Məhkəmə qərarları › İş №2(102)-2214/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2214/2025

15.07.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2214/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2, Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2, Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)1851/2024 nömrəli, 27 may 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh (müb ahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2, Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41 kv.m, yaşayış sahəsi 35.2 kv.m, yardımçı sahəsi 5.8 kv.m olan 2 otaqlı mənzilin bütün hissəsinin Cavabdeh bağışlaması barədə Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilərək reyestrdə 4Ə-178 № ilə qeyd edilmiş və informasiya sisteminə daxil olmuş xx.xx.2024-cü il tarixli müqavilənin və onun doğurduğu bütün hüquqi nəticələ rin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Tərtər Rayon Məhkəməsinin 2(061)-671/2024 nömrəli iş üzrə 5 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Tahir Qubadov).

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli mülki iş üzrə 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “İddiaçı Cavabdeh, üçüncü şəxslər X4, Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə ti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin həmin hissədə təmin edilməsi, Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-178 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi qət edilmişdir (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Loğman Süleymanov).

5. Cavabdeh xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli mülki iş üzrə 24 yanvar 2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulmasının əsaslandırılmaması səbəbindən geri qaytarılmışdır (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov).

7. Cavabdeh xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli mülki iş üzrə 14 mart 2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verildi yindən geri qaytarılmışdır (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov).

9. Cavabdeh xx.xx.2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadından kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1683/2025 nömrəli mülki iş üzrə 28 aprel 2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti tələb aydın şəkildə göstərilmədiyinə görə geri qaytarılmışdır (hakimlər Zaur Əliyev (məruzəçi), Zəki Babayev və Vüsalə Baxışova).

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli mülki iş üzrə 7 may 2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilm iş kassasiya şikayəti tələb aydın şəkildə göstərilmədiyinə görə geri qaytarılmışdır (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov).

12. Cavabdeh xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən kassasiya şikayəti vermiş, lakin şikayətin tərtibində nöqsana yol verildiyindən kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda əvvəlki kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla təkrarən kassasiya şikayəti verir. Kassasiya şikayətinin tərtibindəki nöqsanı aradan qaldırmaq zaman tələb etdiyindən ondan asılı olmayan səbəblərdən prosessual müddəti buraxmışdır.

14. Gəncə Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli mülki iş üzrə 27 may 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov).

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh xx.xx.2024-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1851/2024 nömrəli qətnaməsinin surətini rəsmi qaydada qəbul etmişdir. Onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən xx.xx.2025-ci il tarixdə qətnamədən kassasiya şik ayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-1851/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulmasının əsaslandırılmaması səbəbindən geri qaytarılmışdır. Həmin qərardadın nəticə hissəsində nümayəndənin (vəkil) diqqətinə çatdırılmışdır ki, o, qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 10 iş günü ərzində kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən ümumi qaydada kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər. Sözügedən qərardadın surəti xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış nümayəndə (vəkil) Nümayəndə2 kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaq üçün müə yyən edilmiş müddət xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin, nümayəndə (vəkil) Nümayəndə2 həmin müddətədək (xx.xx.2025 - xx.xx.2025 aralığında) kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir.

16. Bundan sonra yenidən, cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 xx.xx.2025-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-1851/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 tərəfindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbayc an Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1683/2025 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-1851/2024 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-1851/2024 nömrəli qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayətinin ge ri qaytarılması qərara alınmışdır.

17. Nümayəndə (vəkil) Nümayəndə3 hazırkı kassasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi isə qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddət bitdikdən 3 aydan artıq müddət sonra, yəni xx.xx.2025ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.

18. Nəzərə almaq lazımdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməs i bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Hazırkı işdə isə prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi müəyyən edilməmişdir.

19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128, 130, 133, 402, 405, 408-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiy a şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməməsi ilə onun qanunla qadağan olunmayan üsul və vasitələrdən istifadə etməklə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulan hüquqları pozulmuşdur. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini qeyri-mümkün etmiş olur.

22. Məhkəmə tərəfindən onun əvvəl müddət ötürülmədən verdiyi kassasiya şikayətinin tərtib edilməsində olan nöqsanlar aradan qadırıldıqdan sonra yenidən müraciət edərkən buraxılmış prosessual müddətin bərpa edilməsindən əsassız olaraq imtina etmişdir. Kassasiya şikayətinin tərtib edilməsində yol verilmiş nöqsanların aradan qaldırılması üçün müəyyən müddət təyin edilmədiyindən ağlabatan mü ddətdə şikayət verilməsi nəzərə alınmalı olduğu halda məhkəmə kollegiyası prosessual normaları formal olaraq sadalamaqla işin mahiyyətinə tam uyğun hüquqi qiymət verməmişdir.

23. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

26. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məh kəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

27. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

28. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

36. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şik ayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

37. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

38. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qətnaməsini cavabdeh xx.xx.2024-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edərək rəsmi qaydada qəbul etmişdir. Onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən xx.xx.2025-ci il tarixdə qətnamədən kassasiya şikayəti verilmiş və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulmasının əsaslandırılmaması səbəbindən geri qaytarılmışdır. Həmin qərardadın nəticə hissəsində nümayəndənin (vəkil) diqqətinə çatdırılmışdır ki, o, qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 10 iş g ünü ərzində kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən ümumi qaydada kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər. Sözügedən qərardadın surəti xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış nümayəndə (vəkil) Nümayəndə2 kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaq üçün müəyyən edilmiş müddət xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin, nümayəndə (vəkil) Nümayəndə2 həmin müddədək (xx.xx.2025 - xx.xx.2025 aralığında) kassasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir.

39. Bundan sonra yenidən, cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 xx.xx.2025-ci il tarixdə qət namədən kassasiya şikayəti və kassasiya şikayətinin bərpa edilməsi barədə ərizə vermiş və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır.

40. Mülki Prosessual Məcəllənin 128.3, 129.1 və 405.0.1-ci maddələrinə əsasən cavabdehə münasibətdə qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı 11 dekabr 2024-cü ildən başlamış və son tarixi xx.xx.2025-ci il olmuşdur.

41. Beləliklə, müəyyən olunur ki, qətnamə cavabdehə qanunla müəyyən olunmuş qaydada təqdim olunmuşdur. Lakin cavabdeh bu qətnamə ilə bağlı kassasiya şikayətini ilk dəfə vaxtında təqdim etsə də, kassasiya şikayətində nöqsanlar aradan qalxandan sonra ikinci dəfə qanunla müəyyən edilmiş müddət keçdikdən 29 gün sonra məhkəməyə müraciət etmişdir.

42. Göründüyü kimi, həmin müraciət edilən zaman artıq cavabdeh kassasiya şikayəti verilməsi müddətini ötürmüşdür. Cavabdeh bunu kassasiya şikayətində olan nöqsanların aradan qaldırılması ilə izah etmişdir. Lakin cavabdeh apellyasiya instansiyasında peşəkar hüquq fəaliyyəti ilə məşğul olan nümayəndəsi vasitəsilə təmsil olunmuşdur.

43. Qeyd olunanlara əsasən bu qənaətə gəlmək olur ki, cavabdeh mübahisəli qətnamədən kassasiya şikayətini prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməklə vermiş və bunun üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 44. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasın a və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM -in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

45. Odur ki, zəruri prosessual hərəkətlərin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz cavabdeh daşımalıdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

47. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellya siya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli iş üzrə 27 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar