Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2291/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmək haqqının ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-810/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin hal ları: 16 oktyabr 2019-cu il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında 1 il müddətinə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı MMC-nin biznesin inkişafı şöbəsinin rəhbəri vəzifəsinə qəbul olunmaqla aylıq əmək haqqı 3.895 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 12 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi və dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu ildə "xxxx" MMC-nin təsisçisi Emin Əsgərovun təklifi ilə əvvəlki işindən çıxaraq MMC-yə işə qəbul edilməsini, müqaviləyə qədərki ra zılaşmanın əksinə olaraq aylıq əmək haqqının 4500 manat əvəzinə müqavilədə ondan az məbləğdə müəyyən olunmasını, eləcə də razılaşmanın ziddinə olaraq sınaq müddətinin müəyyən olunmasını, az sonra cavabdehin təzyiqi altında işdən azad olunması barədə ərizə verməsini, işdən azad olunsa da, əmək haqqı və son haqq-hesabın ona ödənilməməsini, cavabdehin hərəkəti nəticəsində ona mənəvi ziyan dəyməsini əsas göstərməklə, 2020-ci ildə əmək haqqı və son haqq-hesab kimi ona ödənilməmiş 4879,16 manatın, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə gündəlik 1 faiz ödənc kimi 10.689,85 manatın və mənəvi ziyana görə 10.000 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3380/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: V.M.Hacıyev) iddia qismən təmin edilərək İddiaçı işdən azad olunduğu 12 fevral 2020-ci ildən hesablanmış 5.379,16 manat məbləğində əmək haqqı və son haqq-hesabdan 08 sentyabr 2020-ci il tarixədək ödənilməmiş qalan 4.879,16 manatın, əmək haqqının gecikdirilməsinə görə cərimə kimi 500 manatın, cəmi 5379,16 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək əmək haqqının gecikdirilməsinə görə tələb etdiyi ödəncin məbləğinin azaldılmasının Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə uyğun olmamasını və mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə məhkəmənin nəticəsinin qanunsuz olmasını əsas göstərməklə qə tnamənin qismən ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-810/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.M.Həsənov və V.Ə.İbayev) iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3380/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilən “ödənilməmiş əmək haqqında gündəlik 1 faiz ödəncin verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı ödənilməmiş əmək haqqında gündəlik 1 faiz ödəncin verilməsi qismində 8523,4 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, qə tnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək əmək haqqının ödənilməsi məsələsinin mübahisə predmeti olduğu üçün belə vəziyyətdə MMC-nin hərəkətinin gecikdirmə kimi qiymətləndirilməsinin düzgün olmamasını əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilib yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilərək apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəm ə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 172, 4-cü hissə İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172, 5-ci hissə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan q aydada həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi yalnız əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması hi ssəsində mübahisələndirildiyindən kollegiya qətnamənin qanuniliyini həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdən görünür ki, əmək müqaviləsinə görə iddiaçının aylıq əmək haqqı 3895 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı ilə əmək müqaviləsinə 12 fevral 2020-ci il tarixdə xitam verilsə də, məhkəmə tərəfindən müəyyən olunduğu kimi ona son haqq-hesab ödənilməmişdir. İddiaçıya ödənilməli olan son haqq-hesabın məbləği isə 5379,16 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək m übahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. X1 tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli rəyə görə iddiaçıya verilməli olan ödəncin məbləği 8523,4 manat təşkil edir. Ekspertin həmin rəyinə əsaslanan məhkəmə kollegiyası iddianı həmin hissədə 8523,4 manat məbləğində təmin etmişdir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Res publikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-810/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2291/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2291/2022
20.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver