Məhkəmə qərarları › İş №2(102)-2233/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2233/2020

03.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2233/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Qocayev Bahadır Cəfər oğlunun, vəkili X1, Cavabdeh iştirakları ilə, Cavabdeh və vəkili Seyidov Tofiq Seyidqulu oğlunun Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2019-cu il tarixli, 2(106)-2747/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(022)-323/2018 saylı qətnaməsi ilə (sədrlik edən R.Ə.Əliyev) İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh İmanverdi oğlunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevə ünvanladığı «X7 vəkil X4 dəfələrlə zəng edərək hədə-qorxu və təzyiqlər edir. Onu da qeyd edim ki, Bahadur və qardaşları mənə və Alıyev Fazilə mütəmadi hədə-qorxu gəlirlər.»; «Onu da əlavə edim ki, Bahadur mənim 70.000 ABŞ dolları pulumu etibarımdan suiistifadə edərək ələ keçirmişdir və bu günə kimi qaytarmamışdır.» məzmunlu 07 noyabr 2017-ci il tarixli teleqramında qeyd etdiyi və insanların çoxluq təşkil etdiyi ərazilərdə İddiaçı ünvanına deyilmiş «maşennik», «dələduz», «şəxsiyyətsiz» kimi söz və ifadələr həqiqətəuyğun olmayan, Qocayev Bahadır Cəfər oğlunun şərəf və ləyaqətini ləkələyən məlumatl ar hesab olunması, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevə ünvanladığı «X7 vəkil X4 dəfələrlə zəng edərək hədə-qorxu və təzyiqlər edir. Onu da qeyd edim ki, Bahadur və qardaşları mənə və Alıyev Fazilə mütəmadi hədəqorxu gəlirlər.»; «Onu da əlavə edim ki, Bahadur mənim 70.000 ABŞ dolları pulumu etibarımdan sui-istifadə edərək ələ keçirmişdir və bu günə kimi qaytarmamışdır.» məzmunlu 07 noyabr 2017-ci il tarixli teleqramında, insanların çoxluq təşkil etdiyi ərazilərdə İddiaçı ünvanına deyilmiş «maşennik», «dələduz», «şəxsiyyətsiz» kimi söz və ifadələrə görə eyni üsulla təkzib verilməsi vəzifəsinin Cavabdeh İmanverdi oğlunun üzərinə qoyulması, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevə ünvanladığı «X7 vəkil X4 dəfələrlə zəng edərək hədə -qorxu və təzyiqlər edir. Onu da qeyd edim ki, Bahadur və qardaşları mənə və Alıyev Fazilə mütəmadi hədə-qorxu gəlirlər.»; «Onu da əlavə edim ki, Bahadur mənim 70.000 ABŞ dolları pulumu etibarımdan sui-istifadə edərək ələ keçirmişdir və bu günə kimi qaytarmamışdır.» məzmunlu 07 noyabr 2017-ci il tarixli teleqramında, insanların çoxluq təşkil etdiyi ərazilərdə İddiaçı ünvanına deyilmiş «maşennik», «dələduz», «şəxsiyyətsiz» kimi söz və ifadələrə görə vurulmuş mənəvi zərərin əvəzi qismində cəmi 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat, cəmi 2.020 (iki min iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh İmanverdi oğlundan İddiaçı xeyrinə tutulması, Qocayev Bahadır Cəfər oğlunun iddasının qalan hissədə təmin edilməməsi, məhkəmə-linqvistik ekspertiza sının dəyərinin əvəzi qismində isə 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(106)-2983/2018 saylı qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və Z.B.Babayev) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh İmanverdi oğluna qarşı ictimaiyyət arasında həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymasının təkzib olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dai r iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli, 2(102)-3631/2019 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi V.Ə.İbayev, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) iddiaçı Qocayev Bahadır Cəfər oğlunun kassasiya şikayəti təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2019-cu il tarixli, 2(106)-2747/2018 saylı qətnaməsi ilə (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), M.K.Həsənov və F.N.Abbasov) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Biləsuvar Rayon Məhkəməsinin 05 iyul 2018-ci i l tarixli, 2(022)-323/2018 saylı qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçı barəsində ictimaiyyət arasında həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymasının təkzib olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ilin avqust ayından 2017-ci ilin aprel ayınadək Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarında xidmət etmişdir. Xidmət illərində müstəqil Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması ist iqamətində təhlükəsizlik orqanlarının həyata keçirdiyi mühüm əməliyyat tədbirlərində fəal iştirak etmiş, ölkə müstəqilliyinə təhdid və real təhlükə yaradan separatçı və radikal dini qüvvələrlə mübarizədə önəmli nəticələr əldə etmişdir. X9 Niyaz oğlunun Xaçmaz rayonu, Seyidli kəndində fərdi yaşayış evi vardır. 07 dekabr 2015-ci il tarixdə Biləsuvar rayon sakini Cavabdeh R.N.Zeynalovun etibarından sui-istifadə edərək həmin əmlakı özgəninkiləşdirmişdir. Bu barədə R.N.Zeynalov tərəfindən Biləsuvar Rayon Məhkəməsində iddia qaldırılmış, lakin Biləsuvar Rayon Məhkəməsinin sabiq sədri R.V.Nurullayevə etiraz edildiyinə görə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə mülki iş baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh Cəlilabad Rayon Məhkəməsində, Biləsuvar rayonu ərazisində onun ünvanına nalayiq ifadələr işlətmiş, tanışlarının yanında onun haqqında mənfi fikir formalaşdırıb, guya onun Cavabdeh «70.000 ABŞ dolları məbləğində pul atdığını» deyib, onu «şərəfsiz», «maşennik» və «dələduz» adlandırmışdır. Həmçinin Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevə ünvanladığı teleqramda da onun haqqında böhtan xarakterli ifadələr işlətmişdir. Cavabdeh həmin hərəkətləri ilə onun şərəf və ləyaqətini ləkələmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Seyidov Tofiq Seyidqulu oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası qarşı tərəfin mənafeyini üstün tutaraq tərəflərin bərabərlik və ədalətlilik prinsipinin tələblərini pozmaqla iddianın predmetindən kənara çıxmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəb ul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Qocayev Bahadır Cəfər oğlu və vəkili X3 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı Qocayev Bahadır Cəfər oğlunun və vəkili X1 izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunaraq iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İddia tələbinin qismən təmin edilməli olmasına dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qətnaməni işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonunda doğulsa da, Xırdalan şəhərində yaşayır. Buna görə də Xırdalan şəhərində yaşayan Biləsuvar rayonunda doğulmuş dostları ilə birlikdə tez-tez bir yerə toplaşıb, söhbət edib, istirahət edirlər. 2017-ci ilin əvvələrində Xırdalan şəhərində tanışları X5 və Biləsuvar rayonunun Ovçubərə kəndində doğulmuş klarnet çalan Şahinlə birlikdə çayxanada əyləşib çay içərkən, Cavabdeh İddiaçı Cavabdeh 70.000 ABŞ dolları məbləğində pul “atdığını”dediyini, İddiaçı barəsində xoşagəlməz ifadələr işlət diyini eşitmiş və uşaqlıq dostu haqqındakı bu söhbət ona pis təsir etmişdir. Buna görə də belə ifadələr işlətməməsini xahiş etmək üçün Cavabdeh zəng etmişdir. Lakin Cavabdeh telefonda onunla aqressiv danışıb, Cavabdeh İddiaçı sonuncuya 70.000 ABŞ dolları məbləğində pul «atdığını» bildirmiş, İddiaçı «şəxsiyyətsiz» adlandırmışdır. O sonradan Cavabdeh başqa şəxslərə külli miqdarda borcunun olduğunu eşitmişdir. Bundan 4 ay sonra da o, Cavabdeh zəng etmiş, lakin Cavabdeh eyni reaksiyanı göstərib, yenə də İddiaçı sonuncuya 70.000 ABŞ dolları məbləğində pul “atdığını” bildirmiş, İddiaçı «şəxsiyyətsiz» adlandırmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşıdır. 2017-ci ilin əvvəllərində Cavabdeh Biləsuvar şəhərində yerləşən mehmanxanın arxa hissəsində Cavabdehla ikilikdə görüşmüş, transformatora aid sənədləri ona verərək İddiaçı çatdırmasını ondan tələb etmiş və İddiaçı «maşennik», «dələduz» adlandırmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevə ünvanlanmış 01 noyabr 2017-ci il tarixli teleqramda göstərmişdir ki, «X7 vəkil X4 dəfələrlə zəng edərək hədə-qorxu və təzyiqlər edir. Onu da qeyd edim ki, Bahadur və qardaşları mənə və Alıyev Fazilə mütəmadi hədə-qorxu gəlirlər. Mənim DTX-ə yazdığım şikayət ərizəsi əsasında xidməti araşdırma aparılmış və xidmətdən qovulmuşdur. Onu da əlavə edim ki, Bahadur mənim 70.000 ABŞ dolları pulumu etibarımdan sui-istifadə edərək ələ keçirmişdir və bu günə kimi qaytarmamışdır. Onu da bildirim ki, Bayramov Bəhruz v icdanlı vəkil kimi müdafiə etdiyi Aliyev Fazilin hüquqlarını müdafiə etmişdir». 70.000 ABŞ dolları məbləğində pul vəsaitinin etibardan sui-istifadə etmə yolu ilə mənimsənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini yaradır və şəxsin məhkəmə hökmü olmadan cinayət törətməkdə təqsirli bilinməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı mülki iş üzrə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevə ünvanlandığı 01 noyabr 2017-ci il tarixli teleqramda qeyd olunan fikirlərinin həqiqiliyi, yaxud İddiaçı CM-nin 178.2.4-cü mad dəsi ilə cinayət törətməkdə təqsiri məhkəmə hökmü ilə öz təsdiqini tapmalıdır. Yalnız belə olduğu halda qeyd olunan teleqramda ifadə olunmuş fikirlərin İddiaçı şərəf və ləyaqətini alçaltmadığı müəyyən edilə bilər. Lakin İddiaçı barəsində bəhs edilən məhkəmə hökmü olmadığına görə sözügedən teleqramda ifadə olunan fikirlər öz təsdiqini tapmır. Yuxarıda qeyd olunanlarla əlaqədar iddia tələbinin qismən təmin edilməli olmasına dair apelyasiya instansiyası məhkəməsi maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23,1096, 1097 və 1099-cu maddələrinə istinad etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnamə sindən verilmiş apelyasiya şikayətində tərəflər arasında hazırkı mübahisənin yaranma səbəbi kimi aşağıdakılar göstərilmişdir: “Bizim aramızda olan mübahisənin səbəbi ondan ibarətdir ki, iddiaçı keçmiş MTN-nin Qusar rayonu şöbəsinin rəisi vəzifəsində işləyərkən mənə bildirmişdir ki, Qusar rayonun Xuray kəndində sənə torpaq sahəsi təşkil edə bilərəm və bu ad altında məndən 70.000 ABŞ dolları məbləğində pul almışdır. İddiaçı öz vədinə əməl etmədiyinə görə mən ondan pulumu tələb etdim, vermədiyi təqdirdə şikayətlər etdim və iddiaçının qayınatası əvvəllər Biləsuvar rayonun birinci katibi işləmiş Ramiz Zeynalov məsələyə qarışdı və o borcun ödənilməsi üçün məndən vaxt istədi aramızda inam və etibar olsun deyə Xaçmaz rayonun Seyidli kəndində yerləşən fərdi yaşayış evinin idarəçiliyi və.s hərəkətlə ri ilə bağlı mənə etibarnamə verdi və bildirdi ki, bu müddət ərzində borc ödənilməzsə həmin əmlakı sataraq borcunu götürə bilərsən.Borcun ödənilməsi üçün verilmiş olan müddət başa çatdı və mən mənə verilmiş etibarnamə əsasında həmin əmlakı satdım və satarkən əmlakın sahibi Ramiz Zeynalovun həyat yoldaşı da notariusda əmlakın satılmasına dair razılıq ərizəsini vermişdi. Lakin iddiaçı bu vəziyyətlə razılaşmır mənə qarşı qərəzli mövqeyini davam etdirir”. İş materiallarından göründüyü kimi Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Q.H.Paşayev, iş 2(073)-871/2017) iddiaçı Zeynalov Ramiz Niyaz oğlunun cavabdehlər Cavabdeh İmanverdi oğluna, X11, Sumqayıt «Asan Xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X6 və Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X11 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək Zeynalov Ramiz Niyaz oğlunun Bakı şəhəri 19 saylı notariat kontorunda verdiyi 18.11.2014-cü il tarixli, 30080 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh İmanverdi oğlu ilə X15 arasında Sumqayıt «Asan Xidmət» mərkəzində notariat kontorunda Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən 0.32 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 172.7 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə dair bağlanmış 07.12.2015-ci il tarixli, AN-İ ******* saylı daşı nmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt «Asan Xidmət» mərkəzində notariat kontorunda bağlanmış 07.12.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X8 adına verilmiş 12.12.2015-ci il tarixli, RX ******* saylı çıxarışın ləğv edilməsi, Sumqayıt «Asan Xidmət» mərkəzində notariat kontorunda Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən 0.32 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 172.7 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə dair bağlanmış 07.12.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh İmanverdi oğluna ödənilmiş 60.000 ( altmış min) manat pulun Cavabdeh İmanverdi oğlundan alınıb cavabdeh X11 qaytarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli, 2(106)2768/2018 saylı qətnaməsi ilə (Z.A.Zeynalov (sədrlik edən və məruzəçi), hakimlər Q.B.Kərimov və İ.Q.Əsədov) Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(073)-871/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Zeynalov Ramiz Niyaz oğlunun cavabdehlər Cavabdeh İmanverdi oğluna, X11, Sumqayıt «Asan Xidmət» mərkəzində Notariat Kontorunun xüsusi notariusu X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı m üqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X11 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli, 2(102)-3254/2019 saylı qərarı ilə iddiaçı Zeynalov Ramiz Niyaz oğlunun kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi zərərlə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mə nəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir...“. Həmin qərarda həmçinin fikir və söz azadlığının təmin olunması ilə əlaqədar aşağıdakılar qeyd olunmuşdur: “...Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz.” Binəqədi Rayon Məhkəməsinə hakiminə iddia tələbində göstərilən məzmunda teleqramla müraciət olunmasının yuxarıda qeyd olunan mülki mübahisə ilə əlaqədar olması işin mübahisəsiz halıdır. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi MPM-nin 81-ci maddəsinə istinad etsə də, nəzərə almamışdır ki, cavabdehin iddiaçının ona borclu olmasına dair öz fikirlərini teleqramda göstərilən məzmunda ifadə etməsi iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi və ona mənəvi ziyan vurulması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunan şahid ifadələrindən göründüyü kimi, həmin şahidlərdən Mirzəyev Əfləddin Ağa oğlu iddiaçının xalası oğlu, Qədirov Sakit Höccət oğlu iddiaçının dostu, Qocayev Yaşar Cəfər oğlu isə iddiaçının qardaşıdır. Ona görə qeyd olunan şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsi artıq məhkəmə araşdırılmaları üzrə müəyy ən edilmiş işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Buna görə işin faktiki hallarının yenidən araşdırılmasına zərurət olmadığından apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən ləğv olunmaqla iddia tələbi təmin edilməməlidir. Həmin maddəyə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin ed ilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2019-cu il tarixli, 2(106)-2747/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh İmanverdi oğluna qarşı cavabdehin iddiaçı barəsində ictimaiyyət arasında həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymasının təkzib olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar