Məhkəmə qərarları › İş №2(102)-2234/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2234/2020

01.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2234/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nin qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin əldə çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli 2(106)-3556/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şik ayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” ASC-nə məxsus olan **-VD-*** dövlət nömrə nişanlı yük avtomaşınının 14 iyul 2018-ci il tarixdə əyləc sisteminin nasazlığı səbəbindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən elektrik cihazlarının təmiri emalatxanasına çırpılması nəticəsində ona dəymiş 15.813 manat məbləğində maddi, 2.000 manat məbləğində əldən çıxmış fayda və 3.000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 20.813 manat məbləğində pulun, habelə 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14 iyul 2018-ci il tari xdə X6 idarə etdiyi və cavabdeh “xxxx” ASC-nə məxsus olan **-VD-*** dövlət nömrə nişanlı yük avtomaşını əyləc sisteminin nasazlığı səbəbindən mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən elektrik cihazlarının təmiri emalatxanasına çırpılmış və həmin emalatxanada olan ümumi dəyəri 20.813 manat məbləğində elektrik cihazları yararsız hala düşmüşdür. Məlum sığorta hadisəsi ilə bağlı ona dəymiş maddi zərərin məbləği “x”-nın sifarişi əsasında 30 avqust 2018-ci il tarixdə ekspert rəyi ilə müəyyən edilmişdir. Elektrik cihazlarının yararsız vəziyyətə düşməsi səbəbindən 14 iyul 2018-ci il tarixdən fərdi sahibkarlıq fəaliyyətinə başlaya bilməmiş və bununla da adi mülki dövriyyə şəraitində əldə edəcəyi 2.000 manat məbləğində gəlir əldə edə bilməmişdir. Bundan başqa sahibkarlıq fəaliyyəti nə başlamaq üçün təxminən altı ay müddətində hazırlıq işləri həyata keçirmiş, avadanlıqların təmiri ilə bağlı müxtəlif çeşiddə elektrik cihazları əldə etmiş, həmin cihazları sözügedən qeyri-yaşayış sahəsində quraşdırmış və bu avadanlıqlar sözügedən yolnəqliyyat hadisəsi nəticəsində bir anda yararsız hala düşmüşlər. Bununla da o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Bu səbəbdən də ona 3.000 manat məbləğində mənəvi zərər dəymişdir. Məlumat üçün qeyd edilməlidir ki, bu sığorta hadisəsi ilə bağlı “x” tərəfindən ona 5.000 manat məbləğində pul ödənilmişdir. Beləliklə cavabdeh “xxxx” ASC-nin hüquqa zidd əməli nəticəsində ona 15.813 manat məbləğində maddi, 3.000 manat məbləğində mənəvi zərər və 2.000 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20.813 manat məbləğində zərər vurulmuşdur. Be lə ki, cavabdeh “xxxx” ASC-nin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və müxtəlif bəhanələrlə həmin pulun ödənilməsindən yayınması onun mənəvi sarsıntı və iztirablar keçirməsinə, habelə sağlamlığına xeyli zərər vurulması ilə nəticələnmişdir. Sözügedən əməlin nəticələrini, pozulmuş hüquqlarının və sağlamlığının bərpa edilməsi üçün xərc çəkmiş, vaxt sərf etmiş, halbuki həmin müddət ərzində səmərəli işlə məşğul olub müvafiq gəlir əldə edə bilərdi. Cavabdeh “xxxx” ASC-nə məxsus olan **VD-*** dövlət nömrə nişanlı yük avtomaşınının 14 iyul 2018-ci il tarixdə əyləc sisteminin nasazlığı səbəbindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən elektrik cihazlarının təmiri emalatxanasına çırpılması nəticəsində ona dəymiş 15.813 manat məbləğində maddi, 3.000 manat məbləğində mənəvi zərər və 2.000 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20.813 manat məbləğində pulun beş təqvim günü ərzində ödənilməsi barədə 19 sentyabr 2018-ci il tarixli ərizə ilə cavabdeh “xxxx” ASC-nin ünvan 3 ünvanında yerləşən ofisinə şəxsən müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Bunu nəzərə alaraq 25 oktyabr 2018-ci il tarixdə yenidən eyni məzmunlu ərizə ilə iki dəfə “xxxx” ASC-nə müraciət edərək, zərərin iki təqvim günü ərzində ödənilməsini xahiş etmiş, lakin həmin müddətin keçməsinə baxmayaraq “xxxx” ASC tərəfindən ona vurulan ziyan ödənilməmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-245/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Xanlar Fərhadov) İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin və əld ən çıxmış faydanın ödənilməsi tələbinə dair” iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X13 (sədrlik edən, məruzəçi), X2 və X4) 10 dekabr 2019-cu il tarixli 2(106)-3556/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələrin heç biri adi ob yektiv həqiqəti üzə çıxarmaq üçün təşəbbüs belə göstərməmiş, tərəfindən verilmiş vəsatətləri müzakirə etməmişdir. Onkoloji və ağır şəkər xəstəsinə kömək etməkdənsə, nəyinsə xətrinə quş məhsulları tədarük edən cavabdehi məsuliyyətdən azad etmişlər. İddiaçı xəstə bir insan hüquqlarının müdafiəsi üçün vəkil tutduğu halda, Şirvan Apellyasiya məhkəməsinin öz şəxsi marağı ucbatından, verilmiş əsaslı vəsatəti təmin etmədən, vəkilinin prosesdə iştirakına da şərait yaratmamış, işin nəticəsində maraqlı olmasını açıq-aşkar büruzə vermişdir. İddiaçının vəkilinin “xxxx” MMC-nə “hadisə baş verən gün sürücü R.A.Cəfərov tərəfindən “Araz Market-ekspress” mağazasına cavabdeh “xxxx” ASC-nə məxsus nə qədər yük-quş əti məhsulları gətirilməsi barədə” sorğu verilməsi barədə vəsatəti Şirvan Apellyasiya Məhkəməsin də rəsmi qəbul edilsə də vəsatət təmin edilməyərək məhkəmə baxışı təxirə salınmadan, çəkişmə və ədalətli araşdırma prinsiplərinə zidd olan, 10.12.2019-cu il tarixli qətnamə ilə apellyasiya şikayəti təmin olunmamışdır. Şirvan Apellyasiya məhkəməsi Neftçala rayon məhkəməsinin qətnaməsində göstərilənləri təkrarlamaqla və vəsatəti təmin etməməklə bir daha işin nəticəsində maraqlı olduğunu nümayiş etdirmişdir. Şirvan Apellyasiya məhkəməsi əsassız və qanunsuz qətnaməni qəbul edərkən, Azərbaycan Respublikası MPM-nin 8, 9, 14, 68, 78.2-ci, 78.3-78.4-cü, 80-ci, 88-ci, 375-377, 380, 385-390-cı maddələrinin, həmçinin Azərbaycan Respublikası Mülki məcəlləsinin 1099, 1113-1114-cü maddələrinin tələblərini kobud surətdə pozaraq ədalət mühakiməsi prinsiplərinə zidd qətnamə çıxarmaqla, özünü cavabdehin müd afiəçisi və qohumu kimi aparmışdır. Hadisə baş verən gün (iddiaçıya küllü miqdarda ziyan vurulan gün) cavabdehin yükdaşıyan sürücüsü X3 Günəşli “D“ yaşayış sahəsi 26-cı binanın qarşısında fəaliyyət göstərən “Araz market-ekspress“ ticarət mağazasına cavabdeh “xxxx” ASC-nə məxsus olan yükü - quş əti məhsullarını gətirdiyi üçün, işçisinin vurduğu zərəri ödəməlidir. (MM-nin 1099-cu maddəsinə əsasən). Azərbaycan Respublikası MM-nin 1113-1114-cü maddələrinin tələbinə görə, “birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər şəxslər işə baxıl masının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvanında yerləşən 1993-cü il tarixdə tikilmiş 140 kv.metr ümumi sahəsi olan qeyri -yaşayış binası İddiaçı adınadır. Müstəqil sığorta eksperti x tərəfindən “x” şirkətinin sifarişi ilə verilmiş 30 avqust 2018-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, avtoqəza nəticəsində ünvan 5 ünvanında yerləşən elektrik cihazlarının təmiri emalatxanasında baş vermiş sığorta hadisəsində dəyən ziyanın səbəblərini və məbləğini təyin etmək üçün yerində və təqdim edilən materiallara keçirilən baxış nəticəsində “xxxx” ASC-nə məxsus olan **-VD-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq olduğu üçün dik şəraitdə tarazlığını itirərək bir mərtəbəli 6 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə çırpılmış, nəticədə zərbədən emalatxananın içindəki elektrik cihazlarının yararsız hala düşdüyü və zədələnmiş elektrik cihazlarının və qeyri-yaşayış sahəsinin bər pası üçün sərf edilən materialların və görülən işlərin dəyərinin cəmi 20.813 manat olduğu müəyyən olunmuşdur. Müstəqil sığorta eksperti x tərəfindən “x” şirkətinin sifarişi ilə verilmiş qüsur aktının surətindən görünür ki, zədələnən mal və materialların ümumi dəyəri 18.660 manat, təmir üçün lazım olan mal-materialların ümumi dəyəri 853 manat və görülən işlərə görə işçilərin əmək haqqı 1.300 manat olmaqla 2.153 manat təşkil etmişdir. İş materiallarında olan 20.09.2018-ci il tarixdə verilmiş AD seriyalı 330273 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ağ rəngli, 2012-ci il istehsalı olan “HYUNDAİ-HD 72-yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınının sahibi ünvanda qeydiyyatda olan X7r. İş materiallarında olan, X8 məxsus AB seriyalı 5415 76 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X8 16 avqust 2013-cü il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və 16 avqust 2023-cü il tarixə kimi etibarlıdır. İş materiallarında olan, “xxxx” ASC tərəfindən verilmiş 02 aprel 2018-ci il tarixli 205 nömrəli əmrdən görünür ki, X12 həmin tarixdə “xxxx” ASC-nin Satış və Təchizat Departamentinə sürücü işinə qəbul edilmişdir. İş materiallarında olan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 02 aprel 2018-ci il tarixdə “xxxx” ASC-nin Satış və Təchizat Departamentinə sürücü-yükdaşıyan işinə qəbul edilmişdir. İş materiallarında olan, “xxxx” ASC ilə X12 arasında bağlanmış 02 aprel 2018-ci il tarixli əmək müqaviləsinin 4.23-cü bəndindən görünür ki, hər həftənin şənbə və bazar günləri X6 istirahət günləridir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 33-cü Bölməsinin 04 iyun 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, X6 idarə etdiyi **-VD-*** dövlət nömrə nişanlı yük avtomaşının əyləc sisteminin nasazlığı səbəbindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən elektrik cihazlarının təmiri emalatxanasına çırpılması nəticəsində ona zərər dəyməsi ilə bağlı 33-cü Polis Bölməsində inzibati xəta haqqında qərar qəbul edilməmişdir. İddiaçı ona cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən maddi ziyanın onun işçisi X6 idarə etdiyi “HYUNDAİ-HD 72-yük” markalı **-VD-*** dövlət nömrə nişanlı yük avtomaşını ilə quş əti məmulatlarının “Araz Market”ə gətirərkən dəyməsini iddia etmişdir. Apellyasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia ərizəsində X6 idarə etdiyi “HYUNDAİ-HD 72-yük” markalı **-VD-*** dövlət nömrə nişanlı yük avtomaşınının cavabdeh “xxxx” ASC-nin mülkiyyətində olmasını bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” ASC ilə X12 arasında bağlanmış 02 aprel 2018-ci il tarixli əmək müqaviləsinin 4.23-cü bəndində hər həftənin şənbə və bazar günlərinin xun istirahət günləri olduğu göstərilmişdir. Hadisə baş verən 14 iyul 2018-ci il tarixi isə həftənin şənbə gününə təsadüf etmiş, yəni x həmin hadisəni əmək funksiyasının icrası zamanı deyil, istirahət günündə törətmişdir. Bundan başqa müəyyən edilmişdir ki, hadisəni törətmiş X6 idarə etdiyi “HYUNDAİ-HD 72-yük” ma rkalı **-VD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının sahibi “xxxx” ASC deyil, X7r. “HYUNDAİ-HD 72-yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını “xxxx” ASC-nə məxsus olmadığından, həmçinin hadisənin baş verdiyi 14.07.2018-ci il tarixi iş gününə düşmədiyinə görə həmin tarixdə sürücü X6 marketə yük boşaltması hadisənin baş verməsinə görə “xxxx” ASC-nin təqsirli olması anlamına gələ bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. - 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakilar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu tör ətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1099.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1113.1-cü maddəsinə əs asən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. - 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsinin idarə edən şəxsin və ya vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə qarşı qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Kollegiyanın qənaətinə görə X12 “xxxx” ASC tərəfindən verilmiş 02 aprel 2018-ci il tarixli 205 nömrəli əmrinə və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən “xxxx” ASC-nin Satış və Təchizat Departamentinə sürücü-yükdaşıyan işinə qəbul edildiyi halda əmək fəaliyyəti dövründə öz vəzifələrini sürücü kimi hansı avtomaşınla icra etməyini aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi ağ rəngli, 2012-ci il istehsalı olan “HYUNDAİ-HD 72yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınının sahibinin Bakı şəhəri Binəqədi rayonu A.Kunanbayev küçəsi 7-ci mikrorayon ev 16-da qeydiyyatda olan X5 olmasına 20.09.2018ci il tarixdə verilmiş AD seriyalı 330273 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə istinad etsə də, bu şəhadətnamənin X12 tərəfindən sözügedən avtomaşında 14 iyul 2018-ci il tarixdə məlum qəzanı törətdikdən sonra verilməsinə diqqət yetirməmiş və işin bu halına da hüquqi qiymət verməmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi həmin avtomaşının X5 adına 20.09.2018-ci il tarixdə qeydə alınmamışdan əvvəl kimin adına və istifadəsində olmasını aydınlaşdırmamışdır. X5 adına olan şəhadətnamədən aydın görünür ki, “HYUNDAİ-HD 72-yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını məlum hadisədən 2 ay sonra onun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan X6 cavabdehə yazdığı 10.08.2018-ci il tarixli izahatında onun “HYUNDAİ-HD 72-yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını etibarnamə əsasında idarə etməsini və hadisə baş verən zaman nəqliyyat vasitəsinin tanımadığı fiziki şəxsin mülkiyyətində olmasını göstərmişdir. X6 cavabdehə yazdığı 10.08.2018-ci il tarixli izahatında nə onun, nə də “xxxx” ASC-nin təqsiri olmamasını, məlum hadisə ilə bağlı hər hansı tələb qaldırılarsa cavabdehlik daşıyacağını göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi X6 öz əmək funksiyalarını, yəni “xxxx” ASC-nin məhsullarını hans ı avtonəqliyyat vasitəsi ilə daşıdığını, 14 iyul 2018-ci il tarixdə əmək müqaviləsinə əsasən şənbə günü olduğu üçün istirahətdə olduğu halda və həmin günü cavabdeh tərəfindən hər hansı işin icrasına cəlb edilmədiyi halda cavabdeh tərəfindən onun izahatının hansı səbəbdən bu məzmunda alınmasını araşdırmamışdır. Kollegiya daha sonra qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi işçiləri X6 14 iyul 2018-ci il tarixdə əmək müqaviləsinə əsasən şənbə günü olduğu üçün istirahətdə olmasına və həmin günü cavabdeh tərəfindən hər hansı işin icrasına cəlb edilməməsinə istinad etməsinə işin digər halları baxımından da hüquqi qiymət verməmişdir. Belə ki, 14.07.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə iddiaçı tərəfindən iş üzrə cavabd eh kimi qoyulmuş “xxxx” ASC-nin hər hansı bağlılığı aydınlaşdırılarkən məlum hadisəni törədən şəxsin, şənbə günü olsa da belə, həmin ASC-nin işçisi olması faktı müəyyən edildiyi halda, iddiaçının onun cavabdeh kimi cəlb etmək imkanından istifadə edib-etməməyindən asılı olaraq mübahisənin obyektiv və ədalətli həlli baxımından onun hazırki iş üzrə 3-cü şəxs kimi cəlb edilməsi və iş üzrə yuxarıda göstərilən mühüm, eləcə də diqqətəlayiq olan məqamların araşdırılması zəruri olmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin əsas dəlillərindən biri olan sürücü xun hadisə baş verən gün istirahətdə olduğu halda məlum hadisə günü Yeni Günəşlidə yerləşən “Araz market” Ekspresin qarşısında dayanması və hadisədən sonra şahidlərin gözü qarşısında yük maşınından “Araz Mar ket”ə daşınıb təhvil verilən quş məhsullarının hansı şirkətə məxsusluğu ilə bağlı dəlilləri üzrə araşdırma aparmayaraq bu barədə olan vəsatətin təmin edilməməsinə dair qənaəti düzgün olmamışdır. Belə ki, işin materiallarından görünür ki, sözügedən vəsatət 04.12.2019-cu il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu vəsatət üzrə “xxxx” MMC-dən müvafiq cavabın alınmasının iş üçün zəruri olması və bu cavabın sübut əhəmiyyətli olub-ola bilməməsinə hüquqi qiymət verməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya maddi ziyan cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyməsi və dəydiyi halda bunun nədə ifadə olunmaqla hansı məbləğdə ziyan dəyməsinə dair iddia tələbləri üzrə apellyasiya instansiyası məhk əməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmaması ilə iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2 005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulma sı təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə si qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli 2(106)-3556/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar