Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2303/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı vəkili Qulizadə Gülnar Məmmədağa qızının, ilkin iddia üzrə Cavabdeh və vəkili Bayramov Abil Nəzir oğlunun iştirakları ilə, ilkin iddia üzrə Cavabdeh və vəkili Bayramov Abil Nəzir oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2019-cu il tarixli, 2(103)-13323/2019 saylı qətnaməsindən verdikləri kassasiya şik ayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(006)3166/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.C.Musayeva) ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pulun ödənilməsi tələbinə dair ilkin iddiasının təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı mənzilin alqı-satqı müqaviləsini bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı Məhərrəm oğlunun üzərinə onunla Cavabdeh İsa qızı arasında “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən tikilmiş X. ünvanında yerləşən ümumi sahəsi 116,67 kv.metr olan 3 otaqlı 44 saylı (çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1qı-satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanması öhdə liyinin qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2019-cu il tarixli, 2(103)-13323/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi M.A.Məmmədov, Ş.A.Məhərrəmova və E.Y.Şamayev) İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyul 2019-cu il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” ilkin iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, 45.000 (qırx beş min) manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh İddiaçı qarşı mənzilin alğı-satqı müqaviləsini bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı müraciət edərək, onunla cavabdeh arasında X. ünvanında yerləşən 44 saylı 3 otaqlı mənzilə görə bağlanmış 20.05.2016-cı il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi və onun tərəfindən cavabdehə 45.000 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər 20.05.2016-cı il tarixdə mübahisəli mənzilə görə “İlkin alqı-satqı müqaviləsi” bağlamışlar. Müqavilənin şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan mənzili cavabdehə satmalı, cavabdeh tərəfindən iddiaçıya ilkin olaraq 45.000 manat (30.000 ABŞ dolları) ödənilməli, qalan məbləğ, yəni 36.669 manat (24.446 ABŞ dolları) isə cavabdeh tərəfindən hissə-hissə iddiaçının depozit hesabına ödənilməli idi. Cavabdeh ilkin olaraq 45.000 manatı iddiaçıya ödəsə də, qalan məbləği hal-hazıra kimi ödəməmişdir. İddiaçı dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh pulu ödəməkdən imtina etmiş və məktub yazaraq guya rəsmi olmayaraq ona və başqa şəxslərə ödədiyini bildirmişdir. 11.07.2018-ci tarixdən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestrindən” adına “Reyestrdən çıxarış” almağına və ilkin müqavilənin bağlanmasından 2 il 9 ay keçməsinə baxmayaraq cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmir. Bu halda ilkin müqavilə ləğv olunmalı və tərəflər əvvəlki vəziyyətinə qayıtmalıdır. Cavabdeh, qarşılıqlı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, son nəticədə, iddiaçıya məxsus mənzilə dair aralarında bağlanmış 20.05.2016-cı il tarixli “İlkin alqı-satqı müqaviləsinin” şərtlərinə əsasən “Əsas alqı-satqı müqavilənin” onların arasında bağlanması öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasının heç bir hüquqi əsası yoxdur və buna görə də, rədd edilməklə, iş üzrə qarşılıqlı iddianın təmin edilməsi barəsində qətnamə qəbul edilməlidir. İddiaçı ilə 20.05.2016-cı il tarixdə aralarında bağlanmış “İlkin alqı-satqı müqaviləsinə” əsasən iddiaçının mübahisəli mənzili cavabdehə satması barədə razılıq əldə etmişlər. Mənzilin satış dəyəri 54.446 ABŞ dolları və y a 81.669 AZN məbləğində müəyyən edilmiş və müqavilə qanunla müəyyən edilmiş qaydada Notariat Kontorunda təsdiq edilmişdir. “İlkin alqı-satqı müqaviləsinin” şərtlərinə uyğun olaraq həmin tarixdə müqavilə öhdəliyinin 30.000 ABŞ dolları məbləğində yarıdan çox olan bir hissəsi cavabdeh tərəfindən nağd şəkildə notariusun depozit hesabına ödənilmiş, qalan hissə isə iki dəfəyə tam olaraq - birinci dəfə 2017-ci ilin əvvəllərində 10.000 ABŞ dolları məbləğində cavabdeh tərəfindən həyat yoldaşı Nümayəndə iştirakı ilə iddiaçının özünə şəxsən verilmiş, 14.500 ABŞ dolları məbləğində qalan hissəsi isə yenə də 2017-ci ilin yayında qohumu X2 vasitəsi ilə iddiaçının adından MTK-nın Bayıl filialında mühasibata təhvil verilərək, bu barədə müvafiq qəbz alınmışdır. Hansı ki, həmin qəbzin əsli hal-hazırda da ond adır. Beləliklə, müqavilə öhdəlikləri cavabdeh tərəfindən tam şəkildə və vaxtında yerinə yetirilmişdir. Lakin onun şəxsən iddiaçıya vermiş olduğu 10.000 ABŞ dolları məbləğində pul vaxtında MTK-ya ödənilmədiyi üçün müxtəlif vaxtlarda iki dəfə - bir dəfə 5.100 manat, ikinci dəfə 1.700 manat məbləğində cərimə hesablanmışdır ki, həmin cərimələr də cavabdeh tərəfindən, yenə də iddiaçının adından MTK-nın hesabına ödənilmişdir. Cərimələrlə bağlı ödəniş qəbzlərindən birinin - 5.100 manata aid olan qəbzin əsli ondadır, digəri barədə isə MTK-nın mühasibat jurnalında müvafiq qeydiyyat aparılmışdır. Bütün bunlardan sonra, MTK-da olarkən hətta iddiaçının özü cavabdehə demişdir ki, “mənzilin dəyərini və cərimələri ödəyib qurtarmısınız, xeyirli olsun, bir qalır mənzili öz adınıza keçirməyə, o da bina təh vil verildikdən sonra mümkün olacaqdır”. Həqiqətən, cavabdeh, özü də maraqlanaraq öyrənmişdir ki, mənzilin alğı-satqısını notariat orqanında rəsmiləşdirmək üçün binanın tikintisi başa çatdırılaraq, yaşayış üçün təhvil verilməlidir. Həmin vaxtdan bir müddət keçdikdən sonra cavabdehə məlum oldu ki, bina yaşayış üçün təhvil verilmişdir və mənzilin alqı-satqısını başa çatdırmaq olar. Odur ki, bu məqsədlə iddiaçıya müraciət etdikdə, onun heç bir səbəb olmadan mənzilin alqı-satqısının rəsmiləşdirilməsini başa çatdırmaqdan yayınmaq istədiyi məlum olmuşdur. Buna görə də aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsinin şərtlərinə əməl edilməsi barədə poçt vasitəsilə müxtəlif vaxtlarda iddiaçıya iki dəfə məktub göndərməli olmuş və bütün bunlardan sonra onunla görüşdükdə, iddiaçının mənzillərin bazar qiymətinin bahalaşmasına istinad edərək, cavabdehdən müxtəlif bəhanələr, o cümlədən “halallıq” adı ilə əlavə haqq almaq fikrinə düşdüyü məlum olmuşdur. Bu da aralarında bağlanmış ilkin müqavilə şərtlərindən onun imtina etməsini göstərirdi və sözsüz ki, qəbul edilə bilməzdi. Halbuki, 20.05.2016-cı il tarixli “İlkin alqı-satqı müqaviləsinin” 2.2-ci bəndinə əsasən alqısatqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması, onların aralarında yenidən hesablaşmaya səbəb ola bilməzdi. Bundan əlavə, həmin müqavilənin 2.5, 3.1 və 3.3-cü bəndlərinə əsasən satıcı müqavilə obyekti ilə gələcəkdə yarana bilən bütün iddialarla bağlı maddi məsuliyyət daşıyır və müqavilə bağlandıqdan sonra sözügedən əmlakla bağlı bütün iddialardan imtina etməli, həmin əmlakın alıcının sahibliyinə və istif adəsinə verməlidir, həmçinin ilkin müqavilə bağlandığı və notarial qaydada təsdiq edildiyi andan, sözügedən əmlak alıcının sahibliyinə və istifadəsinə keçir, əmlak barəsində sərəncam vermək hüququ isə əsas müqavilə imzalandığı andan ikinci tərəfə keçir. İddiaçı hal-hazırda özünün məhkəməyə təqdim etdiyi ilk iddia ərizəsində əsassız olaraq iddia edir ki, “İlkin alqı-satqı müqaviləsində” göstərilən 30.000 ABŞ dollarından əlavə, mənzilin qalan dəyəri cavabdeh tərəfindən MTK-nin hesabına ödənilməmiş və onun tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Görünür, iddiaçı ona poçt vasitəsilə etdiyi rəsmi xəbərdarlıqları belə öz adına çıxarır və ona nə vaxt, hansı qaydada xəbərdarlıq etməsi barədə heç bir şey göstərmir. İdd iaçı özünün iddia ərizəsində mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi - çıxarışı almasını qeyd etsə də, mənzilin dəyərinin 24.500 ABŞ dolları məbləğində qalan hissəsinin onun özü tərəfindən ödənilməsi barədə də, ərizədə bir kəlmə də olsun heç bir qeyd etməmişdir. İddiaçı nəinki, müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, hətta mübahisəli mənzilin qalıq dəyərinin cavabdeh tərəfindən ödənilməsini inkar etməsi, bununla da onun dələduzluq əməllərinə yol verməsi cavabdehi bu barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət etməyə vadar etmiş və istintaq orqanı tərəfindən aparılmış təhqiqat zamanı da bir daha müəyyən edilmişdir ki, mübahisəli mənzilin bütün ödənişləri, hətta iddiaçıya şəxsən təqdim etdiyi ödənişi vaxtında MTK-ya təqdim etmədiy i üçün tətbiq edilmiş cərimələr belə cavabdeh tərəfindən ödənilmişdir. Bununla yanaşı, istintaq orqanı belə qərara gəlmişdir ki, tərəflər arasında yaranmış mübahisə hər bir halda mülki xarakter daşıyır və buna görə də həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərə flərin izahatları İlkin iddia üzrə Cavabdeh və vəkili Bayramov Abil Nəzir olu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası ilkin iddia üzrə iddiaçının mövqeyindən yanaşaraq qanunvericiliyin müddəalarını cavabdehin xeyrinə şərh və tətbiq etməyə çalışmaqla yalnış hüquqi nəticəyə gəlmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh və vəkili Bayramov Abil Nəzir oğlu kassasiya şikayətinin dəlillər ini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı vəkili Qulizadə Gülnar Məmmədağa qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Üçüncü şəxs Kontorunun nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Mə hkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə Cavabdeh, vəkili Bayramov Abil Nəzir oğlunun, ilkin iddia üzrə İddiaçı vəkili Qulizadə Gülnar Məmmədağa qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə Cavabdeh kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməli olması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən edilmiş hallarına istinad edilməklə əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırkı mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzilin dəyərini təşkil edən 81.669 manat (54.446 ABŞ dolları ekvivalentində) məbləğində puldan 45.000 manatın (30.000 ABŞ dolları ekvivalentində) ödənilməsi işin mübahisəsiz halıdır. İşin tərəflər arasında mübahisə doğuran və düzgün həlli üçün əhəmiyyət kəsb edən halı mənzilin dəyərinin qalan hissəsi olan 36.669 manatın (24.446 ABŞ dolları ekvivalentində) cavabdeh tərəfindən ödənilib-ödənilməməsi halıdır ki, yalnız bu halın müəyyən edilməsindən sonra hər iki iddianın əsaslı olub-olmamasına qiymət vermək mümkündür. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, cavabdeh həmin mübahisəli məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə cavabdeh qal an 24.446 ABŞ dolları məbləğində pulu iki dəfəyə tam olaraq ödədiyini bildirmişdir. Belə ki, bildirdiyinə görə birinci dəfə 2017-ci ilin əvvəllərində 10.000 ABŞ dolları məbləğində cavabdeh tərəfindən həyat yoldaşı Nümayəndə iştirakı ilə İddiaçı özünə şəxsən verilmiş, 14.500 ABŞ dolları məbləğində qalan hissəni isə 2017-ci ilin yayında qohumu X2 vasitəsilə cavabdehin adından MTK-nın Bayıl filialında mühasibata təhvil verilərək bu barədə müvafiq qəbz alınmışdır. Hansı ki, həmin qəbzin əsli hazırda da cavabdehdədir. İş üzrə iddiaçı isə cavabdeh tərəfindən mənzilin dəyərinin qalan hissəsinin cavabdeh tərəfindən ödənilmədiyini iddia etmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkə mə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, pulun qalan hissəsinin ödənilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin təqdim etdiyi şahidlər X2 onun qohumu, X3 isə yaxın adamı olduğunu, habelə pulun ödənilməsinin bilavasitə şahidi olmadıqlarını nəzərə alaraq onların ifadələrinə tənqidi yanaşmış və mötəbər sübut kimi qəbul etməmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MTK tərəfindən verilmiş “Arayış” və “Kassa mədaxil orderinin qəbzlərində” bütün ödənişlərin İddiaçı tərəfindən edildiyi göstərilmişdir. İş üzrə cavabdeh, bütün qəbzləri deyil, yalnız İddiaçı adından 14.500 ABŞ dollarının ödənilməsi barədə qəbzi təqdim etmişdir. İddiaçı, h əmin qəbzin cavabdehdə olmasını belə izah etmişdir ki, həmin qəbzi Cavabdeh qalan pulları almaq, qarşı tərəf isə həyat yoldaşına göstərmək istədiyindən vermişdir. Beləliklə, mübahisəli mənzilin qalıq dəyərini təşkil edən 36.669 manat (24.446 ABŞ dolları ekvivalentində) məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bununla da müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur və bu müqavilənin ləğv edilməsi üçün əsasdır. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. Beləliklə də, apelyasiyanın nəticələri ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlmir; nəticə səhvdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-c ü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. İlkin iddia tələbinin dəlilinə görə ilkin müqavilə üzrə iddiaçıya 45.000 manat (30.000 ABŞ dolları) ödənilsə də, həmin müqavilədə göstərilən qalan məbləğ 36669 manat (24446 ABŞ dolları) cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq ödənilməmişdir. Cavabdehdən həmin pulun ödənilməsini tələb etsə də, cavabdeh həmin məbləğin “rəsmi” olmayaraq ona və başqa şəxslərə ödədiyini bildir ir. Qarşılıqlı iddia tələbinin dəlilinə görə qalan məbləğ birinci dəfə 2017-ci ilin əvvəllərində Cavabdeh həyat yoldaşı X7 tərəfindən İddiaçı şəxsən özünə verilmiş, 145000 ABŞ dolları məbləğində qalan hissə isə 2017-ci ilin yayında Təranənin qohumu X4 vasitəsi ilə Bilmanın adından MTK-nın Bayıl filialının mühasibatlığına təhvil verilərək qəbz alınmışdır. Həmin qəbzin əsli Təranədədir. Bundan əlavə MTK qarşısında öhdəliyi vaxtında icra etmədiyinə görə Bilmanın adından 1700 manat və 5100 manat məbləğində cərimə də Təranə tərəfindən ödənilmişdir. Səbail Rayon Prokurorunun 01.07.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh şikayəti əsasında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 18.04.2019-cu il tarixli qərarı ləğv edilmiş və əlavə araşdırılması üçün toplanmış material həmin İs tintaq Şöbəsinə göndərilmişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 17.07.2019-cu il tarixli qərarı ilə aşağıdakılar müəyyən olunmuşdur: “...Vət.İddiaçı əlavə izahatında bildirmişdir ki, istintaq şöbəsində ilkin yazmış olduğu izahatını təsdiq edir və əlavə ona verilən suallara cavab olaraq bildirmişdir ki, mənzilə görə Cavabdeh müqaviləyə görə ona bank vasitəsi ilə ilk məbləği yəni 45.000 manat ödəmişdir. Bundan başqa, Cavabdeh həmin mənzilə görə nə ona, nə də MTK-ya pul ödəməmişdir.X11 və X6 tanıyır, Nazim “xxxx” MTK-nin Bayıl filialının direktoru, Həsənov Emin isə həmin vaxtı MTK-nın mühasibi olmuşdur. Onlarla ədavəti və düşmənçiliyi olmamışdır. Onun 5.100 manat və 1.700 manat pulların Təranə tərəfindən MTK-ya ödənilməsi barədə xəbəri olmayıbdır və bu barədə MTK-a rəhbərl iyi tərəfindən ona heç bir məlumat verilməmişdir.O, Təranə tərəfindən 5.100 manat və 1.700 manat pulların ödənişlərin edilməsini ancaq istintaq şöbəsində bilmişdir. Həmçinin 09.06.2019-cu il tarixdə o, həqiqətən «xxxx» MTK-da olmuşdur, lakin həmin vaxtı o, ora Anar Əliyevlə deyil, məhz X8 ilə birlikdə getmiş və 24.681.90 manat pulu şəxsən özü ödəmişdir.Əliyev Nazimin və X10 Nərimovanın xeyirinə izahat vermələrini anlaya bilməmişdir.Bütün pulların, yəni 79.951.70 manat pulun onun tərəfindən ödənildiyi vaxtı Nazim Əliyev heç bir zaman həmin ödəmə prosesində iştirak etməmişdir, o, pulları adını xatırlamadığı mühasiblərə ödəmişdir. «xxxx» Mənzil Tikinti Kooperativinin direktorunun 15.07.2019-cu il tarixli arayışı ilə bir daha təsdiq olunur ki, 14.03.2018-ci il tarixdə 5100 manat və 19.03.2018- ci il tarixdə 1700 manat məbləğlər şəxsən Cavabdeh tərəfindən İddiaçı adına olan mənzilə ödənilmişdir. Bununla da aparılmış əlavə araşdırma zamanı Səbail rayon prokurorluğunun yazılı göstərişində qeyd olunmuş xüsusatlar icra olunmuşdur. Belə ki, əlavə araşdırma zamanı “xxxx” MTK-nın mühasibi X5 izahatı, “xxxx” MTK-nın məktubu, eləcə də İddiaçı qismən təsdiqedici izahatı ilə müəyyən edilmişdir ki, 1500 və 1700 manat məbləğlər həqiqətən Cavabdeh tərəfindən Vəliyev Bilman Məhərrəm oğlunun adına olan mənzilə ödənilmişdir. Həmçinin İddiaçı izahatında dolayı yolla, yəni 1500 və 1700 manat məbləğlər həqiqətən Kərimova Təranə İsa qızı tərəfindən adına olan mənzilə görə ödənilməsi barədə xəbəri olmadığını, MTK tərəfindən bu barədə ona məlumat verilmədiyini, bu barədə yazılı istintaq şöbəsində ona m əlum olduğunu bildirməsindən, eləcə də iş materiallarında olan kifayət qədər əsaslı sübut-dəlillər və işin digər halları ilə İddiaçı qeyri-səmimi ifadə irəli yürütməklə mənzili satdığı ərəfədə respublikada baş vermiş devalivasiya ilə əlaqədar ABŞ dollarının manata olan məzənnəsinin yüksəlməsi ilə bağlı Cavabdeh əlavə pul əldə etmək niyyəti güdməsi nəticəsinə gəlinir. Halbuki İddiaçı mənzilə görə tərəfindən ödənilməsini iddia etdiyi 1500, 1700 və 24.681,90 manat məbləğlər reallıqda onun tərəfindən deyil, həqiqətən Cavabdeh və onun qohumu tərəfindən İddiaçı adına olan mənzilə görə ödənilməsi xüsusatı material üzrə alınmış yuxarıda qeyd olunan Cavabdeh, onun yaxın qohumunun, eləcə də MTK-nın işçilərinin izahatlarında, o cümlədən MTK tərəfindən ödənişə dair verilmiş qəbzlərdə öz əksini tapmışd ır. Habelə sözügedən mənzilin alqı-satqısına dair birinci tərəf adlandırılan İddiaçı ilə ikinci tərəf adlandırılan Cavabdeh arasında 20.05.2018-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunda bağlanmış və notarial qaydada təsdiq olunmuş ilkin müqavilənin 5-ci bəndindən görünür ki, tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr onların qarşılıqlı razılığı ilə belə razılaşma olmadıqda isə məhkəmə qaydasında həll edilir, bu müqavilə üzrə bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən müstəntiq qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Qanunun həmin t ələbini rəhbər tutaraq aparılmış araşdırma zamanı toplanmış sübutlar məcmusu, o cümlədən, şahid izahatları, notariat qaydasında təsdiq edilmiş müqavilə və ilkin mühasibatlıq sənədləri, MTK tərəfindən verilmiş ödəniş qəbzləri əsasında müəyyən olunmuşdur ki, “xxxx” MTK-nin Bayıl filialı tərəfindən X. ünvanında yerləşən 2-ci binadakı 44-cü mənzili ilkin olaraq İddiaçı adına rəsmiləşdirilmiş, sonra sonuncu öz razılığı ilə bu mənzili faktiki olaraq tanışı Cavabdeh satmış, sonuncu tərəfindən vicdanlı alıcı olaraq mənzilə görə ödənişləri tam ödəməsinə baxmayaraq, İddiaçı isə müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək Cavabdeh əlavə pul tələb etməklə aralarında notarial qaydada bağlanmış müqavilənin şərtlərini pozmuşdur…”. Yuxarıda qeyd olunan 5100 manat və 1700 manat məbləğində ödəni şlərin Cavabdeh tərəfindən ödənilməsi və 24681,90 manat məbləğində ödəniş edilməsinə dair qəbzin əslinin Təranədə olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən “Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələbləri baxımından ilkin müqavilə ü zrə Cavabdeh tərəfindən qalan öhdəliklərinin icra olunmasına Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 17.07.2019-cu il tarixli qərarına və işin araşdırılmış digər hallarına əsasən düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2019-cu il tarixli, 2(103)13323/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2303/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2303/2020
09.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver