Məhkəmə qərarları › İş №2(102)-2306/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2306/2024

23.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2306/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış fayda, qanunsuz azaldılmış dərs saatlarına görə vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-493/2024 nömrəli, 7 mart 2024-cü il tar ixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh xx.xx.2021-ci il tarixli 3 saylı pedaqoji şuranın protokoluna əsasən Şirvan şəhər məhkəməsinin ibtidai sinif müəllimi Orucova (Əzizova) Ülviyyə Əli qızının müraciəti ilə bağlı xx.xx.2020-ci il tarixli 2(032)-1467/2020 saylı qərarının müzakirəsi məsələsi haqqında məktəbin direktoru Rüstəmov Kamandar Adil oğlunun arayışı nəzərə alınmış, Orucova (Əzizova) Ülviyyə Əli qızının 20 saat dərs yükü və sinif rəhbərliyinin verilməsi haqqında iddiası əsassız hesab olunmuş,Təhsil Nazirliyinin tövsiyyəsinə uyğun olaraq verilmiş 6 saat dərs yükü məqsədə müvafiq hesab edilmiş, Orucova (Əziz ova) Ülviyyə Əli qızına tövsiyyə edilmişdir ki, orta ixtisas və ya ali təhsil müəssisələrində təhsilini davam etdirsin.

2. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-434/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin direktoru və Pedaqoji Şurasının sədri Rüstəmov Kamandar Adil oğlunun sədrliyi ilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın qanunsuz olduğu üçün ləğv edilm əsi və qanuna uyğun olaraq 20 saat əvvəlki qaydada dərs saatlarının və sinif rəhbərliyinin verilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının üzərinə İddiaçı pedoqoji kadrların işə qəbulu və yerdəyişmə Qaydalarının və digər normativ sənədlərin tələbinə uyğun olaraq heç bir məhdudiyyət qoyulmadan müvafiq dərs saatları ilə təmin edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, Cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2249/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə göndərilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1043/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-434/2021 saylı, xx.xx.2021-cil il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı 18 saat dərs yükü ilə təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5791/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)1043/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1043/2022 saylı icra sənədi icra olunduğundan icra sənədinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 2017-2022-ci illərə görə kəsilmiş dərs saatlarına görə ödənilməmiş 28512 manat əmək haqqının və ilkin mediasiya sesiyasında iştirakla bağlı ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1994-1996-cı illər ərzində Gə ncə şəhəri təsərrüfat hesablı Məişət Xidmət Kollecində təhsil almışdır. xx.xx.1996-cı il tarixdən bu günə qədər Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbdə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsində işləyir. 2015-ci ildə ilk dəfə X1 İmtahanında iştirak edərək 20 bal toplamışdır. Diaqnostik qiymətləndirməni keçəndən sonra müəllimlərin əmək haqları ona uyğun olaraq artırılmış ona dərs saatları və sinif rəhbərliyi buna uyğun verilmişdir. Lakin 2017-ci ildən dərs saatları bölünərkən ona məktəb direktoru Kamandar Rüstəmov tərəfindən cəmi 6 saat dərs yükü verilmişdir. Halbuki həmin vaxta qədər onun 20 saat dərs yükü və sinif rəhbərliyi olmuşdur. Direktor tərəfindən onun dərs saatlarının azaldılmasının səbəbi kimi onun ixtisas balının az olması göstərilmişdir. xx.xx.2019-cu il tari xdə Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş X4 İmtahanında iştirak edərək 28 bal toplamışdır. Yenidən məktəb direktoruna müraciət edərək ona əvvəlki dərs yükünün və sinif rəhbərliyinin verilməsini xahiş etdikdə ona bu dəfə başqa səbəb – diplomumun saxta olması və bu səbəbdən tələbinin əsassız olduğu bildirildi. 2017-ci il tədris ilindən 2023-cü il tədris ilinə qədər 18 saat dərs yükü ilə təmin edilməli olduğu halda, 6 saat dərs yükü ilə təmin edilmiş və nəticədə 28512 manat əmək haqqından məhrum edilmişdir.

9. Məhkəmə iclasında cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbin direktoru X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, dərs saatlarının 6 saat olması problemi 2019-cu ildən 2023-cü ilə qədər davam e dib. İddiaçı ilə qərəzli münasibəti olmayıb. Həmişə onun maksimum dərs yükünü vermişdir. Lakin 2015-ci ildə Azərbaycan Respublikasında müəllimlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə diaqnostik qiymətləndirmə aparılmış, X3 ixtisas balı 10, metodika 10 bal olaraq ümumilikdə 20 bal toplamışdır. Nazirlər Kabinetinin qərarına, eləcə də Təhsil Nazirliyinin əmrinə əsasən müəllimlərin dərs yükü diaqnostik qiymətləndirmədən topladığı ixtisas balına əsasən verilmişdir. Eyni zamanda Təhsil Nazirliyinin əmrinə əsasən ixtisas balı 10 və aşağı olan müəllimlərin dərs yükü 6 saata endirilmişdir. 2017-ci ildə təhsil müəsissələrində işləyən müəllimlərin sənədləri yoxlanılmış, Ülviyyə xanımın, o cümlədən 2700 yaxın müəllimin sənədi dövlət nümunəvi hesab edilməmişdir. Sonradan həmin müəllimlərə şans v erilmiş və 6 saat dərs yükü ilə təmin edilmişdir. İddiaçı tərəfindən verilmiş iddia 2023-cü ilin fevral ayına kimi davam etmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və İddiaçı diaqnostik qiymətləndirməyə əsasən dərs saatı verilmiş, lakin sinif rəhbəri hissədə iddia təmin edilməmişdir. Qətnamə icra olunan kimi iddiaçının dərs yükü 18 saata qaldırılmışdır. Həmin proses ərzində iddiaçının 18 saat dərs saatı olmayıb, 6 saat dərsi olub və bu jurnalda qeyd edilib, əmək haqqı da 6 saat dərs yükünə uyğun verilib. Hesab etmişdir ki, iddiaçı 18 saat dərsdə iştirak etmədiyindən ona keçmədiyi dərslərin pulu da ödənilə bilməz.

10. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(032)-1683/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnam əsi ilə (hakim-Ceyhun Mustafayev) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2017-2022-ci illərdə onun dərs saatlarının kəsilmiş olduğunu iddia etməsi hələ ona həmin dərs saatlarına görə əmək haqqının ödənilməli olması kimi qiymətləndirilməsinə rəvac vermir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının dərs saatlarının azaldılması Pedaqoji şuranın qərarı ilə olmuşdur və iddiaçı həmin qərarla razılaşmayaraq onu mübahisələndirmiş və mübahisəyə məhkəmə müstəvisində baxılaraq hüquqi qiymət verilmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297, 149, 157, 158.1-ci maddələrinə, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabin etinin 215 saylı xx.xx.2010-cu il tarixli Qərarının 1-ci bəndinin 2-ci abzasına, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoii kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək birincin instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə, 292-ci maddəsinin 1-ci bəndinə, 288-ci maddəsinin tələblərinə istinad edərək iddiaçıya 2017-2022-ci illər üzrə kəsilmiş dərs saatlarına görə ödənilməmiş pul məbləğinin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qətnamədə əvvəlki məhkəmə qətnamələrinə əsasən Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edildiyini, İddiaçı 18 saat dərs yükü ilə təmin edildiyini, lakin qəbul edilmiş edilmiş olan qətnamədə məhz buraxılmış olan müddətlərin nəzərə alınması və buraxılmış olan müddətə görə əmək haqqının hesablanmalı olması hallarının öz əksini tapmadığı əsası ilə iddianın təmin edilməməsi qətnaətinə gəlsə də, iddiaçı əvvəlki iddia ərizəsində əmək haqqı ilə bağlı tələbi olmamış və belə olan halda işə baxan məhkəmələr iddia tələbindən kənara çıxaraq ona əmək haqqının ödənilməsi ilə bağlı mövqe bildirə bilməzdilər. Çox təəssüf ki, birinci instansiya məhkəməsi qətnamədə bu hala hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, iddiaçının əvvəlki iddia tələbində əmək haqqı ilə bağlı heç tələbinin olmadığını, dərs saatlarının kəsilməsinin iddiaçının günahından deyil məhz Pedaqoji Şuranın qərarı ilə olduğu və həmin qərarın məhkəmə qətnaməsi ilə ləğv edildiyini aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiya məhkəməsi) 2(106)-493/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər–Cahid İmanov (sədrlik edən və məruzəçi),Tale Kərimov və Samir Mayılov) apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin verdiyi apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

17. İddiaçının qətnaməni əsassız hesab etmiş və şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamı şdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının verdiyi apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir, buna görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. İddiaçı işləmədiyi illər üzrə əmək haqqını tələb etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmək haqqı müvafiq işin qarşılığında ödənilən ödənişdir, iddiaçının işləmədiyi müddətə görə əmək haqqı tələb etməsi hüquqi cəhətdən əsassızdır. İddiaçı apellyasiya şikayətində qeyd etdikləri formal mülahizələrdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.

20. Kassasiya şikayəti onunla əsas landırılmışdır ki, əvvəlki iddia ərizəsində əmək haqqı ilə bağlı tələb olmamış və belə olan halda işə baxan məhkəmələr iddia tələbindən kənara çıxaraq iddiaçıya əmək haqqının ödənilməsi ilə bağlı mövqe bildirə bilməzdilər. İşə baxan apellyasiya instansiya məhkəməsi apelyasiya şiakyətinin dəlillərinə qiymət verməmiş, dərs saatlarının kəsilməsinin iddiaçının günahından deyil, Pedaqoji Şuranın qərarı ilə olduğunu və həmin qərarın da məhkəmə qətnaməsi ilə ləğv edildiyini nəzərə almamışdır.

21. Apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblənin pozuntusuna yol vermişdir. b)

22. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikası Əmək Məcəlləsi

23. Maddə 290. 2-ci hissə. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə e dəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

27. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şə xsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən e dilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri pozulmuşdur.

41. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

42. İş materiallarından görünür ki, iddiaçının dərs yükünün 6 saat müəyyən edilməsi barədə cavabdehin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarı məhkəmə qətnaməsi ilə ləğv edilərək, iddiaçının dərs yükünün 18 saat olmalı olduğu halda, 6 saat müəyyən edilməsinin təhsil qanunvericiliyinin tələblərinin pozulması olduğunu müəyyən etmişdir.

43. İddiaçı hazırkı iddia tələbində 2017-2023-cü illər ərzndə 18 saat dərs yükü ilə təmin edilməli olduğu halda, 6 saat dərs yükü ilə təmin edildiyinə və cavabdehin bu qərarının məhkəmə qətnaməsi ilə qanunsuz hesab edildiyinə görə məhrum olduğu əmək haqqından ibarət gəlirə görə 28512 manat ziyan tələb etmişdir.

44. Məhkəmələr isə iddiaçının bu tələbinə əmək haqqı tələbi kimi formal yanaşaraq, onun keçmədiyi dərs saatlarına görə əmək haqqı almaq hüququ olmadığı qənaətinə gəlmişlər.

45. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.

46. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli o lması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir.

47. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbi qinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

48. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

49. Göründüyü kimi, iddiaçı əslində iddiada cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edə bilmədiyi əmək haqq həcmində ona vurulan maddi ziyanı tələb edir.

50. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozu lmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”.

51. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir.

52. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkə nə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik)

53. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

54. Beləliklə də, Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

55. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından müvafiq araşdırma aparılaraq qiymət verilməli, bu zaman iddiaçının hüquqlarının bərpası üçün qanunla müəyyən edilmiş qaydada cavabdehin Pedaqoji Şurasına müraciət etdiyi vaxtdan hesablanmaqla hüquqlarının bərpa olunduğu vaxta qədər ola dövr ərzində cavabdehin qanunsuz hərəkətləri nəticəsində dərs yükü fərqinə görə əldən çıxmış gəliri nəzərə alınmaqla düşdüyü maddi zərəri hesablanması istiqamətində araşdırma aparılmalı və iş üzrə ədalətli və qanuni qətnamə qəbul edilməlidir.

56. Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qa nuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

57. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

58. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

59. Məhkəmə k ollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli və tam araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-493/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar