Məhkəmə qərarları › İş №2(102)-2301/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2301/2022

10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2301/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia sı üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(106)-3610/2021 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh və İddiaçı 01.03.2011-ci ildə nikaha daxil olaraq evlənmiş, həmin nikahdan 24.05.2012-ci ildə YYY, 17.08.2013-cü ildə LLLvə 25.12.2018-ci ildə LLLadlı uşaqları doğulmuşdur.

2. X8 07 aprel 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamaqla, ünvan 1 1 saylı ünvanında yerləşən ümumi sahəsi 32,13 kv.m olan mənzili İddiaçı bağışlamışdır. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.10.2018ci il tarixdə qeydiyyata alınmışdır.

3. İddiaçı həmin mənzili 11 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamaqla 15000 manat məbləğə X2.

4. Bundan sonra İddiaçı 21 dekabr 2020-ci il tarixdə X10 bağladığı alğı-satqı müqaviləsi əsasında ünvan 3 (Yeni qaydalara əsasən Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 10000 manata almışdır. Həmin evin üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13.01.2021-ci il tarixdə 1 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 may 2012-ci il təvəllüdlü X4, 17 avqust 2013-cü il təvəllüdlü X5 və 25 dekabr 2018-ci il təvəllüdlü X6 yet kinlik yaşına çatana qədər saxlanması üçün hər biri üçün 200 manat olmaqla hər ay, cəmi 600 manat məbləğində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən bir ay müddətdir ki, ayrılmışdır və atası evində yaşayır. Cavabdeh avtoyuma məntəqəsində işləməsinə baxmayaraq, ailənin saxlanmasına heç bir maddi köməklik etmir.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ilə 11.03.2011-ci ildə Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş, 81 saylı nikah qeydinin pozulması, birgə nikahdan 24.05.2012-ci ildə anadan olmuş X4, 17.08.2013-cü ildə anadan olmuş X5, 25.12.2018-ci ildə anadan olmuş X6 yanında qalmaqla himayəsinə verilməsi, birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış ev inin 1/2 hissə olmaqla aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə münasibətləri sonuncunun ailəsinə xəyanət etməsi, başqa şəxslərlə telefon vasitəsi ilə əxlaqsız yazışmaları, intim əlaqədə olması səbəbindən kəskinləşmişdir və birgə yaşamaları mümkünsüzdür. Uzun müddətdir ki, cavabdeh atası evinə köçmüşdür və bütün bu baş verənlər ona və öz növbəsində uşaqlara mənəvi cəhətdən mənfi psixoloji təsir etmişdir. Uşaqlar analarını görmək istəmirlər.

9. Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə verdiyi rəydə 7 yaşına çatmış uşaqlarla aparılan söhbətlərin nəticəsi olaraq, uşaqların hazırki psixoloji durumunu, azyaşlı olduğunu, azyaşlı uşaqların isə ana qayğısına xüsusi ehtiyacı olduğunu, azyaşlı uşaqların əsasən daha çox anasına bağlı olduğunu nəzərə alaraq, uşaqların mənafeyini müdafiə edərək, 24.05.2012-ci il təvəllüdlü X4, 17.03.2013-cü təvəllüdlü X5 və 25.12.2018-ci il təvəllüdlü X6 ana İddiaçı yanında qalmasını məqsədəuyğun hesab etmişdir.

10. Məhkəmənin təyin etdiyi məhkəmə-psixolojı ekspertizasının rəyində göstərilmişdir ki, valideynlər arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik 24.05.2012-ci il təvəllüdlü X4 və 17.08.2013-cü il təvəllüdlü X5 emosional-iradi sferalarına neqativ təsir göstərmişdir. 24.05.2012-ci il təvəllüdlü X13 anası İddiaçı, 17.08.2013-cü il təvəllüdlü X5 atası Cavabdeh bağlılığı daha çoxdur.

11. Şirvan Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(032)-581/2021 nömrəli qətnaməsi ilə (hakim E.F.Qurba nov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 05.04.2021-ci il tarixdən başlayaraq 24.05.2012-ci ildə anadan olmuş X4 və 25.12.2018-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilərək, iddiaçı Cavabdeh İddiaçı ilə nikahı pozulması qət edilmiş, birgə nikahdan 24.05.2012-ci ildə anadan olmuş X4 və 25.12.2018-ci ildə anadan olmuş X6 İddiaçı, 17.08.2013-cü ildə anadan olmuş X5 cavabdeh Cavabdeh yanında qalması müəyyən edilmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, səbəblər i araşdırılmadan nikahın pozulmalı olduğunu bildirmiş, keçirilmiş ekspertizanın rəyinə əsasən, valideynlər arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginliyin 24.05.2012-ci il təvəllüdlü X4 və 17.08.2013-cü il təvəllüdlü X5 emosionaliradi sferalarına neqativ təsir göstərdiyini qeyd etmişdir. 24.05.2012-ci il təvəllüdlü X4 hal-hazırda anası İddiaçı,17.08.2013-cü il təvəllüdlü X5 atası Cavabdeh daha çox bağlılığını nəzərə alaraq, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan 24.05.2012-ci ildə anadan olmuş X4 və 25.12.2018-ci ildə anadan olmuş X6 anasının yanında, 17.08.2013-cü ildə anadan olmuş X5 isə atasının yanında qalmasını müəyyən etmiş, hesab etmişdir ki, Cavabdeh İddiaçı xeyrinə 24.05.2012-ci ildə anadan olmuş X4 və 25.12.2018-ci ildə anadan olmuş X1 üçün aliment tutulm alıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən 17.08.2013-cü ildə anadan olmuş X5 atasının yanında qalmasının müəyyən olunmasını nəzərə alaraq, hesab etmişdir ki, Cavabdeh 24.05.2012-ci ildə anadan olmuş X4 və 25.12.2018-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissə olmaqla aralarında bölünməsi barədə qarşılıqlı iddia tələbinə dair məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 07 aprel 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X3 şəhəri H.Əliyev küçəsi 44 saylı 1 sayl ı ünvanında yerləşən ümumi sahəsi 32,13 kv.m olan mənzili İddiaçı bağışlamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2, 21.1, 22.1, 22.2.1, 22.2.2,73.1, 73.2, 78.1, 78.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması və qarşılıqlı iddia tələbinin, birgə nikah dövründə əldə olunmuş qaydada bölünməsi barədə iş üzrə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3610/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.M.Allahyarov (sədrlik edən və məruzəçi), Z.A.Zeynalov və M.K.Həsənov) apel lyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qarşılıqlı iddiada bölünməsi tələb olunan mübahisəli mənzil İddiaçı hədiyyə olunmuş Şirvan şəhəri, H.Əliyev küçəsi 44 nömrəli evin 1-ci mənzilinin satışından əldə olunmuş vəsait hesabına alınmışdır. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsində birgə nikah dövründə Şirvan şəhəri, Naxçıvan küçəsindəki 54 nömrəli evi aldığını və sənədləşməni İddiaçı adına apardığını göstərsə də, apellyasiya şikayətində etibarnamə ilə idarə etdiyi avtomobili sataraq vəsaiti hesabına həyətdə təmir işləri apardığını bildirməklə faktiki olaraq sözügedən evin nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmamasını qəbul etmişdir.

17. M əhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 32.1, 32.2,32.2.2 və 35-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiyası məhkəməsinin qətnaməsinin qismən – birgə nikah dövründə əldə olunmuş əmlakın, yəni ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissədə bölünməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddia tələbinin həmin hissədə təmin olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini, yaxud qətnamənin həmin hissədə ləğv edilərək, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

19. Kassator ş ikayətini əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli mənzilin birinci instansiya məhkəməsində şahid qismində dindirilən şəxslər həmin fərdi yaşayış evini birgə nikah dövründə əldə etməyini, xərclərin onun tərəfindən çəkildiyini bildirsələr də, məhkəmə sübutlara hüquqi qiymət verməmişdir. Kassator bildirmişdir ki, o öz avtomobilini sataraq həyətdə təmir işləri aparmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Prosessual məsələlər

21. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

22. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka LLLolmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə

31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyət inin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə

32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə

34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə

36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Ma ddə

77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddə sinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

28. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğv olunması xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Nikah müddətində əldə olunmuş əmlakların bölünməsi tələbinin maddi hüquqi əsası ilə bağlı qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində əldə olunmuş əmlakların ər-arvadın ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir.

33. Ər-arvadın nikah müqaviləsi bağlamaqla birgə mülkiyyətin qanuni rejimini dəyişib birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək hüququ vardır (Ailə Məcəlləsinin 38.2-ci maddəsi). Lakin hazırki işdə tərəflərin arasında nikah müqaviləsi bağlanmamışdır və onların birgə əmlakının qanuni rejimi tətbiq olunmalıdır. Bu halda Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən nikah müddətində əldə olunmuş əmlakın bölünməsi zamanı bu əmlaklardakı payları bərabər hesab edilir.

34. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmışdır. Baxılan işdə mübahisə predmeti olan evin nikah müddətində əldə edilməsi müəyyən olunsa da, bu mənzillərin tərəflərin ümumi gəlirləri hesabına əldə olunması sübut olunmamışdır və məhkəmə bu əmlakın ər-arvadın birgə əmlakı olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

35. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarında bildirmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ərarvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

36. Kassatorun avtomobilin satıb evin təmirinə xərcləməsi barədə dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və sübutların yetərsizliyinə görə həmin dəlil qəbul olunmamışdır.

37. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarı).

38. Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.

39. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

40. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahat ları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

41. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə məhz bu baxımdan yanaşmış, sübutları araşdırıb qiymət vermişdir.

42. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2021-ci i l tarixli, 2(106)3610/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar