Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2292/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdeh xxx na qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: sığortaçının subroqrasiya hüququnun yaranması, şərtsiz azadolma, subroqasiya tələblərində iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və vəkili xxxnun, Cavabdeh xxxnun və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 15 oktyabr 2020-ci il tarixli, 2(103)1372/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X3 məxsus “xxx CR-V” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən 25 oktyabr 2008-ci il tarixdən 25 oktyabr 2013-ci il tarixədək nəqliyyat vasitəsinin kasko sığortası növü üzrə sığortalanmışdır. xxx 11 yanvar 2012-ci il tarixdə “xxx” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və yol-nəqliyyat hadisəsi törədərək, X3 məxsus “xxx” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 27 mart 2012-ci il tarixli qərarı ilə xxx Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş hesablama arayışına əsasən “xxx CR-V” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması ilə bağlı görülməli olan təmir işlərinin və ehtiyat hissələrinin ümumi dəyəri 7156 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin 08 may 2012-ci il tarixli sığorta aktı ilə X3 məxsus və “xxxx” ASC-də sığortalanmış “xxx CR-V” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı sığorta ödənişi, sığorta müqaviləsində nəzərdə tutulmuş 650 manat franşiza (azadolma məbləği) çıxılmaqla, 6506 manat məbləğində müəyyə n edilmiş və həmin məbləğdə pul vəsaiti 18 may 2012-ci il tarixdə X3 ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2018-ci il tarixli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “xxx CR-V” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6210 manat müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC cavabdeh xxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6506 manat məbləğində sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğ ində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1423 nömrəli 18 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, xxxndan 6506 (alt min beş yüz altı) manat sığorta ödənişi məbləğində və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində manat dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sığortalanmış “xxx CR-V” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “xxx” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyanı iddiaçı “xxxx” ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmə lə gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh xxx apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1423 nömrəli 18 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə həmçinin ərizə verərək, iddiaçının reqress qaydasında pul tələbinə dair iddianın sığorta ödənişi edildiyi tarixdən 6 il keçdikdən sonra verdiyindən iddia müddətinin keçməsini göstərmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(103)-1372/2020 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət t ərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(011)-1423 nömrəli qətnaməsi dəyişdirilərək, xxxndan 6210,00 manat sığorta ödənişi məbləğində pul vəsaitinin alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini əsas götürərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə xüsusi biliyə malik olan mütəxəssis rəyi almadan dəymiş ziyanın hesablamaqla səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı xxx kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(103)-1372/2020 nömrəli qətnaməsini ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qanunvericiliyin normasına əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, lakin apellyasiya instansiyası məhkəməsi müddətin ötürülməsinə baxmayaraq, iddianı qismən təmin edərək, səhv nəticəyə gəlmişdir. Məhkəmə əsassız olaraq reqress hüququnu müqavilədən irəli gələn hüquq kimi qiymətləndirməmiş və həmin tələblər üzrə müəyyən olunan iddia müddəti tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı “xxxx” ASC tərəfindən kassasiya şikayətinə yazılı etiraz verilərək iddiaçı nın cavabdehə qarşı tələbinin müqavilənin icrası ilə əlaqədar deyil, deliktdən irəli gəldiyi göstərilmiş və bu səbəbdən həmin tələbə müqavilədən irəli tələblər üzrə iddia müddətinin tətbiq olunmasına dair kassasiya şikayətinin dəlilinin əsassız olması qeyd olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası cavabdeh xxx və vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 və vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəm əsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulan pul vəsaitinin məbləği azaldılsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini təmin olunmuş hissədə ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının mübahisələndirilən hissədə (iddianın təmin olunmuş hissəsində) yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulm asın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala bilə cəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 898.4-cü maddəs inə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.3-cü maddəsinə əs asən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəti cəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllə də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasland ırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə ziyanı vurulduğundan və həmin ziyanın dəyəri sığorta müqaviləsi əsasında iddiaçı tərəfindən sığortalıya ödənildiyindən, Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta şirkəti olan iddiaçıya subroqasiya qaydasında keçmiş və onun ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdeh və iddiaçı hər hansı müqavilə münasibətlərində olmamışlar. Sığorta müqaviləsi iddiaçı ilə zərər yetirilmiş avtomobilin sahibi (s ığortalı) arasında bağlanmışdır ki, cavabdeh həmin münasibətlərdə tərəf olmamışdır. Subroqasiya hüququ sığorta müqaviləsi üzrə sığortaçının öhdəliklərini yerinə yetirməsi nəticəsində yaransa da, sığorta şirkəti və zərər vuran arasında olan münasibətlər artıq deliktə əsaslanır. Bu səbəbdən belə öhdəliklərdən yaranan tələblərə Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən 10 il təşkil edən ümumi iddia müddəti tətbiq olunmalıdır ki, hazırkı işdə həmin müddətlər ötürülməmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməli olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanı ekspert rəyi ilə müəyyən etdiyi halda (məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya məhkəməsinin həmin mövqeyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir), əsassız olaraq sığorta şəhadətnaməsi ilə müəyyən olunmuş şərtsiz azadolmanı nəzərə almamışdır. Halbuki, Mülki Məcəllənin 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyi ilə müəyyən etdiyi ziyandan şərtsiz azadolma kimi nəzərdə tutulmuş 650 manat çıxılmalıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx tərəfindən veri lmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(103)-1372/2020 nömrəli qətnaməsi dəyişdirilsin. xxxndan subroqasiya qaydasında 5560 (beş min beş yüz altmış) manat məbləğində pul tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamə iddianın təmin olunmuş qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2292/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2292/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver