Məhkəmə qərarları › İş №2(102)-2239/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2239/2020

03.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2239/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı xxx oğlu, Cavabdeh2 və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxxx saylı qətnaməsindən İddiaçı xxx oğlunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin xxxxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.F.Qurbanov) İddiaçı xxx oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin ləğv edilm əsi barədə sazişin və hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(106)2978/2019 saylı qətnaməsi ilə (hakimlər Q.B.Kərimov sədrlik edən, məruzəçi, Z.Vəkil1 və N.F.Mirzəyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi iddiaçının apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Şirvan şəhəri, xxxx mənzilinə dair cavabdehlər arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barə də sazişin və həmin sazişə əsasən Cavabdeh2 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” 03 noyabr 2017-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olu nub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh2 və vəkili Salman Fərəcov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı vəkili Vəkil1, Cavabdeh1, üçüncü şəxslər Şirvan şəhər xx saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin xx saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəb ərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.4, 394-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normaların ın tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Şirvan şəhəri,xx evin 5 otaqlı, ümumi sahəsi 105,04 kv.metr olan 51-ci mənzili 11 mart 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh2 mülkiyyətində olub və sonuncu 21 may 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən mənzili oğlu Cavabdeh1 bağışlayıb. Həmin bağışlama müqaviləsinə əsasən 27 dekabr 2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışla mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Bunda n sonra, Cavabdeh1la Cavabdeh2 arasında notarial qaydada sözügedən bağışlama müqaviləsinin ləğv edilməsinə dair 01 noyabr 2017-ci il tarixli Saziş bağlanıb və həmin Sazişə əsasən mənzil 03 noyabr 2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Daha sonra, qanuni qüvvəyə minmiş Şirvan şəhər məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh1 qarşı “95.000 manat pul tələbinə və tərəflər arasında bağlanmış 20 iyun 2017-ci il tarixli borc və girov müqavilələrinin şərtlərinə uyğun olaraq tələbin borclunun mülkiyyətində olan Şirvan şəhəri,xx evin 51-ci mənzilinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 91.000 manat pulun tutulub İddiaçı verilməsi və qalan hissədə iddianın rədd o lunması qət edilib. Hazırda iddiaçı, sözügedən mənzilin Cavabdeh1 ona olan borcunun ödənilməsinin təmin edilməsi üsulu kimi yazılı formada bağlanmış 20 iyun 2017-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulduğunu, lakin Cavabdeh1 tutmanın həmin mənzilə yönəldilməsinin qarşısını almaq üçün mənzilə dair bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi barədə atası Cavabdeh2la Saziş bağlayaraq mənzili sonuncunun mülkiyyətinə keçirdiyini, bunun gələcəkdə mənzilin Cavabdeh1 ona olan borcunu ödəmək üçün satılmasının qarşısının alınmasına yönəldiyini göstərib, həmin mənzilə dair dair cavabdehlər arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə sazişin və həmin sazişə əsasən Cavabdeh2 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” 03 noyabr 2017-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsini iddia edir. Cavabdehlər isə iddiaçının hazırki iddanı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını, borcun tutulmasına dair məhkəmə qətnaməsinin sonradan qəbul edildiyini, mənzilə dair ipoteka müqaviləsi notarial qaydada bağlanmadığından, ipoteka hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından qanuni qüvvəyə minmiş həmin qətnamə ilə iddiaçının tutmanın sözügedən mənzilə yönəldilməsini tələb etmək hüququnun yaranmadığını göstərib iddia tələbinə etiraz edirlər. Əvvəla, mülki qanunvericiliyə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (Mülki Məcəllənin 421.1-ci maddəsi). Tərəflərdən birinin tələ bi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2-ci maddəsi). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (Mülki Məcəllənin 423.1-ci maddəsi). Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu o lan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib, haqlı olaraq qeyd etmişdir ki, iddiaçı sözügedən bağışlama müqaviləsinin ləğv edilməsinə dair Sazişin tərəfi olmadığı üçün həmin Sazişin ləğv edilməsini tələb etmək hüququna malik deyil. Çünki, sadalanan maddələrin mənasına görə, müqavilənin ləğv edilməsini və ya dəyişdirilməsini yalnız müqavilə üzrə tərəflərdən biri tələb edə bilər, iddiaçı isə sözügedən Sazişin tərəfi deyil. Eyni zamanda tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o, halda ləğv edilə və ya dəyişdirilə bilər ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olsun. Tərəflərdən birinin müqaviləni pozması isə, o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməy ə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş olsun. Hazırki işdə, iddiaçıya münasibətdə qeyd olunan hallar istisna olunur və iddiaçı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyil. Digər tərəfdən, iddiaçı kasasiya şikayətində sözügedən mənzilin Cavabdeh1 ona olan borcunun təminatı üsulu kimi girov qoyulduğunu göstərsə də, onun bu dəlili qanıni qüvvəyə minmiş Şirvan şəhər məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə istisna olunur. Belə ki, həmin qətnamədən görünür ki, iddiaçının Cavabdeh1 qarşı iddia tələbləri tutmanın onun mülkiyyətində olan Şirvan şəhəri, xxxx evin 51-ci mənzilinə yönəldilməsi hissəsində rədd edilib. İddanın rədd edilməsinin əsas kimi isə sözügedən mənzilə dair notarial qaydada ipoteka müqaviləsinin bağlanmaması və ipoteka hüququnun daş ınmaz əmlakın dövlət reyestrində kreditor İddiaçı adına qeydə alınmaması göstərilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq borclu Cavabdeh1 digər əmlakı hesabına ödənilməsini tələb edə bilər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hü quq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı x x oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar