Məhkəmə qərarları › İş №2(102)-2252/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2252/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2252/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X10 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1459/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddia ərizəsinə görə iddiaçı 08 dekabr 2014-cü il tarixli akta istinad edərək 1.70 ha torpaq sahəsini cavabdehdən 1500 ABŞ dollarına aldığını göstərir. Zaqatala rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsindən görünür ki, Zaqatala rayonu,Əliabad qəsəbəsində yerləşən Cavabdeh1 və ailəsinə məxsus "Çaliaxo" adlanan sahədə yerləşən 1.70 ha torpaq sahəsi üzrə tərəflər arasında 08 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi İddiaçı dəmməṀ qızının mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 noyabr 2009-cu il tarixli 2(107)-2887/209 saylı qətnaməsinin surətindən görünür ki, Zaqatala rayon məhkəməsinin 22 iyu l 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X25 Mərkəzinin 11 mart 2020-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən fındıq bağının ölçüləri 62 m x 274 m = 17000 kvm və ya 1,70 ha olmaqla 10x1 əkin sxemində 420 topadan ibarətdir. Onlardan 250 topa fındıq ağacı təqribən 10 il əvvəl əkilmiş bir neçə ildir ki məhsul verməyə başlamışdır. 50 ədəd fındıq topası sonradan əkilmiş, məhsul verməyə başlamışdır. 120 ədəd fındıq topası isə yararsız fındıq topa olduğu üçün çıxarılaraq yenidən əkilmişdir. 250 fındıq topası 1 topaya 160 manat olmaqla 40 000 manat qiymətləndirilib. 50 topa fındığa orta qiymət olaraq 1 topaya 50 manat olmaqla 2500 manat olmuşdur. Yeni salına n 120 topa fındığa hər topaya 30 manat qiymətləndirərək təqribi 3600 manat olmuşdur. Əkilmiş 17 ədəd qoz ağacları məhsul verməyə başlamış və hər bir qoz ağacı üçün 70 manat hesablanaraq təqribi 1190 manat qiymətləndirilmişdir. Bundan başqa həmin sözügedən sahənin hazırlanması, aqrotexniki tədbirlərin görülməsi və sərhədlərin bağlanmasına görə 2500 manat sərf edilmişdir. Ümumi məbləğ 49790 manat müəyyən edilə bilər. Apellyasiya icraatı zamanı təyin edilərək alınmış 16 sentyabr 2020-ci il tarixli 337 nömrəli rəydən müəyyən olunur ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,70 ha torpaq sahəsindəki 226 ədəd fındıq topalarının inkişaf səviyyəsinə əsasən fındıq topalarının yaşının 12 il olması və həmin ağaclara 12 ilədək, sualın tədqiqat hissəsində sadalanan aqrotexniki qulluq göstəri lməsi müəyyən edilir. Yerdə qalan, 238 ədəd məhsuldarlığa düşməyən 2-4 illik sonradan əkilmiş fındıq topalarına (yarısı 2 illik, yarısı təxminən 4 illik), 17 ədəd məhsuldar, təxminən 14 illik qoz ağaclarına aid olması müəyyən edilir. Ekspert baxışına təqim edilmiş, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,7 ha torpaq sahəsində salınmış 12 yaşı olan, 226 ədəd məhsuldar fındıq topasından, 119 ədəd 4 illik, 119 ədəd 2 illik fındıq topasından və 17 ədəd məhsuldar qoz ağacı olan bağının, aparılmış abadlaşdırma işləri nəzərə alınmaqla, hazırki bazar dəyəri təxminən 1 manat müəyyən edilir. O cümlədən: -12 yaşlı 226 ədəd məhsuldar fındıq topasının dəyəri (226 əd x 120rh) - 27120,00 manat; -119 ədəd 4 illik fındıq ağacının dəyəri (119 əd x 404\) - 4760,00 manat; -119 ədəd 2 illik fındıq ağac ının dəyəri (119 əd x 20rh) - 2380,00 manat; -4-5 şitildən ibarət fındıq topasının əkilmə xərci (464 topa x 2rh) - 928,00 manat; -17 ədəd məhsuldar qoz ağacının dəyəri (17 əd x 80rh) -1360,00 manat; -14 ildə bağa qulluq edilmə və bağın mühafizəsi (30rh x 14 il x 12ay) - 5040,00 manat; -355 metr kanalın qazılması xərci (355 metr x 3<t\) - 1065,00 manat. Qeyd: 12 illik fındıq ağacları bazarlarda satılmadığına (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil) görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 10 manat qiymətləndirilməklə, 12 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 120,00 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak (o cümlədən torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqli yyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın mümbitliyindən, suvarma sisteminə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 68130 manat bağ salınması üçün çəkilmiş xərclər, 1500 ABŞ dolları torpağın alınması üçün verilmiş pul, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərə məxsus Əliabad qəsəbəsində “Çaliaxo” adlanan sahədə yerləşən 1,70 ha torpaq sahəsini 1500 ABŞ dollarına almışdır. H əmin alqı-satqı onların arasında 2005-ci ilin yay aylarında baş tutmuş və 23 aprel 2006cı ildə bu barədə akt yazmışlar. Belə ki, 2005-2006-cı illərdə onun sənədləri qaydasında olmadığına görə aldığı həmin torpaq sahəsni qohumu X6 adına sənədləşdirməklə onun həmin torpağı alınmasına dair akt tərtib etmişlər. Faktiki olaraq isə həmin torpağı o almışdır. Sonradan, yəni 08 dekabr 2014-cü ildə torpaq sahəsinin onun adına sənədləşdirmək üçün yenidən torpağın mülkiyyətçisi Cavabdeh1 iştirakı ilə yeni bir akt tərtib edilmişdir. Həmin vaxtdan yəni 2006-cı ildən torpaqlar onun istifadəsindədir. Həmin torpağın vergisini özü ödəyir. Alqı-satqını torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə görə notariat kontorunda sənədləşdirə bilməmişlər. Buna görə də torpağın alqı-satqısını sübut etmək üçün öz aralarında şahidlərin iştirakı ilə akt tərtib etmişlər. Torpağın alqı-satqısını rəsmiləşdirmək üçün məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şəki apellyasiya məhkəməsinin qətnaməsi ilə Zaqatala rayon məhkəməsinin qətnaməsi ləğv eidlmişdir. Belə olduğu halda həmin torpaq sahəsində çəkdiyi xərclər və torpaq sahəsinin alqı-satqısı zamanı verdiyi pullar geri qaytarılmalıdır. Həmin torpaq sahəsində 2000-ci ildən bəri 500 ədəd iri-xırda fındıq ağacı əkmişdir. Hazırda iri fındıq ağacının qiyməti 100 manat, xırdasının isə qiyməti 50 manatdır. Həmin bağda 200 ədəd iri, 300 ədəd isə xırda fındıq ağacları vardır. Fındıq ağaclarının dəyəri cəmi 35.000 manat təşkil edir. Bundan başqa ağacla rın əkilməsinə görə X18 2000 manat, 500 manat kanal qazmaq üçün, 2000-ci ildən isə hal-hazıradək bağın qorunması üçün 1500 manat pul vermişdir. 19 ildə isə bu məbləğ 28500 manat təşkil edir. Bundan başqa həmin torpağın alqı-satqısı zamanı cavabdehlərə 1500 ABŞ dolları pul vermişdir. Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli (hakim E.Məmmədov, iş № 2(033)-261/2020) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 49790 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinin satışına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiası Şəki Apellyasiya Məhkəməsinin iş materiallarında ol an qətnaməsi əsasında təmin olunmamışdır. Belə olduğu təqdirdə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək sözügedən torpaq sahəsində fındıq topalarının yetişdirərək hazırkı vəziyyətə gətirilməsi ilə bağlı çəkilmiş xərclərin (verdiyi pul məbləği də daxil olmaqla) cavabdehlərdən alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən çəkilmiş xərclərin məbləğinin müəyyən edilməsi üçün qərardadla mütəxəssis təyin edilmiş və mütəxəssis rəyi alınmışdır. Mütəxəssis tərəfindən məhkəməyə göndərilmiş rəydə iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsində fındıq və qoz ağaclarının hazırkı vəziyyətə gətirilməsinə çəkilmiş xərc məbləğinin 49700 manat olduğu göstərilmişdir. Belə olduğu təqdirdə isə məhkəmə mütəxəssis rəyində göstərilən məbləğlə razılaşmağı məqsədə müvafiq hesab etmişdir. İddiaçı tərəfindən alqı-satqı zamanı verilmiş 1500 ABŞ dollarının hazırkı məzənnəsi cüzi olduğundan iddiaçı çəkdiyi xərc məbləğinin mütəxəssis rəyi ilə göstərilən məbləğlə əhatə olunduğu bildirərək həmin hissəni mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(033)-261/2020) saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə mülkiyyətində olan 1,70 ha torpaq sahəsi ilə əlaqədar ilk dəfə 2006-cı ildə söhbətləri olmuş və həmin torpaq sahəsinə baxmaq ona çətin olduğu üçün onun yaxın qohumu X7 1500 ABŞ dollarına icarəyə vermişdir. Həmin vaxt uşaqları R usiyada olmuş və kəndə gələ bilməmişlər. Onun İddiaçı ilə heç bir söhbəti olmamışdır. Torpaq sahəsi bir neçə nəfərin mülkiyyətindədir və onun təkbaşına torpaq sahəsinə sərəncam vermək hüququ olmamışdır. İddiaçı onun əri və uşaqları 1990-cı ildə Rusiya Federasiyasının vətəndaşlarıdır və onlar torpaq sahəsinin alqı-satqısının subyekti ola bilməzlər. İddiaçı onların razılıqları olmadan torpaq sahəsində ağaclar əkmiş və buna görə onlardan külli miqdarda pul tələb edir Halbuki torpaq sahəsinə baxış keçirərkən ağacların dəyəri 4800 manat qiymətləndirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidovdan və M.Əsədlidən ibarət tərkibdə, iş №2(107)-1459/2020) apellyasiya şikayətinin qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(033)-261/2020 saylı qətnaməsinin tam ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 42653 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X3 ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, təxminən 14-15 il bundan əvvəl tərəflər mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmiş və həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin torpağından istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir. Lakin həmin torpaq sahəsinin alqı-satqısı baş tutmamışdır. Sonradan tərəflər arasında mübahisə yarandığından cavabdehlərin tə ləbi ilə iddiaçı həmin torpaq sahəsindən istifadə etməmiş və cavabdehlərə geri qaytarmışdır. Göründüyü kimi mübahisəli ərazidə olan bəhər verən ağaclar (qoz, fındıq və s) da məhz iddiaçı tərəfindən əkilmiş, becərilmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. Artıq həmin fındıq, qoz ağacları bəhər, qazanc verən bir ərəfədə cavabdeh tərəf mübahisə edərək həmin torpağın iddiaçının adına rəsmiləşdirməkdən imtina etməklə yanaşı, geri tələb etmişlər. Məhz bundan sonra İddiaçı öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağaclarının dəyərini tələb edir. İddiaçı bu illər ərzində həmin ərazinin artıq ona məxsus olduğunu zənn edərə k xeyli sayda çoxillik ağaclar (qoz, fındıq tingləri) əkmiş və uzun zaman həmin torpağa və fındıq topalarına, qoz ağaclarına öz zəhməti və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Buradan da göründüyü kimi iddiaçının həmin torpaq sahəsinə sahiblik etməsi heç də özbaşına baş verməmiş, cavabdeh tərəfin iradəsinə uyğun olmuşdur. İddiaçı da öz aralarındakı danışığı etimadlı münasibəti alqı-satqı kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq və qoz ağaclarının (topalarının) əklib-becərilməsi, məhsuldar bir v əziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, fındıq ağacının tam məhsuldar bir vəziyyətə çatması üçün 10-12 il lazım olduğunu bildiyi bir halda cavabdehin apellyasiya şikayətinin dəlilləri inandırıcı görünmür. Buradan da bir daha görünür ki, həmin ərazi iddiaçının istifadəsinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir ki, cavabdeh bu qədər xərc çəkmişdir. Cavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik olsalar da, onun üzərində iddiaçı tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əkilib becərilmiş fındıq və s. ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əgər iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi ağaclarından bəhər, gəlir götürməd iyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Cavabdeh mübahisəli torpaq sahəsində əkilib-becərilmiş ağaclara münasibətdə hər hansı bir hüququnun olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməməklə yanaşı işə baxılarkən də məhkəmə kollegiyasına təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli 2(107)-1459/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsinə diqqət yertirilməmişdir. X4 ilə Cavabdeh1 arasında bağlanmış 2006-cı il tarixli akt və 08 dekabr 2014-cü il tarixli Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış sənəd mövcuddur. İlkin sənədin iddiaçıya heç bir aidiyyatının olmaması sənədlə öz əksini tapır. İlkin sənəd 2006cı tarixli akt cavabdehlər ilə X11 arasında bağlanmamışdır. İddiaçı həmin torpaq sahəsindən 2000-ci ildən bəri 500 ədəd ağac əkdiyini, torpaq sahəsinə sərhəd 200 metr kanal çəkilməsi üçün X19 2000 manat ağac əkməyə, 500 manat isə kanal qazmaq üçün pul verdiyni göstərir. Lakin iddiasında 2006-cı ildən bağı özünün sənədləri qaydasında olmadığı üçün qohumu X6 a dına alınmasını qeyd edir. İddiaçı özü öz iddia ərizəsində ağacların onun tərəfindən əkilməsini bir daha təsdiq edir. İddia ərizəsində 2006-cı ildən torpaq sahəsinin onun istifadəsində olmasını, ağacların isə 2000-ci ildən özünün tərəfindən əkilməsini qeyd edir. Torpaq sahəsi 2006-cı ildən özünün istifadəsində olmuşsa, 2000-ci ildən torpaq sahəsinə özünün tərəfindən ağac əkilməsi qeyri mümkündür. İddia ərizəsində həmin faktın X6 təsdiq edəcəyini qeyd edir. Lakin həmin fakt və çəkmiş olduğu xərclər nə X13, nə də iddia ərizəsində qeyd olunan digər şəxslər X24 və X2 tərəfində təsdiq olunmur. İddiaçı digər mülkiyyətçilərin torpaq sahəsinin satılmasında iştirak etməsini, narazı olduqlarını, Rusiyada yaşadıqlarını qeyd edir. Belə olduğu halda iddiaçı torpaq sahəsinə xərclər çəkibsə, digər mülk iyyətçilərin razılıqları olmadan xərc çəkmişdir. Belə olan təqdirdə həmin mülkiyyətçilərin razılığı olmadan çəkilmiş xərclər onlardan tələb oluna bilməz. İş materiallarında torpaq sahəsinə dair bələdiyəyə vergilərin və subsidiyaların onlara ödənilməsinə dair arayış əlavə edilsə də məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə 23 aprel 2006-cı il tarixli akta istinad edərək cavabdehin ailə üzvlərinin sözügedən torpaq sahəsinin satılmasına etiraz etmədiklərini qeyd edir. Həmin akta nəzər yetirdikdə aktın X12 ilə deyil, X13 ilə bağlanması məlum olur. Həmin aktın İddiaçı iddiasını təsdiq edəcək sübut kimi qiymətləndirilməsi maddi hüquq nomalarının pozulması ilə nəticələnmişdir. İddiaçı və X13 ayrı-ayrı şəxslərdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X15 izahatında kassasya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər k əsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), h abelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-152.4, 157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyayadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətd ən təmin edilmiş imkanıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər-çə -kənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa-nun-vericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara də yən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qət namə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayətinin dəlilləri ilə bağlı ilkin olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, «… təxminən 1415 il bundan əvvəl tərəflər mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmiş və həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin torpağından istifadə etməklə faktiki sahibli yi həyata keçirmişdir.» «… cavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik olsalar da, onun üzərində iddiaçı tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əkilib becərilmiş fındıq və s. ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər.» İlkin olaraq qeyd edilməlidir ki, işə baxan məhkəmələr dəymiş zərərin məbləğini müəyyən etməzdən və bunlarla bağlı sübutların toplanmasını həyata keçirməzdən əvvəl tərəflər arasında hansı münasibətlərin olması, bu münasibətlərin nə vaxtdan yaranması, (iddiaçının göstərdiyi kimi 2000-ci ildən və ya cavabdehin göstərdiyi kimi 2006-cı ildən və ya işdə olan yazılı sənədə əsasən 2014-cü ildən), torpaq sahəsində ağacların əkilməsinin kimin tərəfindən həyata keçirilməsi müəyyən edilməli idi. İş materialları ilə müəyyən ol unur ki, 23 aprel 2006-cı il tarixdə akt tərtib olunmuş və həmin aktın məzmunundan aydın olur ki, Cavabdeh2, Cavabdeh3, B.Omarov, Cavabdeh4, Q.Omarova onlara məxsus pay torpaq sahəsini Əliabad qəsəbə sakini X1 etiraz etməmişlər. İşdə olan digər 08 dekabr 2014-cü il tarixli yazılı sənəddən görünür ki, Omarov X16 qəsəbəsi 7 saylı bölgənin «Çaliaxo» adlanan sahəsində ona və ailə üzvlərinə məxsus 1,70 ha torpaq sahəsini Əliabad qəsəbə sakini X8 1500 ABŞ dollarına satmışdır. İddiaçının iddia ərizəsində göstərdiklərindən, istinad etdiyi yuxarda göstərilən sənədlərdən və cavabdeh tərəfin mövqeyindən aydın olmur ki, mübahisəli torpaq sahəsi nə vaxtdan iddiaçının istifadəsinə verilmiş, istinad olunan sənədlərin tərtib olunmasının səbəbləri nədir. Eyni zamanda məhkəmələr faktiki olaraq rəsmi sənədlə r əsasında torpaq sahəsinin kimin mülkiyyətində olmasını və həmin torpaq sahəsinin iddiaçıya keçməsi və ondan geri alınması zamanı bütün mülkiyyətçilərin razılıqlarının olub-olmaması və hazırda torpaq sahəsindən kimlərin istifadə edilməsi müəyyən edilməmiş qalmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, göstərilən halların aydınlaşdırılması iş üzrə irəli sürülmüş iddia tələbinə cavab verməli olan şəxslərin dairəsinin müəyyən edilməsi üçün də əhəmiyyətlidir. Cavabdeh tərəf etirazında faktiki olaraq torpaq sahəsini 2000-ci ildə M.Abbasovya icarəyə verməsini, hazırkı iş üzrə iddiaçı ilə heç bir münasibətinin olmamasını qeyd edir. Bu halda apellyasiya instansiya məhkəməsi ağacların 14-15 il əvvəl əkilməsi nəticəsinə gələrkən iş üzrə iddiaçı ilə 2014-cü ildə rəsmləşdirilmiş sənədin əslini tələ b edərək işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməsini təmin etməli olduğu halda bunun həyata keçirilməsi təmin etməmişdir. Eyni zamanda iddiaçının iddia ərizəsindən və verdiyi izahatlardan aydın olmur ki, o, torpaq sahəsini nə vaxt əldə etmişdir, 2006-cı ildə torpaq sahəsinin işə cəlb olunmayan M.Abbasovaya satılmasına digər cavabdehlər razılıq vermişlərsə, hansı səbəbdən 2014-cü ildə torpaq sahəsi iş üzrə iddiaçıya verilmişdir. Torpaq sahəsinin iddiaçıya 08 dekbr 2014-cü ildə verilməsi yazılı sənədlə müəyyən olunması halında iddiaçının 14-15 il əvvəl həmin torpaq sahəsində ağaclar əkməsi və onladan bəhər götürməsi işdə olan sübutlar baxımından anlaşılmazdır. Bu halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin düzgün həll edilməsi və mövcud olan s übutların qarşılıqlı qiymətləndirilməsinin təmin edilməsi üçün işdə olan yazılı sübutların əsllərinin təqdim olunması və X6 işə cəlb olunmasının mümkünlyünü tərəflərlə birlikdə müzakirə etməli etməli olduğu halda bunlarla bağlı heç bir təşəbbus göstərməmiş, yalnız zərərin məbləğinin müəyyən edilməsi ilə işini yekunlaşmış hesab etmişdir. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi və məhkəmə tərəfindən mötəbər sübut hesab edilməyən sübutlara qarşı irəli sürülən hansı tələblərinə cavab vermədiyini ümumiyyətlə əsaslandırmadığını nəzərə almamışdır. Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərb aycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməs inin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107) -1459/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarix li qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar