Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2259/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçıBakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12693/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) xx xxxx 2019-cu il tarixli 2(004)-2918/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh (üçüncü şəxs ƏMDK yanında DƏDRX) qarşı cavabdehlə aralarında bağlanmış, ona məxsus Bakı şəhəri, Şərifzadə küçəsi 174 saylı evin 59 saylı mənzilin cavabdehə məxsus x7 dəyişdirilməsi barədə müqavilənin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh (üçüncü şəxs ƏMDK yanında DƏDRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış, ona məxsus x7 cavabdehə məxsus x7 dəyişdirilməsi barədə müqavilənin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edil mişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət ver mir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırma: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən, 42,33 kvadrat metr sahəsi olan 59 saylı mənzili iddiaçının, ünvan 2 ünvanda yerləşən, 49,15 kvadrat metr sahəsi olan 38 saylı mənzili cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli dəyişmə müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı özünə məxsus x7 Cavabdeh mülkiyyətinə, Cavabdeh isə özünə məxsus x7 mənzili İddiaçı mülkiyyətinə vermişdir. Bundan sonra x7 saylı mənzil Cavabdeh, x7 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və mə hkəmənin xx.xx.2018-ci il tarixli 2(004)802/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(103)-5043/2018 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-7999/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-5043/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırki tələbində bildirir ki, mülkiyyətində olan mənzilin yerləşdiyi binanın sökülməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra narahat olmuşdur. Həmin binada yaşayan cavabdeh mənzillərinin dəyişdirilməs i barədə müqavilə bağlanmasını təklif etmiş, o da tək yaşadığı, kimsəsiz və ağır vəziyyətdə olduğu üçün razılaşmışdır. Dəyişdirdiyi mənzillə, onun mənzilinin sökülməsinə görə veriləcək mənzil arasında kəskin fərq olacağını cavabdeh əvvəlcədən bildiyi üçün bu müqaviləni bağlamaq barədə təklif vermişdir. Böyük fərqin müqabilində ona 15000 manat pul verməyə və müqavilə bağlandıqdan sonra evin köçürülməsində köməklik edəcəyinə söz vermişdir. Bundan əlavə, cavabdeh dəyişdirdiyi mənzili müqavilə bağlanmamışdan bir neçə ay öncə almış və mənzilin kommunal xidmətləri ilə bağlı sənədlər başqa şəxslərin adına rəsmiləşdirilmişdir. Bu isə müqavilənin 6-cı bəndinin şərtlərinə uyğun deyil. Bu günə kimi mənzili və 15000 manat pulu ona təhvil verməyiblər, bununla da müqavilənin 9, 10, 11-ci bəndlərinin şər tlərini pozublar. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2946/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə də müəyyən olunmuşdur ki, məhz Cavabdeh mənzili İddiaçı vaxtında təhvil verməmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, mənzili iddiaçıya verməyə hazırdır və bununla bağlı onun tərəfindən iddiaçıya hər hansı bir maneə yaradılmayıb. Lakin iddiaçı özü mənzili təhvil almaq üçün həmin ünvana gəlmir. Həmçinin müqavilə üzrə əlavə 15000 manatın verilməsi ilə bağlı hər hansı bir öhdəlik nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421-423-cü maddələrindən müəyyən olunur ki, müqavilə ya tərəflərin raz ılaşması ilə, ya da məhkəmə qaydasında ləğv oluna bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin ləğv edilməsinin isə iki əsası mövcuddur. Birincisi tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması, ikincisi tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsasıdır. Lakin hazırki işdə dəyişmə müqaviləsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçının istinad etdiyi birinci hal ondan ibarətdir ki, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozaraq mənzili ona təhvil verməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin dəlilləri əsassızdır. Belə ki, dəyişmə müqaviləsi üzrə Yasamal rayonu, D.Bünyadzadə küçəsi 9 saylı evin 38 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüq uqu xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, lakin iddiaçı həmin tarixdən hazıra kimi, yəni 2 il müddətində cavabdehin həmin mənzildən çıxarılması ilə bağlı hər hansı iddia qaldırmamış və ya mənzilə köçməyə maneə törədilməsi ilə bağlı hər-hansı orqana şikayət etməmişdir. Məhkəmə iclasında da cavabdeh bildirmişdir ki, o, mənzili iddiaçıya verməyə hazırdır və bununla bağlı onun tərəfindən iddiaçıya hər hansı bir maneə yaradılmayıb. Göründüyü kimi mənzil cavabdehin hərəkətləri nəticəsində deyil, iddiaçının hərəkətsizliyinə görə ona təhvil verilməmişdir. İddiaçının istinad etdiyi ikinci hal ondan ibarət olmuşdur ki, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozaraq 15000 manat pulu ona verməmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişduir ki, həmin dəlillər də əsassızd ır. Belə ki, iddiaçı hazırkı iddiadan əvvəl dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmış və həmin iddiada da bu dəlillərə istinad etmiş, lakin bununla bağlı sübutlar təqdim etmədiyinə görə qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-802/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış dəyişmə müqaviləsinin 4-cü bəndinə əsasən dəyişdirilən əmlakların dəyərləri eynidir və tərəflər bir-birilərinə əlavə pul ödəmirlər. İddiaçının istinad etdiyi üçüncü hal ondan ibarətdir ki, mənzilin kommunal xidmətləri ilə bağlı sənədlər başqa şəxslərin adına rəsmiləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri də əsassız hesab edərək qeyd etmişdir ki, mövcud kommunal xidmətlər ə dair yeni istehlakçının qeydiyyata alınması və müqavilələr üzrə adların dəyişdirilməsi qaydalarına əsasən mənzilin kommunal xidmətlərinə dair müqavilələrin addan-ada dəyişdirilməsi üçün məhz mülkiyyətçi (hazırki halda iddiaçı), zəruri olan sənədlərlə (mülkiyyət hüququnu təsdiq edən sənədlə və s.) kommunal xidmətləri həyata keçirən orqanlara ərizələrlə müraciət etməlidir. Göründüyü kimi kommunal xidmətlərə dair müqavilələrin dəyişdirilməsi də iddiaçının üzərinə düşür və bununla bağlı mənzilin əvvəlki mülkiyyətçisinin üzərinə hər hansı bir öhdəlik düşmür. Lakin iddiaçı nəinki bu hərəkətləri etmiş, hətta yuxarıda da göstərildiyi kimi mənzilin faktiki olaraq ona təhvil verilməsi üçün də hər hansı bir hərəkət etməmişdir. Eyni zamanda iddiaçı həmin dəlillərlə bağlı dəyişmə müqaviləsinin 9-cu b əndinin tələblərinin pozulduğunu bildirsə də, həmin bənddə göstərildiyi kimi mənzilin əvvəlki mülkiyyətçisinin kommunal xidmətlərə görə yaranmış borcların ödənilməməsinə deyil, həmin bəndə aid olmayan kommunal xidmətlərə dair müqavilələrin dəyişdirilməməsinə istinad etmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi həmin məsələ birbaşa iddiaçının özü ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli 2(004)-2946/2019 saylı qətnaməsində göstərilən halların hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etməsi ilə bağlı dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, həmin qətnaməsinin əsaslandırıcı hissəsində (səhifə 6, abzas 1) aşağıdakılar göstərilmişdir:..Əksinə iddiaçı Cavabdeh özü xx.xx.2017-ci il tarixli m üqavilə üzrə öhdəliyini vaxtında icra etməməklə, hazırkı vaxta kimi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsindəki 9 nömrəli evin 38 nömrəli mənzilini cavabdehin faktiki sahibliyinə verməmiş, mənzili özünün istifadəsində və sahibliyində saxlamaqla ondan fayda götürməkdə davam edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamədə qeyd olunmuş həmin hallar hazırkı iş üçün heç bir preyudisial əhəmiyyət kəsb etmir. Çünki həmin iş üzrə iddianın predmeti maddi və mənəvi zərərin əvəzinin ödənilməsi olmuş və hazırki iş üzrə cavabdehin dəyişmə müqaviləsi üzrə öhdəliklərinin icra edilib-edilməməsi (mənzili təhvil veribverməməsi) həmin mübahisənin predmetinə aid olmamışdır. İddiaçının cavabdeh tərəfində n aldadılaraq müqaviləni bağlaması ilə bağlı istinad etdiyi hallar isə həmin müqavilənin ləğvi üçün deyil, etibarsızlığı (Mülki Məcəllənin 339-cu maddəsi) üçün əsas ola bilər, artıq iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbləri əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayr ıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12693/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2259/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2259/2020
25.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver