Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2319/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI (Açar sözlər: əmək haqqının ödənilməsi tələbi, əmək münasibətlərinin yaranma əsası, əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1694/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı onun əmək hüquqlarının Cavabdeh MMC tərəfindən pozulması (əmək haqqının ödənilməməsi) barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə (bundan sonra - Əmək Müfəttişliyi Xidməti) müraciət etmişdir.
2. Əmək Müfəttişliyi Xidməti xx.xx.2023-cü il tarixli və daha sonra xx.xx.2023-cü il tarixli məktublarla İddiaçı cavab verərək bildirmişdir ki, o, Əmək Müfəttişliyi Xidmətinə verdiyi izahatında işlədiyi dövrdə əmək haqqını nağd formada aldığını və əmək haqqının ödənilməsinə dair təsdiqedici sənədinin olmadığını bildirmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən, onunla “Elektro İnşaat" MMC-nin rəhbərliyi arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir.
3. İddiaçı mübahisə ilə bağlı xx.xx.2023-cü ildə mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyası xx.xx.2023-cü ilə təyin edilmiş, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dekabr 2021 – 02 fevral 2022-ci il dövrü üçün 7500 manat əmək haqqının və əmək haqqına dair son haqq hesablanaraq cavabdeh MMC-dən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, işdən azad olunma əmrini və bağlanmış müqavilənin surətini cavabdehdən ala bilmədiyinə görə həmin sənədlərin cavabdehdən alınaraq iş materiallarına əlavə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək Cavabdeh MMC-də sahə rəisi vəzifəsində çalışmışdır. "xxxx" MMC-də çalışdığı 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar, fevral aylarının əmək haqqı ümumilikdə 7.500 manat məbləğində pulu ala bilməmişdir. Əmək haqqının ödənilməsi tələbi ilə Cavabdeh MMC-nin təsisçisi X1 və direktor Şahid Əlmurad oğluna müracət etmişdir. İddiaçı ilə şirkət arasında bağlanmı ş əmək müqaviləsini tələb etsə də, iddiaçıya əmək müqaviləsini təqdim etməmişlər. Cavabdehin hərəkətsizliyindən müvafiq dövlət qurumlarına şikayətlər yazıb göndərmişdir. Bundan başqa, MMC tərəfindən iddiaçıya təqdim olunmuş əmək haqlarının ödənilməsi qrafiki ilə bağlı sənəddə iddiaçının Cavabdeh MMC-də fəaliyyət göstərdiyi tarixlər qeyd olunmuş və həmin cədvəl sənədində qeyd olunduğu kimi fəaliyyət dövrü iyun 2021 - fevral 2022-ci tarixləri aralığında olmuşdur. Həmin təyin olunmuş maaş məbləğindən 3 aylıq əmək haqqı ümumilikdə 7.500 manat iddiaçıya ödənilməmişdir. İddiaçının yuxarıda sadaladığı bütün hallar faktdır və bununla bağlı iddiaçıda mötəbər sübutlar (ödəniş cədvəli, cavab məktubları) vardır. Cavabdeh MMC ilə iddiaçının arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçıya aylıq məvacib ödənilmişdir. Lakin Cavabdeh MMC-nin təsisçi və direktorları bu pul tələbi ilə bağlı məsuliyyətdən yayınmaqla bağlanmış müqaviləni təqdim etmirlər. Cavabdeh mediasiya prosesində iştirakdan da imtina etmişdir. Mediator tərəfindən iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023 tarixdə MŞB/8/2023-01703 saylı arayış verilmişdir.
6. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək və iddia müddətinin tətbiq olunması barədə ərizə verərək bildirmişdir ki, iddiaçı Cavabdeh MMC-də heç bir vəzifə tutmamış, onunla hər hansı əmək müqaviləsi imzalanmamış, əmək haqqının məbləği müəyyən edilməmiş və heç bir zaman ona hər hansı əmək haqqı ödənilməmişdir. Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinin tələbinə əsasən, pul və digər ə mlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı işdən göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər əmək haqqnın ödənilməsini tələb edir. Əvvəla bu tələb özlüyündə mücərrəddir, çünki əmək haqqı ödənilmədiyi halda işçi 8-9 ay işləməyə davam edir. Faktiki əmək haqqı ödənilmədiyi ilk ayda artıq hüququnun pozulduğunu bilmişdir. Digər tərəfdən hətta sonuncu qeyd etdiyi xx.xx.2022-ci il tarixi nəzərə alınsa belə, tərəf bu müddətdən təxminən 6 ay sonra mediasiya və daha sonra məhkəməyə müraciət etmiş, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş 1 illik iddia müddəti də buraxılmışdır.
7. Məhkəmə iclasında iddiaçının təşəbbüsü əsasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, o, 2018-ci ildə sözügedən şirkətin təsisçisi olmuşdur. İddiaçı cavabdeh MMC-də sahə rəisi olmuşdur. Onun rəhbərlik etdiyi dövrdə iddiaçı layihə rəhbəri olmuşdur. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, o, şirkətin həm qanuni təmsilçisi, həm də təsisçisi olmuşdur. Onun xəbəri olmadan Cavabdeh MMC şirkəti ondan alınmışdır. Hazırda Cavabdeh MMC-nin direktoru X1-dir. Onun özünün X1-ə qarşı iddia tələbi məhkəmə tərəfindən bu yaxınlarda təmin olunmuşdur.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3701/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisəd ə zərərin dəyməsini, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İlk öncə, iddiaçı cavabdehin əmək fəaliyyəti dövrü üçün dekabr 2021 - fevral 2022-ci tarixləri aralığında 7.500 manat pulu ala bilmədiyini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək ödənilməyən əmək haqqına dair, cavabdeh MMC-də həqiqətən də qeyd olunan işlərin görülməsinə cəlb edildiyini və orada sahə rəisi vəzifəsində işlədiyini təsdiqləyən dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sü buta yetirməli idi. Bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlarla qeyd olunanlar sübuta yetmədi. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.
10. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, qanunverici əmək münasibətlərinin iştirakçıları kimi işçi və işəgötürəni müəyyən etməklə, onların əmək müqaviləsindən irəli gələn qarşılıqlı hüquq və öhdəliklərini nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanması faktı, o cümlədən iddiaçının həqiqətən də yazılı müqavilə bağlansa da qeydiyyata alınmadan əmək fəaliyyətinə cəlb edildiyi sübuta yetmədi. Bununla da iddiaçı ilə cavabdehin əmək münasibətlərində olması öz təsdiqini tapmamışdır. Belə ki, məh kəmə sorğusuna əldə edilmiş cavab məktubundan görünür ki, “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumata əsasən iddiaçının qeyd etdiyi - 12.2021-xx.xx.2022-ci il dövründə iddiaçının cavabdeh şirkət ilə əmək müqaviləsi bağlaması faktı aşkar edilmir.
11. İddiaçının təşəbbüsü ilə dindirilmiş şahid ifadəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının yaxını olan şahid onun cavabdeh MMC-də əmək fəaliyyəti ilə məşğul olduğunu bildirir. Eyni zamanda həmin şahid özü bildirir ki, cavabdeh MMC-nin hazırki qanuni nümayəndəsi, eyni zamanda təsisçisi ilə aralarında məhkəmə çəkişmələri mövcuddur. Şahid bildirir ki, mübahisəli şirkətin hazırki qanuni nümayəndəsinə, eyni zamanda təsisçisinə qarşı iddia tələbi olmuşdur. Belə olanda müəyyən olunur ki, şahid cavabdeh MMC, o cümlədən onun təsisçisi ilə münaqişəli vəziyyətdə olduğundan mübahisənin sonuncunun ziyanına həll edilməsində maraqlı olduğuna görə onun ifadəsi iddia tələbi üzrə mübahisə həll edilərkən mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qeyd olunan hal şahid ifadəsi ilə öz təsdiqini tapmamışdır.
12. Məhkəmə cavabdehin iddia müddəti tətbiq olunması barədə vəsatətinə münasibət bildirərək qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə iddia tələbi sübuta yetmədiyindən, prosessual qənaət prinsipi baxımından iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə qiymət verməyə lüzum gör məmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddələrinə, Əmək Məcəlləsinin 2, 3.5, 42.2, 83.2, 154.1-ci maddələrinə, Mülki Məcəllənin 372.1, 375.1, 375.2-ci maddələrinə, “R.Cavadov və digərlərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.3, 217.4, 218.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən dəlillərə oxşar əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, id diaçı dəfələrlə həmin idarəyə müraciət etmiş və bildirmişdir ki, onun məcburi köçkün və imkansız bir durumda olmağını nəzərə alaraq göstərilən əmək haqqını ona ödəsinlər. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək və sonda isə ümumiyyətlə onu tanımadığını bildirərək tələbini yerinə yetirməmişdir. Cavabdeh tərəfin iddia tələblərini rədd edə biləcək heç bir sübutu yoxdur. Cavabdeh saxtakarlıq edərək onu hər dəfə incidib yalandan həmin sənədləri verməkdən qətiyyətlə imtina etmişdir. Məhkəmə həmin sənədlərin mövcud olmasının sübut olunduğunu bilsə də, bunları tələb edərək araşdırmaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Halbuki məhkəmə iş üzrə qanuni, əsaslı və ədalətli qərar qəbul olunması üçün bütün qanuni vasitələrdən istifadə etməyə haqlı idi. Cavabdeh tərəfindən ona təq dim olunmuş əmək haqlarının ödənilməsi qrafiki ilə bağlı sənəddə onun Cavabdeh MMC-də fəaliyyət göstərdiyi tarixlər qeyd olunmuş və həmin cədvəl sənədindən qeyd olunduğu kimi fəaliyyət dövrü iyun 2021 fevral 2022-ci il tarixləri aralığında olmuşdur.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş edərək bildirmişdir ki, cavabdeh MMC "xxxx" MMC-nin törəmə müəssisəsidir. "xxxx" MMC-yə cavabdeh MMC-də olan iddiaçıya aid sənədlərin təqdim edilməsi ilə bağlı müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1694/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı işdə olan “əmək haqlarının ödənilməsi qrafiki ilə bağlı sənəd”ə istinad etsə də, həmin sənəd əmək haqqını ödəməli olan cavabdeh MMC tərəfindən təsdiq edilməmişdir. O da qeyd edilməlidir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə əsasən işəgötürən tərəfindən işçiyə ödənilən əmək haqqı yalnız nağdsız qaydada həyata keçirilməlidir. İddiaçı cavabdeh tərəfindən əvvəlki aylar üçün ödənilmiş əmək haqqı ilə bağlı sübutlarını da məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.4-1, 3.5, 7.2, 9 (“d” bəndi), 83.2, 154.1-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiya sı Maddə
35. Əmək hüququ Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 4-1. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməy inin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
9. Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri...
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin:... mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasın a hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi...
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;... Madd ə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;... Maddə
54. Əmək şəraitinin təmin edilməsi İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:... əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;... Maddə
154. Əmək haqqı Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məc musudur. Maddə
156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə
172. Əmək haqqının verilməsi müddətləri Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir....
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
4. Pul və digər əmlak tələbləri ilə əlaq ədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın müqavilənin etibarsız sayılması tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.
33. Bu mənada iddia tələbinin maddi hüquqi əsası kimi Əmək Məcəlləsinin işçinin hüquqlarından bəhs edən 9-cu maddəsinin d) və e) bənd ləri, habelə 154-cü maddəsinin 1ci bəndi nəzərdən keçirilə bilər. Həmin normalara görə əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüquq vardır. Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür.
34. Bu normaların məzmunundan görünür ki, yalnız əmək münasibətləri olduğu halda işəgötürən işçiyə əmək haqqı ödəmək vəzifəsi yaranır. Əmək münasibətləri isə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə görə, elektron informasiya sisteminə g ücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra, başqa sözlə, yalnız əmək müqaviləsi bağlanmaqla yaranır. Bu qayda, Əmək Məcəlləsinin 2-ci maddəsində təsbit olunmuş əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır.
35. Lakin iddiaçının cavabdehlə bağlanmış əmək müqaviləsi təqdim olunmamışdır. Yəni, tərəflərin əmək münasibətlərində olması müəyyən olunmamışdır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göst ərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya ko llegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, k assasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1694/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.