Məhkəmə qərarları › İş №2(102)-2300/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2300/2020

11.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2300/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı3 vəkili X2, cavabdehin vəkili Məmmədov Arif Həsən oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” (Azərbaycan) ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4089/2019 saylı, xx xxxxxx 2019cu i l tarixli qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev) iddia tələbləri təmin edilmiş, Cavabdeh ASC ilə X1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 150282-1-16914 saylı baş kredit razılaşmasına əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə Bank ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 152299-NEDVİJ3821 nömrəli, İddiaçı4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 150642-NEDVİJ-3756 nömrəli, İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ-3822 nömrəli, xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ3823 nömrəli, xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ-3824 nömrəli, xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ-3825 nömrəli daşınmaz əmlakın ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi, İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 152298- 7-92 64 nömrəli, İddiaçı3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 150641-7-9141 nömrəli zaminlik müqavilələrinin xitam edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı4 mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.016 ha torpaq sahəsində yerləşən bağ evi, İddiaçı1 mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1447 ha torpaq sahəsi, İddiaçı2 mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.085 ha torpaq sahəsi, Bakı şəhəri, XXX ünvanında yerləşən qeyri yaşayış sahəsi, Bakı şəhəri, XXX ünvanında yerləşən, 119.2 kv.m ümumi sahədən ibarət, qapı 26, 27 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, YXXX ünvanında yerləşən, 96.3 kv.m ümumi sahədən ibarət, qapı 30, 31, 32 nömrəli qeyri-yaşayış sahəsinin yüklülüklərin ləğv edilməsi qət edi lmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), E.Həsənov və F.Babayev, 2(103)13634/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4089/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “ipoteka və zaminlik müqavilələrinin bağlanmamış hesab edilməsi və xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "Cavabdeh" ASC ilə X1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 150282-1-16914 saylı "Baş kredit razılaşması"na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə Bank ilə İddiaçı1 ar asında bağlanmış xx.xx.2015-ci il tarixli, 152299-NEDVİJ-3821 nömrəli, İddiaçı4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 150642-NEDVİJ-3756 nömrəli, İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ3822 nömrəli, xx.xx.2015-ci il tarixli, 152298- NEDVİJ-3823 nömrəli, xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ-3824 nömrəli, xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ-3825 nömrəli "Daşınmaz əmlakın ipoteka müqaviləsi" və İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 152298-7-9264 nömrəli, İddiaçı3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 150641-7-9141 nömrəli "Zaminlik müqaviləsi"nin ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı4 mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.016 ha torpaq sahəsində yerləşən bağ evi, İddiaçı1 mülk iyyətində olan, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1447 ha torpaq sahəsi, İddiaçı2 mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.085 ha torpaq sahəsi, Bakı şəhəri, XXX ünvanında yerləşən qeyriyaşayış sahəsi, Bakı şəhəri, XXX ünvanında yerləşən, 119.2 kv.m ümumi sahədən ibarət, qapı 26, 27 nömrəli qeyri yaşayışsahəsi, Bakı şəhəri, YXXX ünvanında yerləşən, 96.3 kv.m ümumi sahədən ibarət, qapı 30, 31, 32 nömrəli qeyri-yaşayış sahəsinin yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh ASC ilə X1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 150282-1-16914 saylı baş kredit razılaşmasına əsasən öhdəliklərin icrasının təmin edilməs i barədə Bank ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 152299NEDVİJ-3821 nömrəli, İddiaçı4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 150642NEDVİJ-3756 nömrəli, İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 152298NEDVİJ3822 nömrəli, xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ-3823 nömrəli, xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ-3824 nömrəli, xx.xx.2015-ci il tarixli, 152298-NEDVİJ-3825 nömrəli "Daşınmaz əmlakın ipoteka müqavilələrinin bağlanmamış hesab edilmələri, İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 152298-7-9264 nömrəli, İddiaçı3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 150641-7-9141 nömrəli zaminlik müqavilələrinin xitam edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı4 mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.016 ha torpaq sahəsində yerləşən bağ evi, İddiaçı1 mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1447 ha torpaq sahəsi, İddiaçı2 mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.085 ha torpaq sahəsi, Bakı şəhəri, XXX ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri, XXX ünvanında yerləşən, 119.2 kv.m ümumi sahədən ibarət, qapı 26, 27 nömrəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, XXX ünvanında yerləşən, 96.3 kv.m ümumi sahədən ibarət, qapı 30, 31, 32 nömrəli qeyri-yaşayış sahəsinin yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh ASC ilə X1 arasında xx.xx.2015-ci il tarixdə 150282-1-16914 saylı “Baş kredit razılaşması” bağlanmışdır. Həmin razılaşmaya əsasən, Elçin Bayramova 120 (bir yüz iyirmi) ay müddətinə 5 000 000 (beş milyon) ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. Həmin müqavilənin təminatı olaraq Bank ilə İddiaçı4 arasında xx.xx.2015-ci il tarixli, İddiaçı1 arasında xx.xx.2015-ci il tarixli, İddiaçı2 arasında xx.xx.2015-ci il tarixli, İddiaçı2 arasında xx.xx.2015-ci il tarixli, İddiaçı2 arasında xx.xx.2015-ci il tarixli, İddiaçı2 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi və İddiaçı2 ilə xx.xx.2015-ci il tarixli, İddiaçı3 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrdən sonra Zamin və ipoteka qoyanlara məlumat verilmədən və onlarla razılaşdırılmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişdik edilmədən Bank ilə E.Bayramov arasında bağlanmış xx.xx.2015 -ci il tarixli, 150282-1-16914/1 saylı “Bərpa olunan kredit xətti müqavfləsinə əsasən, E.Bayramova illik 17 faiz hesablanması şərti ilə 6 (altı) ay müddətinə 790 000 (yeddi yüz doxsan min) manat, Bank ilə E.Bayramov arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 150282-1-16914/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən, E.Bayramova illik 17 faiz hesablanması şərti ilə 6 (altı) ay müddətinə 599 000 (beş yüz doxsan doqquz min) manat məbləğində kredit verilmişdir. Vəsaitin konkret olaraq verilməsi barədə sonrakı müqavilələrdəki əsas şərtlərlə bağlı iddiaçıların razılığ alınmadığı üçün ipoteka müqavilələri sonrakı müqavilələrə münasibətdə bağlanmamış hesab olunmalı, həmin müqavilələrə münasibətdə zamiliyə xitam verilməli, eyni zamanda ipoteka ilə yüklü edilmiş əmlaklara yüklülük ləğ v edilməlidir. İddiaçılar tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarına istinad etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh “xxxx” (Azərbaycan) ASC apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apelyasiya məhkəməsinin istinad etdiyi Konstitusiya Məhkəməsinin zaminliklə bağlı başqa hüquq münasibətlərini tənzimləyir və həmin müddəlar zaminlik müqaviləsinə xitam verilməs ini nəzərdə tutmur. Bundan başqa iddiaçılar pretenziya qaydasına əməl etməmişlər, həmdə yeni mübahisə predmeti ilə çıxış etmişlər ki, bu da özlyündə AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərardadının tətbiq edilməsi üçün əsasdır. Daha sona birinci və apelyasiya instansiyası məhkəməsi iddia müddətini tətbiq etməməklə səhvə yol vermişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədov Arif Həsən oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 vəkili X2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər iddiaçılar şəxs məhkəmə iclasının vaxtı və yer i barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 150282-1-16914 saylı "Baş kredit razılaşması”na əsasən Bank E.Ş.Bayramova 120 (bir yüz iyirmi) ay müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya manat ekvivalenti olan məbləğində kredit xətti açmışdır. Qeyd olunan xətt müqaviləsinin təminatı kimi ipoteka zaminlik müqavilələri bağlanmışdır. Lakin sonradan konkret olaraq kredit vəsaitinin verilməsi ilə bağlı müqavilələr bağlananda ipoteka qoyanların və zaminlərin razılığı alınmamışdır. Beləki, Bank ilə E.Bayramov arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 150282-1-16914/1 saylı “Bərpa olunan kredit xətti müqavfləsinə əsasən, E.Bayramova illik 17 faiz hesablanması şərti ilə 6 (altı) ay müddətinə 790 000 (yeddi yüz doxsan min) manat, Bank ilə E.Bayramov arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 150282-1-16914/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən, E.Bayramova illik 17 faiz hesablanması şərti ilə 6 (altı) ay müddətinə 599 000 (beş yüz doxsan doqquz min) man at məbləğində kredit verilmişdir. Göründüyü kimi sonrakı müqavilələrdə borc verilən vəsaitin konkret məbləği, valyutası, müddəti və faiz dərəcəsi qeyd edilmişdir. Lakin iddiaçılarla bağlanmış müqavilələrdə müqavilənin həmin mühüm şərtləri razılaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin ba ğlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin "onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsin in 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblə rinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Həmin qərarın qərar verdi hissəsində deyilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilirvə bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi ilə bağlı bildirir ki, əslində qeyd olunan qərarda ipoteka müqaviləsinin sonradan bağlanmış və ipoteka qoyanın razılığı alınmayan müqavilələrə münasibətdə bağlanmamış hesab olunması barədə ifadə formasını belə iddialar irəli sürülməsinə çağırış kimi başa düşülməməlidir. Qərarın məzmunu baxımından bağlanmamış hesab olunma onu ifadə edir ki, sonradan bağlanmış müqavilələrin əsas şərtləri barədə ipoteka qoyan iradə ifadə etməmişdirsə həmin müqavilə onu n üçün yoxdur, həmin müqavilənin ona təsiri, gücü yoxdur. Əslində belə müqavilənin mövcud olmaması ipotekanın həmin müqaviləyə münasibətdə təsiri olmaması, öhdəlik yükü daşımaması anlamını verir. Ona görə həmin qərarlarda qeyd edilmişdir ki, İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qərarda qeyd olunan fikrin ifadə formasını rəhbər tutaraq müqavilənin bağlanmamış hesab olunması barədə iddialar irəli sürülməsini əsaslı saymır. Çünki Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış etsək əslində qeyd oluna n ipoteka müqavilələri, və yaxud zaminlik müqavilələri ipoteka qoyan və zamin üçün heç bir öhdəlik yaratmır. Belə hallarda əmlakın yüklülükdən azad olunması, zaminliyə xitam verilməsi barədə iddialar irəli sürülə bilər, və yaxud bankların həmin müqavilələri (bağlanmamış) əsas tutaraq tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, tutmanın zaminlərdən müştərək qaydada tutulması barədə tələblər irəli sürdükdə qeyd olunan əsaslar iddiaların rədd edilməsi üçün əsas ola bilər. Müqavilənin bağlanmamış hesab olunması iddiası məntiqsizdir. Müqavilə ya mövcuddur, ya da mövcud deyil. Konstitusiya Məhkəməsinin şərhi əslində müqavilənin mövcud olmamasını ehtiva edir. Hazırkı işdə iddia tələbləri həm ipoteka müqavilələrinin bağlanmamış hesab olunması və həm də həmin əmlakların yüklülükdən a zad olunması barədə olduğu üçün məhkəmə kollegiyası formal əsaslarla qətnamənin ləğv olunmasını (müqavilələrin bağlanmamış hesab olunması hissəsində) məqsədmüvafiq hesab etmir. Nəticə etibarı ilə iddiaçının nail olmağa çalışdığı məsələ Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq əmlakın olmayan müqavilələr üzrə yüklülükdən azad olunması barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3. maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən ipoteka müqavilələrinin və zaminli k müqavilələrinin bankla X1 arasında sonradan bağlanmış “Bərpa olunan kredit xətti müqavilə” ləri üzrə təminat kimi çıxış edə bilməməsi barədə Apellyasiya instansiyası Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcə müqavilələrin ləğv olunmasını və sonra bağlanmamış hesab olnmasını xahiş etdiyindən sonrakı düzəliş (müqavilənin bağlanmamış hesab olunması) xx xxxx 2019-cu il tarixdən sonrakı tarixə təsadüf etdiyindən həmin mübahisənin həllinə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarları şamil oluna bilməz. Məhkəmə kollegiyası həmin dəlili qəbul etmir. Ona görə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edəndə də tələbinin qanuni əsası kimi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarını rəhbər tuturdu. İddia tələbinin xahiş etdi hissəsinin necə ifadə olunmasından asılı olmayaraq iddiaçı həmin əsaslarla müqavilənin ləğv edilməsi və yüklülüyün azad edilməsi, sonra isə dəqiqləşmə apararaq müqavilələrin bağlanmamış hesab olunmasını və yüklülüyün azad edilməsini tələb edirdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarlarının tətbiqi baxımından qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Eyni zamanda “Banklar haqqında” Azərba ycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar xx xxxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən ə vvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. İş materiallarından götündüyü kimi, hazırkı tələb üzrə mübahisəyə dair iddia ərizəsi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan xx xxxx 2019-cu il tarixli qərarı qəbul edilənədək hazırkı iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı olmamışdır. Belə olan halda hazırkı mübahisə üzrə qeyd olunan qərarların tətbiqi üçün əsaslar olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnam ə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” (Azərbaycan) ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar