Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-227/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinın Bakı şəhər idarəsi) iş üzrə QƏRARİ (Açar sözlər: istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya, əmək haqqının gecikdirilməsinə görə ödənc) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinın Bakı şəhər idarəsi) qarşı əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4722/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra – MMC və ya cavabdeh) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı MMC-də aylıq əmək haqqı 820,43 manat olmaqla mühasib vəzifəsinə işə qəbul olunmuş və əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edil mişdir.
2. İddiaçı tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2017, xx.xx.2018, xx.xx.2019-cu il tarixli ərizələrə və onlara müvafiq olaraq verilmiş eyni tarixli əmrlərə əsasən iddiaçı əmək məzuniyyəti hüququndan istifadə etmişdir.
3. İddiaçının adından MMC-yə ünvanlanmış 26 avqust 2019-cu il tarixli ərizəyə əsasən iddiaçı əmək məzuniyyətindən istifadə etmək üçün MMC-yə müraciət edilmiş və MMC tərəfindən verilmiş 26 avqust 2019-cu il tarixli 09/2020 №-li əmrə əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün 32 təqvim günü növbəti əmək məzuniyyəti verilmişdir.
4. İddiaçı 1 oktyabr 2020-ci il tarixli ərizə ilə MMC-nin direktoru Rauf Həsənova müraciət edərək, xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
5. MMC tərəfindən verilmiş 6 noyabr 2020-ci il tarixli 36/202 0 №-li əmrə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən tutduğu vəzifədən (öz xahişi ilə) azad edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 26 fevral 2021-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarına əsasən MMC-nin direktoru Rauf Həsənov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati qaydada 800 manat cərimə tətbiq edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 5 mart 2021-ci il tarixli məktubuna əsasən MMC həqiqətən də işçi ilə əmək müqaviləsinə xitam verərkən son haqq-hesabın ödənilməsini təm in etməmişdir. Nəticədə MMC-nin direktoru Rauf Həsənov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarına əsasən MMC-nin şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməy ə müraciət edərək, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 252 gün üçün 1 günə düşən 1% miqdarında (20.29 manat x 252 = 5113) 5113 manat məbləğdə faizin və 2028.61 manat əsas məbləğin, ümumilikdə isə 7141.61 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2016-2019-cu iş illəri üçün əsas əmək məzuniyyətindən istifadə etmiş, 2020-ci iş ili üçün isə əsas əmək məzuniyyətindən istifadə etməmiş, xx.xx.2020xx.xx.2020-ci il ərzində hamiləliyə və doğuşa görə sosial məzuniyyətdə olmuşdur. Əmək məzuniyyətinin verilməsi barədə xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019cu il tarixli ərizələr dəki imza və yazı ona məxsusdur və həmin ərizələrə müvafiq olaraq verilmiş əmrlərdən məlumatı olmuş və qeyd edilən müddətdə əmək məzuniyyətindən istifadə etmişdir. Lakin xx.xx.2019-cu il tarixli əmək məzuniyyətinin verilməsi barədə ərizədəki yazı və imza ona məxsus olmamışdır. 2019-2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etmədiyinə görə cavabdeh tərəfindən həmin məzuniyyət haqqının ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmiş və həmin idarədən ona cavab məktubu yazılaraq bildirilmişdir ki, MMC həqiqətən də işçi ilə əmək müqaviləsinə xitam verərkən son haqq-hesabın ödənilməsini təmin etməmişdir. Bu səbəbdən həmin orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə MMC-nin direktoru Rauf Hə sənov barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən inzibati qaydada 800 manat cərimə tətbiq edilmişdir. Ona 19 iyun 2020-ci il tarixində analıq məzuniyyəti ilə bağlı xəstəlik vərəqəsi verilmişdir. Sadəcə pandemiya şəraiti ilə bağlı olaraq həmin vərəqəni təhvil verə bilmədiyinə görə bir ay yarım o analıq məzuniyyətində ola-ola işləmək istəmiş və bir ay yarım artıq işləmişdir. Həmin işlədiyi dövrdə aldığı 1957 manat əmək haqqı 9 iyulda iddiaçıya ödənilmişdir. Həmin məbləğ bonus olaraq rəsmiləşdirilmişdir, çünki analıq məzuniyyətində olanda əmək haqqı kimi ödənilməsi m ümkün olmamışdır. İki bonus əmri tərtib olunmuş və sistemə göndərilmışdir. Əmək prosesi dövründə istifadəsində olan kompüterə zərər vurmuş və həmin pulu şirkətə ödəmişdir. Bununla bağlı sənəd olmuş və həmin sənəd onun həmin dövrdə işlədiyini sübut etmişdir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinın Bakı şəhər idarəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
12. Cavabdehin nümayəndəsi bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər təmin edilməməlidir. Belə ki, iddiaçı 2016-2020-ci iş illəri üçün əsas əmək məzuniyyətindən istifadə etmiş, həmçinin analıq məzuniyyəti ərzində iddiaçıya ödəniş edilmişdir. Analıq məzuniyyəti vaxtı pandemiya dövrünə təsadüf etdiyindən işəgötürən işçilərinin qayğısına q alaraq iddiaçıya iki ay dalbadal 1957 manat pul ödəmişdir. Təqdim edilən sənədlərdən görünmüşdür ki, iddiaçı başqa yerdə işləmişdir. Eyni zamanda pandemiya dövründə o işləyə bilməzdi. Bu mükafat sadəcə işəgötürənin qayğısına görə ödənilmişdir. İddiaçı işləməmişdir. İşçinin istifadə etmədiyi məzuniyyət növbəti ilə keçirilə bilər və ya da işçi əvəzin ödənilməsini tələb edə bilər. İddiaçı 2019-2020-ci il iş ili üçün məzuniyyət hüququndan istifadə etmədiyini iddia etmiş və həmin məzuniyyətə görə kompensasiya istəmişdir. Halbuki iddiaçının məzuniyyətdə olub istifadə etmədiyi məzuniyyəti qalmamışdır. MMC-də məzuniyyət pulu orta aylıq əmək haqqı ilə hesablandıqda məzuniyyət pulu aylıq əmək haqqından az olmuşdur. Bu səbəbdən də işçilər məzuniyyət hüququndan istifadə etmək istəməmişlər. Ona görə də məzuniyyət pulu tam əmək haqqı şəklində ödənilmişdir. Bu səbəbdən də bank hesabı barədə çıxarışda məzuniyyət haqqının ödənilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məzuniyyətdə olmasaydı başqa yerdə işləyə bilməzdi. Əmək məzuniyyətində olduğu halda başqa yerdə işə düzəlmiş və işəgötürənin bununla bağlı razılığını almamışdır.
13. MMC-nin direktoru X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı MMC-də işlədiyi dövrdə direktor olmuşdur. İddiaçı ona tapşırılan işləri yerinə yetirmiş və aralarında heç bir problem olmamışdır. İddiaçı analıq məzuniyyətinə getməzdən öncə işçilərə işə qayıtmayacağını demiş, lakin o iddiaçını çağırıb soruşduqda işə qayıdacağına söz vermişdir. Uşaq doğulduqdan sonra da iddiaçıya ödəniş edilmiş, hətta pula ehtiyacı olduğundan onlardan əlavə işl ər də istəmişdir. O da razılıq verib iddiaçıya əlavə işlər vermiş və buna görə də əmək haqqı artırılmışdır. 2 həftə sonra isə iddiaçı işləri çatdırmadığını bildirmiş və işləri geri qaytarmışdır. Sonra isə uşağına özü baxmaq məcburiyyətində olduğunu və işdən çıxmaq istədiyini bildirmişdir. Onların iddiaçıya borcu olmamış, əslində artıq ödənişlər etmişlər. Daha sonra iddiaçının iş üçün başqa bir şirkətə rəsmi müraciət etdiyini öyrənmiş və bundan sonra aralarında narazılıq yaranmışdır.
14. Şahid qismində iştirak edən X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, MMC-də menecer vəzifəsində işləmiş və iddiaçı həmin şirkətdə 2016-cı ildən işləmişdir. Hər il üçün məzuniyyət hüququndan istifadə etmiş, 2019-cu ildə 2 dəfə, hər dəfəsində 30 gün olmaqla ümumilikdə 60 gün məzuniyyətə çıxmışdır. Dəqiq tarixlər yadında qalmasa da, 1 dəfə yay fəslində, bir dəfə isə toyu ilə əlaqədar olaraq sentyabr-oktyabr aylarında məzuniyyətdə olmuşdur.
15. Şahid qismində iştirak edən X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, MMC-də X6 menecer vəzifəsində işləmişdir. İddiaçı 2019-cu ildə 2 dəfə məzuniyyətə çıxmışdır. 1 may - 1 iyun tarixlərində və toyu ilə əlaqədar olaraq sentyabr ayında məzuniyyət hüququndan istifadə etmişdir.
16. Şahid qismində iştirak edən X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, MMC-də supervayzer vəzifəsində işləmişdir. İddiaçı 2019-cu ildə 2 dəfə məzuniyyətə çıxmışdır. May və sentyabr aylarında hərəsində 30 gün olmaqla məzuniyyət götürmüşdür. Hətta iyul ayında bayrama düşdüyünə görə əlavə günlər də istəmişdir. İddiaçının işlərinə o nəzarət etmiş və o, məzuniyyətə gedərkən Ülviyyə adlı işçi onu əvəz etmişdir.
17. İddiaçı şahidlərin iki dəfə məzuniyyət hüququndan istifadə etməsinə dair ifadələrinə etiraz edərək bildirmişdir ki, o, rəsmi olaraq may ayında ərizə yazsa da, rəhbərliyin tələbinə əsasən 30 günlük məzuniyyətini 3 yerə bölərək istifadə etmişdir. Sentyabr ayında 10 gün məzuniyyətdə, qalan 20 günü işdə olmuşdur. MMC-nin iş saatları ona uyğun olmadığından əlavə iş yeri olaraq başqa şirkətlə müqavilə bağlamış və buna görə gedib əmək kitabçasını MMC-dən istəmiş və əmək kitabçasını ona verməyərək bildirmişlər ki, o, işdən çıxarılacaq. Həmin vaxt keysəriyə əməliyyatı keçirdiyi üçün ona görə ödənilməli olan məbləği MMC-dən istəmişdir.
18. İddiaçının vəsatəti əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansi ya məhkəməsi) 15 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən iddiaçının adından yazılmış xx.xx.2019-cu il tarixli məzuniyyət ərizəsinin kserosurətində əks olunmuş əlyazma mətni və həmin ərizədəki “İmza” qrafasındakı imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
19. Birinci instansiya məhkəməsinin 2(004)-2146/2021 nömrəli iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia qismən təmin edilərək, 2028,61 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 2328,61 (iki min üç yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməs i, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 2019-2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etməsi və iddiaçıya istifadə etmədiyi əsas əmək məzuniyyəti əvəzinə kompensasiya verildiyi iş materialları ilə müəyyən edilməmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əmək məzuniyyəti barədə işəgötürənin əmri ilə işçi tanış edilməlidir. İş materialları ilə işəgötürənin qanunun bu tələbinə riayət etmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir.
22. Məhkəmə iddiaçının 2019-2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etməsi barədə cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş şahid ifadələrini mötəbər hesab etməmişdir.
23. Məhkəmə həmçinin qeyd et mişdir ki, iddiaçı işdən azad edilərkən ona cavabdeh tərəfindən son haqq-hesabın ödənilməsinin təmin edilməməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən müəyyən olunmuşdur. Lakin həmin qərar müddətin keçməsinə görə məhkəmə tərəfindən ləğv edilmişdir. Həmçinin iddiaçının qeyd edilən tarixdə əmək məzuniyyətində olması tərəflərin təqdim etdiyi iddiaçıya məxsus hesab kartının çıxarışından da müəyyən edilməmişdir.
24. Dəbbə pulu tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, dəbbə pulu əsas məbləğə mütənasib olmadığından azaldılaraq 300 manat məbləğində tutulmalıdır.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 83.2, 135.2, 138.2, 144.2, 172.5, 195-ci, Azərbaycan Re spublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 2.3, 467-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4722/2022 nömrəli mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) iddiaçı tərəfindən verilmiş apellyasiya şik ayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin 300 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmək qanunvericiliyinin tələblərinə əsasən işçi bir iş ilində yalnız bir dəfə əmək məzuniyyətindən istifadə edə bilər. Hazırkı halda, iddiaçının iş ili hər ilin sentyab r ayının 16-dan (onunla əmək müqaviləsinin bağlandığı tarix) başlamaqla, növbəti ilin sentyabr ayının 15-dək olan dövrü əhatə edir. İddiaçının xx.xx.2018-xx.xx.2019-cu iş ili üçün xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə məzuniyyətdə olması mübahisəsiz olmuşdur. Onun növbəti əmək məzuniyyəti hüququ isə yalnız xx.xx.2019-cu ildən sonra yaranmışdır (Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü hissəsi). Hazırkı işin hallarından isə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2019-xx.xx.2020-ci illər üçün əmək məzuniyyətinə xx.xx.2019-cu ildən, yəni növbəti iş ili başlamamışdan əvvəl buraxılmışdir. Bununla da, iddiaçıya faktiki olaraq bir iş ili ərzində iki dəfə əmək məzuniyyəti verilmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2019cu ilədək məzuniyyət müddəti üçün ona məzuniyyət haqqının ödənildiyini bildirsə də, cavabdehin özü tərəfindən təqdim edilmiş bank hesabından çıxarışdan görünmüşdür ki, iddiaçıya məzuniyyət əmrində göstərilən müddətdə, yəni xx.xx.2019-cu ildə 1765 manat (avqust ayı üçün) və xx.xx.2019-cu il tarixdə 1765 manat (sentyabr ayı üçün) əmək haqqı ödənişi edilmişdir. Cavabdeh bunu MMC-də formalaşmış qaydaya əsasən işçilərə məzuniyyət pulunun tam aylıq əmək haqqı şəklində ödənilməsi və burada məqsədin işçilərin maddi maraqlarının qorunması olması ilə izah etməyə çalışsa da, kollegiya hesab etmişdir ki, əmək qanunvericiliyində əmək haqqının və məzuniyyətə görə ödəmələrin təyinatı və hesablanma qaydası müxtəlif olduğuna görə, cavabdehin bu dəlilləri iddianın rədd edilməsi üçün əsaslı hesab edilə bilməz.
31. Məhkəmə kollegiyası hesab e tmişdir ki, iddiaçı 2019-2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etməmiş və buna görə ona məzuniyyət haqqı ödənilməmişdir. Bu səbədən onun istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququ yaranmışdır.
32. Kollegiya hesab etmişdir ki, həmin pul vəsaitinin ödənilməməsinə görə cavabdehin faiz ödəməli olması və bu faiz məbləğinin MM-in 467-ci maddəsinə əsasən azaldılaraq 300 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. İddiaçının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinad etməklə cavabdehdən ödənilməyən məbləğə görə faiz tələb etməsinə dair iddia tələbinin qanuni əsası mövcud olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin həmin tələbi qismən əsaslı hesab etmək lə iddianı həmin hissədə qismən təmin etməsinə dair gəldiyi nəticə səhv olmuşdur.
33. Kollegiya prosessual qənaət prinsipini rəhbər tutaraq hesab etmişdir ki, iddia tələbinin 5113 manat faiz borcu tələbinə dair hissəsi əsassız olduğundan, həmin məbləğin qismən təmin edilməsinin qanuni əsaslarına dair apellyasiya şikayətinin dəlillərini yoxlamağa zərurət olmamışdır.
34. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68.2, 83.2, 87.5, 113.3, 131.3, 135.2, 138.2, 143.2, 144.2, 154, 172.5, 195 “d” maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir.
36. Şikayət onunla əsaslandırılmışdır ki, işlədiyi MMC ilə heç bir əmək mübahisəsi olmamışdır. Mübahisə işdən çıxdıqdan sonra yaranmışdır. Cavabdeh ilə mübahisəsi ona qanun üzrə ödənilməli olan və hesablanan pul məbləği ilə bağlı olmuşdur. Bu məsələ əmək mübahisəsi sayıla bilməz. Buna baxmayaraq Apellyasiya Məhkəməsi Əmək Məcəlləsinin tələbələrini pozaraq onunla MMC arasında olan mübahisəni fərdi əmək mübahisəsi kimi qiymətləndirmişdir.
37. Kassator qeyd etmişdir ki, tələb etdiyi və birinci instansiya məhkəməsi tərəfindən azaldılan, Apellyasiya Məhkəməsi tərəfindən isə tamamilə ləğv edilən pul məbləği qanunvericilik üzrə hesablanan pul məbləği olmuşdur. Məhkəmə qanunvericilik üzrə bu məbləği azaltmağa səlahiyyətli olmamışdır. Bu hissədən hər iki tərəf apellyasiya şik ayəti vermişdir. Lakin məhkəmə mübahisənin bu hissəsində ümumiyyətlə dəlillərin təhqiq və qiymətləndirilməsindən qaçmışdır. Bu, məhkəmə qətnaməsinin bir daha bu hissədə əsassız qəbul edildiyinə dəlalət etmişdir.
38. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilmiş və imzanın iddiaçıya aid olmadığı müəyyən olunmuşdur. Bu halda MMC-nin müvafiq şəxslərinin əməllərində cinayət tərkibi olmuşdur. Lakin hər iki məhkəmə instansiyası bu hala heç bir reaksiya verməmişdir.
39. Kassator şikayətini Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı hissəsinə, 172-ci maddəsinin 5-ci hissəsinə, Mülki Məcəllənin 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 209, 218.1, 265.4, 385-ci maddələrinə istinad edərək əsa slandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
41. Maddə 68 (2-ci bənd). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
42. Maddə 83(2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (isti fadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
43. Maddə 87(5). İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir.
44. Maddə 113(3). Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş i linə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər.
45. Maddə 131(3). İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
46. Maddə 135(2). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
47. Maddə 138(2). Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.
48. Maddə 143(2). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllə nin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
49. Maddə 144(2). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
50. Maddə
154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
51. Maddə 172(5). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə v ə bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
52. Maddə 195 («d» bəndi). İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin olunmayan hissəsində mübahisələndirilir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan məsələlərə əsasə n apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair hissədə həmin əsaslandırma il razılaşır.
64. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
65. Maddənin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdir ilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun.
66. Məcəllənin 287-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
67. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi.
68. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3).
69. Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzrsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır.
70. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb o lursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir.
71. Məcəllənin 172-ci maddəsinin qeydindən də göründüyü kimi «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödə nilməsi başa düşülməlidir. Göründüyü kimi maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir.
72. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, borcun yarandığı yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyyən edilmişdir.
73. Ona görə də hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas olmamışdır.
74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
75. İddiaçının kassasiya şikayətində göstərdiyi - iş materiallarında olan sənədlərdə cinayət əlamətlərinin olmasına dair dəlili ilə bağlı Kollegiya qeyd edir ki, bu hal özüözlüyündə məhkəmə qətnaməsinin dəyişdirilməsi və ya ləğv olunması üçün əsas deyildir. İddiaçı bununla bağlı müstəqil qaydada hüquq mühafizə orqanlarına müraciət edə bilər.
76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4722/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hi ssəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.