Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2303/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi və Cavabdeh2 ilk, İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ 2(102)-2303/2022 (Açar sözlər: miras əmlakdan imtina etməsinə dair ərizənin etibarsız hesab edilməsi; mənzildən çıxarılma; mənzilin boşaldılması; mənəvi zərərin ödənilməsi, sübutetmə yükü) Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “ “miras əmlakdan imtinaya dair X7 ərizəsinin etibarsız hesab edilməsi” barədə ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, pozulmuş sahiblik, istifadə hüquqlarının bərpası və həmin hüquqların həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8496/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. ünvan 11 saylı mənzili Dövlət reyestrindən 07.07.2009-cu il tarixli MH № ******* saylı çıxarışa əsaən X4 adına mülkiyyət hüquqa ilə qeydiyyata alınıb.
2. X8 (bundan sonra “iddiaçı”) X13 ilə 26.01.2015-ci il tarixdə nikaha daxil olublar. X5 iddiaıçının qayınanası olub və 17.06.2019-cu il tarixdə ölüb.
3. İddiaçının əri X13 04.07.2019-cu il tarixdə 11 saylı notariat ofisində 17.06.2019cu ildə vəfat etmiş anası X2 miras qalmış əmlakdan ona düşən paydan qardaşı Cavabdeh2 (bundan sonra “cavabdeh”) xeyrinə imtina edib.
4. X4 digər övladları X11 və X6 da 11 saylı notariat ofisində eyni tarixli ərizələrlə anaları X2 miras qalmış əmlakdan onlara düşən paydan qardaşları olan cavabdehin xeyrinə imtina ediblər.
5. İddiaçının əri X13 31.07.2019-cu il tarixdə ölüb.
6. X3 miras qalan ünvan 1saylı mənzilinə dair cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (18.12.2019-cu il tarixli 2V-168 saylı ) verilib, mənzil cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınıb.
7. Mübahisə miras əmlakla bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə cavabdehə və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi verərək, mərhum əri X7 miras əmlakdan imtina etməsinə dair ərizəsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.
9. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 26.05.2015-ci il tarixdə X13 ilə nikaha daxil olub. 2018-ci ildə iddiaçının əri onkoloji xəstəliyə tutulub, 31.07.2019-cu il tarixdə isə dünyasını dəyişib. Vəfat edənə kimi iddiaçı əri ilə birlikdə gəlin köçdüyü Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilində yaşayıb, bu gün də həmin mənzildə yaşayır.
10. Əri onkoloji xəstəlikdən əziyyət çəkərək özünü idarə etməkdən uzaq olmuşdur. İddiaçının məlumatı olmadan cavabdeh iddiaçının ərinin xəstəliyindən istifadə edərək 04.07.2019-cu il tarixdə 17.06.2019-cu ildə vəfat etmiş anası X2 qalan miras əmlakdan imtina barədə ərizəyə imza etdirmişdir. İddiaçını ərinin telefonu olmasına baxmayaraq ərizədə bu, qeyd edilməyib. Mərhum ərinin adına olan nömrədən hazırda iddiaçı istifadə edir.
11. İddiaçının əri latın qrafikası ilə yazıb-oxumağı bacarmayəb, bu, ərizəyə qoyulan savadsız halda imzadan da görünür. Notariusda olan zaman mərhumun xarici görünüşündən də hansı halda olması açıq-aydın görünür. İmtina ərizəsi verdiyi gündən on gün sonra iddiaçının əri vəfat edib.
12. Cavabdeh iddiaçının ərinin ölüm günlərinin yaxınlaşma sını bilib və ərinin ölümündən sonra vərəsəsi kimi iddiaçını miras əmlakdan məhrum etmək üçün bunları məqsədli şəkildə edib.
13. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.2, 339.2, 346.1, 346.3 və 354.2-ci maddələrinə istinad edib.
14. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia (sonradan dəqiqləşmə verməklə) verərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilindən iddiaçının (qətnamə icra edilən zaman mənzildə olan bütün digər fiziki şəxlərin) çıxarılması, mənzilin boşaldılması (siyahıda göstərilən əşyalar istisna olmaqla), mənzilə dair hüquqlarının bərpa edilməsi, mənzilinə daxil olmaq və istifadə hüquqlarına dair yönəlmiş bütün maneələrin iddiaçıya qadağan edilməsi (aradan qaldırılma sı), 2000 manat mənəvi zərərin və ödənilmiş dövlət rüsmunu iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı qardaşı İslamın qırx mərasimini verdikdən sonra, axşam evdə olarkən analarından qalan qızıl zinət əşyalarını bacısı Səriyyə Əliyeva ayıraraq, mənzillərinin otaqlarının birində, dolaba qoymuşdur. Həmin gündən sonra isə baccısı əlində olan 6000 manat pulu da həmin dolaba qoymuşdur. İddiaçı da bunların şahidi olmuşdur. Bir neçə gündən sonra, cavabdehin bacısı Səriyyə Əliyeva səhər saatlarında evdən çıxaraq, evlərində qalan iddiaçıya bütün qızıl zinət əşyalarını, gül formasında 2 ədəd brilliant sırğa, gül formasında brilliant üzük və 50 qramlıq qalın qızıl sep, eləcə də 6000 manat pulun qaldığı otaqda dolabın içinə qoyduğunu bildirərək, əşyalardan muğayət olmasını, kənar şəxsləri evə buraxmamasını demişdir. Onlar 14.09.2019-cu il tarixdə mənzilə gələrkən mənzilin qapısının kilidinin dəyişdirilməsini aşkar etmişlər. Bir neçə cəhddən sonra başa düşmüşlər ki, iddiaçı cavabdehin anasına məxsus mənzilə girməklərinə maneə omuşdur. Bu vaxtdan etibarən nə cavabdeh, nə də ki, onun yaxın qohumları evlərinə daxil ola bilmirlər, çünki iddiaçı və qohumları buna qəti olaraq imkan vermirlər. Yəni cavabdeh mülkiyyətçi olaraq mərhum anasından ona miras qalmış mənzildən nəinki istifadə edə bilmir, hətta ora daxil olması qanunsuz olaraq iddiaçı tərəfindən qadağan edilmişdir.
16. Beləliklə, cavabdeh 2019-cu ilin sentyabr ayından etibarən mənzilə daxil ola bilmir və ümumiyyətlə, mülkiyyətindən belə heç bir xəbəri yoxdur. Cavabdeh anasının qızıl-zinət əşyaları, həmçinin mətbəxdə ona məxsus olan soyuducu, paltaryuyan maşın, televizorlar və sair əşyaların da harada olmasını bilmir. Bütün bu qanunsuzluqlara son qoyulması üçün cavabdeh ilk növbədə Binəqədi RPİ-nin 5-ci PB-yə şikayət ərizəsilə müraciət etmişdir. Orada müvafiq araşdırma aparılsa da, iddiaçının qanunsuzluqlarına son qoyulması mümkün olmamış və cavabdehə pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhz məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
17. İddiaçı qanunsuzluqlara yol verərək cavabdehin mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Son aylar ərzində iddiaçı tərəfindən törədilmiş özbaşınalıqlar nəticəsində cavabdehə həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. İddiaçının özbaşına və qanunsuz hərəkətləri nəticəsində c avabdeh və yaxın qohumları mərhum analarının yas mərasimini həmin mənzildə keçirə bilməmişlər. Bütün bunlar cavabdehə mənəvi iztirablar vermişdir.
18. Qarşılıqlı iddiada cavdbdeh tələbini hüquqi əsası kimi Mülki Məcəllənin 152.1152.4, 153.1, 154.1, 157.2 və 1574.-cü maddələrinə istinad etmişdir.
19. Cavabdeh və 11 saylı Notariat ofisinin vəkili iddya etiraz olaraq göstərib ki, iddiaçının əri öz iradə ifadəsi ilə notariat kontoruna gedərək anasından qalan miras payından cavabdehin xeyrinə imtina edib.
20. İddiaçı qarşılıqlı iddiaya etiraz edərək göstərib ki, mərhum əri ilə nikahı pozulmadığından onların ailə nikah münasibətlərinə xitam verilməyib, bu səbəbdən onun mənzildən çıxarılması tələb oluna bilməz. Qarşılıqlı iddia ərizəsində qeyd olunan əşyaların həqiqətən mövcud olmasına dair süb utlar məhkəməyə təqdim olunmayib.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mərhum ərinin miras paydan imtina barədə ərizə verərkən anlaqlı olub-olmamasının aydınlaşdırılması məqsədilə 16 iyun 2020-ci il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin etmişdir.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsin T 249/2020 saylı, 01.09.2020-ci il tarixli rəyinə əsasən iddiaçının əri X1 neyrosirkulyar distoniya kardial tip, aterosklerotik kardioskleroz, ilkin ocağı məlum olmayan boyun limfa düyünlərinin karsinomasının metastazı xəstəliklərinə düçar olmuşdur. 31.07.2019-cu ildə mərhum Cavabdeh2 meyiti müayinə olunmadığından hal-hazırda ölümün səbəbi haqqında konkret fikir söyləmək mümkün deyildir. Cavabdeh2 adına tərtib edilmiş t ibbi sənədlərdə onun 04.07.2019-cu ildə sənədləri imzalayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onları dərk etməmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməmişdir.
23. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli, qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək İddiaçı özünə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması qət edilmiş, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. (hakim Səadət Səlimova)
24. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı 26.05.2015-ci il tarixdə İslam Bayramovla nikaha daxil olandan sonra sonuncu nun anasının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilində yaşamağa başlamış, daha sonra İslam Bayramov 04.07.2019-cu il tarixli ərizə ilə 17.06.2019-cu il tarixdə vəfat etmiş anası X2 miras qalan əmlakdakı ona düşən paydan qardaşı olan cavabdehin xeyrinə imtina etmişdir.
25. Birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməməsi üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı 04.07.2019-cu il tarixli ərizə tərtib olunarkən əri İslam Bayramovun səhhəti ilə bağlı özünü idarə edə bilməməsi, öz hərəkətlərinin mənasını dərk edə bilməməsi səbəbindən ərizənin və onun hüquqi nəticələrinin etibarsız olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı İslam Bayramovun 04.07.2019-cu ildə sənədləri imzalayarkən öz hərəkətlə rinin mənasını başa düşməmək və ya onları dərk etməmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməmişdir. Bu səbəbdən ilk iddia tələbi əsassız hesab edilməlidir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.
26. Birinci instansiya məhkəməsi ilk iddiaya aid hissədə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə istinad etmişdir.
27. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilən hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilinin mülkiyyətçilərinin ailə üzvü olmamaqla yanaşı, həmin mülkiyyətçilərin onu saxlamaq vəzif əsi də olmadığından qarşılıqlı iddia ərizəsi iddiaçının mənzildən öz əşyaları ilə birlikdə çıxarılmaqla mənzilin boşaldılması hissəsində əsaslıdır.
28. Birinci instansiya məhkəməsi Mənzil Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyini nəzərə alaraq onu da qeyd edib ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. X10 Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” if adəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsini müəyyən etmişdir.
29. Birinci instansiya məhkəməsi bu hissədə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4, 30.5-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır.
30. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsində göstərilən digər şəxslərin kimlər olması bu tələbi irəli sürən tərəfindən müəyyən edilmədiyindən, qarşılıqlı iddia ərizəsində sadalanan əşyaların mövcud olmasına dair sübut məhkəməyə təqdim edilmədiyindən, mənzildən çıxarılan iddiaçıya mülkiyyətçinin sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinə manelər yaratmasına qadağalar qoyulması üçün əsaslar olmadığından bu tələblər əsassızdır.
31. Qarşılıqlı iddia üzrə mənəvi ziyan tələbi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, cavabdeh keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməyib.
32. Birinci instansiya məhkəməsi bu hissədə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Proosessual Məcəlləsinin 77.1 və 14. 2-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
33. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv, ilk iddianın təmin edilməsi barədə, qarşılıqlı iddianın baxılmamış saxlanmasını xahiş etmişdir.
34. Apellyasiya şikayətinin dəilləri: - ilk iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub; - iş üzrə psixiatrik və ya psixoloji ekspertiza təyin edilməli idi. Məhkəmənin istinad etdiyi rəydə qoyulan suallar məhkəmə tibb ekspertizasını səlahiyyətində olmayı; - qarşılıqlı iddia tələbi ilə ilk iddia arasında əlaqə olmadığı halda icraata qəbul edilərək ilk iddia ilə birgə baxılması prosessual pozuntu hesab edilməli v ə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalıdır.
35. Cavabdeh də qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.
36. Əsasları qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
37. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8496/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Vəfaddin İbayev) 3
8. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, ilk iddianı əsassız hesab edərək təmin etməmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, iddiaçı 04.07.2019-cu il tarixli ərizə tərtib olunarkən İslam Bayramovun səhhəti ilə bağlı özünü idarə edə bilməməsi, öz hərəkətlərinin mənasını dərk edə bilməməsi səbəbindən ərizənin və onun hüquqi nəticələrinin etibarsız olmasını iddia etsə də, bu halı sübuta yetirə bilməmiş, məhkəmə araşdırması zamanı İslam Bayramovun 04.07.2019-cu ildə sənədləri imzalayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onları dərk etməmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməmişdir. Mülki Məcəllənin 1256-cı maddəsinə görə də vərəsə vərəsəliyə çağırı ldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.
39. Qarşılıqlı iddia ərizəsinin prosessual hüquq normalarının pozulması ilə icraata qəbul edilməsi ilə bağlı iddiaçının dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd edib ki, ilk iddia tələbi miras payından imtina ərizəsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədədir. Miras əmlaka mübahisəli mənzil də daxildir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsində iddiaçının mübahisəli mənzildən çıxarılması və maneələrin qadağan edilməsini xahiş etmişdir. İş materiallarına əsasən hər iki tələb arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez və düzgün həlli ilə nəticələnəcəkdir.
40. Apellyasiya instansiyası məhkəməsi MPM-in 155.1, 155.3 və 156.1-ci maddələrinə istinadən göstərib ki, birinci instansiya məhkəməsi qeyd edilən normalara uyğun olaraq qarşılıqlı iddia ərizəsini düzgün olaraq icraata götürmüşdür, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin qarşılıqlı iddianın icraata qəbul edilməsi zamanı prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri əsassızdır.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi ilə bağlı qeyd edib ki, Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.İddiaçı mübahisəli mənzilin mülkiyyətçilərinin ailə üzvü olmamaqla yanaşı həmin mülkiyyətçilərin onu saxlamaq vəzifəsi də olmadığından qarşılıqlı iddia ərizəsi iddiaçının mənzildən öz əşyaları ilə birlikdə çıxarılmaqla mənzilin boşaldılması hissəsində əsaslı olub.
42. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsində göstərilən digər şəxslərin kimlər olması bu tələbi irəli sürən tərəfindən müəyyən edilmədiyindən, iddia ərizə sində sadalanan əşyaların mövcud olmasına dair sübut məhkəməyə təqdim edilmədiyindən, mənzildən çıxarılan iddiaçının mülkiyyətçinin sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaratmasına qadağalar qoyulması üçün əsaslar olmadığından birinci instansiya məhkəməsi bu tələbləri əsassız hesab edərək təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəyə münasibətdə mövqeyi belə olub ki, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu cavabdeh məhkəməyə təqdim edə bilmədiyindən, qarşılıqlı iddia ərizəsi bu hissədə də sübuta yetirilməməsi əsası ilə təmin edilə bilməz. Kassasiya şikayətinin də lilləri
44. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
45. Kassasiya şikayətinin dəlilləri: - iddiaçının əri İslam Bayramovun psixi və psixoloji vəziyyəti onun öz hərəkətlərini kənar təsir olmadan idarə etmək iqtidarında olmamışdır. Məhkəmə bu halı araşdırmamaqla Mülki Məcəllənin 1256-cı maddəsinin hüquqi bazasını yaratmaq istəyində olmuşdur; - bundan başqa, məhkəmə iddiaçının sübut təqdim edə bilmədiyini bildirməklə obyektiv həqiqətin aydınlaşdırılması istəyindən uzaq olmuşdur. İddiaçı əldə edə bilmədiyi sübutun əldə edilməsi üçün vəsatət versə də, vəsatət təmin edilməmişdir. Məhkəmələrin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsin 01.09.2020-ci il tarixli r əyinə əsaslanıb iş üzrə qətnamə çıxarması ədalət mühakiməsindən uzaq olan bir haldır. Qeyd edilən ekspertiza İslam Bayramovun psixoloji durumuna aydınlıq gətirə bilməyib və bilməzdi. İş üzrə psixatrik və ya psixoloji ekspertiza təyin edilməli və iddiaçı tərəfin qeyd etdiyi suallara cavab alınmalı idi. Kassasiya şikayətlərinə qarşı yazılı etirazın dəlilləri
46. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları ol madıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair16.12.2014-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanı lmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin q ətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının l əğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.
48. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilsə də, şikayətin dəlilləri ilk iddianın təmin edilməyən hissəsi ilə bağlıdır. Başqa sözlə, apellyasiya məhkəməsinin qətnaməsi yalnız ilk iddianın təmin edilməyən hissəsində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissədə yoxlayır.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndiril ən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. İlk iddianın təmin edilməyən hissəsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib. Həmin hissədə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
52. Belə ki, iddiaçı mərhum ərinin mirasdan imtina barədə ərizə verərkən xəstəliyi səbəbindən öz hərəkətlərini idarə etmək iqtidarında olmasına əsaslanıb.
53. İşin məhkəmələr tər əfindən ekspert rəyinə əsaslanmaqla müəyyən edilən halına görə isə İslam Bayramovun 04.07.2019-cu ildə sənədləri imzalayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onları dərk etməmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməmişdir.
54. Nəzərə alınsa ki, Mülki Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər və bu cür imtina notariat orqanında rəsmiləşdirilməlidir, belə olan halda həmin normaya istinadən ilk iddianın təmin edilməməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
55. Məhkəmə kollegiyası məhkəmələrin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsin 01.09.2020-ci il tarixli rəy inə əsaslanmaları, qeyd edilən ekspertizanın İslam Bayramovun psixoloji durumuna aydınlıq gətirə bilməməsi, iş üzrə psixatrik və ya psixoloji ekspertiza keçirilməli olması barədə kassasiya şikayətinin dəlilini qəbul etmir. Belə ki, iddiaçı tələbinin əsası kimi mərhum ərinin latın qrafikasını bilmədiyinə və onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün öz hərəkətlərinin mənasını başa düşmədiyinə istinad etmişdir. İşdən də görünür ki, birinci instansiya məhkəməsi iddiaçının ərinin mövcud xəstəliyinin onun öz hərəkətlərinin mənasını başa düşmək imkanını istisna edib-etməməsi müəyyən etmək üçün tibbi-ekspertiza təyin etmiş və ekspert rəyinə əsasən İslam Bayramovun adına tərtb edilmiş tibbi sənədlərdə onun 04.07.2019-cu ildə sənədləri imzalayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onla rı dərk etməmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməmişdir. Bu baxımdan, iş üzrə psixatrik və ya psixoloji ekspertiza keçirilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.
56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdırş.
57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8496/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi