Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-228/2017 07.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 07 şəhəri fevral 2017-ci il İŞ № 2(102)-228/2017 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh və vəkili X5 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2016-cı il tarixli, 2(105)-1502/2016 saylı qətnaməsindən İddiaçı və vəkili X kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 2(067)-1659/2015 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.B.Mirzəquliyev) İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2016-cı il tarixli, 2(105)-1502/2016 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, E.G.Rəhimov və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz rayon məhkəməsinin 13 avqust 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili X qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmə cavabdehə qarşı “aliment ödəməkdən azad edilmə” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 19 iyul 2012-ci i l tarixli qətnaməsinə əsasən ondan üç uşağın saxlanılması üçün hər ay, hər uşağa görə 60 manat olmaqla, cəmi 180 manat alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Həmin məhkəmənin digər 10 aprel 2015-ci il tarixli qətnaməsi ilə 2013-cü ilin mart ayından həmin ilin avqust ayınadək olan müddət üçün aliment borcundan azad edilmişdir. Belə ki, həmin müddətə cavabdehlə barışaraq ailələrini bərpa etmişlər. Həmin işə baxılarkən Xaçmaz rayon İcra Şöbəsinin 24 aprel 2015-ci il tarixli məktubu ilə ona məlum olmuşdur ki, cavabdehə 4.080 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Məhkəmənin qətnaməsinə əsasən borcdan 900 manat çıxılmışdır, qalan 3.180 manat aliment borcunu isə ödəmək iqtidarında deyil və borcu ödəməyə maddi imkanı yoxdur. Cavabdehə hər ay cəmi 120 manat aliment ödə yə bilər. Özü ağ ciyər xəstəliyindən əziyyət çəkir, müalicəyə ehtiyacı var, iş qabiliyyəti yoxdur və işləyə bilmir. Cavabdeh dörd nəfər ailə üzvünə görə hər ay 150 manat ünvanlı sosial yardım alır. O, valideynlərinin köməyi ilə cavabdehə hər ay 120 manat aliment ödəyə bilər. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, onun ailə və maddi vəziyyəti aliment borcunu ödəməyə imkan vermir. Kassasiya şikayətində iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh, vəkili X2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı, vəkili X məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏ R Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının cava bdehə ödənilməmiş aliment borcunun yaranmasına, işdə, iddiaçının ailə və maddi vəziyyətinin bu borcu ödəməyə imkan verməməsini özündə ehtiva edən heç bir yazılı sübutun olmamasına və beləliklə də iddia ərizəsinin təmin edilməsi üçün faktiki və hüquqi əsasların müəyyən edilməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 107.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının cavabdehə ödənilməmiş 4.080 manat məbləğində aliment borcu vardır. Sonradan Xaçmaz rayon məhkəməsinin 10 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı 2013-cü ilin mart ayından avqust ayınadək, yəni cəmi 5 ay müddətində yaranmış aliment borcunu ödəməkdən azad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş digər sübutları tədqiq edib müəyyən etmişdir ki, cavabdeh dörd nəfər ailə üzvlərinə görə 30 sentyabr 2015-ci il tarixədək hər ay cəmi 150 manat məbləğində ünvanlı sosial yardım almış, lakin sonradan Xaçmaz rayon Əhalinin Müdafiəsi Mərkəzinə müraciət etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı “ağ ciyər xəstəliklərin”dən əziyyət çəkməsini əsas tutub cavabdehə ödəməli olduğu 3.180 manat aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddənin mənasına görə, şəxs aliment borcunu ödəməkdən tamamilə və ya qismən o, vaxt azad edilə bilər ki, aliment borcunun borclunun xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyi müəyyən edilmiş olsun, eyni zamanda ailə, maddi vəziy yəti borcluya bu borcu ödəməyə imkan verməsin. Hazırkı işdə, qeyd olunan hallar, yəni aliment borcunun iddiaçının xəstəliyi və digər üzrlü səbəblərdən əmələ gəlməsi, eyni zamanda onun ailə, maddi vəziyyətinin aliment borcunu ödəməyə imkan verməməsi öz təsdiqini tapmadığı üçün, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 107.2-ci maddəsinin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmiş və işin yuxarıda müəyyən edilmiş faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.2-ci maddəsinə əsasən aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, mübahisələndirilən aliment borcunun iddiaçının xəstəliyi və digər üzrlü səbəblərdən əmələ gəlməsi, eyni zamanda onun ailə, maddi vəziyyətinin aliment borcunu ödəməyə imkan verməməsinin mülki iş materialları ilə təsdiq edilməməsi və beləliklə də alimentin iddiaçının təqsiri üzündən ödənilməməsi, işin birinci və apellyasiya instansiyası m əhkəmələri tərəfindən müəyyən edilmiş faktiki halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və hazırkı mülki mübahisəyə sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Daha sonra işdən görünür ki, iddiaçı qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, aliment borcunu ödəməyə maddi imkanının olmamasını və xəstəliyi ilə əlaqədar olaraq işləyə bilməməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin ha llara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş yuxarıda qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və işə əlavə edilmiş sübutlara sadala nan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Əksinə, iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, o cümlədən işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, ** BX *** saylı dövlət nömrə nişanlı avtomobil iddiaçı tərəfindən idarə olunur və sonuncu həmin avtomobildən istifadə etməklə taksi xidməti göstərir və o, hər ay uşaqların saxlanılması üçün cavabdehə 120 manat aliment ödəməyə razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili X Şərəf oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2016-cı il tarixli, 2(105)-1502/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-228/2017
Ali Məhkəmə Qərar — İş №2(102)-228/2017
07.02.2017 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver