Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2200/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4ı İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər olmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakların nizamnamə kapitalında ikidə bir təsisçi payına mülkiyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4ı İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər olmaqla) “birgə nikah dövründə əldə edilmiş əmlakların nizamnamə kapitalında ikidə bir təsisçi payına mülkiyyət hüququnun tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9372/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh və iddiaçı 31.08.2002-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6594/2018 nömrəli, 26.10.2018-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra birgə əmlakın bölünməsi ilə bağlı mübahisələr yaranmışdır. Tərəflər arasında analoji mübahisə əvvəllər məhkəmə baxışının predmeti olmuşdur. Tərəflər hazırkı işdə birgə nikah dövründə əldə edilmiş digər əmlaklarla bağlı mübahisə aparırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. iddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin birgə nikah dövründə öz adına əldə etdiyi "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin nizamnamə kapitallarında 1/2 təsisçi payına onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, sözügedən MMC-lər birgə nikah dövründə əldə edildiyindən, nizamnamə kapitalında ikidə bir təsisçi payına iddiaçının mülkiyyət hüququ tanınmalıdır.
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsinin 29.11.2019-cu il tarixli **********767100 nömrəli və 02.07.2021-ci il tarixli **********853400 nömrəli məktublarından müəyyən edilir ki, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsində olan reyestrə əsasən Bakı şəhəri 51 saylı notariat ofisinin 28.01.2016-cı il tarixli ЗМ-75 saylı müəss isədəki payın alqı-satqı müqaviləsinə əsasən 04.02.2016-cı il tarixdən hal-hazıradək "xxxx" MMC-nin təsisçisi Cavabdehdur. Cavabdeh Ümumi Yığıncağın 02.04.2018-ci il tarixli qərarı ilə 04.04.2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin direktorudur. "xxxx" MMC-nin dövlət qeydiyyatına alındığı tarixdən halhazıradək təsisçisi Cavabdehdur. Cəmiyyətin 16.09.2003-cü il tarixli əmrinə əsasən 01.10.2018-ci il tarixədək direktoru Cavabdeh olmuşdur.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.06.2021-ci il tarixli **********715000 nömrəli məktubundan müəyyən edilir ki, "xxxx" MMC-nin (VÖEN **********) 14.01.2017-ci il tarixdə təsisçi və rəhbəri Cavabdeh olmaqla qeydiyyata alınmışdır. Qeydiyyata alındığı tarixdən bugü nə kimi rəhbər və təsisçi dəyişikliyi ilə bağlı müraciət daxil olmamışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) 2(004)-3915/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100% təsisçi paylarının 1/2 (ikidə bir) hissələrinə iddiaçının pay hüququnun tanınması, həmin əmlakların təsisçi paylarının qalan 1/2 (ikidə bir) hissələrinin isə cavabdehin mülkiyyətində saxlanılması, bu barədə müvafiq qeydiyyatın aparılması və tərəflərə yeni çıxarış verilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4ı İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmə belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100% təsisçi payı ər-arvadın birgə nikah dövründə qazanılmış vəsaiti hesabına alındığına görə tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlakı sayılır və onların təsisçi paylarında payları bərabər hesab edilir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 36.3, 37.1, Mülki Məcəllənin 225.1-ci maddələrinə və “Azərbaycan Respublikasında mənz il fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21.12.2012-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini belə əsaslandırmışdır ki, "xxxx" MMC və "xxxx" MMC ayrı-ayrılıqda yaşadıqları və təsərrüfat aparmadıqları dövrdə təsis edilib. Buna görə də, bu MMC-lər birgə nigah dövründə əldə edilmiş əmlak hesab edilmir və bölgünün predmeti ola bilməz.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9372/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sədrlik edən və məruzəçi), E. Həsənov və F.Babayev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(004)-3915/2021 nömrəli qətnaməsinin “tərəflərin birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100 % təsisçi paylarının 1/2 (ikidə bir) hissələrinə iddiaçının pay hüququ tanınması” hissəsində ləğv edilmiş, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş mə hkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
12. Cavabdeh tərəfindən məhkəmə apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)-6594/2018 saylı qətnaməsi ilə 21.10.2003-cü il təvəllüdlü X2, 05.10.2004-cü il təvəllüdllü X3 və 25.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının başlanğıcı 25 iyul 2018-ci il tarixdən müəyyən edilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmi n edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 31.08.2002-ci il tarixdə Hacıqabul rayon VVADQ şöbəsində bağlanmış və 226 nömrə ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra 21.10.2003-cü il təvəllüdlü X2, 05.10.2004-cü il təvəllüdllü X3 və 25.12.2014-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, nikahlarının faktiki olaraq, 4 ildən artıqdır kı, pozulmasını və ayrı yaşadıqlarını göstərmişdir.
13. Apellyasiya kollegiyası işin müəyyən edilmiş hallarına əsasən belə hesab etmişdir ki, "xxxx" MMC və "xxxx" MMC tərəflərin ümumi gəlirləri hesabına təşkil edilməməklə birgə ailə təsərrüfatı aparmadıqları zaman, yəni nikahları faktiki ola raq pozulduqdan sonra cavabdeh tərəfindən təşkil edildiyindən, həmin MMC-lər birgə nikah dövründə əldə edilmiş əmlak kimi hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddia tələbinin həmin hissədə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli MMC-lər nikah pozulmamışdan öncə əldə edilmişdir. Belə ki, nikah Yasamal Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli qətnamə ilə pozulmuşdur. Bu isə təsdiq edir ki, həmin MMC-lər birgə nikah dövründə əldə edilmişdir. AR Ali Məhkəməsi Mülki kollegiyasının 25.08.2020-ci il tar ixli qərarında bir daha sübuta yetirilmişdir ki, Cavabdeh ilə 31.08.2002-ci il tarixli Hacıqabul rayon VVAQ şöbəsində bağlanmış və XXX nömrə ilə qeydə alınmış nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6594/2018 saylı, 26.10.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə əldə olunan əmlakların bir qisminin ½ hissəsinə mülkiyyət hüququ məhkəmə qərarı ilə tanınmışdır, o cümlədən, 20.11.2016-cı il tarixli borcun etirafı haqqında müqavilə üzrə Cavabdeh 292.300 ABŞ dolları tələb hüququ üzərində İddiaçı ½ payla əmlak hüququ tanınmış və 2014-2018-ci illər ərzində əldə olunan və satılan avtomobillərin satış dəyərinin yarısı olan 56.050 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bununla tərəflərin 2014-2018-ci illərdə birgə nikahda olma larını şübhə altına alan apellyasiya məhkəməsi səhv qənaətə gələrək hesab etmişdir ki, tərəflər 2014-2018-ci illərdə birgə yaşamadıqları üçün həmin dövrdə əldə edilən MMC-lər birgə nikah dövründə əldə edilən əmlak sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Mübahisəli "xxxx" MMC və "xxxx" MMC 14.06.2021-ci il tarixdən vergilər sosial-iqtisadi online qəzetində ləğv olunması barədə elan verilmiş və ləğv olunmaq üzrədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
18. Mad də 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
19. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
20. Maddə.220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə a radan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
21. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
22. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satı ş pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
23. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
24. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
25. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
26. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
27. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
28. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
29. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edi lir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı dır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
39. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəs ində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının hissəvi l əğvi xahiş edildiyinə görə məhkəmə aktı yalnız həmin hissədə (iddianın təmin olunmayan hissəsində) yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilən hissəsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
43. Belə ki, Apellyasiya Məhkəməsi iddianı həmin hissədə rədd edərkən MPM-nin 82.3-cü maddəsinə istinad edərək belə hesab etmişdir ki, tərəflərin nikahının pozulması barədə qətnamə ilə müəyyən edilən hal-tərəflərin nikahlarının faktiki olaraq 2014-cü ildən pozulması halı hazırkı işdə preyudisial əhəmiyyət kəsb etdiyi üçün iki MMC-nin nizamnamə kapitalına iddiaçının payı tanına bilməz. Çünki, həmin əmlak ər-arvadın birgə gəliri hesabına əldə edilmədiyi üçün ər-arvadı n birgə əmlakı hesab oluna bilməz.
44. Kollegiya hesab edir ki, Apellyasiya Məhkəməsi MPM-nin 82.3-cü maddəsini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. İddiaçının boşanma zamanı iddia ərizəsində nikahın faktiki olaraq 4 il əvvəl pozulması barədə məlumatı sübutun bir növü kimi istifadə oluna və digər sübutlarla birgə qiymətləndirilə bilər. Lakin, həmin məlumat preyudisial əhəmiyyətli sübut hesab oluna bilməz. Çünki, nikahın pozulması mübahisəsində tərəflər nikahın faktiki olaraq hansı tarixdən pozulması məsələsini mübahisələndirmirdilər. Onlar nikahın ləğv olunması ilə bağlı mübahisə aparırdılar. Həmin mübahisənin predmeti nikahın pozulması ilə bağlı idi.
45. Hazırkı işdə MPM-nin 82.3-cü maddəsi iddiaçının xeyrinə tətbiq olunmalı idi. Belə ki, tərəflər arasında birgə əmlakın bölünməsin ə dair əvvəllər məhkəmə mübahisəsinə baxılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2912/2019 nömrəli, 22.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə tərəflər əmlak bölgüsünə dair ilk və qarşılıqlı iddia tələbləri ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş əmlaklara payların müəyyən edilməsini xahiş etmişlər. Həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, “X17” markalı, buraxılış ili 2011, mühərrik nömrəsiz, ban XXX olan avtomobilin alqı-satqısına dair Cavabdeh ilə X8 arasında bağlanmış 26.07.2018-ci il tarixli, “Volkswagen Passat” markalı, buraxılış ili 2012, mühərrik XXX, ban XXX olan avtomobilin alqı-satqısına dair Cavabdeh ilə X5 arasında bağlanmış 05.09.2018-ci il tari xli və “VAZ21074” markalı, buraxılış ili 2004, mühərrik XXX, ban N:XTA**********2094 olan avtomobilin alqı-satqısına dair Cavabdeh ilə X10 arasında bağlanmış 06.02.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi, “X17” markalı, buraxılış ili 2011, mühərrik nömrəsiz, ban XXX olan avtomobilə, “Volkswagen Passat” markalı, buraxılış ili 2012, mühərrik XXX, ban XXX olan avtomobilə və “VAZ-21074” markalı, buraxılış ili 2004, mühərrik XXX, ban N:XTA**********2094 olan avtomobilə dair 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, Cavabdeh adına olan ünvan 1 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m. yaşayış, 179.47 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə, ünvan 1 ünvanında 0.10 ha torpa q sahəsində yerləşən 12 kv.m. sahəsi olan fərdi yaşayış evinə dair 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, Bakı şəhəri 27 saylı xüsusi notariat kontoru tərəfındən təsdiqlənmiş borcverən Cavabdeh və borcalan X9 arasında bağlanmış 20.11.2016-cı il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən etiraf edilmiş 292.300 ABŞ dolları borc pula dair 1/2 hissədə İddiaçı payı müəyyən edilərək həmin məbləğin yarısı, yəni 146.150 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı ödənilməsi, ilk iddianın qalan hissələrdə təmin edilməməsi; qarşılıqlı iddia təmin edilərək, İddiaçı adına olan Abşeron rayonu, Goradil kəndində 0,10 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2912/2019 saylı iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi “VAZ-21074” markalı, **-ML-*** dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı, **-NK*** dövlət nömrə nişanlı, “X17” markalı, **-RC-*** dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı, ** XM *** dövlət nömrə nişanlı, “VAZ-21214” markalı, ** SD *** dövlət nömrə nişanlı və “VAZ-21074” markalı, ** MZ *** dövlət nömrə nişanlı avtomobillərə, habelə Cavabdeh və X9 arasında bağlanmış 20.11.2016-cı il tarixli borcun etirafı haqqında müqavilə üzrə 292.300 ABŞ dolları borc pula aid hissələrdə ləğv olunmuş, həmi n hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, “VAZ-21074” markalı, **-ML-*** dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı, **-NK-*** dövlət nömrə nişanlı, “X17” markalı, **-RC-*** dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı, ** XM *** dövlət nömrə nişanlı və “VAZ-21214” markalı, ** SD *** dövlət nömrə nişanlı avtomobilin satış dəyərinin yarısı olan 56.050 (əlli altı min əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, “VAZ-21074” markalı, ** MZ *** dövlət nömrə nişanlı (buraxılış ili 2004, mühərrik N:7650433, ban N:XTA**********8614 olan) avtomobil üzərində İddiaçı ½ payla mülkiyyət hüququnun tanınması, Cavabdeh və X9 arasında bağlanmış 20.11.2016-cı il tarixli borcun etirafı haqqında müqavilə üzrə Cavabdeh 292.300 ABŞ olları tələb hüququ üzərində İddiaçı ½ payl a əmlak hüququ tanınmış, həmin tələbin qalan hissəsi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
46. Qeyd olunan işdə əmlakların bölünməsinə etiraz etmiş hazırkı iş üzrə Cavabdeh dəlillərindən biri ondan ibarət olmuşdur ki, nikahın pozulması barədə qarşı tərəfin iddia ərizəsində və qətnamədə nikahın dörd il əvvəl faktiki olaraq pozulduğu qeyd edilmişdir, ona görə 2014-cü ildən sonra əldə edilmiş əmlaklar birgə əmlak hesab olunaraq bölünə bilməz. İşə baxan Apellyasiya Məhkəməsi həmin dəlili yoxlamış, ona hüquqi qiymət vermişdir. Qətnamədə qeyd edilmişdir ki, cavabdeh tərəflərin nikahının faktiki dörd il əvvəl pozulması halını sübuta yetirə bilməmişdir. Tərəflər arasında nikah 2018-ci ilədək davam etdiyi üçün əmlaklar ər-arvadı n birgə əmlakı hesab olunaraq bölünməlidir.
47. Qeyd olunun işdə tərəflər və mübahisənin predmeti eyni idi – tərəflər birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı mübahisə aparırdılar. Həmin qətnamə ilə müəyyən edilən hallar hazırkı işdə preyudisial əhəmiyyət kəsb etdiyi üçün işə baxan məhkəmə məhz qeyd olunan qətnamənin müəyyən etdiyi halları iddiaçının xeyrinə preyudisial əhəmiyyətli hal kimi nəzərə almalı idi.
48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i məhkəmə qətnaməsinin preyudisial əhəmiyyəti məsələsinə düzgün qiymət vermədiyi üçün mübahisə ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iki MMC-nin nizamnamə kapitalının bölünməsindən əsassız olaraq imtina etmişdir.
51. Kollegiya hesab edir ki, yol verilmiş pozuntu maddi hüquq normasının düzgün tətbiq olunmaması ilə bağlı olduğundan qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin olunmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: iddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9372/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi cavabdehin adına qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100 % təsisçi paylarının 1/2 (ikidə bir) hissələrinə iddiaçının pay hüququ tanınması” iddiasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdehin adına qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100% təsisçi paylarının 1/2 (ikidə bir) hissələrinə iddiaçının pay hüququnun tanınması, həmin əmlakların təsisçi paylarının qalan 1/2 (ikidə bir) hissələrinin isə cavabdehin mülkiyyətində saxlanılması, bu barədə müvafiq qeydiyyatın aparılması və tərəflərə yeni çıxarış verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4ı İdarəsinə və Azərbaycan Respublik asının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.