Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-225/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2256/2019 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-194/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.H.Məmmədov) iddiaçı X1 Cavabdeh2 qarşı “torpaq sahəsinə dair alqı-satqı müqavil əsinin bağlanmış hesab edilməsi, torpaq sahəsinin mülkiyyətə verilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş 1.230.000 manat pulun hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərclərə görə 10.932 manat pulun tutulub iddiaçıya verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2256/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, M.A.Əsədli məruzəçi və İ.F.Quliyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zaqatala rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv e dilib, yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş 1.230.000 manat pulun hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərcə görə 10.932 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehə və ailə üzvlərinə məxsus olan Zaqatala rayonu, Əliabad qəsəbəsində “Tarquliyan” adlanan çöldə yerləşən 1,23 ha torpaq sahəsinin onunla cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. M übahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh2 və vəkili x məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədənsaxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edib, qalan hissədə iddianı rədd edərkən, birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tətbiqində səhvə yol verməsinə, iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların olmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2, 1092-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhv ə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin etməklə doğru nəticəyə gəlsə də, iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında olan mübahisə borc müqaviləsindən irəli gələn öhdəliklə bağlı deyil, əsassız varlanma ilə bağlı mübahisədir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırda mübahisələndirilən 1,23 ha torpaq sahəsi cavabdeh tərəfindən 2001-ci ildə iddiaçıya 1.230.000 manata satılmışdır. Həmin vaxtdan iddiaç ı torpaq sahəsindən istifadə edir. Torpaq sahəsi satılarkən boş olmuş, 2009-2010-cu illərdə iddiaçı həmin torpaq sahəsinə fındıq bağı salmış, son illərdə isə fındıq topalarının sayını artırmışdır. Hazırda iddiaçı, cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya cavabdehə verdiyi pulun və çəkilmiş xərcin cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibəti xx xxxx 2005-ci il tarixdən əvvəl yarandığından hazırki mülki hüquq münasibətlərinə həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsi tətbiq olunmalıdır. Həmin maddənin mənasına görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarı xx xxxxxx 2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335, 647-ci maddələri ilə bağlıdır. Həmin Qərarda göstərilir ki, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenmunun xx xxx 2006-cı il tarixli Qərarında göstərilir ki, daşınmaz əmlaka dair əqdi t amamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünüdüyü kimi, bir tə rəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Hazırki halda, tərəflər qeyd edilən tələblərin heç birinə əməl etməmişlər. Ona görə də iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin çəkilən xərclərlə bağlı hissəsinə aşağıdakı qaydada münasibət bildirir. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X7 Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən hazırda mübahisələndirilən torpaq sahəsinin hazırki vəziyyətə gətirilməsi üçün iddiaçı tərəfindən 10.932 manat xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilir ki, əsassız varlanma yalnız o, zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsində göstə rilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etdiyindən, o, əldə etdiklərini məhrum olan iddiaçının tələbi ilə ona qaytarmağa borcludur. Ona görə də cavabdehdən torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş 1.230.000 manat pulun hazırki manata nisbəti olan 246 manat pul və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərclərə görə 10.932 manat pul tutulub iddiaçıya verilməli və qalan hissədə iddia ərizəsi rədd edilməlidir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2256/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-225/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-225/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver