Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2186/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1892/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Suraxanı rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Ələkbər qızı cavabdehlər İddiaçı1, İddiaçı2, X8, X9 və X3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək cavabdehlər İddiaçı1, İddiaçı2, X4, X5, X6 (onların azyaşlı uşaqları X13 və X10) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları və həmin evin cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb iddiaçı Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18.09.2019 -cu il tarixli 2 (103)-1152/2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1, İddiaçı2, X4, X5, X6 (onların azyaşlı uşaqları X13 və X10) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərinhəmin fərdi yaşayış evindən çıxarılmaları və həmin evin cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb iddiaçı Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 18.09.2019-cu il tarixli 2 (103)-1152/2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ələkbər qızına və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələb i barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ələkbər qızından və Cavabdeh2 maddi zərər qismində 23.000 ABŞ dollarının, mənəvi zərər qismində 10.000 ABŞ dollarının, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödədiyi 30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı Cavabdeh1 Ələkbər qızı cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 ona vurduqları maddi zərərə görə 31.200 manat məbləğində pulun, mənəvi zərərə görə isə 50.000 manat məbləbində pulun və qarşılıqlı iddia ərizəsinin məhkəməyə verdiyinə görə ödədiyi 30 manat dövlət rüsumunun tutula raq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onlar tərəfindən SE saylı evin yaxşılaşdırılmasına çəkilmiş 40.000 manat məbləğində xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavbadehlər Cavabdeh1 Ələkbər qızı və Cavabdeh2 müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılardan İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, doğulduğu vaxtdan, İddiaçı2 isə 1986-cı ildən hal-hazıra kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin ev əvvəllər anası Cavabdeh1 Ələkbər qızının mülkiyyəti ndə olmuş, sonradan, yəni 28 dekabr 2005-ci il tarixdə Cavabdeh1 Ələkbər qızı ilə onun arasında bağlanmış bağışlama müqaviləsinə görə onun mülkiyyətinə keçmişdir. Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Ələkbər qızının ona və İddiaçı2 qarşı iddiası qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona bağışlanmasına dair ünvan 3ariat Kontorunda bağlanmış 28 dekabr 2005-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və evin Cavabdeh1 mülkiyyətinə qaytarılması qərara alınmışdır. Bununla belə onun və İddiaçı2 həmin evdən çıxarılması hissəsində iddia təmin edilməmişdir. Bundan sonra isə, iş üzrə Cavabdeh1 Ələkbər qızı ona, İddiaçı2 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma t ələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, İddiaçı2, X5, X6 və X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onun və İddiaçı2 həmin evdən çıxarılmaları və həmin evin onun və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb, Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5628/2018 saylı 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, onun, İddiaçı2, X5, X6 və X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onun və İddiaçı2 həmin evdən çıxarılmaları və həmin evin onun və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən o və İddiaçı2 tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2900/2019 saylı, 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, 2(010)-5628/2018 saylı qətnaməsi “cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları və həmin evin İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb iddiaçı Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi, qeyd olunan cavabdehlərin həmin ünvana istifadə hüquqlarına xitam verilməsinin onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına əsas olmasına” dair hissədə ləğv edilmiş və həmin h issədə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 Ələkbər qızının iddia tələbi ona və İddiaçı2 aid hissədə rədd olunmuşdur. Cavabdeh1 Ələkbər qızı apelyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-4560/2019 saylı 28 iyun 2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11521/2019 saylı 18.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.11.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, onun, İddiaçı2, X5, X6 və X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmiş, onun və İddiaçı2 həmin evdən çıxarılmaları və həmin evin onun və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb iddiaçı Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi qət edilmişdir. Hazırda onun və İddiaçı2 sözügedən evdən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi icra olunması üçün Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. Lakin bu müddət ərzində Bakı şəhəri, SE saylı evin yaxşılaşdırılmasına, yəni evin təmirinə, evdə əlavə tikililərin inşasına və sair 40 000 manat pul xərcləmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 Ələkbər qızı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1, cavabdeh İddiaçı2 isə gəlinidir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini X12 ilə 1956-cı ildə öz şəxsi vəsaitləri hesabına tikmiş, həmin fərd i yaşayış evi tikilən zaman 2 yaşayış otağından, dəhliz, bağlı və açıq eyvandan ibarət olmuş, sanitar qovşağı isə həyətdə tikilmişdir. Həmin ev tikiləndə İddiaçı1 heç anadan olmamışdır. X12 ilə yaşadıqları dövrdə Suraxanı rayon (keçmiş Orconikidze) X7 müvafiq icazə alandan sonra qanuni əsaslarla 1978-ci ildə evin həyətində iki mərtəbəli başqa bir ev də tikmişlər. Həmin vaxt İddiaçı1 2-illik hərbi qulluqda olmuş və bu müddət ərzində onlar tam evi tikməklə onu təmir etmiş və istifadəyə hazır etmişlər. Cavabdeh İddiaçı1 hərbi xidmətdən qayıtdıqdan bir neçə il sonra 1986-cı ildə İddiaçı2 ilə ailə qurmuş və bundan sonra onlar 1978-ci ildə tikdirdikləri iki mərtəbəli fərdi yaşayış evini onlara vermişlər. Həmin evin ikinci mərtəbəsi 3 otaqdan, 1-ci mərtəbəsi isə qaraj və mətbəxdən ibarət olmuşdur. 1986-cı ildən 2004-cü ilin sonlarında evlərini satana kimi cavabdehlər həmin bu iki mərtəbəli evdə yaşamışlar. 2003-cü ilin sonlarına yaxın o, öz şəxsi vəsaiti hesabına 1956-cı ildə tikdirdikləri fərdi yaşayış evində yenidənqurma işləri görərək dəhliz, bağlı və açıq eyvanı yenidən qurdurub onların yerində əlavə bir yaşayış otağı, mətbəx, sanitar qovşağı tikdirmişdir. Görülən bu tikinti işləri ilə bağlı lazım olan bütün tikinti materiallarının alınmasına 7000 manat məbləğində pul sərf etmişdir. Apardığı bu tikinti işləri üçün mişar daşını, sement və qumu Bülbülə qəsəbəsində yaşayan Rahim adlı kənd sakinindən almışdır. Həmin tikililərin üstünü örtmək üçün isə şiferləri verdiyi pulla qardaşı Adil Məmmədov alıb gətirmişdir. Tikinti işləri başa çatandan öz şəxsi vəsaiti hesabına əlavə olaraq lazım olan tikinti-təmir materialları və ustalara 3.000 manatdan çox pul vermiş, cəmi bu işlərin görülməsinə usta və fəhlə pulu da daxil olmaqla 10.000 manat və 700 ABŞ dolları pul sərf etmişdir. Bu tikinti-təmir işlərinin görülməsinə cavbdehlər bir manat da olsa pul xərcləməmiş və bununla bağlı heç bir köməklik etməmişlər. Cavabdehlər İddiaçı1 və İddiaçı2 X12 ilə birgə onlara verdikləri iki mərtəbəli evin ikinci mərtəbəsini 2004-cü ilin sonlarında satmışlar. Onlar evlərini özlərinə başqa yerdən ev alıb oraya köçmək məqsədilə satmışlar. Onlar evlərini satandan bir neçə ay kirayədə yaşamış, 2005-ci ildə isə ev alana kimi müvəqqəti olaraq ona məxsus evdə yaşamaqlarına icazə verməsini xahiş etmişlər. O isə onların dediklərinə və səmimiyyətinə inanaraq, eləcə də oğlu və gəlini olmasını nəzərə alaraq müvəqqəti olaraq onları evinə buraxmışdır. İddiaçı1 və İddiaçı2 evinə gələndən sonra evin iki otağını tutmuş və oradan istifadə etməyə başlamışlar. Bir müddət yaşayandan sonra onlar onu ömrünün sonuna kimi saxlayacaqlarını və qulluq edəcəklərini, evin kommunal xidmətlərini ödəyəcəklərini, yaşadıqları bütün müddət ərzində birgə yaşayış qaydalarına riayət edəcəklərini, onun dinc və rahat yaşaması üçün lazım olan şərait yaradacaqlarını və evi onun razılığı olmadan özgəninkiləşdirməyəcəklərinə söz verərək evin İddiaçı1 bağışlamağını xahiş etmişlər. O, onların səmimiyyətinə və dediklərinə inanaraq tək və yaşlı qadın olduğunu nəzərə alaraq 28.12.2005-ci il tarixdə 31 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş bağışlama müqaviləsi əsasında fərdi yaşayış evini İddiaçı1 bağışlamışdır. Lakin İddiaçı1 evin bağışlanmasından sonra ona verdikləri vədləri pozmuş və amansız rəftar etməyə başlamış, hətta cavabdeh İddiaçı2 digər cavabdeh İddiaçı1 gözləri qarşısında tez-tez ona əl qaldırmış və vurmuşdur. Eyni zamanda cavabdehlər ondan evdən çıxıb getməyini tələb etməyə, evi satmaq niyyətləri ilə onu hədələmişlər. Belə olan halda o, bir necə dəfə xəbərdarlıq etdikdən sonra “bağışlanma müqaviləsinin ləğv edilməsi və evin özünə qaytarılması tələbi” ilə 2010-cu ildə Suraxanı rayon Məhkəməsinə iddia qaldırmış və məhkəmənin 02.06.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi tam şəkildə təmin edilmişdir. Cavabdehlərin ona qarşı etdikləri bu cür hərəkətlər nəticəsində çox böyük mənəvi sarsıntılara, əzab-əziyyətlərə, iztirab və işgəncələrə məruz qalmışdır. Bu cür vəziyyət hələ də dava m edir və dəfələrlə cavabdehlərdən evi tərk edib çıxıb getmələrini xahiş etsə də, onlar heç bir əhəmiyyət verməyərək evi ələ keçirəcəyi ilə hədələyirlər. O, cavabdehlərin hərəkətlərindən dəfələrlə Suraxanı rayon Polis İdarəsinə müraciətlər etsə də, ona Suraxanı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə ediləndən sonra Suraxanı rayon Məhkəməsində onlara qarşı iddia qaldırmışdır. Beləliklə də, iddiaçılar 2005-ci ildən indiyə kimi ona məxsus evdə qanunsuz yaşamaqla ona həm maddi, həm də ölçüyəgəlməz dərəcədə mənəvi zərər vurmuşlar. Cavabdehlər 2005-ci ildən ona məxsus evin iki otağını zəbt etməsəydilər o, həmin iki otağı kirayəyə verməklə hər ay buna görə 200 manat kirayə haqqı ala bilərdi. Beləliklə də, 13 il ərzində ödənilməyən kirayə haqqına görə ona vurulmuş zərər 31.200 manat edir. Mə nəvi cəhətdən isə cavabdehlər 50.000 manat zərər vurmuşlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 mart 2019-cu il tarixli 2(010)-995/2019 nömrəli qərardadı ilə (hakim Anar Qasımov) iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25.09.2019-cu il tarixli 11513 saylı rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən tikiliyə əlavə olaraq iki otaq mətbəx-dəhliz və vanna otağı mövcuddur və həmin ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 18661 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(010)-995/2019 n ömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Ələkbər qızından və Cavabdeh2 Bakı şəhəri, Nizami küçəsi, dalan 1 ev 1in yaxşılaşdırılmasına çəkilmiş 18661 manat məbləğində xərcin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, qarşılıqlı iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Ələkbər qızından və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddia çılar İddiaçı1 və İddiaçı2 2005-ci ildən hazıra kimi ünvan 1 ünvanında yerləşən evdə yaşamışlar. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia tələbi ilə bağlı yalnız hər iki tərəfin vəsatətləri əsasında şahidlər dindirilmiş, eləcə də ekspertiza keçirilmişdir. Məhkəmə şahid ifadələrinə iş üzrə müəyyən olunan, o cümlədən əvvəlki məhkəmə aktları ilə müəyyən olunmuş və preyudisial əhəmiyətə malik olan hallarla müqayisəli şəkildə qiymət verərək bu qənaətə gəlir ki, ilkin iddiaçıların vəsatəti üzrə dindirilmiş şahidlər N.Ə.Nəzərov, S.H.Qasımov və A.F.Talıbov mübahisəli evdə təmir işlərini aparmaqdan ötrü İddiaçı1 və İddiaçı2 tərəfindən dəvət olunduqlarını, zəhmət haqlarını məhz sonuncular tərəfindən ödənildiyini bildirmişlər. İlkin iddia tələbi üzrə cavabdehlər tərəfindən bi lavasitə təmir işləri görülməsi ilə bağlı dəvət olunmuş şahid X14 isə Cavabdeh1 tanıdığını bildirsə də, sonuncunun evində mala və daş işləri gördüyünü, lakin bu işləri gördüyünə görə pulu ona “Nadir” adlı şəxs vermiş və həmin şəxs artıq vəfat etmişdir. Bu baxımdan məhkəmə ilkin iddia üzrə iddiaçıların şahid kimi dəvət olunmuş şahidlərin həmin evdə təmir edilməsi ilə bağlı ifadələrini inandırıcı hesab edir, qarşı tərəfin şahid ifadəsinə isə tənqidi yanaşır. Bu qənaətini məhkəmə həm də onunla əsaslandırır ki, ilkin iddia üzrə cavabdehlər İddiaçı1 və X2 ilkin iddia üzrə cavabdehlərlə ədavətli münasibətlərdə olması sonuncular tərəfindən etiraf edilir və işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə inandırıcı hesab etmir ki, tərəflər arasında ədavətli münasibətlər mövcüd olduğu şəraitdə is tər mübahisəli ev bağışlama müqaviləsi əsasında mülkiyyət hüququ ilə İddiaçı1 mülkiyyətində olduğu dövr ərzində, istərsə də həmin müqavilə ləğv edildikdən sonra İddiaçı1 ailəsi ilə birlikdə qeyd olunan ev və tikililərdə yaşamaqlarını davam etdirdiyi dövr ərzində sonuncuların evdən istifadə etməsini bu və ya digər şəkildə yaxşılaşdıran təmir-tikinti işləri Cavabdeh1 Ələkbər qızı tərəfindən aparılmış olsun. Şərh olunanlara qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşadıqları evin təmirinə çəkdiyi xərcləri cavabdehlərdən tələb etməkdə haqlıdılar. Belə olan halda mübahisəli evdə mənzilində aparılmış tikinti-təmir işlərinin 18661 manat təşkil edilməsinə dair iş üzrə keçirilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.09.2019-cu il tarixli 11513 saylı ekspert rəyinin nəticələri əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə qəbul edilməli və məhz həmin məbləğdə vəsaitin tutulması hissədə iddia tələbi təmin olunmalıdır. Cavabdehlərin mülki məsuliyyətini araşdıraraq məhkəmə hesab edir ki, mübahisəli ev bağışlama müqaviləsinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 Ələkbər qızından, eləcə də bağışlama müqaviləsindən sonra evin hazırki mülkiyyətçisi Cavabdeh2 tutulmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, 2005-ci ildən mübahisəli evin bağışlama müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olması işin mübahisəsiz halıdır. İşin bu halları ona dəlalət edir ki, bağışlama müqaviləsi ləğv edilənədək evin mülkiyyətçisi olmuş İdd iaçı1 başqa mübahisəli ev barədə kiminsə sərəncam vermək hüququ istisna edilirdi. Digər tərəfdən qeyd edilməlidir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən qeyd olunan bağışlanma müqaviləsi ləğv edilsə də, cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanından çıxarılmaları hissədə iddia tələbi təmin edilməmiş və sonuncular evdən qanuni əsaslarla istifadə etmişlər. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçılar buna dair dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırmaları zamanı da bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nədə ifadə olunduğunu, hansı f ormada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 11.1, 11.2, 21.2, 157.7-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 14.2, 77.1, 82.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdehlər Cavabdeh1 Ələkbər qızı və X11 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin qismən təmin edildiyi hissəsini ləğv edərək, ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin edilmədiyi hissəsini ləğv edərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul ed ilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 13.07.2021-ci il tarixli, 2(103)-1892/2021 saylı qərardadları ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması "xxxx" MMC-yə və məhkəmə tikinti-texniki ekspertizasının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 13.08.2021-ci il tarixli rəyinə əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə əlavə olaraq inşa edilmiş tikilinin 13.08.2021-ci il tarixinə hesablanmış tikinti-təmir xərcinin bazar dəyəri 18800 manat təşkil edir. Məhkəmə Eksp ertizası Mərkəzi tərəfindən keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 10/3745 saylı rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən tikiliyə dair tərtib olunmuş texniki pasportda qeyd olunmuş məlumatlar müqayisə olunan zaman faktiki vəziyyətdə texniki pasportda öz əksini tapmayan giriş hissəsinin, iki yaşayış otağının, mətbəx otağının, dəhliz otağının və vanna otağının inşa olunduğu müəyyən olunmuşdur. İnşa olunmuş tikililərin hansı illər ərzində inşa edilməsinin müəyyən olunması ilə bağlı metodika olmadığına görə ekspert həmin suala cavab verə bilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 08.12.2021-ci il tarixli, 2(103)-1892/2021 saylı qətnaməsi ilə ap elyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(010)-68/2020 saylı qətnaməsinin ilk iddianın təmin edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 150 manat pul tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələri ünvan 4 ünvanında İddiaçı2 və İddiaçı1 tərəfindən cari təmir işlərinin aparılmasını təsdiq edir. Şahidlərin ifadələri ilə ilk iddiaçıların evin təmirinə 40000 manat məbləğində pul sərf etmələri təsdiq olunmur. Şahidlərin ifadələrindən görünür ki, təmir işləri 2004-2005-ci illərdə aparılmışdır. Təmir işləri aparılandan sonra 15 ildən yuxarı müddətdə İddiaçı2 və İddiaçı1 həmin evdə yaşamış, evdən istifadə etmişlər. Ötən dövrdə təmirin köhnəlməsi təbiidir. Buna görə də kollegiya hesab edir ki, ilk iddiaçılar təmirində iştirak etdikləri evdə uzun müddət yaşadıqlarından, evin yaxşılaşdırılmasına sərf olunmuş pul vəsaitini qarşı tərəfdən tələb etməkdə haqlı olmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Nizami küçəsi dalan 1-də yerləşən 1 saylı evin yaxşılaşdırılmasına çəkilmiş xərcin əvəzi kimi 18661 manat pulun alınaraq İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması barədə düzgün nəticəyə gəlməmiş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 iddiası üzrə Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 ünvan 4-dən çıxarılması hissədə iddia tələbi təmin edilməmişdir. Onların həmin evdən çıxarılması barədə qətnamə yalnız 18 sentyabr 2019-cu il tarixdə qəbul olunmuşdur. Bundan əlavə, Cavabdeh1 həmin evin iki otağını kirayəyə verib 13 ildə 31200 manat məbləğində gəlir əldə edə biləcəyi, habelə İddiaçı1 və İddiaçı2 hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də qətnamə mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkilləri Vəkil2) birgə kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın rədd olunması hissəsində ləğv edilərək həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi işin hallarını nəzərə almadan iddiaçıların Mülki Məcəllənin 157.7-ci maddəsindən irəli gələn hüquqlarının pozu lması ilə nəticələn qətnamə qəbul etməklə, maddi hüquq normasının kobud pozuntusuna yol vermişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən dindirilmiş şahid ifadələrindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Nizami küçəsi, dalan 1-də yerləşən 1 saylı evin yaxşılaşdırılmasına məhz iddiaçılar tərəfindən xərc çəkilmişdir. Evdə tikililərin aparılması təmirbərpa işlərinin görülməsi həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində də qeyd etmişdir ki, şahid ifadələri ilə həmin evdə iddiaçılar tərəfindən cari təmir işlərinin aparılması təsdiq olunur. Deməli, məhkəmə yalnız evin yaxşılaşdırılmasına 40.000 manat çəkildiyi ilə r azılaşmamışdır ki, bu hal ekspert rəyi ilə 18.661 manat müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmamış, sübutları hüquq normalarına uyğun deyil, öz subyektiv mülahizəsinə əsasən qiymətləndirmiş, nəticədə maddi hüquq normalarından əlavə, prosessual hüquq normalarını da pozmaqla, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdeh Möhsüni (Əliyeva) Rübabə Babaəli qızı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçıların təşəbbüsü ilə dindirilmiş şahidlər ifadələrində göstərmişlər ki, guya ünvan 2 ünvanında hamamxananın təmiri, santexnik suvaq və elektrik işlərini görmüşlər. Göründüyü kimi, şahidlər ümumiyyətlə iki otaq, mətbəx və vanna otağının inşa olunmasında işlədiklərini bildirməmişlər. Ümumiyytlə həmin şahidlər orada işləməmiş, onlar məhkəmə üçün iddiaçılar tərəfindəntəşkil edilmiş şahidlərdir. İddiaçılar həmin evə alınmış materiallarla bağlı heç bir sübut təqdim etməmişlər. İlk iddia üzrə cavabdeh olan anası Cahanın təşəbbüsü ilə şahid qismində dindirilmiş Tamilla Məmmədova ifadəsində göstərmişdir ki, Cahanla üzbəüz evdə yaşayır. Xalasının həmin evdə usta işlətməsini, evinə maşına daş gətirməsini, ustalara pul verməsini görmüş, Nərimanın həmin ev üçün hansısa bir iş görməsinin şahidi olmamışdır. Nəriman hazır evə köçmüşdür. Anasının təşəbbüsü ilə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, evin hörgü və santexnik işlərini görmüş, Mehriban və N əriman adlı şəxsləri tanımamışdır. Bundan başqa, mülki iş materiallarında olan fotoşəkillərdən görünür ki, ev bərbad vəziyyətdədir, hər hansı yaxşılaşdırmadan söhbət gedə bilməz. Odur ki, o, kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə ilk iddianın rədd edilən hissəsi ilə bağlı mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissə üzrə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, on u yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəmə sinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, ilk iddiaçılar kasasiya şikayətində adıçəkilən mənzildə aparılmış təmir işlərinin onlar tərəfindən həyata keçirilməsinin öz təsdiqini tapmasına baxmayaraq əsassız olaraq tələbinin mübahisələndirildiyi hissədə ləğv edilib rədd edildiyini, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələblərinin pozulduğunu göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində aşkar edilmişdir ki, apelyasiya kollegiyası ilk iddia tələbinin təmin edildiyi hissəsinin ləğv edilib rədd edilməsi qənaətini onulna əsaslandırmışdır ki, mənzilin təmirindən sonra 15 il ərzində ilk iddia çılar həmin mənzildə yaşamaqla uzun müddət yaşamaqla ilk iddia üzrə cavabdeh Cahanın hesabına özlərinin yaşayış yerlərini təmin etmiş, mənzilin təbii xassələrindən istifadə etmiş və faydalanmışlar. Belə olan halda həmin mənzilə uzun müddət əvvəl çəkilmiş xərcin əvəzinin hazırda ilk iddia üzrə cavabdehlərdən tutulması qanuni olmamaqla yanaşı ədalətli də hesab edilə bilməz. İlk iddiaçılar mənzilin təmirinə və s. yaxşılaşdırmalarına vəsait sərf edib həmin mənzildən faydalanmamış olsalar idi o, zaman Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbləri üzrə hüquqlarının pozulmasından söhbət gedə bilərdi. Hazırki halda isə işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş halları ilə göstərilən xüsusatlar öz əksini tapmır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1892/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilk iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-2186/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2186/2022
05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver