Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2286/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyi icra etmiş zaminin hüquqları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2(103)-896/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli, RGTK0891412A206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialı tərəfindən Cavabdeh2 illik 25 % dərəcəsi ilə ilə 60 ay müddətinə ödəmək şərti ilə 14.194,59 manat məbləğdə kredit verilmişdir.
2. İddiaçı Cavabdeh1 ASC ilə xx.xx.2019-cu il tarixli, Z-RGTK0891412A206 saylı zaminlik müqaviləsi bağlayaraq, qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh2 Cavabdeh1 ASC qarşısında öhdəliyinin tam icra edilməsi üçün borcalanla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür.
3. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə görə tərəflər razılığa gəliblər ki, bu müqavilə üz rə müəyyən edilmiş zaminlik, kredit müqaviləsi üzrə borc tam ödənilənə qədər qüvvədə olacaqdır.
4. Müqavilənin 4.5-ci bəndində müəyyən edilmiş şərtə görə, kreditorun kredit müqaviləsi üzrə əsas və faiz borclarının zaminin sərəncamı olmadan akseptsiz qaydada zaminin Cavabdeh1 ASC-də olan istənilən hesabından silə bilmək hüququ müəyyən edilib.
5. Borcalan Cavabdeh2 tərəfindən öhdəlik lazımınca icra edilməyib və Cavabdeh1 ASC-nin Lənkəran şəhər filialının 23 avqust 2022-ci il tarixli 213 saylı arayışına görə Cavabdeh2 ilə bağlanmış RGTK0891412A206 nömrəli kredit müqaviləsi üzrə gecikmələr olduğu üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə kimi zamin İddiaçı kart hesabından ümumi 11.561,10 manat məbləğində vəsait tutulub.
6. Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialının 05 sen tyabr 2022-ci il tarixli 337 saylı arayışına əsasən, zaminlik müqaviləsinin təminatı olduğu kredit müqaviləsi üzrə cari tarixədək zaminin təqaüd kartından ümumilikdə 11.561,10 manat, subsidiya (fermer) kartından isə 57,90 manat məbləğində vəsait tutulub. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ZRGTK0891412A206 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli RGTK0891412A206 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 kredit borcuna görə onun əmək haqqından Cavabd eh1 ASCnin hesabına xx.xx.2022-ci il tarixə kimi tutulmuş 11.561,10 manat məbləğində pulun, habelə ödədiyi 125 manat dövlət rüsumunun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 iş yoldaşı kimi tanıyır. Cavabdeh2 borc pula ehtiyacı olduğunu, bankdan kredit götürmək istədiyini və bunun üçün kreditin qaytarılmasını təmin etmək məqsədilə ondan davamlı gəliri olan bir nəfərin zaminlik üçün tələb edildiyini ona bildirmişdir. Daha sonra o, iş yoldaşına kömək etmək məqsədi ilə sonuncuya zamin durmaq təklifini qəbul etmiş və onunla Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialı arasında xx.xx.2019-cu il tarixdə qeyd olunan zaminlik müqaviləsi bağl anmışdır. Əsas borclu Cavabdeh2 borcun ödənilməsindən kənarda qalmış, o isə bu borcun ödənilməsi ilə bağlı bank tərəfindən əmək haqqına məcburi qaydada tutma yönəldilməsi yolu ilə cəlb olunmuşdur. Qeyd etdiyi kimi, Cavabdeh2 əmək haqqı da, gəlirləri də kifayət qədərdir və hər ay borcu ödəməyə artıqlaması ilə imkan yaradır. Bütün bunlara baxmayaraq Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialından borc üzrə tələb ilk olaraq əsas borclunun əmək haqqına və gəlirlərinə yönəldilməli olduğu halda, onun əmək haqqına yönəldilmişdir. O, Cavabdeh2 zamin durmaqla bağlı məsuliyyətini dərk edir və bank (kreditor) qarşısında məsuliyyətindən yayınmaq niyyəti yoxdur. Lakin əsas borclu olan Cavabdeh2 1.500 manat məbləğində davamlı əmək haqqı alması və xeyli miqdarda digər gəlirlərinin olduğu halda, tələbi n onun əmək haqqına yönəldilməsi qanunauyğun və ağlabatan deyil. Belə ki, Cavabdeh2 ondan tutulan pulun bir qismini ödəsə də, hazırda ona 10.948,8 manat məbləğində ödənilməmiş qalan borcu var. Hər ayın yekunu da ilk olaraq əsas borcludan tutulmalı olan 416.63 manat məbləğində pul (bəzən gecikmələrə görə əlavə dəbbə pulu ilə hesablanan məbləğ) yenə ondan tutulacaq. Həmçinin, Cavabdeh2 uşaqlarını təkbaşına böyütdüyünü əsas gətirərək bir müddət bu yolla borcun ödənilməsindən yayınmağa da çalışa bilər. Lakin sonuncu ərindən boşandığı üçün sonuncudan uşaqlarının saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment də alır. Yəni, borcun ödənilməsi üçün borclunun maddi vəziyyəti hər bir halda kifayət qədər qənaətbəxşdir. Bütün bu qanunsuzluqların aradan qaldırılması üçün bir müddət əvvəl Azər baycan Respublikası Mərkəzi Bankına və Cavabdeh1 ASC-yə şikayətlə müraciət etsə də, şikayəti üzrə araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ona göndərilən cavab məktubunda Cavabdeh1 ASC-də araşdırılmanın aparılacağı və şikayətin araşdırılmasının Cavabdeh1 ASC-yə həvalə edildiyi bildirilsə də, aradan aylar keçməsinə baxmayaraq cavabdeh tərəfindən ona araşdırma barədə şifahi və ya yazılı cavab verilməmişdir.
9. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iddiaya etiraz təqdim edərək bildirmişdir ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı müqavilə üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısı nda borcalanla birgə məsuliyyət daşıyır. Həmçinin həmin müqaviləyə əsasən zamin kredit müqaviləsi üzrə yaranacaq borcun onun istənilən bank hesabından akseptsiz qaydada silinməsinə razılıq vermişdir. Müştərinin bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi müştərinin bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. İddiaçı iddia ərizəsində zaminin əlavə məsuliyyət daşıdığını, həmçinin borcalan Cavabdeh2 ödəmə qabiliyyətli olduğuna istinad edərək bank tərəfindən sözü gedən kredit müqaviləsi üzrə borcun ilk olaraq borcluya məxsus müvafiq bank hesabına yönəldilməli olduğunu bildirsə də, borcalanın hazırda əmək haqqı hesabı Cavabdeh1 ASC-də olmadığından müvaf iq tələbin bank tərəfindən yerinə yetirilməsi texniki cəhətdən mümkün deyil. Belə tələbin yerinə yetirilməsi üçün bank tərəfindən mülki iddia qaydasında məhkəməyə müraciət olunmalı, məhkəmə qərarı qəbul edilməli və həmin qərar icraya yönəldildikdən sonra icra qaydasında həll edilməlidir. Bundan başqa, borclunun öhdəliklərini yerinə yetirmədiyinə görə zaminə ziyan dəydikdə, o, dəymiş ziyanın ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Bundan başqa, iddiaçı həmin tələblə bağlı Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişmənin ağlabatan şəkildə əvvəlcədən görə bilmədiyini qeyd etmişdir. Lakin iddia ərizəsindən də görünür ki, borcalan hazırda da əmək qabiliyyətli olmaqla gəlirə malikdir. Yəni iddiaçı tərəfindən zaminlik müqavi ləsi bağlanarkən mövcud olan borcalanın maddi vəziyyətində dəyişiklik olmamışdır. Hətta borcalanın əmək qabiliyyətini itirməsi və ya başqa səbəbdən gəlirdən məhrum olması və ya gəlirinin azalması hesab edirlər ki, bu maddədə nəzərdə tutulan halı ehtiva etmir. Belə ki, hər hansı şəxsin əmək qabiliyyətini itirməsi, işsiz qalması, gəlirdən məhrum olması gözlənilən haldır. Bu halın əvvəlcədən ağlabatan şəkildə görülməsi mümkündür.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 sentyabr 2022-ci il tarixli, 2(006)-3073/2022 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, 11.561 manat 10 qəpik məbləğində pulun və ödənilmiş 125 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi Cavabdeh2 pul vəsaitinin və dövlət rüsumunun tutulmasına dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, tələb üzrə hüquqlar 05 sentyabr 2022-ci il tarixədək olan vəziyyətə yuxarıda qeyd edilən - 11.561 manat 10 qəpik həcmində iddiaçıya keçmişdir. İddiaçı zamin kimi ödədiyi (hesabından tutulmalar şəklində) məbləğin ona qaytarılmasını cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmiş, lakin Cavabdeh2 iddiaçıdan tutulan vəsaiti ödəməmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi zaminlik müqaviləsinin ləğv edilməsinə aid hissədə əsaslı deyildir. Belə ki, mübahisə edilən zaminlik müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 471, 472, 389 və 390-cı maddələrinə riayət edilməklə bağlandığından, həmin müqavilənin ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.1, 475.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə bir gə biznes fəaliyyəti ilə məşğul olmaq barədə şifahi razılığa gələrək, bu məqsəd üçün vəsaitə ehtiyac olduğundan Cavabdeh1 ASC-nin Gəncə filialından xx.xx.2019-cu il tarixli müqavilə ilə cavabdehin adına 17.000 manat məbləğində kredit götürmüş, iddiaçı kreditin qaytarılmasına zamin qalmaqla özünün şərik olmasını təsdiqlədiyini nümayış etdirmiş, alınmış 17.000 manat pul vəsaiti iddiaçıda qalmış, Gəncə şəhərində kosmetoloji kabinet yaratmaq üçün iddiaçı icarəyə yer tapmış, onun təmirinə və zəruri avadanlıqların alınmasına 10.000 manat məbləğində pul xərcləmişlər, qalan 7.000 manat iddiaçıda qalmışdır ki, özünün kənd təsərrüfatı biznesinə xərcləyəcək, həmçinin hissə-hissə lazım olduqda ödənişlər etmək üçün verəcəkdir. Kosmetoloji kabinet 8 ay işlədikdən sonra icarəyə verən onları icarəyə verdi yi yerdən çıxarmış, nəticədə xeyli məbləğdə ziyana düşmüşlər. İşlədikləri dövrdə kredit üzrə ödənişləri cavabdeh etmiş, gecikmələr olduqda iddiaçının kart hesabından silmişlər. Sonradan cavabdeh onun ödədiyi məbləğin bir qismini özünə, bir qismini tapşırığına görə valyuta mübadiləsində işləyən Xəyal adlı dostuna, bir qısmini isə Cavabdeh1ın ödəniş terminalı vasitəsi ilə iddiaçının kart hesabına köçürmüşdür. Biznes fəaliyyətləri dayandığından cavabdeh iddiaçıdan onda qalmış 7.000 manat pul vəsaitini tələb etdikdə iddiaçı onun kartı vasitəsi ilə ödənişlərin aparılmasından istifadə edərək cavabdehdən qərəzli şikayət edərək 11.561,10 manat məbləğində pul vəsaitini tələb etmişdir. İddiaçının cavabdehlə şərikliyini təsdiq edən hallardan biri də ondan ibarətdir ki, iddiaçı cavabdehin komandiri ol muş, gündüzlər cavabdehin kosmetoloji salonda işləməsi üçün onu iş yerində axşam növbəsinə keçirmiş, aralarında narazılıq yarandıqda onu dərhal axşam növbəsindən çıxarıb yenidən gündüz növbəsinə keçirmişdir. Digər dəlil isə ondan ibarətdir ki, iddiaçı ilkin iddiasında pul tələbi qoymamış, zaminlik müqaviləsinin ləğv edilməsini tələb etmiş, bu tələbin qanunsuz olduğunu gördükdən sonra iddia ərizəsinə pul tələbinə dair əlavə vermişdir. Məhkəmə yalnız iddiaçının izahatına və bankdan alınmış arayışa istinad edərək iddianı pul tələbi hissəsində təmin etmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı Cavabdeh2 iştirakı təmin edilməmiş, onun iş üzrə izahatı alınmamış, iddiaya qarşı onun dəlilləri dinlənməmiş və araşdırılmamış, işin digər halları ilə əlaqəli şəkildə qiymətləndirilməmişdir. Cavabd eh iddiaçının kart hesabına bankın terminallarından ödədiyi ödənişlərə dair sənədləri bankdan əldə edə bilməmiş, məhkəmədə iştirak etmədiyindən məhkəmə vasitəsi ilə də həmin sənədləri əldə etmək imkanından məhrum olmuşdur. Bundan başqa, işin hallarının müəyyən edilməsi üçün şahidlərin məhkəməyə gəlib izahat vermələrinə şərait yaradılmamışdır. Mülki Məcəllənin 475.1-ci maddəsi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Həmin maddədə göstərilmişdir ki, öhdəliyi icra etmiş zaminə həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İşin hallarından göründüyü kimi, birincisi, məhkəmə zaminlik müqaviləsini ləğv etməmiş, həmin müqavilə qüvvədədir yəni, zamin kredit üzrə öhdəliyin icrası üçün məsuliyyət daşıyır. İkincisi, bank qarşısında öhdəlik tam icra olunmamış, kreditin ödənişi davam edir. Üçüncüsü, iddiaçının kartından silinmiş pul vəsaitinin həqəqətən ona məxsus olubolmaması araşdırılmamışdir. Dördüncüsü, cavabdehin iş və yaşayış yeri bəlli olduğu halda, ilkin borcun ondan tələb edilmədən birbaşa iddiaçının kartından pul vəsaitinin tutulması və bu səlahiyyətinin banka hansı əsasla verilməsi səbəbi aydınlaşdırılmamışdır. Qətnamədə göstərilən 11.561,10 manat məbləğində pul vəsaitinin iddiaçıya məxsus olması və iddiaçı tərəfindən banka cavabdehin borcu müqabilində ödənilməsinə dair dəlil işin hallarına uyğun deyil, həmin pul vəsaiti tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, o da kart hesabından banka ödəmişdir.
16. İddiaçının nümayəndəsi və vəkili apellya siya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının ayrıca kredit müqaviləsi olmasının hazırkı işə heç bir aidiyyəti yoxdur. İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı öz öhdəliyini icra etməsinin Cavabdeh2 ilə heç bir bağlılığı yoxdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 30 yanvar 2023-cü il tarixli, 2(103)-896/2023 nömrəli qətnaməsi ilə (hakimlər - Ş.Məmmədova (sədrlik edən və məruzəçi), C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmış və əlavə olaraq qey d etmişdir ki, cavabdeh (məhkəmə kollegiyasının iclasında vəkili) onun ödədiyi məbləğin hansı qismini nə zaman və hansı qaydada iddiaçının özünə, hansı bir qismini iddiaçının tapşırığına görə valyuta mübadiləsində işləyən Xəyal adlı dostuna harada və nə zaman ödəməsi barədə sübutlar təqdim edilməmişdir. Həmçinin, apellyasiya şikayətində göstərilsə də, lakin ödənilməli məbləğinin hansı qısminin cavabdeh tərəfindən Cavabdeh1 ASC-nin ödəniş terminalı vasitəsi ilə iddiaçının kart hesabına köçürməsi barədə sübutlar təqdim edilməmişdir.
19. Məhkəmə kollegiyası cavabdeh hansı vaxtlarda hansı hesaba ödəniş etməsi barədə məlumatları vermədiyindən, həmçinin bu barədə vəsatət verilmədiyi də nəzərə alınaraq sübutların təmini qaydasında bank terminallarından ödənişlə bağlı sənədlər təqdim edilməsinə da ir qərardad qəbul etməmişdir.
20. Bundan başqa, cavabdeh şikayətində işin hallarının müəyyən edilməsi üçün şahidlərin məhkəməyə gəlib izahat vermələrinə şərait yaradılmamasını qeyd etsə də, məhkəmə kollegiyasının iclasında hansı şahidin işin hansı halı barədə ifadə verməsinə, hansı şahidin məhkəmə iclasına dəvət edilməsinə dair əsaslandırılmış vəsatət verilməmişdir.
21. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının ayrıca kredit müqaviləsi olmasının hazırkı işə aidiyyəti yoxdur. İddiaçı ilə Cavabdeh1 ASC arasında isə cavabdehin qeyd etdiyi 2019-cu ildə deyil, xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır və iş üzrə iddiaçının həmin müqavilə üzrə öz öhdəliyini icra etməsinin Cavabdeh2 ilə əlaqəsi olması müəyyən olunmamışdı r.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.1, 475.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassator şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmış, şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci, Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin rədd edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulma yıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
33. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə b orcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün gö ndərilməlidir.
43. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan hallar bu qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır.
44. Göründüyü kimi kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə iddiaçı ilə Cavabdeh2 arasında yaranmış münasibətlər hüquqi baxımdan zaminlik müqaviləsi üzrə borcalanla zamin arasında yaranmış münasibətlərdir.
45. Bu baxımdan Cavabdeh2 qarşı sürülən iddia tələbi, Mülki Məcəllənin öhdəliyi icra etmiş zaminin hüquqlarından bəhs edən 475-ci maddəsinin müddəaları əsasında həll olunmalıdr.
46. Mülki Məcəllənin 475.1ci maddəsində deyilir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Z amin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
47. Həmin normanın tətbiq olunması üçün ilk növbədə zəruri dispozisiya şərti olan öhdəliyin zamin tərəfindən icra edilməsi müəyyən olunmalıdır.
48. Lakin bu normada bəhs olunan “Ohdəliyin zamin tərəfindən icra edilməsi” ifadəsi ümumi anlayış olmaqla, müqavilə üzrə borcun tam və ya qismən ödənilməsini ehtiva etməsi dəqiq ifadə olunmamışdır. Buna görə də həmin qaydanın tətbiqi belə bir sual doğurur: Zaminin borcluya qarşı tələbi kreditora olan borc tam ödənildikdən sonra irəli sürə bilər, yoxsa borcun qismən ödənilməsi də bu cür tələb irəli sürmək üçün yetərlidir?
49. Həmin məsələnin araşdırılması üçün ümumilikdə zaminlik institu nun hüquqi təbiəti, mülki dövriyyədə funksiyası ilə bağlı müddəalar nəzərdən keçirilməlidir.
50. Bu baxımdan Mülki Məcəllənin 470, 472, 475 və 476-cı maddələrinin sistemli təhlilindən göründüyü kimi zaminlik öhdəliyinin məzmunu kreditorun tələb hüququndan və zaminin öhdəlik üzrə məsuliyyət daşımasından ibarətdir. Zaminlik hüquq münasibətləri subyekt tərkibi baxımından kreditor, borclu və zamindən ibarətdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zaminin birgə məsuliyyəti nəzərdə tutulduğu halda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edil mədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər.
51. Borclunun kreditor qarşısında öhdəliyinin zamin tərəfindən ödənildiyi halda, yuxarıda qeyd olunan subyekt tərkibinə əsaslanan hüquqi konstruksiya dəyişilir. Belə ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.
52. Mülki Məcəllənin 475-ci maddəsi öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsi məqsədi daşıyır. Həmin normanın tətbiq edilməsi üçün başılıca şərt - zaminin borcu ödəməsidir. Bu isə kreditora mənsub olmuş tələb hüququnun zaminə keçməsinə səbəb olur. Yəni öhdəlikdə şəxslərin dəyişməs i baş verir. Borcun ödənilməsi nəticəsində kreditor öhdəlikdən çıxır və onun yerini zamin tutur.
53. Müzakirə olunan məsələnin həlli ilə bilavasitə bağlı olan Mülki Məcəllənin 475.2ci maddəsində deyilir ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
54. Bu norma ondan əvvəlki normanı tamamlayır və müqayisəli təhlil əsasında birmənalı anlaşılır ki, 475.1-ci maddə məzmun etibarilə zaminə keçmiş tələb hüququnun həcmini tənzimləyir. 55. 475.2-ci maddə isə, zaminin borcluya qarşı tələb hüququnun yaranması üçün hüquqi əsasları müəyyən edir. Bu normaya əsasən, zaminin borcluya qarşı tələb hüququnun yaranması üçün zaminin öhdəliyi icra etməsi ilə yanaşı, kreditorun borcluya qar şı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etmiş olmalıdır.
56. Bu hallar onu deməyə əsas verir ki, zaminliyin hüquqi təbiəti baxımından zaminin borcluya qarşı tələb hüququ borc tam ödənildikdən sonra keçir.
57. Bunun əksinə olan təcrübə nəticə etibarilə zaminlik institunun əsas borcun ödənilməsinə təminat funksiyasına zidd olmaqla, onun kreditor üçün əhəmiyyətinin azalmasına, zaminlə borclunun məsuliyyətinin solidarlığının itməsinə səbəb olardı.
58. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının zaminlik müqaviləsində solidar zaminliyi müəyyən olunub. Bu halda zamin kreditor qarşısında öhdəliyin icra olunması üçün borclu ilə birgə məsuliyyət daşıyır. Bu o deməkdir ki, zamin və borclu Mülki Məcəllənin 425.2-ci maddəsinin tələbinə uyğun olaraq, kreditora olan borcun ödənilməsinə zəmin y aratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
59. Zaminin borcu qismən ödəməsi, onu öhdəliyin tam (qalan hissəsinin) icrasından azad etmir (zaminlik müqaviləsinin 4.3-cü bəndi). Borcun qismən ödənilməsinə baxmayaraq, onun qalan hissədə öhdəliyi davam edir və bu öhdəliyə borc tam ödənildikdən sonra xitam verilir. Zaminin kreditor qarşısında öhdəliyi davam etdiyi halda borcludan Mülki Məcəllənin 457-ci maddəsinə əsasən özünə olan borcun ödənilməsini tələb etməsi belə bir vəziyyət yaradır ki, borclu kredit müqaviləsi üzrə öhdəliyini icra etməsi ilə yanaşı, zaminə də ödəniş etməyə məcbur edilir. Bu da yuxarıda qeyd olunduğu kimi kreditorun zaminliklə təm in olunmuş öhdəliyin icrasının ləngiməsi, zaminlikdən irəli gələn birgə məsuliyyətin azalması, nəticə etibarilə zaminliyin təyinatını itirməsinə səbəb olur.
60. Beləliklə, Mülki Məcəllənin 475-ci maddəsinin tətbiq olunması üçün ilk növbədə zəruri dispozisiya şərti olan öhdəliyin zamin tərəfindən icra edilməsi müəyyən olunmalıdır. “Ohdəliyin zamin tərəfindən icra edilməsi” dedikdə, zamin tərəfindən ödənilmiş məbləğin borca nisbətdə tam və ya qismən olmasından asılı olmayaraq, müqavilə üzrə borcun tam ödənilmiş olması ehtiva edilir. Cavabdeh də apelyasiya şikayətində diqqəti buna cəlb edərək, borcun tam icra olunmadığını, kredit ödənişinin davam etdiyini bildirmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilinə heç bir münasibət bildirməmiş, borcun tam ödənilib-ödənilməd iyini araşdırmamışdır. Halbuki, işin düzgün həlli, iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 475.1-ci maddəsinin tətbiq olunması üçün bu halın müəyyən edilməsi zəruri idi.
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Ku znetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
62. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndi).
64. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.
65. X üsusilə qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
66. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Göründüyü apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfi ndən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
67. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
69. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyy ən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2(103)-896/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.