Məhkəmə qərarları › İş №2(102)-2236/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2236/2019

14.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2236/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)12896/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.H.Qasımov, iş № 2(001)-1141/2018) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta məbləğinin ödənilməməsinə görə dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 19 noyabr 2015-ci il tarixli qətnaməsi ilə 6600 manat məbləğində sığorta ödənişinin Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə tutlması qət edilmişdir. 2017-ci ildə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 iyul 2014-cü il tarixdən başlayaraq ödənişin verilməsinin hər gecikdirilmiş gününə görə şirkətdən onun xeyrinə 13.20 manat dəbbə pulunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. 2017-ci ilin noyabr ayında İddiaçı Şirkətə qarşı yenidən iddia qaldıraraq sığorta ödənişinin verilməsinin gecikdirilməsini əsas göstərməklə şirkətdən onun xeyrinə maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 12.000 manat tutulmasını xahiş etmiş, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına gönd ərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, sığorta ödənişinin verilməsinin gecikdirilməsi Binəqədi rayon icra şöbəsinin hərəkətsizliyi üzündən baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə h üququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Ödənişin cavabdehin təqsiri nəticəsində gecikdirilməsi müəyyən olunmadığından kollegiya iddianın rədd olunmasını əsaslı saymışdır. Kollegiya işin müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, sübutlara düzgün qiymət verilmiş, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: K assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar