Məhkəmə qərarları › İş №2(102)-229/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-229/2021

25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-229/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin ödənilməsi 25.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5112/2020 nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Ba kı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 29,302.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəci ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 29,302.2 və 302.2- ci maddələri ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq İddiaçı 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisə sində çəkməsi, cəzaçəkməsinin başlanğıcı 25 noyabr 2015-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən alihərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin 18.03.2011-ci il tarixli, 1409 nömrəli sərəncamı ilə ona verilmiş general-mayor), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikası Prezidentinin 27 mart 2007-ci il tarixli, 2067 nömrəli sərəncamı ilə ona verilmiş “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və 29 mart 2010-cu il tarixli, 819 nömrəli sərəncamı ilə ona verilmiş “Hərbi xidmətlərə görə” medalından məhrum edilməsi məsələsinin həlli üçün həmin ali hərbi rütbə və dövlət təltiflərini vermiş müvafiq icra hakimiyyəti orqanına təqd imat göndərilməsi hökm edilmişdir 2.Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmündən görünür ki, zərəçəkmiş şəxs Cavabdeh təqsirləndirilən şəxs İddiaçı qarşı maddi və mənəvi ziyana görə 961000 (doqquz yüz altmış bir min) manat məbləğində pul vəsaitinin qaytarılmasına dair mülki iddiasının qismən təmin edilməsi, 340000 (üç yüz qırx min) manat məbləğində pulun təqsirləndirilən şəxs İddiaçı tutularaq Cavabdeh ödənilməsi hökm edilmişdir. 3.Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-01 saylı 08 fevral 2019-cu il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin məhkumlar İddiaçı, X4, X9, X3, X5, X7, X1 və qeyriləri haqqındakı 23 aprel 2018-ci il tarixli hökmü məhkumlar İddiaçı, X1, X2, X3, X4, X5 və X6ə aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 500000 (beş yüz min) manat vəsaitin onun hesabına köçürülməsi üçün qətnamə çıxarılmasını və cavabdehin iştirakının təmin edilməsini xahiş etmişdir

3. İddia onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh (xx.xx.1962, Ağdam, Əliağalı kəndi) ona qarşı ibtidai istintaq və məhkəmə istintaqı zamanı yalan ifadələr (izahatlar) verərək mənəvi zərər vurmuşdur. Belə ki, vətəndaş Cavabdeh istintaqa və məhkəməyə ziddiyyətli ifadələr verərək 500000 (beş yüz min) manat dəyərində mənəvi zərər vurmuşdur. Cavabdeh yalan ifadələri mənəvi sarsıntı keçir məyinə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və sağlamlığının pozulmasına səbəb olmuşdur. Qeyd edir ki, Cavabdehla ilk dəfə istintaqda tanış olmuşdur. Əvvəllər onu tanımırmış. Üzünü ilk dəfə məhkəmə zalında görmüşdür. Cavabdeh ilk dəfə istintaqda ona pul verdiyini bildirmiş, sonradan isə ifadəsini dəyişərək “Bəs mən pulu kimə vermişəm deyə” ziddiyyətli ifadələr vermişdir. Eyni zamanda bildirir ki, sübutların saxtalaşdırılması üçün məhkəmə gedişatında Cavabdeh barəsində ətraflı məlumatlar təqdim ediləcəkdir

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(007)-843/20 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov) ddiaçı İddiaçı Cavabdeh qarşı "Ca vabdeh 500000 (beş yüz min) manat vəsaitin onun hesabına köçürülməsi" tələbinə dair iddiası rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21,2, 82.4, 1096, 1097.1-ci, MPM-nin 14.2., 77.1., 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5112/2020 nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İskəndərov və İ.Kərimli) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-843/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

10. İkincisi,məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cavabdehin iddiaçıya qarşı nə ibtidai, nə də məhkəmə istintaqı zamanı yalan ifadə verməsi təsdiq edilməmişdir. Əksinə cavabdehin cinayət işi üzrə zərərçəkən kimi iddiaçıya qarşı mülki iddiası qismən təmin edilərək 340000(üç yüz qırx min) manatın tutulması hökm edilmişdir. Belə vəziyyətdə cavabdeh iddiaçıya necə mənəvi ziyan vura bilərdi? Əlbətdə ki, bu cür iddia irəli sürməmişdən əvvəl iddiaçı özü üçün bu halları dəqiqləşdirməli idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin də lilləri

11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

15. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi mə sələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

19. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dö vriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.1 və 21.2) Mülki Prosessual Məcəllə

20. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

21. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

22. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir(Maddə 82.4.) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, şikayət qanunvericiliyin tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır.

25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5112/2020 nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar