Məhkəmə qərarları › İş №2(102)-2313/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2313/2019

08.04.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2313/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2313/2019 08 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili *** cavabdeh *** oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)11389/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ARDNŞ Nəqliyyat İdarəsi 5 saylı Texnol oji Nəqliyyat Departamentinə qarşı iki vəzifədə işləməsinə rəğmən əmək haqqının bir işə görə ödənilməsi, habelə buna uyğun olaraq da təqaüdünün düzgün müəyyən edilməməsinə görə “əmək haqqı və dəymiş zərər” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri PirallahıRayon Məhkəməsinin (hakim R.Mustafayev) 05 iyun 2018-ci il tarixli, 2(094)-270/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) 07.11.2018-ci il tarixli, 2(103)-11389/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri PirallahıRayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 07.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, 18.06.2012-ci ildə ARDNŞ-nin Azneft İB-ın Nəqliyyat Departamentinin 2 saylı avtomobil dəstəsinə 4 dərəcə ilə avtomobil sürücüsü peşəsinə qəbul olub. Sonra ixtisarlar nəticəsində 07.03.2014-cü ildə onu 5-ci dərəcəli yuyucu aqreqat maşinisti peşəsinə keçiriblər. Əmək müqaviləsini oxutmadan qol çəkdirmişdilər. Elə həmin vaxtdan o, həm yuyucu aqreqat maşinisti kimi (heç bir hüquqi sənədi və se rtifikatı olmadan), həm də yük maşınının sürücüsü kimi Qala qəsəbəsindən magistral yolla Buzovna qəsəbəsindən, Maştağa Albalı yolu ilə Mədənə 14-15 km Zil avtonəqliyyatı sonra Kamaz maşınlarını idarə edib. O, həm də sürücü olub və sürücü vəzifəsinin əmək funksiyalarını icra etmişdir. Lakin məhkəmə həmin sənədlərə hüquqi qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Rzayev Əlibaba Ağaşirin oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmi ş işin hallarından göründüyü kimi, 955 saylı əmək müqaviləsinə əsasən iddiaçı ARDNŞ Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinə 5-ci dərəcəli yuyucu aqreqatın maşinisti vəzifəsinə işə qəbul edilmiş, İT-İ ******* seriyalı 18.06.2012-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı ARDNŞ Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinə 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə qəbul edilmiş, 01.08.2014-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış razılaşmaya əsasən iddiaçı pensiya yaşına çatdığı üçün əmək müqaviləsinə xitam verilmiş, ona 2947,15 manat müavinət ödənilmişdir, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2017-ci tarixli qərardadı ilə İddiaçı cavabdeh ARDNŞ Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı “ci nayət işinin aşkar edilməsinə və başladılmasına” dair iddiasının mümkünsüz sayılması qərara alınmışdır. İddiaçı 18.06.2012-ci il tarixdə ARDNŞ-nin “Azneft” İB-nin nəqliyyat departamentinin 2 saylı avtomobil dəstəsinə 4-cü dərəcə ilə avtomobil sürücüsü vəzifəsinə qəbul edilmiş, 07.03.2014-cü il tarixdə 6 saylı nəqliyyat bölümünə yük maşını sürücüsü vəzifəsinə keçmiş, yük avtomobilinin sürücüsü kimi yuyucu aqreqat maşını da idarə etmiş, bir əmək müqaviləsi üzrə əmək funksiyalarını müxtəlif avtomobilləri idarə etməklə icra etmiş, işlədiyi müddət ərzində ona verilmiş əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək hüququndan istifadə etməmiş, əmək funksiyalarının dəqiqləşdirilməsi üçün işəgötürənə hər-hansı müraciət etm əmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “ə” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək... hüququ vardır. Həmin Məcəllənin 57-ci maddəsinin 3-cü hissəsinə görə əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırk ıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)-11389/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar