaydada, 45000 manat məbləğində pul vəsaiti isə cavabdehlər MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh* ödənilməli, sonuncunun iddiası qalan hissələrdə təmin edilməməlidir.
151. MMC-nin tələbləri üzrə məhkəm ə qeyd etmişdir ki, ** iyun 20*5-ci il tarixli razılaşma müqaviləsində tərəflər əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdüklərini göstərməmişlər. Bu səbəbdən də MM-in 402.4-cü maddəsinə uyğun olaraq əsas icarə müqaviləsi * il müddətinə - ** iyun 20*6-cı ilədək bağlanmalı olsa da, tərəflər arasında sonradan əsas müqavilənin bağlanması halı müəyyən edilməmişdir. Bununla yanaşı, həmin müddət başa çatanadək artıq tərəflər arasında mübahisələr meydana gəlmişdir. Məhkəmə klinikanın əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı tələbə münasibətdə qeyd etmişdir ki, klinikada aparılmış təmir işləri ** iyun 20*5-ci il tarixli müqaviləyə əsaslanmış, klinikanın əvvəlki vəziyyətinə edilmiş dəyişikliklər əsassız olmamışdır. Bu səbəbdən də həmin klinikanın müqavilə üzrə dəyişməsinə görə Cava bdeh* məsuliyyət daşımamışdır.
152. Apellyasiya instansiyası məhkəməsi 45000 manat məbləğində pul vəsaitinin MMCdən və Cavabdeh2 müştərək qaydada, 30000 ABŞ dolları məbləğində pul vəsaitinin isə Cavabdeh3, Cavabdeh2 və MMC-dən müştərək qaydada tutulması ilə bağlı gəldiyi nəticəni işdəki sübutları qiymətləndirməklə belə əsaslandırmışdır ki, binaya quraşdırılmalı olan liftlərdən biri Cavabdeh* vəsaiti hesabına alınmış, lakin quraşdırılmamış * ədəd lift sonradan "xxxx" MMC tərəfindən 45000 manat müqabilində satılmış, liftin satılması zamanı hər hansı yazılı sənədləşmə aparılmamış, həmin pul məbləği bank hesabı ilə deyil, nağd şəkildə "xxxx" MMC-nin direktoru kimi Cavabdeh2 ödənilmiş, Cavabdeh2 isə həmin pulu MMC-nin xərclərinə sərf etmişdir. Qanuni qüvvəyə minmiş Lənkəran Ağır Cinayətlər Məhk əməsinin 20 noyabr 2020-ci il tarixli, *(099)-66/2020 saylı hökmü ilə həm də müəyyən olunmuşdur ki, 30000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 3*500 manat “Medeks” firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına sərf olunmuş, Cavabdeh* Cavabdeh3 klinikanın təmiri üçün verdiyi vəsait hesabına Cavabdeh3 rentgen aparatının alınması üçün Cavabdeh2 30000 ABŞ dolları borc vermiş, bu zaman Cavabdeh* razılıq almasını təsdiq edə bilməmiş, sonradan həmin pul məbləği də geri qaytarılmamışdır. Sözügedən rentgen aparatı isə hazırda "xxxx" MMC-nin istifadəsindədir.
153. Belə olan halda apelyasiya məhkəməsi 45000 manat və 30000 ABŞ dolları məbləğində pul vəsaitlərini təyinatı üzrə xərclənmiş 289768,50 manatdan ayıraraq yuxarıda göstərilən qaydada həll etmişdir. Odur ki, Cavabdeh3, Cav abdeh2 və MMC-nin həmin xüsusatlarla bağlı kassasiya şikayətlərinin dəlilləri qətnamənin sözügedən hissələrdə ləğv edilməsi üçün əsas deyil.
154. Kassasiya məhkəməsi Cavabdeh4 hüquqi varisləri Cavabdeh6n, Cavabdeh5 və Abdullayeva (Nəzərova) Yeganə Əli qızının kassasiya şikayətlərini də əsaslı saymır, ona görə ki, məhkəmə araşdırmaları ilə 2*38*9,50 manat məbləğində vəsaitin təyinatı üzrə xərclənərək onların mülkiyyətçi olduqları əşyaya yaxşılaşdırma kimi sərf edildiyi müəyyən olunmuşdur. Yaxşılaşdırma xərclərinin isə əsassız varlanma qaydaları çərçivəsində tələb edilməsinin mümkünlüyü qanunda nəzərdə tutulmuşdur.
155. Belə ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzini n ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin *57.6-cı və *57.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir (§ *2*-*22, *40).
156. Beləliklə, Cavabdeh6, Cavabdeh5 və Yeganə Abdullayevanın (Nəzərovanın) kassasiya şikayətlərinin dəlilləri qətnamənin onlara aid hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
157. Apelyasiya məhkəməsi Cavabdeh* iddiasının təmin olunmayan hissə sində mövqeyini ətraflı şəkildə göstərmişdir (§ 99-*06).
158. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
159. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiq ət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
160. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
161. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
162. Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-3/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.