Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2284/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2284/2021 (Açar sözlər: alimentin miqdarının azaldılması, tələbin sübuta yetməməsi) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020 il tari xli 2(103)-3904/2020 nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh 30.12.2006-cı il tarixdən rəsmi nikahda olmuş, onların bu nikahdan 10.08.2007-ci il təvəllüdlü X3 adlı bir uşaqları var.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.05.2014-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, uşaq ananın yanında saxlanılmış və uşaq üçün 110 (yüz on) sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
3. Cavabdehnnın iddiasına əsasən Bakı şəhəri Nəsimi rayon Rayon Məhkəməsinin 20.06.2016-cı il tarixli 2(006)-4311/2016 nömrəli qətnaməsi ilə 110 manat aliment miqdarı 117 manat müəyyən edilib.
4. Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)4311/2016 saylı, 20 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilib, 110 manat aliment məbləği artırılaraq 500 manat müəyyən edilib.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2764/2017 saylı iş üzrə, 12 may 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsinə əsasən 10 avqust 2007-ci il təvəllü dlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 500 manat məbləğində alimentin miqdarının azaldılaraq, minimum miqdarda müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, hazırda iddiaçının səhhətində problemlər var. Gözdən əlildir, Tibbi Sosial Ekspert Komissiyasının 31 oktyabr 2018-ci il tarixli rəyinə əsasən iddiaçıya ikinci dərəcə əlillik qrupu verilib.
8. Göstəilən səbəblərdən iddiaçı heç yerdə işləmir, maddi vəziyyəti pisləşib. Buna görə də son aylarda 500 manat məbləğində alimenti ödəyə bilmir və xeyli borcu yaranmışdır.
9. Bundan başqa, iddiaçı 350 manat məbləğində əmək haqqı aldığı “xxxx” QSC-dən 12 aprel 2018-ci il tarixdən işdən azad olunmuşdur.
10. Vaxtilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi il ə iddiaçının “Sədərək” firması ilə bağladığı 17 may 2011-ci il, 19 aprel 2011-ci il, 22 may 2015-ci il və 22 may 2015-ci il tarixli icarə müqavilələrinə səhhəti ilə bağlı xitam verilmiş və vergi ödəyicisi kimi iddiaçının fəaliyyəti dayandırılmışdır. Həmçinin iddiaçı 23 aprel 2018-ci il tarixdən məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmışdır.
11. Bundan başqa iddiaçı bir ata kimi 2011-ci ildə Bakı şəhərinin mərkəzində yerləşən 4 otaqlı mənzilini və həmin mənzilin həyətində yerləşən qarajı bağışlama yolu ilə övladının anasının, yəni iddiaçının adına rəsmiləşdirmişdir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir.
13. Cavabdeh iddiaya etiraz edib göstərib ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il ta rixli, 2(103)- 7859/2016 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti 12 may 2017-ci il tarixdə Ali Məhkəmə tərəfindən təmin olunmadıqdan 1 ay sonra, 04.07.2017-ci il tarixdə iddiaçı alimentin miqdarının azaldılması barədə Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Həmin iddiası Ali Məhkəməyə qədər rədd edilib.
14. Hazırda İddiaçı yığılmış borclardan qurtarmaq məqsədi ilə əvvəl verdiyi iddia ərizəsinə yalnız gözdən əlil olması barədə arayış əlavə etmişdir. Halbuki iddiaçı avtomobil idarə edir və sosial şəbəkələrin fəal üzvüdür. Bundan başqa iddiaçı Bakı şəhərinin ən bahalı binalarının birində “xxxx” MTK-ya məxsus S.Orucov küçəsi 13 ünvanında yerləşən 145 kv.m sahəsi olan, dəyəri ******* manat, aylıq kirayə haqqı isə 4000 manat olan mənzildə yaşayır. Cavabdehin heç bir yerdən gəliri olmasaydı və özünün yardıma ehtiyacı olsaydı həmin mənzili 4000 manata kirayə verib bütün ehtiyaclarını, o cümlədən alimenti də ödəyərdi.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1959/2019 nömrəli, 26.04.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Fərrux Qaımov)
16. Məhkəmə müəyyən etmişdir ki, Gülmalıyev X2 Fərhunə Vəfa qızına qarşı aliment məbləğinin azldılması tələbinə dair iddia ərizəsi ilə 2017-ci ildə məhkəməyə müraciət etmişdir və həmin mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11509/2017 nömrəli, 04.08.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11504/2017 nömrəli, 17 noyabr 2017-ci il tarixli qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 apr el 2018-ci il tarixli, 2(102)-2486/2018 saylı qərarı mövcuddur. Həmin qərarların məzmunundan görünür ki, həmin iddianın əsasını təşkil edən hallar hazırki mübahisənin də əsasını təşkil edir və qeyd olunan hallara qanuni qüvəyə minmiş məhkəmə qətnamələrinə əsasən qiymət verilərək iddia rədd edilmişdir.
17. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həmın qətnamə ilə müəyyən olunmuş əsaslardan fərqli olaraq hazırkı iddia ərizəsi üzrə İddiaçı əsas kimi səhhətində ciddi problemlər yaranmaqla, gözdən əlil kımı 2-cı qrup əlillik dərəcəsi verildiyini, buna görə də heç bır yerdə işləmədiyini və alımenti ödəyə bilmədiyini göstərmişdır. Lakin yuxarıda qeyd olunan qətnamələrin məzmunundan görünür kı, həmin dövrdə də İddiaçı heç bir rəsmi gəliri olmamışdır. Belə olan halda, gözdən əlil kimi 2-cı qrup əlillik dərəcəsi verilməsi ilə iddiaçının maddı vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir.
18. Məhkəmə mövqeyini Ailə Məcəlləsinin 112.1 və Mülki Prosessual Məcəllənin 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktları qətnaməsində formal olaraq göstərsə də, düzgün hüquqi qiymət verməyərək kobud qanun pozuntusuna yol vermişdir. Qətnamədə göstərilmişdir ki, iddiaçıya Sosial-Ekspert Komissiyasının qərarı ilə 31 oktyabr 2023-cü ilədək gözdən əlil kimi 2-ci qrup əlil lik dərəcəsi verilmişdir. Eyni zamanda həmin qətnamədə göstərilmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin 16 avqust 2018-ci il tarixli məktubunda İddiaçı sahibkarlıq və digər vergi tutulan əməliyyatları 27 may 2017-ci il tarixdən bugünkü günə kimi dayandırılmış vəziyyətdədir. Lakin məhkəmə hazırki alimentin azaldılması üçün real əsas olan bu sadalanan hallara düzgün hüquqi qiymət verməmişdir.
21. Bundan başqa, qətnamədə göstərilir ki, Cavabdeh Bakı Xoreoqrafıya Akademiyasının Magistratura və Doktorantura şöbəsinin müdiri vəzifəsində çalışır və aylıq əmək haqqısı 690 manat təşkil edir. 690 manat əmək haqqı hazırki dövrdə Bakı şəhərində kirayə haqqı ödəməyən istənilən ailə üçün normal, hətta normaldan da yuxarı sayıla biləcək həyat şəraiti qurmağa imkan verir. Halbu ki cavabdehin alimentin artırılması zamanı əmək haqqı məbləği hazırki qədər olmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9949/2019 nömrəli, 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi) Şeyda Məhərrəmova, Məmməd Məmmədov)
23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçının əlilliyi 31 oktyabr 2018-ci ildə müəyyən edilsə də, həmin hal Azərbaycan Respublikası Ali məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarından sonrakı dövrdə iddiaçının maddi vəziyyətinin pisləşməsi nə səbəb olmadığından, əlilliyinə istinad etməklə iddiaçının alimentin miqdarının azaldılması tələb əsasızdır.
24. İddianın təmin olunma əsası kimi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakları cavabdehə bağışlaması barədə dəlillərini əsassız sayan apellyasiya məhkəməsi qeyd edib ki, həmin bağışlama müqavilələri 13 avqust 2011-ci ildə bağlanıb, müqavilə hər hansı halla, o cümlədən cavabdehin alimentdən imtina edəcəyi ilə şərtləndirilməyib.
25. Cavabdehin əmək haqqının yüksək olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyasının mövqeyi belə olub ki, aliment alan cavabdehin daimi iş yeri və gəlirlərinin olması iddiaçını aliment öhdəliyindən azad etmir.
26. Apellyasiya məhkəməsi də gəldiyi nəticəni Ailə Məcəlləsinin 112.1 və Mülki Prosessual Məcəllənin 82. 3-cü maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti də apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-154/2020 nömrəli iş üzrə 23 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
30. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası işin faktiki hallarına Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri baxımından düzgün hüququi qiymət verməyib. d) Apelyasiya instan siyası məhkəməsindəki ikinci icraat 31.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3904/2020 nömrəli,08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Namiq Cəfərov)
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsi ilə sabit pul məbləğində aliment təyin edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində ciddi dəyişiklik olmamış, maddi vəziyyəti ilə bağlı şikayətində göstərdiyi dəlillər isə həmin vaxt da mövcud olmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının sahibkar kimi maddi və maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı problemlərinin olması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ikinci dərəcə əlilliyinin olması iddiaçını əmək qabiyyətindən məhrum edən və müstəqil gəlir əldə etməsinə maneə olan hal deyil, çünki o əmək qabiliyyətlidir və iddiaçının işsizlik vəziyyətinin daimi və ya uzunmüddətli olacağı labüd deyil və hazırkı iddianın təmin edilməsini şərtləndirmədiyindən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
35. İd diaçı qətnamədən kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti iddia ərizəsi, apellyasiya şikayəti və əvvəlki kassasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
37. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
39. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cav abdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və hazırki qərarın 3234-cü bəndlərində qeyd edilənləri təkrar etməyə zərurət görmür.
46. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə azaldılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin azaldılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyi şiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
47. Göründüyü kimi, qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun.
48. Hazırki işdə iddiaçı aliment məbləğinin azaldılmasını tələb edərək, tələbini aliment məbləği müəyyən edildikdən sonra gözdən əlil olması və bu səbəbdən işləyə bilməməsi, maddi vəziyyətinin pis olması ilə əsaslandırsa da, işə mahiyyəti üzrə baxan məhkəmələr həmin halları müəyyən etməmişlər. Əksinə, müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)7859/2016 saylı qətnaməsi ilə sabit pul məbləğində aliment təyin edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində ciddi dəyişiklik olmamış, maddi vəziyyəti ilə bağlı şikayətində göstərdiyi dəlillər isə həmin vaxt da mövcud olmuşdur.
49. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi hüquq normasının tələblərinə uyğun hesab edir. Çünki işin müəyyən edilmiş halları qeyd edilən normanın dispozitiv şərti baxımından iddianın təmin edilməsini istisna etmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020 il tarixli 2(103)3904/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.