Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-226/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(075)-906/2019 saylı qətnaməsi ilə(sədrlik edən hakim E.Mehdiyev) iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-2474/2019 saylı mülki iş) hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(075)-906/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı x1in cavabdehlər x2, Şəki rayonu 2 saylı Notariat Kontoruna və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı x2nin Qəbələ regional filialı ilə x1 arasında bağlanmış 05 mart 2009-cu il tarixli, 46 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Şəki şəhəri, Şərbablar küçəsindən yerləşən 5 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü lükdən azad edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdehlər x2, Şəki rayonu 2 saylı Notariat Kontoruna və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x2-nin Qəbələ regional filialı ilə x1 arasında bağlanmış 05 mart 2009-cu il tarixli, 46 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan ona məxsus olan Şəki şəhəri, Şərbablar küçəsindən yerləşən 5 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklülükdən azad edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əml akın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş material larında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi təmin edilməlidir. Belə ki, Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Onunla x2 arasında bağlanmış 25 avqust 2008-ci il tarixli 48 nömrəli kredit müqaviləsinə əsasən x2 tərəfindən ona 70000 manat məbləğində kredit verilmişdir. Həmçinin, iddiaçıyla x2 arasında bağlanmış 25 avqust 2008-ci il tarixli, 46 nömrəli ipoteka müqaviləsinə əsasən x2 ilə onun arasında bağlanmış 25 avqust 2008-ci il tarixli 48 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ona məxsus olan Şəki ş əhəri, Şərbablar küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evini x2-nə ipotekaya qoymuşdur. Kredit və kredit faizinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə x2 ipoteka predmeti olan və onun mülkiyyətində olan fərdi yaşayış evinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilmiş və icraya yönəldilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 17 sentyabr 2018-ci il tarixli, 21919/13 nömrəli sifarişinə əsasən ipoteka predmetinin satılması ilə əlaqədar x3-nə sifariş verilmişdir. İpoteka predmeti olan əmlak x3 tərəfindən 08 noyabr 2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 160000 manata, 29 noyabr 2018-ci il tarixdə keçirilmiş hərracda 136000 manata açıq hərracdan satışa çıxarılmış, lakin keçirilmiş hərraclar baş tutmamışdır. Hərracın baş tutmaması barədə 01 dekabr 2018-ci il tarixdə “Kaspi” qəzetində elan verilmiş, həmin elanla bağlı tərəflər də məlumatlandırılmışdır. Həmçinin, 03 dekabr 2018-ci il tarixli məktubla ləğv prosesində olan x2nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hərrac təşkilatı tərəfindən məlumatlandırılmış və tələbkara ipoteka predmetini əldə etmək hüququ izah olunmuş, lakin, buna baxmayaraq ipoteka predmeti tələbkar, ipoteka saxlayan tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə hərracda əldə edilməmiş, hətta həmin müddətdə hərrac təşkilatının təklifinə heç bir reaksiya verilməmişdir. Tələbkar ipoteka saxlayan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanladığı məktubla ipoteka predmetini açıq hərracdan əldə etmək imkanına malik olmadığını bildirmiş və icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllə nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki Məcəllənin 269.1 -ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında" Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzin də ipoteka predmetini əldə etmək imkanı vardır. Həmin qərarın 3-cü bəndinə əsasən ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İpoteka haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməm əlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-226/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-226/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver