Məhkəmə qərarları › İş №2(102)-2278/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2278/2024

23.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2278/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması, cehiz əşyalarının qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının, cehiz əşyalarının və ya onların dəyərinin alınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(103)-1676/2024 nömrəli qə tnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:

1. İddiaçı və Cavabdeh2 2017-ci il 29 dekabr tarixində rəsmi nikaha daxil olmuşdurlar.

2. Tərəflər arasındakı nikah Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən 2(007)-1110/2022 nömrəli, 2022-ci il 6 may tarixli qətnamə ilə pozulmuş, birgə nikahdan anadan olan 19 mart 2019-cu il təvəllüdlü X6 iddiaçının yanında saxlanılması, cavabdehin gəlirinin ¼ hissəsi miqdarında alimentin uşağın yetkinlik yaşına çatanadək iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Cavabdeh1 tərəfindən təqdim olunmuş “Kontakt Home” Mağazalar Şəbəkəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli quraşdırma talonuna əsasən “LG” m arkalı paltaryuyan maşın, “LG” markalı soyuducu, “Gorenje” markalı soba, “Bosch” markalı qabyuyan quraşdırılmışdır. 4. “Kontakt Home” Mağazalar Şəbəkəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli qəbzlərə əsasən Cavabdeh1 “LG” markalı soyuducu üçün 2059,09 manat, “Gorenje” markalı soba üçün 959,90 manat, “LG” markalı paltaryuyan maşın üçün 899,90 manat, “Bosch” markalı qabyuyan üçün 1189,90 manat ödənilmişdir. 5. “Arçelik” tərəfindən verilən xx.xx.2016-cı il tarixli zəmanət talonuna əsasən “Arçelik” markalı qaz və aspirator Cavabdeh1 tərəfindən alınmışdır. 6. “X13 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli yekun hesabat aktına əsasən 1 ədəd qarnitur (dəst) sep, klon, sırğalar, üzük 25 qr, 750 əyar bazar dəyəri 5500 manat, 1 ədəd nişan üzüyü 4 qr, 750 əyar bazar dəyəri 2400 manat, 1 ədəd ni şa üzüyü 3 qr, 750 əyar bazar dəyəri 450 manat, cəmi 8350 manat müəyyən edilmişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-45/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, qızıl-zinət əşyaları olan dəyəri 8000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2500 manat olan 1 ədəd qızıl nişan üzuyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyü. Cehiz əşyaların dəyəri 60 manat olan 1 ədəd qara rangli paltarasılqan, dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 2500 manat otan 1 ədəd süd rəngli qarderob, dəyəri 600 manat olan 1 ədəd taxta rəngli kitab şkafı, dəyəri 400 manat olan 1 ədəd ağ rəngli çılçıraq, dəyəri 350 manat olan 1 ədəd süd rəngli çılçıraq, dəyəri 300 manat olan 2 ədəd çılçıraq, dəyəri 1150 mana t olan 1 ədəd “Fuji” markalı kondisioner, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, 2 ədəd mütəkkə və yorğan-döşək, dəyəri 700 manat olan 1 ədəd "LG" markalı televizor, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, dəyəri 700 manat olan 1 ədəd boz rəngli uşaq kolyaskası, dəyəri 200 manat olan 1 ədəd yaşıl rəngli uşaq velosipedi, dəyəri 550 manat olan 1 ədəd “Mercedes” markalı uşaq maşını, dəyəri 700 manat olan 1 ədəd ağ rəngli uşaq yatağı, dəyəri 400 manat olan 1 ədəd taxta rəngli uşaq taxtı, dəyəri 150 manat olan 1 ədəd ağ rəngli yataq və yorğan-döşəyi, dəyəri 120 manat olan 1 ədəd mürəkkəb rəngli çemodan, dəyəri 50 manat olan 1 ədəd dəmir kəfkir dəsti, ümumi dəyəri 600 manat olan ona məxsus kitablar, 1 ədəd böyük dibçək, dəyəri 150 manat olan 1 ədəd boz rəngli taxt üstü pərdə, 1 ədəd tozsoran, pərdə aksessuarlarının, ümumi dəyəri 17000 manat olan aşağıdakı əşyaların - 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd metal rəngli "Bosch" markalı qabyuyan maşın, 1 ədəd metal rəngli "LG" markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli "Arçelik" markalı qaz peçi, 1 ədəd metal rəngli "Arçelik"markalı aspirator, 1 ədəd qara rəngli soba siyahıya alınmışdır. 8. 4 fevral 2023-cü il tarixli akta əsasən qızıl-zinət əşyaları, ortopedik matraslı taxt, qapı-pəncərə jalüzü, 2 ədəd taxta rəngli balaca tumba, trenajor velosiped, krem rəngli mətbəx mebeli, qabyuyan maşın, paltaryuyan maşın, qaz peçi, aspirator və soba istinsa olmaqla, digər əşyaları və həmin qərardadda göstərilməyən əlavə olaraq 2 ədəd pufik, 1 ədəd güldan, şəxsi geyim əşyaları İddiaçı tərəfindən Abşeron rayonu, Goradil kəndində olan cavabdehlərə məxsus evdən götürülərək təhvil alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızılzinət əşyalarının dəyəri 8.000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2.500 manat olan 1 ədəd qızıl nişan üzüyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyünün, cavabdehlərə məxsus evlərdə qalmış və ona qaytarılmamış cehiz əşyalarının dəyəri 60 manat olan 1 ədəd qara rəngli paltar asılqanı, dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 2.500 manat olan 1 ədəd süd rəngli qarderob, dəyəri 600 manat olan 1 ədəd taxta rəngli kitab şkafı, dəyəri 400 manat ola n 1 ədəd ağ rəngli çilçıraq, dəyəri 350 manat olan 1 ədəd süd rəngli çilçıraq, dəyəri 300 manat olan 2 ədəd çilçıraq, dəyəri 1.150 manat olan 1 ədəd Fuji markalı kondisioner, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, 2 ədəd mütəkkə və yorğan-döşək, dəyəri 700 manat olan 1 ədəd “LG” markalı televizor, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, dəyəri 700 manat olan 1 ədəd boz rəngli uşaq kolyaskası, dəyəri 200 manat olan 1 ədəd yaşıl rəngli uşaq velosipedi, dəyəri 550 manat olan 1 ədəd “Mercedes” markalı uşaq maşını, dəyəri 700 manat olan 1 ədəd ağ rəngli uşaq yatağı, dəyəri 400 manat olan 1 ədəd taxta rəngli uşaq taxtı, dəyəri 150 manat olan 1 ədəd ağ rəngli yataq və yorğan-döşəyi, dəyəri 120 manat olan 1 ədəd mürəkkəb r əngli çemodan, dəyəri 50 manat olan 1 ədəd dəmir kəfkir dəsti, ümumi dəyəri 600 manat olan mənə məxsus kitablar, 1 ədəd böyük dibçək, dəyəri 150 manat olan 1 ədəd bozrəngli taxt üstü pərdə, 1 ədəd tozsoran, pərdə aksessuarlarının; - ümumi dəyəri 17.000 manat olan aşağıdakı əşyaların - 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli sobanın cavabdehlərdən alınaraq ona verilməsi, qızıl-zinət və cehiz əşyalarının cavabdehlərdən alınıb ona verilməsi mümkün olmadıqda onların dəyərinin cavabdehlərdən tutularaq ona ödənilməsi, mediasiya arayışının alınması üçün ödənilmiş 50 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 158 manat, müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat məbləğində pulun cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikaha daxil olmamışdan əvvəl el adətənənəsinə uyğun olaraq keçirilən toy və ona qədərki mərasimlər zamanı ona qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Nikaha daxil olduqdan sonra o, qaynatası Cavabdeh1 məxsus “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən evə və Abşeron rayonu Goradil qəsəbəsində yerləşən bağ evinə köçərək həmin evlərdə yaşamışdır. Həmçinin cehiz əşyalarını da həmin evlərdə yerləşdirmişdir. Ailə münasibətləri pozulsa da, ona m əxsus əşyalar hələ də həmin evlərdə qalmışdır. Tərəfindən mediasiya təşkilatına müraciət edilsə də, cavabdehlər bəzi əşyalarının onlarda olmadığını bildirdiyi üçün mübahisənin barışıq yolu ilə həll edilməsi mümkün olmamışdır. Beləliklə, ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakı həmin evlərdə qalmış və cavabdehlər həmin əşyaları ona qaytarmamışlar.

11. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və ona məxsus olan, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 saxlanılan qızılzinət əşyalarının dəyəri 8.000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2.500 manat olan 1 ədəd qızıl nişan üzüyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyünün, cavabdehlərə məxsus evlərdə qalmış və ona qaytarılmamış cehiz əşyalarının dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, ümumi dəyəri 17.000 manat olan əşyaların: 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd boz rəngli “LG” markalı soyuducu, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli sobanın, qızıl-zinət və cehiz əşyalarının cavabdehlərdən alınıb ona verilməsi mümkün olmadıqda onların dəyərinin cavabdehlərdən tutularaq ödənilməsi, mediasiya arayışının alınması üçün ödənilmiş 50 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət r üsumunun əvəzi olaraq 158 manat, müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat məbləğində pulun cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan cehiz əşyalarını götürüblər yalnız iddia ərizəsinə verilmiş dəqiqləşmədə qeyd olunmuş əşyalar və qızıl-zinət əşyaları qalmışdır. Qiymətləndirmə hesabatı ilə razıdırlar. İddiaçı qızılları “masanın üstündə” qoyub çıxmışdır və bir daha həmin mənzilə qayıtmamışdır.

13. İddiaçı məhkəmə iclaslarının birində bildirmişdir ki, cavabdehin nişan üzüyünü, anasının aldığı qolbağı və 25 qramlıq qızılı götürüb çıxmışdır. Onları n aldığı bütün qızılları masanın üstə qoymuşdur. Daha sonra hər ikisi evdən çıxmışdırlar. Cavabdehin nişan üzüyünü götürmüşdür, çünki üzüyü onlar almışdılar. Elçinin qardaşı oğlu sürücü idi onunla getmişlər. Açar Ramildə olmuşdur. Evə heç kim girməmişdir. Mayın 29-u paltarlarını götürmüş, noyabrda isə o, heç nə götürmədən çıxmışdır.

14. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının əşyaları evdədir heç kim əl vurmayıb gəlib götürməyiblər. Tələb olunan əşyaların bəziləri onlarındır. O, əsgərlikdə olduğu dövrdə atası bəzi ev əşyaları almışdır. İddiaçı həmin əşyaları tələb etmişdir. Qızılların bir hissəsi isə özündədir. Qalanını acıq vermək məqsədilə jurnal masasının üstünə gətirib qoymuşdur. Həmin vaxt onlar mübahisə edirmişlər və qızıllara toxunmadan bi r yerdə mənzildən çıxmışlar. Sonuncu dəfə evdən necə çıxmışdılarsa, elə də qapısı bağlı qalmışdır. Mənzilin açarı yalnız özündə var. İki ay o evə gedən olmamışdır. Paltarlarını götürməyə gələndə də qızıl söhbəti olmamışdır. Özləri telefonla videoçəkiliş aparmışdırlar. Qohumları evə onlarla bir yerdə girmişdirlər.

15. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2016cı ildə nişan, xx.xx.2017-ci ildə isə toy olmuşdur. xx.xx.2016-cı ildə qabyuyan, soyuducu, soba və paltaryuyanı “Kontakt Home”-dan o almışdır. Gəlini və oğlu ayrı yaşamışlar. Onların evi “Xalqlar Dostluğu” metrostansiyası tərəfdə yerləşirmiş. Aralarında söz-söhbət olduqdan sonra oğlu onu xalasigilə aparmışdır və iddiaçı o vaxtan geri qayıtmamışdır. Gedəndə paltarları və qızılları özü ilə aparmışdır. Ərizədə qeyd olunan ortopedikmatraslı taxtı o, evi tikdirəndə 2 ədəd eyni formada düzətdirmişdir. Jalüzdən evində 3 mərtəbədə hamısı eynidi 14 ədəd var.Tumbaları da taxtı düzəldən usta düzəltmişdir. Trenajor onların idi, amma lap köhnəlmişdi atmışdırlar. Mətbəx mebelini də özü ustaya iki ədəd yığdırmışdır.

16. X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. İki ədəd üzük və qızıl dəstini qarşı tərəf götürmüşdür. Əvvəl paltar götürməyə gedəndə qızıllar ortaya qoyulmuşdur. Onlar evdən çıxanda heçnə götürməmişlər. Birinci dəfə evə gedəndə o, qızı, bacısı, bacısının oğlu, onlardan öncə isə Ramil, Ramilin əmisi evə girmişdir. Evin açarı qarşı tərəfdə olmuşdur. İkinci dəfə gedəndə evdə qızıl görməmişdir. Cehiz əşyalarını yığanda o, bacısı, bacısının uşaqları, evdəki xadimə, mebeli sökən üç nəfər usta və sürücü var idi. Evə birinci bacısı daxil olmuş və ilk öncə zalı videoya çəkmişdir. Niyə çəkdiyini bilmədiyini qeyd etmişdir. Taxtı o, toydan öncə almışdır. Jalüzü, tumbanı, taxtın başının parçasını da o, almışdır. Taxtın pulunu 10.000 dollar Ramilin anası Firuzəyə vermişdir.

17. X5 ifadəsində bildirmişdir ki, iddiaçının xalasıdır. O, evə daxil olarkən qızıl görməmişdir. Birinci evə Ramil daxil olmuş, sonra bacısı və o, daxil olmuşlar. Evdə video çəkiliş aparmışdır. Evdə jurnal stolunda heçnə olmayıb. Uşaq otağında və mətbəxdə nə olduğunu xatırlamır. O ancaq qonaq otağını çəkmişdir. Evdən bilinirdi ki, heç kim olmayıb. Mətbəxdə çirkli qablar qalmışdı. Güllər susuz qalıb qurumuşdu.

18. X3 ifadəsində bildirmişdir ki, o, bir dəfə “Xalqlar Dostluğu” metrostansiyasının yanında olan evdə olmuşdur. Evdə “Gülüş”, qardaşı və ustalar vardı. Evə birinci kimin girdiyini xatırlamır, amma o, sonda girmişdir. Birinci yataq otağına girmişlər, sonra o biriləri əşyaları yığışdırmışdırlar. Onlar Ramilin gəlməyini gözləmiş sonra evə girmişdirlər. Qapını açanda birinci evə Ramil girmişdir. Evə gedəndə qızıl söhbəti eşitməmişdir.

19. X4 ifadəsində bildirmişdir ki, onlar Xanımın cehiz əşyalarını götürməyə getmişdilər. O, Xanım, anası, “Gülüş”, Zahidə və Xanımın qardaşı idi. Birlikdə qalxmışdırlar, lakin qapını Ramil açmışdır. Həmin vaxt qızıl söhbəti olmamışdır. Xanımın birinci hara girdiyini xatırlamır. Ramillə Elçin birinci koridorda idilər. Götürəcəkləri əşyaları göstərdilər. Qonaq otağı isə bir müddət bağlı olmuşdur. Ramilgil açdıqda isə orada qızıl görməmişdir.

20. X8 ifadə sində bildirmişdir ki, şəkildə göstərilən mebeli o yığmışdır. Yataq dəstinin isə tumbalarını yığmış, yatağı deyil. Termonu da, qarderobu da, mətbəx mebelini də o yığmışdır. Təxmini 2000-dən çox ödəniş olmuşdur. Mebelin üstü mərmər görünüşlü idi. Mebeli quraşdıranda mənzildə yaşayış vardı.

21. X2 ifadəsində bildirmişdir ki, Elçin müəllimin evində o, pilləkan yığmış və döşəməni “şilifovka” etmişdir. Təmir işi bir il çəkmişdir. Mebeli sexdə yığıb evdə quraşdırmışlar. Tumbanı o yığmamışdır. Təxmini 2016-cı ildə quraşdırmışlar. Yataq otağının mebelinin üstü tam pərdə idi.

22. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-310/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia tələbi qismən təmin edilmiş, qızıl-zinət əşyaları olan qızıl komplekt (1 cüt sırğa, üzük, boyunb ağı, klon, qolbaq), 1 ədəd qızıl nişan üzüyü, 1 ədəd qızıl nişan üzüyü, qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri olan 8350 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq iddiaçıya verilməsi, Cavabdeh2 50 manat mediasiya xərci, ödənilmiş 158 manat dövlət rüsumunun 92 manatı və müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manatın 15.80 manatı iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

23. Məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının dəyəri 8.000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2.500 manat olan 1 ədəd qızıl nişan üzüyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyünün alınaraq iddiaçıya təhvil verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı qızılları cavabdehə məxsus evdə jurnal masasının üzərinə qoyduğunu və evdən çıxdığını bildirmişdir. Bu halı Cavabdeh2 da təsdiq etmiş və hər ikisinin mənzildən eyni vaxtda çıxdıqlarını bildirmişdir. Belə olan halda qızılların olduğu son yerin cavabdehə məxsus mənzildə olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında verilmiş izahatlardan və şahid ifadələrindən müəyyən olunmuşdur ki, həmin mənzilin açarı Cavabdeh2 başqa heç kimdə olmayıb. Sonradan tərəflər evə gəldikdə qızılların evdə olmadığı müəyyən olunmuşdur. Həmçinin 4 fevral 2023-cü il tarixdə tərtib olunmuş aktdan və iş materiallarında olan fləş kartda olan videodan görünmüşdür ki, qızıllar evdə yoxdur. Odur ki, mənzlin açarının Cavabdeh2 da etiraf etdiyi kimi yalnız onda olduğundan və iddiaçının ondan xəbərsiz mənzilə girmə ehtimalının olmadığından qızılların cavabdeh tərəfdə qalması müəyyən olunmuşdur. İddiaçı qızıl-zinət əşyaları olmadıqda onların dəyərini tələb etdiyindən məhkəmə tərəfindən qiymətləndirmə keçirilmişdir. “X13 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli yekun hesabat aktından görünür ki, 1 ədəd qarnitur (dəst) sep, klon, sırğalar, üzük 25 qr, 750 əyar bazar dəyəri 5500 manat, 1 ədəd nişan üzüyü 4 qr, 750 əyar bazar dəyəri 2400 manat və 1 ədəd nişan üzüyü 3 qr, 750 əyar bazar dəyəri 450 manat, cəmi 8350 manat müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməli, qızıl-zinət əşyaları olan qızıl komplekt (1 cüt sırğa, üzük, boy unbağı, klon, qolbaq), 1 ədəd qızıl nişan üzüyü və 1 ədəd qızıl nişan üzüyü, qızıl-zinət əşyaları olmadıqda onların dəyəri olan 8350 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir.

24. Məhkəmə “cavabdehlərə məxsus evlərdə qalmış və ona qaytarılmamış cehiz əşyalarının dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, ümumi dəyəri 17.000 manat olan əşyaların: 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd boz rəngli “LG” markalı soyuducu, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik ” markalı aspirator, 1 ədəd qara rəngli sobanın cavabdehlərdən alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, 1 ədəd ortopedik matraslı taxt, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, ümumi dəyəri 17.000 manat olan əşyaların: 1 ədəd krem rəngli mətbəx mebel ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə məhkəmə iclaslarında dindirilmiş şahid ifadələri ilə müəyyən olunmuşdur ki, həmin əşyalar, yəni taxt, 2 ədəd taxta rəngli balaca tumba və 1 ədəd krem rəngli mətbəx mebeli ustalar tərəfindən yığılmış və dəyəri Cavabdeh1 tərəfindən ödənilmişdir. Həmçinin 1 ədəd boz rəngli “LG” m arkalı soyuducu, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli soba iş materiallarında olan qəbzlərdən və zəmanət talonundan görünmüşdür ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdə xx.xx.2017-ci il tarixli nikahdan əvvəl alınmışdır.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddəsi, Ailə Məcəlləsinin 34.1-ci maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 119.1, 218.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhk əməsindəki icraat

26. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnamə çıxararkən əsaslı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını əsaslı şəkildə pozulması yolu ilə formal xarakter daşıyan qətnamə çıxarmışdır. Qızıl-zinət əşyalarının cavabdehlərdə olması məhkəmədə təsdiqini tapmamışdır. Belə ki, qızıl-zinət əşyası ilə bağlı izahat verənlər yalnız iddiaçının şahidləri olmuş, həmin şahidlərin izahatları iddiaçının iddia tələbi ilə təzadlar təşkil etmiş və həmin qızıl-zinət əşyalarının cavabdehdə qalması təsdiqini tapmamışdır. Bundan başqa iddiaçı 20 fevral 2023-cü il tarixli məhkəmə iclasındakı izahatında özünü təkzib etmişdir. İddiaçı etiraf etmişdir ki, evə heç kim girməyib, 29 may tarixində paltarlarını götürmüş, noyabr ayında isə güya heç nə götürməmişdir. İddiaçının cehiz gətirdiyi bir “çöpü” belə tələb etməyi, lakin 8350 manat dəyərində olan qızıl-ziynət əşyalarını götürməməyi sual doğurmalıdır. Ümumi halda həm iddiaçının, həm iddiaçının şahidlərinin izahatları tam ətraflı deyil, həmdə məhkəmə ətraflı münasibət bildirməmişdir. İddiaçı ilkin iddia ərizəsində cehiz əşyalarının da, onlara aid olmayan hissələrini də tələb etmiş, lakin Cavabdeh1 sübutlar təqdim etdikdən sonra həqiqət ortaya çıxmışdır. Göstərilənlərdən aydın olur ki, iddiaçının iddiası həqiqəti əks etdirmir.

28. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tələsik və for mal xarakter daşıyan xx.xx.2023-cü il tarixli qətnamə çıxarmışdır. Qızıl-ziynət əşyaları ilə bağlı izahat verənlər iddiaçının şahidləri-anası, bacısı, xalası olub, başqa bir şahid olmamışdır. İddiaçı necə ola bilər ki, bütün əşyaları aparmış və onun evdə olmaması barəsində məlumat vermişdir. İddiaçı etiraf etmişdir ki, evə heç kim girməmiş, 29 may tarixində paltarlarını götürmüş, noyabr ayında isə güya heç nə götürməmişdir. Qızıl-zinət əşyalarının aparması barədə məhkəmə heç bir hüquqi qiymət verməmişdir. Qızıl-zinət əşyalarının orada qalması sübuta yetirəcək sənəd və ya videogörüntü yoxdur. Məhkəmənin 20 fevral 2023cü il tarixli iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Ramilin nişan üzüyünü, anasının aldığı qolbağı və 25 qramlıq qızılı göt ürüb evdən çıxmışdır. Onların aldığı bütün qızılları masanın üstə qoymuşdur. Daha sonra hər ikisi evdən çıxmışdırlar. Oğlanın nişan üzüyünü götürmüşdür, çünki üzüyü onlar almışdılar. Açar Ramildə olmuşdur. Evə heç kim girməmişdir. İddiaçının evə gəldikdə bütün əşyaları götürüb qızıl-zinət əşyalarını götürməməsi məntiqsiz olduğu aşkardır. İddiaçı qızıl-zinət əşyalarını aparmışdır. İddiaçı təsdiq etmişdir ki, noyabr ayında çıxmışdır. Ramil öz əleyhinə izahatlar vermişdir. Qızıl-zinət əşyalarının kim tərəfindən aparılması qeyrimüəyyəndir.

29. İddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, qarşı tərəf şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilmədiyini və şahidlərin hamısının iddiaçının qohumları olduğunu bildirir. Dindirilmiş şahidlər iddiaçın ın qohumu olsalar da, cavabdehin etirafı və iş materiallarında olan videogörüntülərlə iddianın əsaslı olması öz əksini tapmışdır. İddiaçının keçmiş həyat yoldaşı məhkəmə iclasında verdiyi izahatlarında bildirmişdir ki, qızıl-zinət əşyaları qonaq otağında jurnal masasının üzərində olub və onlar evdən bərabər şəkildə çıxmışdırlar. İddiaçı ondan sonra çıxmamış, evin giriş qapısının açarı da yalnız cavabdehdə olmuşdur. Belə olan halda iddiaçının o evə girib, cavabdehdən sonra qızıl-zinət əşyalarını götürməsi istisna olunur. Oğurluq faktı ilə bağlı nə Ramil, nə də ailəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilmədiyindən qızıl-zinət əşyalarının üçüncü şəxs tərəfindən oğurlandığı faktı ortaya çıxmamışdır. Çəkilişlə bağlı təsdiq edilmişdir ki, iddiaçı qalan əşyaları götürməyə getdikdə jurnal masasının üzəri boş olmuşdur. Birinci instansiyası məhkəməsi qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barəsində qətnaməsinin düzgün və qanuni olduğunu hesab etdiyini bildirmişdir. Cavabdeh tərəf həmin qızılların mövcud olduğunu etiraf etmişdir və son görən şəxs də cavabdehlə iddiaçı olmuşdur. Cavabdehin apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh tərəf evin giriş qapısının açarının yanlız özündə olduğunu etiraf etmişdir, yəni açarın başqasında olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir. İddiaçının açarı da olmamışdır. Videogörüntü də var, şahid ifadəsi də var ki, cavabdeh jurnal masasının olduğu otağın qapısını açmışdır. İddiaçı sonuncu dəfə qızılları cavabdehin dediyi kimi jurnal masasının üzərində görmüşdür.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(103)-1676/2024 nömrəli qətnaməsi ilə (hakimlər: G.Axundova (sədrlik edən və məruzəçi), F.Babayev və C.Musayeva ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Qeyd etmişdir ki, iddiaçının əşyaları evdədir, heç kim əl vurmayıb, gəlib götürməyiblər. Tələb olunan əşyaların bəziləri onlarındır. O, əsgərlikdə olduğu dövrdə atası bəzi ev əşyaları almışdır. İddiaçı həmin əşyaları tələb edir. Qızılların bir hissəsi isə özündədir. Qalanını acıq edib gətirib qoyub jurnal masasının üstünə. Həmin vaxt onlar mübahisə edirdilər və qızıllara toxunmadan bir yerdə mənzildən çıxdılar. Sonuncu dəfə evdən necə çıxıblarsa, elə də qapısı bağlı qalmışdır. Mənzilin açarı yalnız onda var. İki ay evə gedən olmamışdır. Paltarları götürməyə gələndə də qızıl söhbəti olmamışdır. Özləri telefonla videoçəkiliş aparıblar. Qohumlar evə onlarla bir yerdə giriblər. O cümlədən, 4 fevral 2023-cü il tarixli aktda qızılzinət əşyaları və bir neçə əşyalar istisna olmaqla, digər əşyaları və həmin qərardadda göstərilməyən əlavə olaraq 2 ədəd pufik, 1 ədəd güldan, şəxsi geyim əşyaları iddiaçı tərəfindən Abşeron rayonu, Goradil kəndində olan cavabdehlərə məxsus evdən götürülərək təhvil alındığı göstərilmişdi r.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 izahatında təsdiq etmişdir ki, qızılların bir hissəsi mənzildə qalmışdır. Mənzilin açarları isə yalnız onda olmuşdur. Paltarları götürməyə gələndə qızıl söhbəti olmamışdır. Məhkəmə kollegiyası o cümlədən qeyd etişdir ki, hazırkı halda artıq cavabdeh sübut etməldir ki, qızılları iddiaçı götürmüşdür. Buna dair isə cavabdeh sübut təqdim etməmişdir.

33. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

34. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 225.2, Mülk i-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.3, Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işə yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin qətnaməsinə oxşar, eyni məzmunlu qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, bir evin necə bir dənə açarı ola bilər. Cavabdeh ola bilsin ki, fərqində olmadan hansısa bir izahat vermişdir, ancaq cavabdeh iddiaçı ilə uzun müddət eyni mənzildə yaşamışdır. İddiaçı həmin vaxt açarın surətini çı xara bilərdi. Məhkəmə bu hissəyə münasibət bildirməmişdir. Bundan başqa məhkəmə kollegiyası sübutetmə vəzifəsini cavabdehin üzərinə qoysa da, nəzərə almamışdır ki, orda cavabdehin qohumları yox iddiaçının yaxın qohumları olmuşdur. Yaxın qohumları isə təbii olaraq iddiaçının mənafeyinə uyğun ifadə vermişdirlər. Bundan başqa məhkəmə kollegiyası qızıl-zinət əşyasının qiymətləndirilməsi hissəsində ekspert rəyinə münasibət bildirməmişdir. Belə ki, ekspert açıq-aşkar qızılın qiymətini olduğundan artıq hesablamış və cavabdehlər əlavə məbləğ ödəmək qarşısında qalmışdırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyind ən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

40. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

41. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

51. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

52. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1676/2024 nömrəli mülki iş üzrə 11 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar