Məhkəmə qərarları › İş №2(102)-2192/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2192/2021

07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2192/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 MMC-də sürücü işlə miş X oğlu 06 may 2010-cu il tarixdə, saat 05:45 radələrində idarə etdiyi, Cavabdeh1 MMC-yə məxsus X **-JT-*** qeydiyyat nişanlı avtobusla Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşınması fəaliyyəti ilə məşğul olarkən yol hərəkəti qaydalarına əməl etməməsi səbəbindən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfərin ölümü, bir neçə nəfərin isə yaralanmasına səbəb olmuş, ölən şəxslərin arasında iddiaçının arvadı X2 və qaynanası X6 da olmuşdur.

2. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 22.12.2010-cu il tarixli hökmü ilə, Cavabdeh1 MMC-də sürücü işləmiş X7 Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək cəzaya məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı, cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6.000.000 manat mənəvi zərərə görə kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cinayət hadisəsini törətmiş şəxs Cavabdeh1 MMC-nin işçisi olmaqla sərnişindaşımanın təşkilində “xxxx” MMC də məsuliyyət daşıyır. İddiaçının arvadı və qaynanasının faciəvi şəkildə ölməsi iddiaçını çox sarsıtmış, mənəvi iztirab, depressiya, əzablara məruz qoymuşdur. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciətetmişdir.

5. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etm əmişlər.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.Mustafayev) 17 iyun 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi kimi 6.000 manatın Cavabdeh1 MMC-dən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi kimi 5 manatın Cavabdeh1 MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 1096-cı, 1097-ci və 1099-cu maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, işin halları ilə iddiaçının arvadı və qaynanasının ölümü nəticəsində mənəvi sarsıntıya məruz qalması öz təsdiqini tapır. İddiaçı cinayət əməlindən zərərçəkmiş şəxs kimi iddia hüququ yalnız mərhum arvadına münasibətdə mövcuddur və X1 ölümünə görə iddiaçıya vurulmuş mənəvi zərəri n həcmi 6000 manat həddində müəyyən edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 07 oktyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin x saylı iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin olunması, Cavabdeh1 MMC-dən vurulmuş mənəvi zərərin əvəzi kimi 9.000 (doqquz min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, x, iddiaçının qaynanası olmaqla, onun arvadı Emilya Verdiyeva ilə eyni v axtda Cavabdeh1 MMC-nin işçisinin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. İddiaçı ilə aralarında mənəvi bağlılıq, səmimi münasibət olmuş və iddiaçı, arvadı ilə birlikdə onun ölümü nəticəsində də mənəvi sarsıntı və iztirab keçirmişdir. Kollegiya bu qənaətə gələrkən, onu da nəzərə almışdır ki, cavabdeh tərəfindən məhkəməyə bu halı təkzib edən və ya şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir. Kollegiya, iddiaçının həm arvadının həm də qaynanasının eyni zamanda ölümünə görə keçirdiyi mənəvi iztirab və sarsıntıları, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 9.000 manat məbləğində pul tutulmalıdır. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, qətnaməsində "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci 11 tarixli qərarında aşağıda göstərilənləri nəzərə almamışdır. Məhkəmə 9.000 manatı təmin edərkən iddiaçı həyat yoldaşı ilə uzun illər - 21 illik evlilik münasibətlərinin olmasını, iddiaçının yenidən evlənmək yaşının olmamasını, iddiaçının qaynanası ilə yaxın ərazidə-qonşuluqda yaşamaqlarını, mütəmadi olaraq bir-birilərinə gedib-gəlməklərini, onun la sıx ünsiyyət bağlarının olmaması kimi məqamları nəzərə almamışdır. Bunlardan başqa, məhkəmə dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiya həcmini qərarında kifayət qədər əsaslandırmamışdır. Həmçinin məhkəmə iddiaçının hadisənin şahidi olmağını baş verən qəza zamanı hadisə yerinə getməyini və faciəni gözləri ilə görməyini, cavabdeh qurumun maddi vəziyyətini - onun sərnişin daşıma ilə kommersiya ilə məşğul olmasını nəzərə almamış, sonda iddia məbləği ilə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına g əlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zər ərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

17. Maddə 1099.1. və 1099.2. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyy ət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

25. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 22.12.2010-cu il tarixli hökmü ilə, Cavabdeh1 MMC-də sürücü işləmiş X7 Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd olunmuşdur ki,...X7 06.05.2010-cu il tarixdə, saat 05:45 radələrində idarə etdiyi Cavabdeh1 MMC-yə məxsu s “Mercedes Benz C 4572” markalı, 10JT-258 dövlət qeydiyyat nişanlı avtobusla Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşıyarkən Bakı-Qazax yolunun Hacıqabul rayonu Muğan kəndi yaxınlığından keçən 139,7-ci kilometrində, avtomobil icazə verilən sürət həddindən artıq sürətlə idarə etmişdir....“Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hərəkətə heç bir mane olmadığı, yolun sağ kənarında təmir üçün dayanmış və arxa işıqları yanılı vəziyyətdə olan X3 təmir etdiyi “Kamaz-5320” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan...X4, X1...ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.

26. X2 iddiaçının arvadı, X6 isə qaynan asıdır.

27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 MMC, iddiaçı qarşısında mülki hüquq pozuntusu (delikt) qaydaları çərçivəsində məsuliyyət daşıyır.

28. İşəgötürən olaraq cavabdeh təşkilatın iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə, zərəri vuran şəxsin cavabdehin işçisi olması və zərərin əmək funksiyalarının icrası zamanı yetirilməsi. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir.

29. İşəgötür ənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır (qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM, maddə 1097.3.) Yəni, bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən hüquqi və ya fiziki şəxsin üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur. Göründüyü kimi, işçi çalışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələr ə görə cavabdehlik əsasına söykənir (MM-in 1099.2-ci maddəsi). Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və onun işinə nəzarət edərək yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi, eləcə də əmək şəraiti zərərin yaranmasına əlverişli olduğu halda işəgötürənin məsuliyyəti qaçılmazdır.

30. Hazırkı işdə cavabdeh Cavabdeh1 MMC-nin mülki hüquqi məsuliyyətini yaradan və yuxarıda sadalanan şərtlər mübahisəsiz şəkildə müəyyən edilmişdir. Belə ki, cavabdeh “xxxx” MMC-nin işçisi - Qafarov Fazil Qədir oğlunun əməli, yəni Bakı istiqamətində hərəkətdə olarkən avtobusu yol şəraitinə uyğun sürətlə idarə etməli, hərək ət zamanı diqqətini daim dəyişməkdə olan yolnəqliyyat şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, qarşıda yolun sağ tərəfində qəza və qabarit işıqları yanılı vəziyyətdə nəqliyyat vasitəsinin dayanmasını nəzərə alaraq əvvəlcədən onun sol yan tərəfindən təhlükəsizliyi təmin edən lazımi yan məsafəni təmin etməklə keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməməsi, bu hərəkətsizliyin “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hüquqazidd olması, bunun nəticəsində iddiaçının arvadı X2 və qaynanası X4 ölməsi, qeyd edilən hüquqa zidd əməllə zərər, yəni E.Verdiyeva və X.Həsənovanın ölümü arasında uyğun səbəbli əlaqənin olması, zərərin məhz əmək funksiyalarının icrası zamanı yetirilməsi Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 22.12.2010-cu il tarixli hökmü ilə müəyyən edilmişdir. Məhkəmə, işin qeyd edilən faktiki halları ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mövcudluğunu və cavabdeh Cavabdeh1 MMC-nin mülki hüquq pozuntusu törətməsinin mübahisələndirilmədiyini nəzərə alaraq, bu xüsusatlar üzrə əlavə araşdırma aparmağı zəruri hesab etməmişdir. Kollegiya, bu qənaətə gələrkən hökm üzrə müəyyən edilmiş halların preyudusial əhəmiyyətini nəzərə almışdır.

31. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 MMC iddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır və onun mənəvi zərər görə iddiaçıya təzminat ödəməsi üçün kifayət qədər əsaslar mövcuddur.

32. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəv i zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

33. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edi r. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Bu mövqe Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008- ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun qərarında da ayrı-ayrı halların, o cümlədən yaxın qohumların itirilməsi faktının m övcudluğu mənəvi zərərin vurulması qənaətinə gəlmək üçün əsas hesab edilir.

35. Apellyasiya kollegiyası vurğulamışdır ki, x, iddiaçının qaynanası olmaqla, onun arvadı Emilya Verdiyeva ilə eyni vaxtda Cavabdeh1 MMC-nin işçisinin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. İddiaçı ilə aralarında mənəvi bağlılıq, səmimi münasibət olmuş və iddiaçı, arvadı ilə birlikdə onun ölümü nəticəsində də mənəvi sarsıntı və iztirab keçirmişdir. Cavabdeh tərəfindən məhkəməyə bu halı təkzib edən və ya şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin məbləği ilə isə bağlı bildirmişdir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında ” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

37. Qeyd olunanlara əsasən, iddiaçının həm arvadının, həm də qaynanasının eyni zamanda ölümünə görə keçirdiyi mənəvi iztirab və sarsıntıları, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alındıqda Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 9000 manat məbləğində pul tutulmalıdır.

38. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin iddiaçının xeyrinə tutulmuş mənəvi zərərin əvəzinin həcmi ilə bağlı qiymətləndirməsində və gəldiyi nəticədə maddi və prosessual hüquq normalarına uyğunsuzluq aşkar etməmişdir. Bu baxımdan iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı və apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar