Məhkəmə qərarları › İş №2(102)-2251/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2251/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2251/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili Vəkil, Cavabdeh və üçüncü şəxs X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2(103)13060/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(007)-502/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) İddiaçı Cava bdeh qarşı “mənzilə köçürülmə, payın müəyyən edilməsi, təmir xərclərinin ödənilməsi və əmlak bölgüsü” barədə ilk iddiası qismən təmin, Cavabdeh İddiaçı qarşı “borc məbləğinin bərabər olaraq bölünməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, ünvan 1 ünvanda yerləşən, 2 otaqlı, 384-saylı mənzildə İddiaçı payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi, İddiaçı 07 noyabr 2013-cü il tarixdə doğulmuş qızı Ayla ilə birlikdə həmin mənzilə köçürülməsi, eyni zamanda 15.000 manat dəyərində “Kia Rio” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı payının 3/5 hissədə, Cavabdeh payının 2/5 hissədə müəyyən edilməsi, qalan hissədə ilk və qarşılıqlı iddiaların rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kolle giyasının 12 noyabr 2019-cu il tarixli, 2(103)13060/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul2019-cu il tarixli qətnaməsi mənzildə və avtomobildə payların müəyyən edilməsi hissəsində dəyişdirilərək, ünvan 2 ünvanda yerləşən, 2 otaqlı 384-cü mənzildə İddiaçı payının 1/3 hissədə, Cavabdeh payının 2/3 hissədə müəyyən edilməsi, həmçinin “Kia Rio” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi və qətnamənin İddiaçı mənzilə köçürülməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı ilk iddia qaldıraraq, 07 noyabr 2013cü il tarixdə doğulmuş qızı Ayla ilə birlikdə ünvan 1 ünvanda yerləşən, 2 otaqlı 384-cü mənzilə köçürülməsi, həmin mənzildə payının 2/3 hissədə müəyyən edilməsi, mənzilin təmirinə xərclənmiş 30.000 manat pulun 2/3 hissəsinin və 15.000 manat dəyərində olan “Kia Rio” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə payının müəyyən edilməsi və avtomobilin satılaraq pulun paylarına uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, X4 aralarında 07 oktyabr 2017-ci il tarixdə bağlanmış “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə üzrə yaranmış 17.600 ABŞ dolları borc öhdəliyinin İ ddiaçı ilə onun arasında yarı bölünərək, borc öhdəliyinin yarı hissəsinin onun tərəfindən, yarı hissəsinin isə İddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATL ARİ Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh və üçüncü şəxs Adil Axundov məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, ape lyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməsinə və apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmasına baxmayaraq, Cavabde h qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib, İddiaçı isə kasasiya şikayətində qətnaməni özünə aid hissədə mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı İddiaçı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisəli mənzildə və avtomobildə payların müəyyən edilməsi hissəsində dəyişiklik edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, mənzildə və avtomobildə tərəflərin paylarının düzgün müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 32.1, 37.1, 37.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tə ləbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2010-cu il tarixli müqaviləyə əsasən, Cəmiyyət ünvan 2 evin, 2 otaqlı, ümumi sahəsi 96,55 kv.metr olan 384-cü mənzilini tikib Cavabdeh təhvil verməyi, sonuncu isə mənzili qəbul edib, onun dəyəri olan 53.102 manat pulu Cəmiyyətə ödəməyi öhdəsinə götürüb. Daha sonra, işdən görünür ki, İddiaçı rəsmi nikah əsasında 02 aprel 2011-ci il tarixdə Cavabdehla ailə qurub və onların birgə nikahından 07 noyabr 2013-cü il tarixdə Ayla adlı bir uşaqları doğulub.Sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlamış nikah pozulub və onların birgə nikahından 07 noyabr 2013-cü il tarixdə doğulmuş Aylanın anası İddiaçı yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün 10 aprel 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilib. Göründüyü kimi mənzilin dəyərini təşkil edən məbləğin 24.160 manatı tərəfl ər nikaha daxil olanadək, qalan hissəsi isə birgə nikah dövründə ödənilib və 29 iyun 2012-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyərini təşkil edən həmin məbləğ Cavabdeh tərəfindən tam məbləğdə ödənilib. Bundan başqa, “Kia Rio” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 oktyabr 2017-ci il tarixdən İddiaçı adına dövlət qeydiyyatına alınıb və onun mülkiyyətindədir. Eyni zamanda, işdən görünür ki, 07 oktyabr 2017-ci il tarixdə Cavabdehla Müseyib Axundov arasında sadə yazılı formada bağlanmış “Mövcud borcun etirafı haqqında” müqaviləyə əsasən, Cavabdeh Müseyib Axundova 17.600 manat borcunun olmasını etiraf edib və həmin borcu 01 iyul 2019-cu ildən 14 oktyabr 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürüb. Hazırda İddiaçı Cavabdeh qarşı ilk iddia ilə məhkəməyə müraciə t edərək, qızı Ayla ilə birlikdə mübahisəli mənzilə köçürülməsi, həmin mənzildə payının 2/3 hissədə müəyyən edilməsi, mənzilin təmirinə xərclənmiş 30.000 manat pulun 2/3 hissəsinin və 15.000 manat dəyərində olan avtomobildə payının 2/3 hissədə müəyyən edilməsi və avtomobilin satılaraq pulun payına uyğun olaraq ona ödənilməsini iddia edir. Cavabdeh isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, onunla Müseyib Axundov arasında 07 oktyabr 2017-ci il tarixdə bağlanmış “Mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə üzrə yaranmış 17.600 ABŞ dolları borcun İddiaçı ilə onun arasında yarı bölünərək, borcun yarısının onun tərəfindən, yarısının isə İddiaçı tərəfindən ödənilməsini iddia edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 20 19-cu il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, mübahisəli mənzil faktiki olaraq təmirli vəziyyətdədir, mənzildə aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyəri bazar qiyməylərinə uyğun olaraq 19.859 manat təşkil edir. Əvvəla, mülki qanunverciliyə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (Mülki Məcəllənin 225.1-ci maddəsi). Eyni zamanda, ər-arvaddan hər birinin əmlakı o, halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyy ənləşdirilsin (Mülki Məcəllənin 225.4-cü maddəsi). Eləcə də, ailə qanunverciliyinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (Ailə Məcəlləsinin 32.1-ci maddəsi). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (Ailə Məcəlləsinin 37.1-ci maddəsi). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Mülki Məcəllənin 37.2-ci maddəsi). Apelyasiya inst ansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdırıb, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarına sadalanan maddi hüquq normalarını tətbiq etməklə mübahisəli mənzilin və avtomobilin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olduğu üçün tərəflər arasında bölünməli olması barədə qanuni və əsaslı qənaətə gəlsə də, həmin əmlaklar üzərində tərəflərin paylarını düzgün müəyyən etməmişdir. Belə ki, sadalanan normaların mənasına görə ər-arvad arasında ümumi əmlakın bölünməsi zamanı onların payları bir qayda olaraq bərabər hesab edilir. Bununla yanaşı, qanunverici ayrı-ayrı hallarda yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadı n) diqqətəlayiq mənafeyini nəzərə alaraq payların qeyri-bərabər bölünməsini də mümkün hesab edir. Göründüyü kimi qanunverici yalnız tərəflərin birgə nikahlarından uşaqlarının olmasını və həmin uşaqların valideynlərdən birinin yanında qalmasını həmin valideynin payının daha çox müəyyən edilməsini birmənalı əsas hesab etmir. Ailə qanunvericiliyinin mənasına görə qeyri-bərabər bölgü uşaqların mənafeyindən və (və ya) tərəflərdən birinin diqqətəlayiq mənafeyindən irəli gələn müstəsna halların mövcudluğu ilə əsaslandırılmalıdır. Hazırki halda mübahisəli mənzilin ilkin alış qiyməti olan 53.102 manat pulun 24.160 manat hissəsi (təxminən 45 faizi) birgə nikahadək Cavabdeh tərəfindən ödənilib. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, həmin mənzilin yalnız 55 faiz hissəsi birgə nikah dövründə tərəf lərin ümumi vəsaiti hesabına əldə edilib. Bununla yanaşı, məhkəmə baxışı zamanı birgə nikah dövründə mənzildə təmir işlərinin aparıldığı və həmin işlərin (yenidənqurma və tikinti-təmir) təqribi bazar dəyərinin 19.859 manat olduğu müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi sözügedən təmirin bütün mənzil üzərində aparıldığını nəzərə alaraq və yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərini rəhbər tutaraq haqlı olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil üzərində İddiaçı payı 1/3 hissədə, Cavabdeh payı isə 2/3 hissədə müəyyən edilməlidir. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin birgə nikahı dövründə əldə edilmiş mübahisəli avtomobil üzərində onların paylarının qeyri-bərabər müəyyən olunması üçün heç bir əsasın olmaması qənaətinə gəlmi ş və mübahisəli avtomobildə tərəflərin hər birinin payını ½ hissədə düzgün müəyyən etmişdir. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kasasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessu al hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2(103)13060/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar