Məhkəmə qərarları › İş №2(102)-2210/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2210/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2210/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Maarif oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi,sübuetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Maarif oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-1177/2023 nömrəli qətnaməsindən Cavabdeh3 Maarif oğlu tərəfindən verilmiş kassasiya şikayət i üzrə mülki işə 30 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 21 fevral 2022-ci il tarixdə, saat 20:30 radələrində Cavabdeh3 özünə məxsus “Chevrolet Cruze” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və digər Cavabdeh2 məxsus Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş, zərbənin təsirindən “Toyota Prius” markalı, 77-DS542 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus qanunla icazə verilən yerdə saxlanılmış “Volskwagen Touareg” markalı, **-TO-*** dövlə t qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

2. Bakı şəhər DYPİ YNH inspektoru tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh3 Maarif oğlu idarə etdiyi “Chevrolet Cruze” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

3. Bakı şəhər DYPİ tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında TP4817608 nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, “Chevrole t Cruze” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənli X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.

4. X1 15 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyi ilə 2021-ci il buraxılışlı “Volkswagen” markalı “Touareg” modelli, Universal tipli, **-TO-*** dövlət qeydiyyat nişanlı mühərrik həcmi 2995 sm3 mühərrik nömrəsi DCB398139, Ban nömrəsi WVGZZZCRZND000158, rəngi gümüşü olan avtomobilin hazırki bazar dəyəri 139.828,00 (yüz otuz doqquz min səkkiz yüz iyirmi səkkiz) manat, avtomobilin təmirbərpa xərci 28.425 (iyirmi səkkiz min dörd yüz iyirmi beş) manat, avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti 111.862 manat, avtomobilin qəzadan öncəki bazar qiyməti i lə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 27.966 manat müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının № 9/2950 saylı, 20 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolun ilə 140.000 manat müəyyən olunur. Nəzəri hesablkama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxmin ən 28.247 manat müəyyən edilir. 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 20% aşağı olması istisna edilmir. Həmin avtomobilin qəzadan öncəki qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasında fərq təxminən 112.000 (140000-20%) manat müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Maarif oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə avtomobilin orta bazar qiyməti arasında yaranmış 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsi, ekspertizanın keçirilməsi üçün ödənilmiş 300 manat məbləğində rüsumun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında Bakı şəhər DYPİnin İXP ******* nömrəli Protokoluna və İnzibati tənbehvermə haqqında Bakı şəhər DYPİnin TP ******* nömrəli Qərarına əsasən, 21 fevral 2022-ci il tarixdə, saat 20:30 radələrində Cavabdeh3 özünə məxsus “Chevrolet Cruze” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Nəsimi rayonu Azadlıq prospektində idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və digər Cavabdeh2 məxsus Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş, zərbənin təsirindən Toyota Prius markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus qanunla icazə verilən yerdə saxlanılmış Volskwagen Touareg markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır.

8. Nəticədə Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğind ə cərimə edilmişdir. Bununla da ona məxsus avtomobilə 29.304,40 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobili kasko sığortalı olduğundan həmin ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. İddiaçı bildirir ki, o, avtomobili 26 oktyabr 2021-ci il tarixdə Volskwagenin Azərbaycandaki rəsmi distribütoru olan "xxxx" QSC-dən almışdır. Avtomobili alarkən yeni və tam yüksək kompektasiyada idi, heç sürülməmişdir. Qəza baş verərkən avtomobilin cəmi 2105 km yürüşü vardır. Hazırda bu komplektasiyadan olan yeni avtomobilin dəyəri 144.900 manat təşkil edir. Bu günə eyni avtomobilin aşınması nəzərə alınmaqla real bazar dəyəri 139.828 manatdır. Qəzadan sonra isə avtomobilin təmirli vəziyyətdə dəyəri 111.862 manata düşmüşdür. Beləliklə də, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəzi yyətdə bazar qiyməti arasındakı qiymət fərqi 27.966 manat təşkil edir. Onun avtomobili rəsmi dilerdən alınmış yeni avtomobil olduğundan, o, qəzaya düşən avtomobili sürmək istəmir, satmaq niyyətindədir. Lakin, hazırki vəziyyətdə təmirdən sonra onu satışa çıxardıqda ən yaxşı halda 111.862 manata sata bilər. Hesab edir ki, bu da cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona vurulan zərərin bir hissəsidir. Bu hal Azərbaycan Respublikası “X2”-nin 02 fevral 2022-ci il tarixli 15 nömrəli rəyi ilə də təsdiq edilir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-1907/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddianın qismən təmin edilməsi, Cavabdeh3 Maarif oğlundan 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı ) manat pulun, 180 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh3 Maarif oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, nəqliyyat vasitəsinin əmtəə qiymətinin itməsi də real zərər olduğundan iddia 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsi hissəsində əsaslı hesab edilməlidir və Cavabdeh3 Maarif oğlu tərəfindən iddiaçıya zərər vurulması müəyyən edildiyindən qeyd edilən məbləğ Cavabdeh3 Maarif oğlundan tutularaq iddiaçıya ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi iddia tələbinin 27.966 (iyirmi yeddi min doqquz yüz alt mış altı) manat məbləğində fərqin ödənilməsinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunduğu kimi Cavabdeh3 Maarif oğlunun İnziabti Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi və nəticədə iddiaçıya zərər vurması, digər cavabdhelər isə inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 14.1, 21.2 və 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh3 Maarif oğlu apelyasiya şikay ətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

14. Cavabdeh3 apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən cavabdeh kimi 3 şəxsə qarşı, yəni ona, Cavabdeh1 və Cavabdeh2 Ulvi oğluna qarşı iddia irəli sürülməsinə baxmayaraq delikt törətmiş şəxs kimi məhkəmə ondan 27.966 manat pul, 180 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bundan əlavə hal-hazırda “Paşa sığorta” ondan 20,178,00 manat pulun tutulmasını tələb etmişdir. Belə çıxır ki, məndən 2 dəfə maddi ziyan tutulmalıdır. Hesab edir ki, iddiaçıya “Paşa Sığorta” sığorta pulu verdiyindən avtomobilə dəymiş ziyanla bağlı pul tələbinə dair sığorta şirkəti zərərçəkmişə qarşı iddia qaldıra bilər, iddiaçı yox. Eyni hüquq pozuntusuna görə məhk əmə və sığorta hər ikisi məndən eyni məbləği istəyir eyni işə görə ondan eyni məbləğ 2 dəfə tutulacaqdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 07 fevral 2023-cü il tarixli, 2(103)-1177/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) Cavabdeh3 Maarif oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının № 9/2950 saylı, 20 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolun ilə 140.000 manat müəyyən olunur. Nəzəri hesablkama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohisələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28.247 manat müəyyən edilir. 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 20 % aşağı olması istisna edilmir. Həmin avtomobilin qəzadan öncəki qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasında fərq təxminən 112.000 (140000-20%) manat müəyyən olunur.

17. Eləcə də, X1 15 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən aparılmış tədqiqatlar nəticəsində 2021-ci il buraxılışlı “Volkswagen” markalı “Touareg” modelli, Universal tipli, **-TO-*** dövlət qeydiyyat nişanlı mühərrik həcmi 2995 sm3 mühərrik nömrəsi DCB398139, Ban nömrəsi WVGZZZCRZND000158, rəngi gümüşü olan avtomobilin hazırki bazar dəyəri 139.828,00 (yüz otuz doqquz min səkkiz yüz iyirmi səkkiz) manat, avtomobilin təmir-bərpa xərci 28.425 (iyirmi səkkiz min dörd yüz iyirmi beş) manat, avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti 111.862 manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 27.966 manat müəyyən edilmişdir.

18. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş zərərin əvəzi olaraq 27.966 manat məbləğində pulun cavabdehdən tutulmasına dair gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 386.1, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2,77.1,217.3,217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh3 Maarif oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya məhkəməsinin x x.xx.2023-cü il tarixli 2(103)-1177/2023 saylı qətnaməsinin tam ləğv edilməsi və kassasiya şikayətində göstərilənləri nəzərə alaraq yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vurulmuş zərəri Cavabdeh3 Maarif oğlu ilə yanaşı digər cavabdeh də ödəməli, həmin məbləğ aralarında bölünməli və o, eyni zərərə görə 2 dəfə məsuliyyət daşımamalıdı.Belə ki, iddiaçı tərəfindən cavabdeh kimi 3-cü şəxsə qarşı, yəni Cavabdeh1, Cavabdeh2 və ona qarşı “Pul tələbinə dair” iddia irəli sürülməsinə baxmayaraq delikt törətmiş şəxs kimi məhkəmə tərəfindən ondan 27966 manat pul, 180 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan əlavə hal-hazırda “Paşa Sığorta” da ondan 20.178.00 manat pulun tutulmasını tələb etmişdir. Belə nəticəyə gəlmək olur ki, Cavabdeh3 Maarif oğlundan 2 dəfə maddi ziyan tutulur

22. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097, 1096, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin iddianın təmin olunmuş hisəssində ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələ nməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

29. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsiz likdir).

31. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki v ə hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

34. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərb aycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 Maarif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-1177/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar