Məhkəmə qərarları › İş №2(102)-2227/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2227/2019

08.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2227/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, nümayəndəsi Nümayəndə1, Cavabdeh vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə2 Səməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və doğuşa çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)-12954/2018 nömrəli qətnaməsindən cavabdehin vəkili Vəkil3 və nümayəndəsi Nü mayəndə2 Səməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 may 2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment, uşaq üç yaşına çatanadək əlavə olaraq 100 manat, hamiləlik və doğuşa çəkilmiş xərclərə görə 1500 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim Vaqif Həsənov) 2(008)5414/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh hamiləlik və doğuşa çəkilmiş xərclərə görə 1482 manat pulun İddiaçı xeyrinə tutulması, Cavabdeh 13 iyun 2018-ci il tarixdən hesablanaraq 01.05.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iddianın aliment tələbinə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Xəyalə Cəmilova, hakimlər İsmayıl Xəlilov və İlham Kərimli) 05.12.2018-ci il tarixli 2(103)12954/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5414/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə2 Səməd oğlu kassasiya şikayəti verərək Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)-12954/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddianın doğuşa çəkilmiş xərclərə görə 1482 manat məbləğində iddiaçının xeyrinə pulun tutulması hissəsində təmin edilməməsi, X1 üçün iddiaçının xeyrinə 154 manat məbləğində alimentin tutulması tələbinin qismən təmin olunaraq iddiaçının xeyrinə 77 manat məbləğində alimentin tutulması və iddianın qalan hissədə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr hazır ki, iş üzrə iddia tələbini təmin edərkən cavabdehin əvvəlki ailəsindən olan iki azyaşlı uşağının saxlanması üçün hal-hazırda hər ay 260 manat sabit pul məbləğində aliment ödəməsini, aylıq 150 manat məbləği ndə məvacib almasını, diz nahiyəsində ciddi problem olması səbəbi ilə hazırda işlədiyi yüngül işdən başqa əlavə heç bir yerdə işləmədiyini nəzərə almamışlar. İddiaçı hamiləlik dövründə və doğuş zamanı dövlət səhiyyə müəssisələrindən birinə müraciət etsəydi həmin tibbi yardımları tamamilə ödənişsiz alacaqdı. Lakin o bunu etməyərək özəl klinikalara müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi mövcud halları düzgün qiymətləndirməyərək, qətnamədə gəldiyi nəticəni də heç bir sübutla əsaslandırmayaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə2 Səməd oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında 01 iyul 2017-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından 01.05.2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. İddiaçı uşağın saxlanması üçün aliment və birinci instansiya məhkəməsinə təqdim etdiyi müxtəlif Klinikaların arayışlarına əsasən hamiləliklə bağlı gördüyü müayinələr və doğuşla bağlı çəkdiyi xərcləri cavabdehdən tələb etmiş, onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 81.2 və 81.3-cü maddələrini işin hallarına tətbiq edərək iddiaçı tərəfindən hamilə lik və doğuşa görə 1482 xərc çəkilməsini və hazırda Respublikada uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 154 manat məbləğində olmasını nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə sazi ş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məb ləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2). Məhkəmə kollegiyası «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat müəyyən edildiyini nəzərə alır, lakin qeyd edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi hər iki valideynin vəzifəsidir. Buna görə də, məhkəmələr işin faktiki hallarını və uşağın mənafeyini, tərəflərin hər ikisinin maddi və ailə vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşaqların saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq uşağın saxlanılması üçün alimentin miqdarını 154 (bir yüz əlli dörd) manat müəyyən etməkdə haqlı olmuşlar. Kassasiya kollegiyası hesab edir ki, cavabdehin maddi imkanın zəif olması və başqa nikahdan uşaqlarının olması hazırkı nikahdan olan uşağının yetkinlik yaşına çatanadək saxlamaqla bağlı onu qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirmək vəzifəsindən azad etmir. Tutulmuş alimentin məbləği 2018-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddindədir. Qətnamənin iddiaçı tərəfindən hamiləlik və doğuşa görə 1482 manat çəkilmiş xərcin cavabdehdən tutulma sı hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, daha keyfiyyətli tibbi yardım almaq hər bir şəxsin hüququdur. Hamiləlik zamanı bir neçə dəfə ultrasəs müayinəsindən keçmək, lazımi analizləri vermək uşağın sağlam doğulmasına yönələn zəruri tədbirlər olmaqla, uşağın ən yaxşı mənafelərinin təmin edilməsinə xidmət edir. İş üzrə müəyyən edilmişdir ki, cavabdeh bu müddət ərzində çəkilən heç bir xərcdə iştirak etməmiş, iddiaçıya heç bir maddi və mənəvi dəstək göstərməmişdir. Çəkilən xərclərin məbləği isə ağlabatan olmaqla, işdə olan aidiyyəti sü butlarla təsdiq edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək s əlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təm in edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)-12954/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar