Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2289/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil və cavabdeh “xxxx” KB ASC-nin vəkili V oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)**/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx.xx.2018-ci il tаr ixli, 2(006)-1964/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” KB ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3 və qeyrilərinə qarşı “ipotekanın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əzim Şirvani küçəsi, ev 14, 150 saylı mənzilin ipotekasının ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, M.Məmmədov, E.Nağıyeva) xx.xx.2018-ci il tarixli, 2(103)-11315/2018 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli, 2(006)-1964/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov, A.İsgəndərov, İ.Dəmirov) xx.xx.2019-cu il tarixli, 2(102)-1610/2019 saylı qərarı ilə cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11315/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, Ü.Mayılov) xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli, 2(006)-1964/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmi n edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” KB ASC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, Bakı şəhəri 41 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipotekanın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 14, 150 saylı mənzilin ipotekasının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil kasasiya şikayətini onunla əsa slandırmışlar ki, xx.xx.2014-cü il tarixdən sonra Rövşən Rəhimovla “xxxx” KB ASC arasında onların üçtərəfli ipoteka müqavilələri olan xx.xx.2012-ci il tarixli, 05Ui/12 saylı əsas İpoteka müqaviləsi, həmin ipoteka müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Saziş, “xxxx” KB ASC ilə R.Rəhimov arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Sazişə uyğun kredit müqaviləsi bağlanmamışdır. R.Rəhimov ilə “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi isə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Sazişə uyğun deyil. Belə ki, x x.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Sazişdə kredit məbləği manatla müəyyən edildiyi halda, xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi ABŞ dolları ilə müəyyən edilmişdir. Müqavilənin manatla deyil, ABŞ dolları ilə bağlanması iddiaçının hüquqlarının pozulmasına belə səbəb olur ki, hazırki dövrdə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi bahalaşdığından borclu R.Rəhimovun banka olan borcunun geri qaytarılması şansı sıfıra enir. Belə olduqda isə borclunun bilərəkdən deyil, maddi çətinlik üzündən üzərinə düşən öhdəliyi yerinə yetirə bilməməsi səbəbindən borcun ödənilməsi iddiaçının əmlakına yönəldilə bilər. Əgər iddiaçıya əvvəlcədən kreditin manatla deyil dollarla verilməs i təklif edilsə idi o, həmin kredit müqaviləsindən ötrü əmlakının ipotekaya qoyulmasına razı olmazdı. Bundan başqa, R.Rəhimovla cavabdeh bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsində faiz dərəcəsi göstərilməmiş, iddiaçının razılığı olmadan xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi manatla deyil, dollar ilə müəyyən edilmişdir. Beləliklə, iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərə cavabdeh deyildir. Onun bağladığı ipoteka müqaviləsi isə həmin kredit müqaviləsinin təminatı üsulu kimi müəyyən edilə bilməz. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak e dən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, 3-cü şəxslər X4 və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 3-cü şəxs ünvan 1 ünvanlayaraq, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” KB ASC-nin vəkili V oğlu kasasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası iddianın təmin edilməməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, işdən görünür ki, xx xxxx 2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən, borcverən “xxxx” KB ASC borcalan R 52.500 manat məbləğində 60 ay müddətinə, yəni xx xxxx 2017-ci il tarixədək bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verir. Həmin Müqavilənin 1.2-ci bəndinə gör ə, kredit məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Həmin Müqavilənin 1.3-cü bəndində göstərilir ki, əsas kredit müqaviləsi çərçivəsində borcalan R verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Əlavə kredit müqaviləsində onun əsas kredit müqaviləsi çərçivəsində bağlanılmasına dair şərt nəzərdə tutulmalıdır. Həmin Müqavilənin 6.2-ci bəndinə görə, bu müqavilə üzrə borcalan R öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyulan əmlak həm bu müqavilə üzrə, həm də müqavilə çərçivəsində bağlanılan əlavə kredit müqavilələri üzrə bor calan R öhdəliyinin icrasının təmin edilməsi üsulu kimi çıxış edir. Bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan müddət və kredit limiti çərçivəsində borcalan Rövşən Rəhimova neçə dəfə kredit verilməsindən asılı olmayaraq bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalan Rövşən Rəhimov tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklər bu müqavilənin təminatı olan ipoteka ilə təmin olunur. Eləcə də xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan İddiaçı bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan əsas kredit müqaviləsi ilə müəyyən edilən müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalan Rövşən Rəhimovun öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 14 s aylı evin, 150-ci mənzilini ipoteka saxlayan “xxxx” KB ASC-nə ipoteka qoyur. Həmin Müqavilənin 1.3-cü bəndində göstərilir ki, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan ipoteka predmeti əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilən müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalan Rövşən Rəhimovun öhdəliklərinin icrasının təmini üsuludur. Bu müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayan “xxxx” KB ASC-nin ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borcalan R neçə dəfə kredit verilməsindən asılı olmayaraq əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalan Rövşən Rəhimov tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. Həmin Müqavilənin 3.1-ci bəndində göstərilir ki, ipoteka qoyulmuş mənzil ipoteka saxlayan “xxxx” KB ASC-nin tələblərini faktiki ödəmə anına kredit üzrə əsas borc məbləği, kreditdən istifadəyə görə hesablanmış faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulu, vurulmuş zərərin əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərcləri və digər xərclər də daxil olmaqla tam həcmdə təmin olunur. Həmin Müqavilənin 6.1-ci bəndinə görə, bu müqavilə dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və tərəflərin kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə qədər qüvvədədir. Daha sonra xx xxxx 2012-ci il tarixli əsas kredit müqaviləsinə əlavə edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sa zişə əsasən, tərəflər arasında bağlanmış sözügedən əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulan kredit limitinin məbləği artırılaraq 1.000.000 manat məbləğində, əsas kredit müqaviləsinin son bitmə tarixi isə uzadılaraq xx xxxx 2019-cu il tarixədək müəyyən edilir. Həmin Müqavilənin 2-ci bəndində göstərilir ki, bu saziş xx xxxx 2012-ci il tarixli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. İşə əlavə edilmiş xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əlavə edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sazişin 1-ci bəndində göstərilir ki, tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan xx xxxx 2012-ci il tarixli əsas kredit müqaviləsinə əlavə sazişə əsasən kredit müddəti dəyişdirilərək xx xxxx 2019-cu i l tarixədək müəyyən edilir. Həmin Müqavilənin 2-ci bəndinə görə, tərəflər arasında bağlanılan xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan xx xxxx 2012ci il tarixli əsas kredit müqaviləsinə əlavə edilməsi haqqında sazişə əsasən kredit məbləği dəyişdirilərək 1.000.000 manat müəyyən edilir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, ipoteka predmetini sözügedən mənzil təşkil edir. Həmin Müqavilənin 4-7-ci bəndlərinə görə, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 78.000 manat məbləğində qiymətləndirilir. İpoteka müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılır. İpoteka qoyan İddiaçı ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu saziş imzalandığı tarixdən qüvvəyə minir və ipoteka müqaviləsi nin ayrılmaz hissəsi sayılır. Bundan başqa xx xxxxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, borcverən “xxxx” KB ASC müqavilənin 1.2, 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti borcalan Rövşən Rəhimovun mülkiyyətinə verir, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun olaraq istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverən “xxxx” KB ASC qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2, 1.3-cü bəndlərində göstərilir ki, bu müqavilə üzrə “xxxx” KB ASC tərəfindən borcalan Rövşən Rəhimova verilən kreditin məbləği 91.500 ABŞ dolları təşkil edir. Kredit 36 ay müddətinə, yəni xx xxxxxx 2017-ci il tarixədək illik 21 faiz ödəmək şərti ilə verilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, borcalan R bu müqavilədən irəli gələn öhdəliklə rinin icrası borcverən “xxxx” KB ASC ilə aralarında bağlanılan xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsi və ona edilən dəyişiklik haqqında xx xxxxxx 2014-cü il tarixli əlavə sazişə əsasən sözügedən mənzillə təmin olunur. Apelyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsas kredit müqaviləsinin şərtlərini təfsir edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də bütün müvafiq halları, o cümlədən tərəflərin müqaviləyə qədər ki danışıqlarını, sonrakı hərəkətlərini, habelə xx xxxxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsinin xx xxxx 2012-ci il tarixli əsas kr edit müqaviləsinə əlavələr edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sazişin, həmçinin xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əlavələr edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sazişin şərtləri çərçivəsində bağlanmasını, həmin sazişlərdə kreditin müddətinin dəyişdirilərək xx xxxx 2019-cu il tarixədək uzadılmasını, kreditin məbləğinin isə dəyişdirilərək 1.000.000 manat məbləğində müəyyən edilməsini, ipoteka predmetinin 78.000 manat məbləğində qimətləndirilməklə sözügedən əsas kredit müqaviləsi, həmin müqaviləyə dəyişiklik edilməsi haqqında saziş üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi saxlanılmasını, əlavə kredit müqaviləsi üzrə Rövşən Rəhimova verilən 91.500 ABŞ dolları kreditin əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişdə göstərilən 1.000. 000 manat məbləğində kreditin limitini aşmamasını, əsas kredit müqaviləsi üzrə hesablanacaq faizlərin tərəflər arasında olan razılaşmaya görə əlavə kredit müqavilələri ilə tənzimlənməsini nəzərə almadan, əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsini, iddiaçının razılığı olmadan əlavə kredit müqaviləsində kreditin valyutasının dəyişdirilməsini və bununla da qanunverciliyin tələblərinin pozulmasını əsas tutub, sözügedən mənzilin ipotekasını ləğv etməklə əslində Rövşən Rəhimovun “xxxx” KB ASC-nə olan 91.500 ABŞ dolları kredit borcunu təminatsız buraxmışdır. Halbuki, müqavilə azadlığı və mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi prinsipinə uyğun olaraq mülki qanunvericilik imkan verir ki, tərəflər Mülki Məcəllədə sadalanan öhdəliklərin icrasının təminatı üsullarından fərqli təminat üsullarını öz aralarındakı müqavilədə nəzərdə tutsunlar (Mülki Məcəllənin 460.1-ci maddəsi). Hüquq nəzəriyyəsində əksər təminat üsulları üçün ümumi xüsusiyyətlər müəyyən olunur. Həmin xüsusiyyətlərə üsulların təminat xarakteri daşıması, əsas öhdəlikdən asılılığı, əsas öhdəlikdən ayrılıqda müstəqil mövcudluğunun mümkünsüzlüyü (bank qarantiyası istisna olmaqla), təminat üsullarının aksessorluğu, əmlak yönümlü nəticələrin baş verməsi aiddir. Həmin Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Əsas kredit müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təmi natı üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi ipoteka çıxış edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov sax layan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qeyd edilməlidir ki, girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Girov və ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır (Mülki Məcəllənin 269.11-ci maddəsi). Həmin Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.1-48.1.5-ci maddələrinin mənas ına görə ipotekaya- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; eləcə də bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Bu baxımdan apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin ipotekasının ləğv edilməsi üçün qanuni əsaslar olmamışdır. Belə ki, iddiaçının məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan, yəni kreditin ümumi məbləğinin artması; kreditin faizinin artması; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm olan hallar baş verməmişdir. Kreditin valyutasının dəyişdirilməsinə gəlincə isə Rövşən Rəhimovla bağlanmış əlavə kredit müqaviləsinin şərtləri əsas kredit, ipoteka müqavilələrinin, eləcə də onlara dəyişiklik edilməsi haqqında sazişlərin şərtlərinə zidd deyil, həmin müqavilələr üzrə iddiasının üzərinə məsuliyyətini artıran hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin əlavə kredit müqaviləsi üzrə Rövşən Rəhimova ayrılmış 91.500 ABŞ dolları əsas kredit müqaviləsi ilə tənzimlənən ümumi limit məbləğini, yəni 1.000.000 manatı aşmamışdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi sadalanan halları, eləcə də iddiaçının xəbəri olmadan bağlanmasını iddia etdiyi əlavə kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin konkret həcmi əsas kredit müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını nəzərə almamışdır. Əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsi, həmçinin əlavə kredit müqaviləsində nəzərdə tutulan illik 21 faiz dərəcəsinin, onlara hesablanacaq cərimənin iddiaçı ilə razılaşdırılmaması, əlavə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməməsi, mənzilin ipotekasının ləğv edilməsi üçün əsas sayıla və ipoteka qoyanın məsuliyyətinin artması kimi qiymətləndirilə bilməz. İpoteka qoyanın məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktın müəyyən edilməsi zamanı hər bir tərəfin, o cümlədən ipoteka saxlayanın qanuni maraqlarının nəzərə alınması zəruridir. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə Mülki Məcəllənin 377.1, 384.0.4-cü maddələrinin tələblərinə istinad edib, iddiaçının hüququnun pozulduğunu Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinin qəbul edilməsindən sonra bilməsini göstərsə də, apellyasiya inst ansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, iddiaçının zəruri sənədləri (1 və 2 saylı forma arayışları) toplayıb notariat orqanına təqdim etməsi, sözügedən ipoteka müqaviləsini, ona əlavələr edilməsi haqqında sazişi imzalaması, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişi, kredit borcunun tutulması və sair tələblər üzrə iddia ərizəsinin surətini qəbul etməsi və hətta həmin işə baxılarkən məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunması, həmin vaxt ipoteka müqaviləsini deyil, yalnız ipotekanın qiymətini, kredit borcunun məbləğini mübahisələndirməsi, əslində onun əlavə kredit müqaviləsi barədə məlumatlı olmaması qənaətinə gəlməyə əsas vermir. Digər tərəfdən işdən görünür ki, ipoteka müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən dəyişdiri lərək xx xxxx 2019-cu il tarixədək müəyyən edildiyi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2018-ci il tarixdə müraciət etdiyi və ipoteka müqaviləsinin ləğv edilməsini və ya etibarsızlığını tələb etmədiyi halda, mənzilin ipotekasının ləğv edilməsi əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, yuxarıda sadalanan maddi hüquq normalarının məqsədi ipotekanın xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən ipoteka qoyana hüquqi müdafiə imkanının yaradılmasıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri iddia tələbinin məzmunu ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası iddia ərizəs ində göstərilən halların iddianın təmin edilməsinə əsas verməməsini hazırda yuxarıda qeyd edilən qaydada əsaslandırmaqla düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı da apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına istinad etsə də, özünün də qeyd etdiyi adıçəkilən qərarda ipoteka müqaviləsinin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsindən bəhs edilir. İddiaçı isə ipoteka müqaviləsinin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsini deyil, mənzil ipotekasının ləğv edilməsi tələbini irəli sürmüşdür. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2289/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2289/2020
09.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver