Məhkəmə qərarları › İş №2(102)-2245/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2245/2021

13.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2245/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyatı ilə bağlı pozuntulara yol verilib) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Ağakərimov Asif Təklif oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsinə və Cavabdeh2 (üçüncü şəxlər Qusar rayonu Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi) qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1393/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qusar-Xudat yolunun kənarında İddiaçı məxsus tikintialtı torpaq sahəsi 303.8 kv.metr, ümumi sahəsi 265.6 kv.metr olan mağaza binası mövcuddur. Həmin tikiliyə onun adına 11 iyul 2008-ci il tarixli ******* saylı qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Eyni zamanda Qusar rayonu Qalacıq bələdiyyəsi tərəfindən 12 yanvar 2012-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid torpaq sahəsi kimi Cavabdeh2 satılmışdır. Cavabdeh2 həmin alqı-satıqı müqaviləsinə əsasən öz adına Seriya RX ******* saylı, 25 may 2017-ci il tarxili çıxarış almışdır. İddiaçı cavabdehə satılmış torpaq sahəsinin onun mülkiyyətində olan sahəyə düşməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Pirmuradov Seyfəl Mərdəli oğlu cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsinə və Cavabdeh2 (üçüncü şəxlər Qusar rayonu Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi) qarşı iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar rayonu Qalacıq bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı mü qaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı 25 may 2017-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılır ki, Qusar rayonu ZDK İK-nın 12 iyun 1965-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə kooperativlər ittifaqı üçün yeməkxana tikməkdən ötrü Qalacıq kəndində meyvəçilik sovxozunun torpaq fondundan ona QusarXudat yolunun kənarında 0.7 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində o, tikinti altı torpaq sahəsi 303.8 kv.metr, ümumi sahəsi 265.6 kv.metr olan mağaza binası inşa etdirmişdir. Həmin torpaq sahəsi onun tərəfindən özəlləşdirilmiş və 11 iyul 2008-ci il tarixli ******* saylı qeydiyyat nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bu yaxınlarda həmin mağaza binasının qarşısında olan torpaq sahəsini Cavabdeh2 istifadə etməyə başlamış, o, cavabdehdən həmin torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin cavabdeh həmin yerdən 0.12 ha torpaq sahəsini Qalacıq bələdiyyəsindən satın aldığını bildirmişdir. O, məsələni araşdırmış və ona məlum olmuşdur ki, həqiqətən də Qusar rayonu Qalacıq bələdiyyəsi tərəfindən 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid torpaq sahəsi kimi Cavabdeh2 satılmışdır. Daha sonra isə Cavabdeh2 həmin alqı-satıqı müqaviləsinə əsasən öz adına Seriya RX ******* saylı, 25 may 2017-ci il tarxili çıxarış almışdır. Cavabdehə verilmiş torpaq sahəsinin müəyyən hissəsi onun adına rəsmiləşdirlmiş qeyri-yaşayış binasının üstünə düşür və cavabd eh tərəfindən həmin torpaq sahəsndə tikinti işləri aparılmışdır. Sözü gedən torpaq sahəsi 0.7 ha torpaq sahəsinin təyinatı həyətyanı torpaq sahəsi deyil, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Bundan başqa həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti ola bilməzdi.

4. Qusar Rayon Məhkəməsinin 2(029)-57/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Qusar rayonu Qalacıq bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakim R.Kazımov)

5. İddia tələbini təmin edən birinci instansiya məhkəməs i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 139.1, 139.3, 140, 146.1, 149.2, 324, 337, 339, 667.1ci maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə, Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinə istinad etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-1393/2020, hakimlər Ş.Abasov, G.Tağızadə və T.Məmmədov) Qusar Rayon Məhkəməsinin 2(029)-57/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunmuş, cavabdehlər Qusar rayonu Qalacıq bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 11 iyul 2008-ci il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnamə ilə İddiaçı verilmiş 265.6 kv.metr qeyri-yaşayış binasının altında olan torpaq sahəsi ilə üst-üstə düşdüyü 83.5 kv.metr hissəsində etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış qeyd edilən 83.5 kv.metr hissədə ləğv edilmişdir.

7. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 140, 149.2, 337, 352-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı apelyasiya məhkəməsinin qət naməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Qusar rayon ZDS İK-nin 12 iyun 1965-ci il tarixli, 14 saylı iclas protokolunun qərarını nəzərə almamışdır. Sözügedən qərarla ayrılmış torpaq sahəsi İddiaçı faktiki olaraq istifadəsində olmuş və iddiaçı həmin torpaq sahəsinin hüdudları daxilində mülkiyyətində olan qeyri-yaşayış sahəsini tikmişdir. Qeyd olunan qərarla ayrılmış torpaq sahəsi isə 0.7 ha olmuşdur.

10. Cavabdeh2 apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qəra r qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ağakərimov Asif Təklif oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şika yətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarı.

16. Qərarın 6.1. bəndi. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələd iyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Həmin qərarın 6.2. bəndi. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.

18. Qərarın 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparıl mış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr mübahisəni həll edərkən qəbul ediləcək qərara təsir edə biləcək işin məhkəmə aidiyyəti ilə bağlı məsələni aydınlaşdırmamışlar.

26. İddiaçının tələbi cavabdeh Qusar rayonu Qalacıq bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı 25 may 2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədədir.

27. İddiaçının eti barsızlığını tələb etdiyi alqı-satqı müqaviləsi torpağa dair cavabdeh bələdiyə ilə bağlanmış müqavilənin etibarsızılığ ilə bağlıdır. İşdən görünür ki, həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilməmişdən əvvəl müvafiq bələdiyyənin müraciəti əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi 07 iyun 2011-ci il tarixli rəy verərək satılması nəzərdə tutulan torpaq sahəsinin müsabiqəyə çıxarılmasını məqsədmüvafiq hesab etmiş, həmin idarə torpaq sahəsinin plan və ölçüsünü hazırlamış və təsdiq etmiş, bundan sonra Qusar rayon Qalacıq kənd bələdiyyəsinin 09 iyun 2011-ci il tarixli iclas protokolunun 6 saylı qərarı ilə həmin torpaq sahəsinin satışa çıxarılması qərara alınmış və məhz həmin prosedurlardan sonra cavabdehlə torpağa dair 12 yanvar 2012-ci il tarixli alqı-satqı mü qaviləsi bağlanmışdır.

28. Göründüyü kimi torpağın cavabdehə satılmasına dair müqavilənin əsasını yuxarıda qeyd olunan orqanların inzibati aktları təşkil edir. Torpaq sahəsinin ayrılması, müsabiqəyə çıxarılması və satılmasına dair aktlar inzibati məhkəmədə mübahisələndirilmədən iddianın təmin olunması əsaslı olmayacaq. Çünki iddiaçı əslində torpaq sahəsinin təyinatının dəyişdirilməsini, əsassız olaraq həyətyanı torpaq sahəsi kimi ayrılmasını, onun qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. Cavabdehə ayrılmış torpaq sahəsinin plan və ölçüsünü hələ torpaq sahəsi ayrılmamışdan əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi müəyyən etmiş və bununla bağlı kadastr planını təsdiq etmişdir. Yuxarıda sadalanan sənədlərl ə təsdiq olunur ki, torpaq sahəsinin ayrlmasına əsas olan sənədlər bələdiyyənin inzibati aktı və inzibati orqanın müvafiq sənədləşmələri (rəy və torpağın plan və ölçüsı) olmuşdur.

29. Ləğv olunması tələb olunan Çıxarışın kordinatları, hansıki iddiaçı onun torpaq sahəsi ilə üst-üstə düşməsini iddia edir, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin tərtib etdiyi yuxarıda qeyd olunan plan və ölçü ilə müəyyən edilmişdir.

30. Hazırkı qərarın 16-18-ci bəndlərində qed olunan Plenum qərarında deyilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyy ənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

31. Eyni zamanda həmin Plenum Qərarında qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasın a əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

32. Göründüyü kimi işə baxan Apelyasiya Məhkəməsi etibarsız hesab olunması tələb olunan alqı-satqı müqaviləsinin əsaslarına diqqət yetirməmiş, tərəfə bununla bağlı hüquq və vəzifələrini izah etməmişdir. İşə yenidən baxılarkən qeyd olunan hallar tərəflərin iştirakı ilə aydınlaşdırılmalı, iddiaçıya etibarsızlığını tələb etdiyi sənədlərin əsasını təşkil edən sənədləri inzibati icraatda mübahisələndirmək hüququ izah edilməli və bunun nəticəsindən asılı olaraq qərar qəbul etməlidir.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şərh olunan halların mövcudluğu qətnamənin ləğvi üçün müstəqil əsas olduğundan iddianın qismən təmin olunmasına dair tərəflərin kassasiya dəlilləri ilə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.

34. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1393/2020 nömrəli iş üzrə XXr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar