Məhkəmə qərarları › İş №2(102)-2315/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2315/2019

04.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2315/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(001)4973/2018 qətnaməsi ilə (hakim K.Əsədov) iddia tələbi qismən təmin olunmuş, cavabdehdən xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12488/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Kərimli, X.Cəmilova, İ.Xəlilov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4973/2018 saylı, 09 avqust 2018-ci tarixli qətnaməsi uşaqların saxlanılmasına görə cavabdehdən tutulan alimentin məbləğinə aid hissədə dəyişdirilərək, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmşdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(10 3)-12488/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin olunduğu hissəsində ləğv edilməsi, iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və 15 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməs inin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12488/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin olunduğu hissəsində ləğv edilməsi, iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiy a şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından müəyyən edildiyi kimi tərəflərin 4 uşağı vardır. Onlardan ikisi iddiaçının, digər ikisi isə cavabdehin himayəsinə verilmişdir. İddiaçının himayəsində olan xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X1 üçün hər uşağa görə 100 manat olmaqla Cavabdeh 200 manat aliment tutulmaqla X2 ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Kollegiya qeyd edir ki, tərəflərdən hər biri ilə 2 uşaq qaldığına görə apelyasiya məhkəməsi xeyrinə qərar çıxardığı X2 digər valideyn Cavabdeh nisbətdə az təminatlı olmasını müəyyən etməli, nəticəsindən asılı olaraq qərar qəbul etməli idi. İşdən göründüyü kimi apelyasiya məhkəməsi qətnamədə iddiaçı tərəfindən cavabdehin qazancı və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim olunmasını, cavabdeh isə heç bir yerdə işləmədiyin bildirmişdir. Yəni apelyasiya məhkəməsi iddiaçı X2 Cavabdeh nisbətdə az təminatlı olmasını müəyyən etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən bu vəzifəni sübuta yetirməli olan iddiaçı X1 qanunla üzərinə qoyulmuş vəzifəni yerinə yetirməmiş, cavabdehlə müqayisədə özünün az təminatlı olmasını sübuta yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, göstərilən vəziyyətdə iddianın təmin olunması üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsini əsaslı hesab etmək olmaz. Hazırkı vəziyyətdə maddi hüquq normasının tətbiqini düzgün hesab etmək olmaz. Azərbaycan Respublikası MPM-nin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə q ərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 418-ci maddəsində apelyasiya məhkəməsinin qətnamə və qərardadlarının ləğv edilməsinin əsasları təsbit edilmişdir. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsin in qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən iddiaçıya cavabdehə nisbətdə daha az təminatlı olmasına dair sübutlar təqdim etməsi təklif olunmalı, nəticəsindən asılı olaraq iddia tələbinə qiymət verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar