Məhkəmə qərarları › İş №2(102)-2324/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2324/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2324/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bəraət almış şəxsin ona vurulmuş maddi və mənəvi ziyan tələbi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğludan (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlundan və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı bəraət almış şəxsin ona vurulmuş maddi və mənəvi ziyanın, sağlamlığına vurulmuş ziyana görə zərərin əvəzinin ödənilməsinə görə kompensasiya və.s ödənişlər ödənilməsi tələbi nə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2*21-ci il tarixli, 2(1*6)-483/2*21 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2*22-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1991-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi, Azərbaycan Futbol Federasiyasının Hacıqabul şəhəri üzrə “Şərq” X19 Şöbəsinin Sədri və Hacıqabul şəhər X8muşdur. 2. *176 nömrəli vəsiqədən görünür ki, İddiaçı XXX oğlu Azərbaycan Respublikası Milli X7 Birliyinin Hacıqabul rayon üzrə nümayəndəsi olmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X16 Mərkəzi tərəfindən verilmiş 16 aprel 2*18-ci il tarixli arayış a əsasən İddiaçı XXX oğlu 16 aprel 2*18-ci il tarixdə X16 Mərkəzində “Spiral Kompyuter–Tomoqrafiya Müayinəsi”ndən keçmişdir. Son nəticədə: “Onurğa sütununun boyun və döş şöbəsində degenerativ dəyişikliklər. Deformasiyaedici spondilioz. Spondiloartroz Qabırğa-fəqərə birləşmələrində degenerativ dəyişikliklər” diaqnozu qoyulmaqla müalicə almışdır.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X16 Mərkəzi tərəfindən verilmiş 17 aprel 2*18-ci il tarixli ultrasəs müayinəsinin protokoluna əsasən İddiaçı XXX oğlunda vəzin sağ və sol payı simmetrikdir. Paranximada fibroz sahə, kalçinat qeyd olunmur.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasına əsasən İddiaçı XXX oğlu 28 iyun 2*16-cı il tarixdən 26 iyul 2*16-cı il tarixədək 28 gün müddət ərzində Şirvan şəhər Mərkəzi Xəstəxanasında İ Terapiya Şöbəsində yatmaqla bu dövrdə ürək xəstəliyindən əziyyət çəkməklə “ÜİX: kəskin koronar sindirom” diaqnozu ilə xəstəxanaya daxil olmuş, orada “ÜİX qeyri stabil stenokardiya” kliniki diaqnozu ilə müalicə alaraq evə buraxılmaqla evdə müalicəsini davam etdirmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasına əsasən İddiaçı XXX oğlu 24 fevral 2*17-c il tarixdən 27 mart 2*17-ci il tarixədək olan dövrdə ürək xəstəliyindən əziyyət çəkməklə “ÜİX: kəskin koronar sindirom” diaqnozu ilə xəstəxanaya daxil olmuş, orada “UİX: gərginlik stenokardiyası, İİİ, F – qrupu, KA-DSA serebral forma” kliniki diaqnozu ilə müalicə alaraq evdə müalicəni davam etdirmişdir.

7. İddiaçı XXX oğlu 3* dekabr 2*17-ci il tarix dən 3* yanvar 2*18-ci il tarixədək olan dövrdə ürək xəstəliyindən əziyyət çəkməklə “ÜİX: stabil gərginlik, sitenokardiyası, İİİ f. Hmt, İİ Ç İİİ F H NİT, Arterial hipertenziya İİİ mərhələ ürək–beyin forması, İİİ UFR qrupu. Diaqnozu ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasında İ Terapiya Şöbəsində, Hacıqabul rayon Poliklinikasında kardioloji kabinetdə müalicə almışdır.

8. Lənkəran Ağır Cinayətlər məhkəməsinin 11 may 2*16-cı il tarixli, 1(*89)-5*/2*16 saylı hökmünə əsasən İddiaçı XXX oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. İddiaçı XXX oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri dərhal ləğv edilmiş və o məhkəmə iclas zalından həbsdən azad edilmişd ir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 1**4,9 qram həşiş qətranı və 4,23* qram heroin narkotik vasitələrin mənbəyinin müəyyən olunması ilə əlaqədar qeyd olunan idarənin İstintaq şöbəsində ibtidai araşdırması aparılan 1519**545 saylı cinayət işinə əlavə edilərək DİN-nin BMCMİ-də saxlanılmışdır. Qanunsuz olaraq qətimkan tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı XXX oğluna izah edilmiş və bundan sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona istintaq orqanı tərəfindən vurulmuş ziyanın ödənilməsi və kompensasiya ödənilməsi barədə izah verilmişdir.

9. Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə Lənkəran Ağır Cinayət Məhkəməsinin 11 may 2*16-cı il tarixli, 1(*89)-5*/2*16 nömrəli hökmündən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya protesti ilə müraciət etmiş, həmin məhkəmənin 14 fevral 2*17-ci il tarixli Qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2*16-cı il tarixli, 1(*89)-5*/2*16 nömrəli hökmü dövlət ittihamçısı X12 apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *6 sentyabr 2*17-ci il tarixli 1(1*2)-97*/2*17 saylı Qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2*17-ci il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. İddiaçı XXX oğlu hüquqi yardımla əlaqədar vəkil 63* manat məbləğində pul ödəmişdir.

12. İddiaçı XXX oğlu 14 noyabr 2*2*-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı XXX oğlu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nətiucəsində ona dəymiş ziyanla əlaqədar bəraət almış şəxs kimi ona və ailə üzvlərinə vurulmuş maddi və mənəvi ziyanın, sağlamlığına vurulmuş ziyana görə zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi və bu tələb üzrə 7663** (yeddi yüz altmış altı min üç yüz) manat məbləğində ona və ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyanın, 3* (otuz) manat məbləğində dövlət rüsumun un – ümumilikdə 76633* (yeddi yüz altmış altı min üç yüz otuz) manat pulun dövlət büdcəsindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 21 noyabr 2*14-cü il tarixdə, səhər tezdən-təxminən saat *5 radələrində yaşadığı evin giriş qapısına dəyən güclü zərbə nəticəsində yaranan bərk səsə yuxudan ayılıb, giriş qapısının arxasında çoxlu adam olduğunu hiss etmiş və həmin şəxslər “polis, polis” deyə qışqıraraq polisdən olduqlarını bildirərək ondan və oğlundan qapını tez açmağı tələb etmişlər. O, onlara qapını açacağını bildirmiş və yaxınlaşıb açdığı anda evə 3 nəfər mülki geyimdə, 4-5 nəfər isə polis geyimində, bəziləri əli silahlı və üzləri maskalı olan cəmi 7-8 nəfər şəxslər daxil olmuşlar. Onlar əllərindəki sil ahla əvvəlcə onu, sonra isə oğlunu vurub xəsarətləndirərək yerə yıxmışlar. O, oğlu XXX döyülüb-vurulmaqdan qorumaq məqsəd ilə özünü irəli verərkən üzündə maska olan şəxslərdən biri əlindəki avtomat silahla onu yenidən vurub yerə yıxmış və silahı onun başına dirəyərək durmamasını əmr etmişdir. O, birtəhər həmin şəxslərdən onun evinə nə səbəbə bu cür qanunsuz, gecə vaxtı girdiklərinin səbəbini soruşduqda onlar silahı onun üstünə tutub yatdığı otağı göstərməsini tələb etmişlər. O, isə həmin vaxt yataq otağında uşaq və həyat yoldaşı olduğundan, oraya həmin şəxslərin girməmələri üçün onlara yaxındakı mətbəx otağını öz otağı kimi onlara göstərmişdir. Bundan sonra evə qanunsuz girən şəxslər onu mətbəx otağına keçirmişlər. Sonra 3 nəfər mülki geyimdə və bir neçə nəfər də polis geyimində olan şəxsl ər oğlunun otağına girmiş və sonra onlardan biri otaqdan çıxaraq əlindəki torbanı ona göstərib içində nə olduğunu bilib-bilmədiyini ondan soruşmuşdur. O, qaranlıq olduğundan ona göstərilən torbada nə olduğunu bilmədiyini, həmin torbanı birinci dəfədir ki, gördüyünü onlara bildirmişdir. Həmin şəxslərdən biri torbada narkotik olduğunu və bunun onun yataq otağından aşkar olunduğunu bildirmişdir. O, isə onlara evində narkotik maddə və s. qanunsuz əşyanın olmadığını və onların göstərdikləri torbanın ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra polis işçiləri onun əllərini qandallayaraq Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Bundan başqa o, evinə polis işçiləri tərəfindən hücum edilərkən, tutulub Hacıqabul rayon Polis Şöbəsinə gətirilərkən, nə də Hacıqabul rayon polis şöbəs ində ona vəkil təqdim olunmadığını və özünün sənədlərə məcburiyyətdən imza etdiyini və həmin vaxt yanında vəkil olmadığını bildirmişdir. Beləliklə ona polis əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlər göstərilməsi nəticəsində o, güya həmin gün yoldan tapdığı heroini götürüb polisə təhvil vermək üçün cibinə qoyub daşıdığı barədə izahat vermiş, habelə o, həmin narkotik vasitəni götürən polis əməkdaşlarını evinə baxış keçirilməsinə razılıq verməməsinə dair ərizə yazmış, eləcə də onun adından yazılmış başqa ərizəyə, ona təqdim edilən digər sənədlərə, onları oxumadan, məzmunu ilə tanış olmadan imza etmişdir. Bununla yanaşı onun adından yazılan (yazdığı) bütün sənədlərdə evindən aşkar edilmiş narkotik vasitə olan həşiş qətranından məlumatsız olduğunu qeyd etmişdir. O, heç vaxt narkotik m addə əldə etməmiş, nə də ki, onu üstündə, evində saxlamamışdır. Onun evində narkotik vasitə aşkarlanmasında iştirak etmiş şəxslər kimi sənədlərdə adları qeyd olunan şəxslərdən Hacıqabul RPŞ-nin sabiq əməliyyat müvəkkili XXX, hal şahidləri kimi göstərilən XXX və XXX hadisə günü evində görmədiyini, nə də həmin şəxslərin onun evində olmadıqlarını göstərmişdir. O, sənəddə adları göstərilənlərdən yalnız XXX evinə girmiş şəxslər arasında gördüyünü bildirmişdir. O, güya onun 21 noyabr səhər saat *8 radələrində, yaşadığı küçədə öz evinin yaxınlığında saxlanması və bu vaxt təqdim etdiyi narkotik vasitə olan heroinin ondan götürməsinin, eləcə də, evinə baxış keçirilməsi barədə sənədlərdə göstərilənlərin həqiqət olmadığını, polis əməkdaşlarının ondan və ya hadisə vaxtı evdə olan ailə üzvlərinin heç b irindən heç bir icazə almadan, özlərini təqdim etmədən onun evinə, qapı və pəncərəni sındırmaqla 21 noyabr 2*14-cü il tarixdə, saat *5 radələrində girdiklərini göstərmişdir. O, evində heç bir baxış və axtarış aparılmadığını, sənədlərdə narkotik vasitə olan həşiş qətranının onun yataq otağından aşkar olunması göstərilsə də, onun yataq otağına baxış keçirilmədiyini və oradan hər hansı qanunsuz saxlanılan narkotik vasitə və s. əşya aşkar olunmadığını göstərmişdir. O, saxlanılarkən, evində axtarış aparılarkən ona müdafiəçi təqdim edilmədiyini, hüquqları, o cümlədən özü və ya qohumları tərəfindən müdafiəçi dəvət etmək hüququ izah edilmədiyini, yaxın qohumları ilə əlaqə saxlamağa və onlar vasitəsi ilə müdafiəçi dəvət etməyə imkan verilmədiyini bildirmişdir. O, istintaqın ilk günündə ondan alınan izahata uyğun ifadə verməsinə dair yazılmış dindirmə protokollarında qeyd olunanları, yəni guya heroin narkotik vasitəsini yoldan tapması və polisə aparmaq istəməsi barədə yazılanları oxumadan təsdiq etmiş, buna səbəb isə ona yaxınları və özü tərəfindən dəvət etmək istədiyi müdafiəçi ilə görüşməyə şərait yaratmamaları, şifahi şikayətlərinə məhəl qoyulmadığı üçün söyləyəcəyi həqiqətə də, əhəmiyyət verilməyəcəyi fikrindən irəli gəlmişdir. Bu səbəbdən istintaqın ilk günlərində həqiqətin aydınlaşdırılacağını güman etdiyi üçün rəsmi qaydada şikayət etməmişdir. Birneçə gündən sonra onun hüquqlarını müdafiə etmək üçün qohumları tərəfindən dəvət olunmuş müdafiəçi istintaq hərəkətlərinə buraxılmış və bundan sonra o, müdafiəçi vasitəsi ilə mənəvi və fiziki təzyiqlərə məruz qalması barədə şikayətlər və həqiqətdə baş verənlər, yəni sonradan məhkəmədə göstərdiklərinə uyğun ifadələr vermiş, bunu ibtidai istintaq zamanı üzləşdirildiyi polis əməkdaşlarının və hal şahidlərinin üzünə qarşı da bildirmişdir. Həmin vaxta qədər onun və oğlunun polis əməkdaşları tərəfindən döyülüb xəsarətləndirilmələri, hüquqlarının pozulması barədə etdiyi şikayətlə bağlı heç bir araşdırma aparılmamış və qərar qəbul edilməmişdir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsinin istintaq orqanı tərəfindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış, bu müddətdə onun vəkili olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin istintaq ı çox uzanmış və iş saxta ittihamlarla yekunlaşaraq sonda AR CM-nin 234.4.3-cü maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə baxılmağa verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi (X38) 2*15-ci il dekabr ayının əvvəllərində onun barəsində olan cinayət işinə baxmağa başlamışdır. 11 may 2*16-cı il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində bəraət hökmü çıxarılmış və o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. Məhkəmənin bəraət hökmündə göstərilir ki, Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə İddiaçı bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesin i həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində olan 11 may 2*16-cı il tarixli bəraət hökmündə “İddiaçı XXX oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, İddiaçı XXX oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dərhal ləğv edilməsi, onun məhkəmə iclas zalından həbsdən azad edilməsi göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsi (Dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən) İddiaçı XXX oğluna Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə Lənkəran Ağır Cinayət Məhkəməsini n 11 may 2*16-cı il tarixli, 1(*89)-5*/2*16 nömrəli hökmündən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya protesti ilə müraciət etmişdir. Apellyasiya protestində dövlət ittihamçısı məhkəmə tərəfindən hökm çıxarılarkən Azərbaycan Respublikası CPM-nin 4*1 və 4*2-ci maddələrinin tələblərinin pozulmasını əsas gətirərək cinayət işi üzrə mənə verilmiş bəraət hökmü ilə razılaşmayaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2*16-cı il tarixli hökmünün ləğv edilməsi və İddiaçı XXX oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə barəsində ittiham hökmü çıxarılmasını Apellyasiya Məhkəməsindən xahiş etmişdir. O və müdafiəçisi tərəfindən apellyasiya protesti ilə tanış ol araq bu protestə qarşı etiraz verərək apellyasiya protestinin təmin edilməməsi barədə qərar verilməsini Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasından xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (Hakim A.Dosiyevin sədrliyi ilə) işə baxaraq 14 fevral 2*17-ci il tarixli, 1(1*6)-24/2*17 saylı qərarı ilə İddiaçı XXX oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2*16-cı il tarixli, 1(*89)-5*/2*16 nömrəli hökmündən dövlət ittihamçısı X25 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2*16-cı il tarixli, 1(*89)5*/2*16 nömrəli hökmü dövlət ittihamçısı X12 apellyasiya protestinə əsasən dəyişdirilməmişdir. Bundan sonra Azərba ycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya və Kassasiya İnstansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas XXX tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2*17-ci il tarixli, 1(1*6)– 24/2*17 saylı Qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verilmişdir. Dövlət ittihamçısı XXX tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilmiş kassasiya protestində “İddiaçı XXX oğluna Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2*17-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya ba xışına təyin edilməsi” xahiş edilmişdir. O və müdafiəçisi tərəfindən kassasiya protesti ilə tanış olaraq bu protestə qarşı etiraz verərək kassasiya protestinin təmin edilməməsi barədə qərar verilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasından xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası (X5 (sədrlik edən), X22 (məruzəçi) və X9 ibarət tərkibdə) XXX tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq kassasiya protestinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının İddiaçı XXX oğlu barəsində olan 14 fevral 2*17-ci il tarixli qərarının öz qüvvəsində qalması barədə *6 sentyabr 2*17-ci il tarixli qərar verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(1*2)-97*/2*17 saylı, * 6 sentyabr 2*17-ci il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının İddiaçı XXX oğlu barəsində olan 14 fevral 2*17-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. O, ümumilikdə 21.11.2*14-cü ildən –*6.*9.2*17-ci ilədək olan istintaq, birinci instansiya məhkəməsi, apellyasiya instansiyası məhkəməsi, kassasiya instansiyası məhkəməsi dövründə - yəni 2 il, *9 ay, 16 (iki il, doqquz ay, on altı) gün ərzində barəsində olan cinayət işi ilə əlaqədar olaraq daim gərginlik altında olaraq mənəvi, fiziki, psixoloji və s. cəhətdən əziyyət çəkmişdir. Yuxarıda göstərilən ümumilikdə istintaq, birinci instansiya məhkəməsi, apellyasiya instansiyası məhkəməsi, kassasiya instansiyası məhkəməsi dövründə; bunun istintaq və birinci instansi ya məhkəməsi dövründə, yəni 21.11.2*14-cü ildən – 11 may 2*16-cı il tarixədək olan dövrdə - 1 il, 5 ay, 2* (bir il, beş ay, iyirmi) gün müddətində o, həbsdə olmuş, qalan apellyasiya instansiyası məhkəməsi və kassasiya instansiyası məhkəməsi dövründə, yəni 11 may 2*16-cı il tarixdən *6 sentyabr 2*17-ci il tarixədək olan dövrdə - 1 il, 3 ay, 26 (bir il, üç ay, iyirmi altı) gün müddətində isə yuxarı instansiya məhkəmələrində olmuşdur. Bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi hüququndan istifadə edərək qanunun tələbinə əsasən o, maddi təzminat tələb etmək qərarına gəlmişdir. Belə ki, həbsdə olduğu ibtidai istintaq və birinci instansiya məhkəməsi dövründə 1 il 5 ay 2* (bir il, beş ay, iyirmi) gün və Apellyasiya məhkəməsi instansiyası və Ali Məhkəmə instansiyasında işə baxılması dövrləri, 1 il, 3 ay, 26 (bir il, üç ay, iyirmi altı) gün - cəmi: = 2 il, 9 ay, 16 (iki il, doqquz ay, on altı) gün müddəti üçün ona vurulmuş maddi ziyan 15*.*** (bir yüz əlli min) manat, vurulmuş mənəvi ziyan 2**.*** (iki yüz min) manat olmaqla ümumilikdə cəmi: 35*.*** (üç yüz əlli min) manat bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi hüququndan istifadə edərək qanunun tələbinə əsasən o, maddi təzminat tələb etmişdir. 2*16-cı il 11 may tarixində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmünə əsasən o, həbsdən azad edildikdən sonra o, sağlamlığını itirdiyini hiss etmişdir. Həmin vaxtdan sonra o, müxtəlif xəstəlik lərdən əziyyət çəkməklə dəfələrlə xəstəxanada yatmış, eləcə də ev şəraitində müalicə olunmuşdur. O, əvvəllər sağlam olmuş, heç bir xəstəlikdən əziyyət çəkməmiş, bu xəstəlikləri isə həbsdə yatdığı müddətdə ona olan haqsızlıq, psixi və fiziki təsirlər və şəraitsizlik nətiəcəsində tapmışdır. Belə ki, o, bel nahiyyəsinin və ayaqlarının tutulması, kəskin ağrılar olması, duzlaşma və tutulması ilə əlaqədar 16.*4.2*18-ci il tarixdə X16 Mərkəzində “Spiral Kompyuter–Tomoqrafiya Müayinəsi”ndən keçmişdir. Son nəticədə: “Onurğa sütununun boyun və döş şöbəsində degenerativ dəyişikliklər. Deformasiyaedici spondilioz Spondiloartroz Qabırğa-fəqərə birləşmələrində degenerativ dəyişikliklər” diaqnozu qoyulmaqla müalicə almış və indi də müalicəsi davam etməkdədir. Bundan əlavə eləcə də qara ciyərində, öd kisə sində, böyrəklərində və bağırsaqlarında olan xəstəliklərlə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim müayinəsində olmuş, bununla əlaqədar orada *6 iyun 2*16-cı il tarixdə ultrasəs müayinəsindən keçmiş, eləcə də 17.*4.2*18-ci il tarixdə X16 X3 keçmişdir. Bununla əlaqədar 2 dəfə müxtəlif vaxtlarda, hər birində 2 ay olmaqla Şirvan Şəhər Mərkəzi Xəstəxanasında yatmaqla müalicə olunmuş, həkim ona müxtəlif dərmanlar yazmış və o, ev şəraitində də, müalicə olunmuşdur. Lakin o, tam sağala bilməmiş, hazırda da daimi müalicə almaqdadır. O, bəraət aldıqdan sonrakı məhkəmə dövrlərində ağır xəstəliklər keçirtdiyinə görə də işləyə bilməmiş və bu səbəbdən də, əmək fəaliyyətini itirmişdir. Belə ki, o, 28.*6.2*16-cı il tarixdən 26.*7.2*16-cı il tarixədək 28 gün müddət ərzində Şirvan Şəhər Mərkəzi X əstəxanasında İ Terapiya Şöbəsində yatmaqla bu dövrdə ürək xəstəliyindən əziyyət çəkməklə “ÜİX: kəskin koronar sindirom” diaqnozu ilə xəstəxanaya daxil olmuş, orada “ÜİX qeyri stabil stenokardiya” kliniki diaqnozu ilə müalicə alaraq evə buraxılmaqla evdə müalicəsini davam etdirmişdir. Belə ki, o, 24.*2.2*17-ci il tarixdən 27.*3.2*17-ci il tarixədək olan dövrdə ürək xəstəliyindən əziyyət çəkməklə “ÜİX: kəskin koronar sindirom” diaqnozu ilə xəstəxanaya daxil olmuş, orada “UİX: gərginlik stenokardiyası, İİİ, F – qrupu, KA-DSA serebral forma” kliniki diaqnozu ilə müalicə alaraq evdə müalicəni davam etdirmişdir. Bundan başqa o, 3*.12.2*17-ci il tarixdən 3*.*1.2*18-ci il tarixədək olan dövrdə ürək xəstəliyindən əziyyət çəkməklə “ÜİX: stabil gərginlik, sitenokardiyası, İİİ f. Hmt, İİ Ç İİİ F H Nİ T, Arterial hipertenziya İİİ mərhələ ürək – beyin forması, İİİ UFR qrupu. Diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında İ Terapiya Şöbəsində, Hacıqabul rayon Poliklinikasında kardioloji kabinetdə müalicə almışdır. Xəstəxana, dərman, həkim, laboratoriya, müayinə, aparatlara və s. çəkilən maddi xərclər 8*** (səkkiz min) manat və sağlamlığına vurulmuş ziyana görə 15*.*** (bir yüz əlli min) manat olmaqla cəmi 158.*** (bir yüz əlli səkkiz min) manat maddi zərərin əvəzinin ödənilməsi və sağlamlığının itirilməsi ilə əlaqədar təzminat tələb edir. Bundan əlavə hadisə günü qanunsuz olaraq evinə girilərkən polis işçiləri qapı-pəncərəni sındıraraq, evin əmlakını dağıdaraq ona təxminən 1*** (bir min) manat məbləğində maddi ziyan vurmuşlar. O, sınan pəncərələrin təzəsini almış, evin çöl və içəri qa pılarını isə düzəltdirməyə maddi imkanının olmamışdır. O, evinə dəymiş maddi ziyanla əlaqədar 1*** (bir min) manat tələb edir. Hadisə günü–21 noyabr 2*14-cü ildə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri-əməliyyat müvəkkili Surxay Əliyev və digərləri Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ hissəsində təsbit edilən mənzil toxunulmazlıqı hüququnu pozaraq onun evinə qanunsuz daxil olmuşlar. Əməliyyat işçiləri tərəfindən heç bir əsas olmadan o və oğlu XXX X döyülərək xəsarət almış, təhqir olunmuş və pis rəftara məruz qalmışlar. Bu barədə oğlu X28 Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə müraciət etmiş, bu barədə xəstəxanada olan tibbi kartalarda, qeydiyyat jurnalında qeydlər edilmiş, orada ona tibbi yardım göstərilmiş, eləcə də m üalicəni davam etdirmək üçün müalicə kursu və dərman resepti yazılmışdır. Bununla əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2*16-cı il traixli hökmündə onun və Hacıqabul Rayon Mərkəzi X2 müdiri X4 ifadələri də bu faktları təsdiq edir. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində və istintaq zamanı dindirilmiş Xəstəxananın Cərrahiyə şöbəsinin müdiri XXX vermiş olduğu ifadəsində göstərmişdir ki, İddiaçı XXX oğlunu və onun oğlu X17 şəhər sakini kimi tanıyır, aralarında qohumqluq, yaxın münasibət, eləcə də, ədavət yoxdur. 21 noyabr 2*14-cü il tarixdə saat 13 radələrində işlədiyi xəstəxananın qəbul şöbəsində növbədə olarkən ona Hacıqabul şəhər sakini X26 baş və qarın ağrıları ilə müraciət edərək yardım istəmişdir. Həmin vaxt o, şəxsən XXX müayinədən keçirmiş və onda ilkin olaraq g özlə görünən zədələrdən üst dodağın və burun səthinin qansızmalarla müşayiət olunan əzilməsi, eləcə də xəstənin özünün deməsi ilə yanaşı, əllə yoxladıqda qarında ağrılarla müşayiət olunan qarının küt travması, baş gicəllənməsi və ağrısı, yəni kəllə-baş beyin travması almasına şübhələr müəyyən edilmiş və diaqnozu qoyulmuşdur. Bu barədə qəbul şöbəsindəki kitaba müvafiq qeyd də aparılmışdır. X23 bildirmişdir ki, həmin gün səhərə yaxın polis əməkdaşları evlərinə girərək atasını tutub aparmış və bu zaman onu da döymüşlər. Nəticədə həmin xəsarətləri almışdır. XXX səhhətində müəyyən edilən pozuntular onun müvəqqəti də olsa xəstəxanada qalıb müalicə alması və baş-beyinin daxili müayinədən keçirilməsinə əsas vermiş və o, bunu axırıncıya bildirərək xəstəxana şəraitində müalicə olunmasını təklif etmi ş, lakin XXX atasına görə narahatlığını səbəb gətirərək bundan imtina etmişdir. XXX ambulator müalicə məsləhəti vermiş, lakin o poliklinikada da qeydiyyatda düşməkdən imtina etdiyi üçün adına tibbi karta açılmamış və başqa qeyd aparılmamışdır. XXX çıxıb getdikdən sonra o, dərhal axırıncının verdiyi məlumat və onda müəyyən etdiyi xəsarətlər barədə Hacıqabul RPŞ-nin növbətçi hissəsinə telefon vasitəsi ilə məlumat vermişdir. Məlumatı şöbənin əməkdaşları XXX və XXX qəbul etmişdir. Bu hadisədən sonra o, XXX görməmişdir, lakin bundan 5-6 gün sonra, 26 noyabr 2*14-cü il tarixdə verilmiş sorğu ilə bağlı o, Hacıqabul rayon Polis Şöbəsinə, XXX 21.11.2*14-cü ildə müəyyən etdiyi xəsarətlər barədə rəsmi Arayış vermişdir. Bundan təxminən 5-6 gün sonra isə, *2.12.2*14-cü il tarixdə MTE və PA Birliyinin H acıqabul rayon şöbəsinə Tibbi Arayış vermişdir. Son arayışda o, diqqətsizliyə yol verdiyi üçün səhvən XXX 21.11.2*14-cü ildə dodağın selikli qişalarının qansızmaları müəyyən edildiyini göstərmiş, digər xəsarətləri göstərməyi unutmuşdur. İşdə olan Hacıqabul Rayon Mərkəzi X2 müdiri XXX tərəfindən verilmiş 26.11.2*14-cü il tarixli arayışdan görünür ki, X26 21.11.2*14-cü il tarixdə RMXnın cərahiyə şöbəsinə müraciət etmiş və onda üst dodağın və burunun əzilməsi, OKBtsi?. qarının küt travması kimi zədələr aşkar edilmişdir. Həmin həkim tərəfindən Hacıqabul rayonu MTE və PA şöbəsinə təqdim edilməsi üçün verilmiş *2.12.2*14-cü il tarixli arayışda XXX Xun 21.11.2*14-cü il tarixdə cərrahiyə şöbəsinə müraciət etməsi və onda üst dodağın selikli qişasının qansızmaları olması qeyd edilmişdir. Birinci ins tansiya məhkəməsində şahid XXX ifadəsini əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi Hacıqabul RMX-nin qəbul şöbəsinin kitabından və onun 61-62-ci vərəqindən çıxarılıb işə əlavə edilmiş kserosurətdən görünür ki, həmin kitabdakı 311-ci sayda 21.11.2*14-cü il tarixdə, saat 13 rədələrində xəstəxanaya XXX Xun müraciət etməsi və onda “üst dodağın əzilməsi, burunun əzilməsi, OKB t –si?. qarının küt travması” zədələrinin müəyyən edildiyi, döyülməsini deməsi qeyd olunmuşdur. Bundan əlavə oğlu ilə birlikdə o, özü də 21.11.2*14-cü ildə evdə və Hacıqabul rayon Polis Şöbəsində saxlanılarkən qanunsuz evə daxil olan polis əməkdaşları və digərləri tərəfindən döyülmüş, xəsarət almış, təhqir edilmiş və pis rəftara məruz qalmışdır. Bu barədə o, sonradan istintaqa verdiyi ifadələrdə, birinci instansiya və y uxarı instansiya məhkəmələrində verdiyi ifadələrdə döyülməsi və s. barədə bildirmişdir. Bütün bunlar istintaq sənədlərində, birinci instansiya və yuxarı instansiya məhkəmələrinin hökm və qərarlarında qeyd olunmuş və öz təsbitini tapmışdır. Təsadüfü deyildir ki, o, Bakı şəhəri Kürdəxanı ərazisində yerləşən İstintaq Təcridxanasına aparılarkən orada həkim müayinəsindən keçmiş və üz, baş nahiyyəsində və bədənində olan müxtəlif xəsarətlər qeydə alınmış və orada saxlanılan məhbusun Tibbi Kartasında saxlanılmışdır və o, bu xəsarətləri polis əməkdaşları tərəfindən tutularkən və Hacıqabul şəhər PŞ-də saxlanılarkən orada polis əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2*16-cı il tarixli hökmündə göstərilir: “Müdafiə tərəfin məhkəməyə təqdim etdiy i DİN-nin BMCMİ tərəfindən müdafiəçiyə ünvanlanmış *3.*2.2*16-cı il tarixli, **7-995-1216 nömrəli məktubda göstərilir ki, İddiaçı 21.11.2*14-cü il tarixdə həmin idarəyə gətirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət olması müəyyən edilməmişdir və axırıncı istintaqda dindirilərkən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona qarşı hər hansı psixi, fiziki təsir göstərilmədiyi, qanunsuz hərəkətlərə yol verilmədiyi, özü polis əməkdaşlarının bütün tələblərinə tabe olduğunu göstərdiyi bildirilmişdir. Eyni zamanda həmin məktubda İddiaçı polis əməkdaşları tərəfindən tutulduqdan sonra və polis şöbəsində saxlanılarkən döyülməsi xüsusatı üzrə Baş Prokurorluqda araşdırma aparıldığı və bu faktın cinayət işinin başlanmasının rədd olunduğu bildirilmişdir. Lakin nə cinayət işində, nə də ki, müdafiə tərəfinin Azərbaycan Respublikası Baş Prokurorluğunun ünvanladığı əvvəlki sorğuya cavabda onun polis əməkdaşları tərəfindən döyülməsi xüsusatı üzrə xəsarət alması və bununla bağlı qəbul edilmiş qərar və ya məlumat verilməmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun 1* fevral 2*16-cı il tarixli qərarından görünür ki, DİN-nin BMCMİ-də aparılan cinayət işi üzrə şahid X13 1* avqust 2*15-ci il tarixli ifadəsində yaşadıqları evə silahlı polis əməkdaşlarının əsassız girərək onun özünü və atası İddiaçı döymələri, sonuncunun əlinə qandal vurub Hacıqabul rayon PŞ-nə aparmaları barədə ifadəsində göstərdiyi xüsusat üzrə Baş Prokurorluqda araşdırma aparılmış, bu araşdırma zamanı qeyd olunan xüsusatlar, yəni XXX Xun polis əməkdaşları tərəfindən döyülərək xəsarətləndirilməsi faktı təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda 2*14-cü ilin noyabr ayının 21dən 22-nə keçən gecə baş vermiş hadisə zamanı xəsarət aldığı bildirilmiş, baxmayaraq ki, XXX X polis əməkdaşları tərəfindən ona 21.11.2*14-cü il tarixdə xəsarət yetirildiyi bildirilmiş və həmin qərarda İddiaçı xəsarət alması faktının araşdırıldığı və ya bu fakt üzrə qərar qəbul edildiyi göstərilməmişdir”. Onun məhkəməyə təqdim etdiyi Bakı İstintaq Təcridxanasının *8.*1.2*16-cı il tarixli, № 17/38-36 saylı məktubundan və ona əlavə edilmiş İT-da İddiaçı adına açılmış Kartanın surətindən görünür ki, İddiaçı İstintaq Təcridxanasına 28.11.2*14-cü il tarixdə gətirilərkən müayinədən keçirilmiş və həmin vaxt onda sağ gözünün altında bənövşəyi rəngdə göy qançır iz ləri aşkar edilmişdir. Onun və oğlu X14 polis əməkdaşları tərəfindən tutularkən və Hacıqabul rayon PŞ-də saxlanılarkən döyülmələri barədə istintaq, birinci instansiya məhkəməsi, apellyasiya və ali instansiya məhkəmələrinin hökm və qərarlarında da qeydlər vardır və təsdiqini tapmışdır. Qeyd etmək istəyirəm ki, 1 il, 5 ay, 2* gün müddətində, yəni - 21.11.2*14-cü ildən 11.*5.2*16-cı ilədək olan dövrdə o, həbsdə olarkən oğlu X39 Məktəbi bitirərək, Ali təhsilli olmağına baxmayaraq işə düzələrək işləyə bilməmişdir, səbəbi də ondan ibarət olmuşdur ki, o, evə nəzarət etmiş, evdəkilərin və ali təhsil alan bacı-qardaşının qayğısını çəkmiş və onun ardınca İstintaq Təcridxanasına gəlib-getmişdir. O, həbsdən çıxandan sonra isə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə - Polis orqanlarına işə düzəlmək istəyəndə isə ona bildirilmişdir ki, “sənin artıq 26 yaşın var, bizim orqanlara isə işə düzəlmək 25 yaşadək olur, sən keçən ilə qədər işə qəbul oluna bilərdin, indi isə artıq gecdir, sənin yaşın keçib” deyə bildirmişlər. Bu səbəbdən də oğlu Q.X33 Orqanlarına işə düzələ bilməmiş və bu səbəblərə görə o, mənəvi, psixoloji əziyyət, ziyan çəkmişdir. Onun və oğlu XXX Xun polis əməkdaşları tərəfindən tutularkən və Hacıqabul rayon PŞ-də saxlanılarkən döyülmələri, təhqir olunmaları, pis rəftara məruz qalmaları ilə əlaqədar, eləcə də, oğlu Q.Xun bu müddətdə X21 işə düzələ bilməməsi, eləcə də başqa işlərdə işləməyə imkanı olmaması ilə əlaqədar fiziki, mənəvi və psixi ziyana görə, sağlamlıqlarına vurulmuş ziyana görə, sağlamlıqlarını itirmələri ilə əlaqədar ziyana görə zərərin əvəzinin ödən ilməsindən ötəri 1**.*** (bir yüz min) manat maddi təzminat tələb edir. O, *1 fevral 2*11-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi, 5 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs –sahibkar kimi qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeydiyyat № VÖEN 81**195152 saylı Şəhadətnamə ilə fiziki şəxsin sahibkarlıq uçotunda qeydiyyatdadır və Hacıqabul şəhəri, XXXov küçəsi, 1* ünvanda ona məxsus “Çay evi” işlədir. Vaxtı-vaxtında sahibkar kimi vergiləri ödəyir, əldə etdiyi vəsait ilə ailəsini dolandırır. O, həbs olunduğu 21.11.2*14-cü il tarixdən sahibkarlıq fəaliyyəti göstərə bilməmiş və bununla əlaqədar ona hər ay 1*** (bir min) manat maddi ziyan dəymişdir. Belə ki, o, hər ay 5 saylı Ərazi Vergilər İdarəsinə 2 % sadələşdirilmiş vergi məbləği - əldə etdiyi gəli rdən hər ay qazancının yəni 1*** (bir min) manatın 2 %-i miqdarında - ən azı 2* (iyirmi) manat vergi ödəmişdir. O, həbsdə olduğu 21.11.2*14-cü il tarixdən bəraət alaraq həbsdən azad edildiyi 11.*5.2*16–cı il tarixədək olan dövrdə, yəni 18 ay müddətində o, hər ay sahibkarlıqla məşğul olacağı dövrdə əldə edəcəyi qazancını, yəni hər ay ən azı 1*** (bir min) manat itirmişdir. Bu xüsusda ona dəyən ziyan 18 ay müddətində cəmi: 1*** manat x 18 ay = 18.*** (on səkkiz min) manat təşkil edir. 11.*5.2*16-cı ildə həbsdən azad edildikdən sonra ittihamçı prokurorlar tərəfindən verilən apellyasiya və kassasiya proteslərərinə əsasən Şirvan Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində işə baxılan dövrlərdə də xəstələndiyinə görə və məhkəmə proseslərinin getdiyi müddətlərdə işləyə bilm əmiş, iş qabiliyyəti olmamışdər. Vergiləri və digər ödənişləri formal olaraq hər ay ödəsə də faktik olaraq iş fəaliyyəti olmayıb və o bu dövrdə - 11.*5.2*16-cı il tarixdən *6.*9.2*17-ci il tarixədək olan 16 ay müddətində 16.*** (on altı min) manat qazancını itirmişdir. Ümumilikdə həbs olunduğu dövrdən yəni 21.11.2*14-cü il tarixdən ibtidai istintaq, birinci instansiya məhkəməsi, apellyasiya məhkəməsi, ali məhkəmə qurtaran dövrədək yəni, *6.*9.2*17-ci il tarixədək olan 34 (otuz dörd) ay (18 ay istintaq və 16 ay məhkəmələr dövründə) ərzində o, ümumilikdə 34.*** (otuz dörd min) manat əldə edəcəyi qazancını itirmiş və bu səbəbdən də, 34.*** (otuz dörd min) manat məbləğində əldə edəcəyi qazancı tələb edir. Bundan əlavə o, sahibkarlıqla məşğul olmaqla əldə etdiyi vəsaitlə böyük 6 nəfərlik ailəsi ni maddi cəhətdən dolandırmaqda, ali təhsil alan 2 övladının təhsil, kirayə qalma, ərzaq və s. xərclərini, eləcə də hər il oğlu X11 ötəri Azərbaycan Universitetinə ödədiyi illik 25** manat təhsil haqqını, cəmi övladları üçün illik 25** (iki min beş yüz) manat olmaqla 3 il üçün 75** (yeddi min beş yüz) manatı, onların qaldığı kirayə evə 3 tədris ili üçün 36 aya hər ay 3** manatdan olmaqla kirayə haqqını cəmi: 1*.8** (on min səkkiz yüz) manatı, onların təhsil aldığı 3 tədris ili üçün ərzaq və s. xərclərini 1**** (on min) manatı ödəməkdə və başqa – ailə, təsərrüfat xərclərini illik 1**** (on min) manatı ödəməkdə çətinlik çəkmişdir ki, bu da ildə 1**** (on min) manat olmaqla 3 il müddətində 3**** (otuz min) manat təşkil edir. Bu səbəbdən də o, hər il ailəsini dolandırmaq və uşaqların təhsil ha qqını ödəməkdən ötəri və s. xərclərini ödəməkdən ötəri Rusiya dövlətinə gedib işləyərək yuxarıda göstərdiyi xərcləri – pul vəsaitini əldə etmişdir. Bu səbəbdən də o, bu qazancından da həbsdə olduğu müddətdə və yuxarı instansiya - apellyasiya və ali məhkəmələrdə işlərin gedişatı müddətində işləyə bilmədiyinə görə ziyana düşmüş və bunu tələb edir. Uşaqların hər birinin 3 illik təhsil xərci, ev kirayə haqqı, onların ərzaq və s. xərcləri və onun başqa xərcləri ən azı yuxarıda göstərdiyi hesab əsasında (75** manat 3 illik təhsil haqqı + 3 il – 36 ay müddətində hər ay 3** manat olmaqla 1*.8** manat evdə kirayə qalma haqqı + hər ay tələbələrin ərzaq və s. xərclərinə 3** manat olmaqla 3 il yəni 36 ay müddətində cəmi 1*.8** (on min səkkiz yüz) manat + ailəsini dolandırmaq və təsərrüfat xərcləri ola n hər ilə 1*.*** (on min) manat olmaqla 3 il ərzində 3**** (otuz min) manat olan öz xərcləri) = ümumilikdə cəmi 59.1** (əlli doqquz min bir yüz) manat təşkil edir. Bundan əlavə o, maddi vəziyyətinin çətin olması ilə əlaqədar 2*14-cü ilin noyabr ayında “Kapital Bank”ın Hacıqabul filialından 24** (iki min dörd yüz) manat və "xxxx"ın Şirvan şəhər filialından isə 14.*** (on dörd min) manat kredit götürmüşdür. 21 noyabr 2*14-cü il tarixdə o, həbs ediləndən sonra bu pulu ondan sonra ailə üzvləri ödəyə bilmədiyi üçün tanıdığı şəxslərdən, yaxın adamlardan, qohumlardan xahiş edərək onlardan borc edib bu pul hissə-hissə ödənilmişdir. "xxxx" və "xxxx"dan götürülən pullar faizi ilə birgə hər ay ödənilməklə ümumilikdə aşağıdakı şəkildə ödənilmişdir. Cəmi “Kapital Bank”dan götürülən pul 24** manat, fa izi və cərimələr ilə birgə 37** manat + “Zamin Bank”dan götürülən pul 14.*** manat, faizi və cərimələr ilə birlikdə = 23.*** (iyirmi üç min) manat ödənilmişdir. "xxxx"dan və "xxxx"dan ümumilikdə 26.7** (iyirmi altı min yeddi yüz) manat ödənilib. O, bu xüsusda “Kapital Bank” və "xxxx"a ödənilmiş əsas borc, onun faizi və cərimələr ilə birlikdə olan ödənilmiş 26.7** (iyirmi altı min yeddi yüz) manatı tələb edir ki, banklara ödənilmiş borclarını ödəsin. Bundan əlavə o, həbs ediləndən sonra vəkillər tərəfindən ona göstərilən hüquqi xidmətlə əlaqədar ailə üzvləri, qohumları, yaxın adamları tərəfindən və sonradan həbsdən azad olunduqdan 11.*5.2*16-cı il tarixdən sonra özü tərəfindən vəkillərlə müqavilə bağlayaraq hesaba pul keçirmiş, eləcə də nəqliyyata və s. xərc çəkmişdir. O, ibtidai İstintaq z amanı Bakı şəhərindən olan vəkil ilə ailə üzvləri tərəfindən müqavilə bağlanılmaqla 2*** (iki min) manat ödəmişdir. Bundan başqa ibtidai istintaq zamanı və birinci instansiyası dövründə vəkil İmaməli Əsgərova 5*** (beş min) manat ödəmişdir. Daha sonra birinci instansiya məhkəməsində, apellyasiya məhkəməsində və Ali Məhkəmədə hüquqi xidmətlə əlaqədar vəkil müqavilə bağlanmaqla birinci instansiya məhkəməsində 2** (iki yüz) manat, apellyasiya məhkəməsində 2** (iki yüz) manat, ali məhkəmədə 2** (iki yüz) manat, cəmi 6** (altı yüz) manat ödəmişdir. Müqavilələrlə əlaqədar vəkillərə 76** (yeddi min altı yüz) manat pul ödəmişdir. Vəkillərlə bağlanan müqavilələrdən əlavə digər xərclər, yəni ümumilikdə nəqliyyat xərcləri, 18 ay müddətində Lənkərana, Şirvan şəhərinə və Bakı şəhərinə gedibgəlmək üçün vəkillərə, şahidlərə, əlaqədar adamlara çəkilən nəqliyyat xərcləri, videoçəkiliş, fotoşəkillərin çəkilməsi, dizayn çəkilişləri, komputer üzrə mütəxəssis rəyinə görə 2*** (iki min) manat ödəmişdir. Şahidlər və əlavə şəhidlərin, əlaqədar şəxslərin maşınla Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aparıb-gətirmə və təminat xərcləri cəmi 3*** (üç min) manat olmaqla, ümumilikdə 5*** manat təşkil etmişdir. O, ümumilikdə, özünün, uşaqlarının, ailə üzvlərinin bu dövrdə keçirdiyi stress, mənəvi ziyanla əlaqədar əlavə olaraq 3*.*** (otuz min) manat tələb edir. Bütün bunlarla əlaqədar ümumilikdə 37.6** (otuz yeddi min altı yüz) manat tələb edir. O, Cinayət və Mülki Qanunverciliyə əsasən cinayət işi üzrə bəraət almış şəxs kimi “Bəraət almış şəxsin ona vurulmuş maddi və mənəvi ziyanın, sağlamlığına vurulmuş ziyana görə zərərin əvəzinin ödənilməsinə görə kompensasiya və s. ödənişlər ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edərək ona vurulmuş bütün ziyanların ödənilməsini tələb edir. Bundan başqa o, yuxarıda göstərdiyi kimi 21.11.2*14-cü il tarixdə polis işçiləri onun Konstitusiyada təsbit olunan toxunulmaz “Yaşamaq hüququ”nu pozaraq evinə gecə vaxtı qanunsuz olaraq silahlı hücum etməklə ona və ailə üzvlərinə qarşı silahdan istifadə edərək ona və oğluna silahla xəsarət yetirmiş, əmlakına ziyan vurmuş və mənəvi, psixoloji və fiziki təsirə məruz qoymuşlar. 21.11.2*14-cü il tarixdə polis işçiləri onun Konstitusiyada təsbit olunan “Azadlıq hüququ”nu pozaraq qanunda nəzərdə tutulmuş qaydadan kənara çıxaraq, zərurət olmadığı halda, yəni “evində axtarı ş aparılmasına dair”, eləcə də “həbs olunmağı barədə” məhkəmə qərarı olmadığı halda evinə silahla hücum edərək onun və ailə üzvlərinin azadlıq hüququnu pozmuş, onlara xəsarət yetirmiş və əsassız olaraq onu həbs etmişlər ki, bəraət alana qədər və sonrakı məhkəmə dövrlərində və eləcə də indi bu qanunsuzluğun əzab və əziyyətlərini o, və ailə üzvləri çəkir. Ona görə də, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanla əlaqədar bəraət almış şəxs kimi ona və ailə üzvlərinə vurulmuş maddi və mənəvi ziyanın, sağlamlığına vurulmuş ziyana görə zərərin əvəzinin ödənilməsinə görə kompensasiya və s. ödənişlər və təzminatların ödənilməsi tələbinə dair iddianın təmin edilməsi və bu tələb üzrə 766.3** (yeddi yüz altımış altı min üç yüz) manat məblə ğində ona və ailə üzvlərinə dəymiş maddi, mənəvi və s. ziyanın, 3* (otuz) manat məbləğində dövlət rüsumunun – ümumilikdə 766.33* (yeddi yüz altımış altı min üç yüz otuz) manat pulun dövlət büdcəsindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Hacıqabul Rayon Məhkəməsinin (hakim H.N.Əzizov) 19 dekabr 2*18-ci il tarixli, 2(*71)-54*/2*18 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı XXX oğluna həbsdə olduğu müddətdə dəymiş 9*** manat məbləğində maddi ziyan, 2**** manat məbləğində mənəvi ziyan, 1*** manat məbləğində evinə dəymiş maddi ziyan, sağlamlığı ilə əlaqədar ödədiyi 8*** manat məbləğində xəstəxana xərcləri, hüquqi yardımla əlaqədar vəkil X18 ödədiyi 63* manat məbləğində pul və yol xərclərin ə ödədiyi 1*** manat məbləğində pul olmaqla cəmi 3963* manat məbləğində pul və 3* manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı XXX oğluna verilməsi qət olunmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı XXX oğlu 1 il 5 ay 2* gün müddətində əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Bu səbəbdən də, o, bəraət almış şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.Lakin İddiaçı XXX oğlu 1 il 5 ay 2* gün müddətində əldə edəcəyi gəliri 15**** manat məbləğində göstərmişdir. Məhkəmə hesab edir ki iddiaçının həbsdə olduğu 18 ay ərzində hər ay 5** manat məbləğində gəliri olmuş və bu da 18 ay ərzində 9*** manat təşkil etmişdir. Bundan başqa iddiaçi İddiaçı XXX oğlu evinə dəyən maddi ziyana görə tələb etdiyi 1*** manat pulu və xəstəxana xərclərinin 8*** manat olunmasını ağlabatan hesab etmişdir. Həmçinin yardımla əlaqədar vəkillərə 76** manat ödəməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzlərdə iddiaçının vəkil 63* manat məbləğində pul ödəməsi aydın şəkildə öz əksini tapmışdır. Bundan başqa məhkəmə İddiaçı XXX oğlunun yol xərcləri üçün tələb etdiyi 5*** manat məbləğində pulun reallığı əks etditrmədiyini və bu məbləğin 1*** manat məbləğində təmin olunmasının ağlabatan olduğunu hesab etmişdir.

17. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97,1115,1118,1119,1119.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. İddiaçı XXX oğlu apellyasiya şikayəti verərək, Hacıqabul Ra yon Məhkəməsinin 19 dekabr 2*18-ci il tarixli, 2(*71)-54*/2*18 nömrəli qətnaməsinin dəyişdirilməklə iddianın tam təmin edilməsi xahiş edilmişdir.

19. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etmişdir.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.N.Abbasovun sədrliyi və məruzəsi ilə, T.X.Heydərovdan və T.S.Kərimovdan ibarət tərkibdə) 8 yanvar 2*2*-ci il tarixli, 2(1*6)-1*9/2*2* nömrəli qətnaməsi ilə İddiaçı XXX oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Hacıqabul Rayon Məhkəməsinin 19.12.2*18-ci il tarixli, 2(*71)-54*/2*19 nömrəli qətnaməsi nin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, mənəvi ziyanın kompensasiyası qismində 3*** manat, hüquqi xidmət xərcləri qismində 63* manat olmaqla, cəmi 363* manat pulun İddiaçı XXX oğluna dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və o, özünə məxsus Hacıqabul şəhəri, İsmət XXXov küçəsi, 1* ünvanda yerləşən “Çay evi”ni işlətmiş, onun bundan əlavə olaraq digər sahədə işləməsi və qazanc əldə etməsi müəyyən olunmamışdır. İddiaçı öz izahatında da həbs olunanadək yalnız özünə məxsus “Çay evi” işlətdiyini, əldə etdiyi vəsait ilə ailəsini dolandırdığı nı göstərmişdir. Lakin iddiaçı həbsdə olduğu müddətdə ona məxsus olan “Çay evi” fəaliyyətini dayandırmamış, həmin “Çay evi”ni ailə üzvləri işlətməkdə davam etdirmişlər. Belə olan halda, iddiaçının həbsdə olduğu müddətdə maddi ziyana uğraması barədə gəldiyi nəticə əsaslı hesab etməmişdir. Bundan əlavə, iddiaçının evinə 1*** manat məbləğində maddi ziyan dəyməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsassız hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində “... evin giriş qapısının arxasında çoxlu adam olduğunu hiss etdiyini və həmin şəxslər “polis, polis” deyə qışqıraraq polisdən olduqlarını bildirərək ondan və oğlundan qapını tez açmağı tələb etdiklərini, o, isə onlara qapını açacağını bildirdiyini və yaxınlaşıb açdığı anda evə 3 nəfər mülki geyimdə, 4-5 nəfər isə pol is geyimində, bəziləri əli silahlı və üzləri maskalı olan cəmi 7-8 nəfər şəxslərin daxil olduğunu” qeyd etmişdir. Odur ki, iddiaçıya məxsus evin qapı və pəncərəsinin polis əməkdaşları tərəfindən sındırılması və bunun nəticəsində ona 1*** manat məbləğində maddi ziyan dəyməsi halı da iddiaçının iddia ərizəsində göstərilənlərlə təkzib olunur.

22. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının sağlamlığı ilə əlaqədar xəstəxana xərcləri olaraq 8*** manat məbləğində pul ödəmiş olduğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, iddiaçının həbs edilməsi və həbsdən azad edildikdən sonra uzun bir müddət keçdikdən sonra onun səhhətində yaranmış hər hansı problemin olmasını məhz onun əsassız olaraq həbs olunması və buna görə keçirtdiyi stress və iztirablar nəticəsində səhhətində problemin əmələ gəlməsi kimi qiymətləndirmək mümkün deyildir.

23. Apellyasiya baxışı zamanı iddiaçının məhkəməyə təqdim etdiyi və iddiaçıya “Zəfəran Hospital” tərəfindən verilmiş “EPİKRİZ”dən və kassa mədaxil orderlərinin surətlərindən görünür ki, xəstə İddiaçı XXX oğlunun ürək nahiyyəsində güclü ağrılar qeyd edildiyindən, “Zəfəran Hospital”da koronar angioqrafiya icra olunmuş və cərrahı əməliyyat məsləhət görülmüş və bununla əlaqədar olaraq “Zəfəran Hospital”ın depozit hesabına 29.11.2*19-cu il tarixdə 1*** manat; *2.12.2*19-cu il tarixdə 75 manat; *3.12.2*19-cu il tarixdə 3*** manat; *4.12.2*19-cu il tarixdə 1357 manat; *4.12.2*19-cu il tarixdə 4*** manat; *9.12.2*19-cu il tarixdə 88 manat; 14.12.2*19-cu il tarixdə 33,6* manat məbləğində pul ödənilmişdi r. Apelyasiya Məhkəməsi həmin sənədləri “əsaslı şübhədən kənar” sübut kimi qəbul etməmişdir.

24. Apellyasiya kollegiyası iddiaçının “onun və oğlu XXX Xun polis əməkdaşları tərəfindən tutularkən və Hacıqabul rayon PŞ-də saxlanılarkən döyülməkləri, təhqir olunmaqları, pis rəftara məruz qalmaqları ilə əlaqədar, eləcə də oğlu Q.Xun bu müddətdə X21 işə düzələ bilməməsi, eləcə də başqa işlərdə işləməyə maddi imkanının olmaması ilə əlaqədar fiziki, mənəvi və psixi ziyana görə, sağlamlıqlarına vurulmuş ziyana görə sağlamlıqlarını itirməkləri ilə əlaqədar ziyana görə zərərin əvəzinin ödənilməsindən ötrü 1**.*** (bir yüz min) manat maddi təzminat; ali təhsil alan 2 övladının təhsil, kirayə qalma, ərzaq və s. xərclərə görə 3**** (otuz min) manat; "xxxx" ASC və "xxxx" ASC-dən aldğı kreditlərə görə ödə nilmiş 267** (iyirmi altı min yeddi yüz) manat, ümumilikdə 18 ay müddətində nəqliyyat xərcləri, videoçəkiliş, fotoşəkillərin çəkilməsi, dizayn çəkilişləri, komputer üzrə mütəxəssis rəyinə görə 5*** (beş min) manat; ümumilikdə özünün, uşaqlarının, ailə üzvlərinin bu dövrdə keçirdiyi stress, mənəvi ziyanla əlaqədar əlavə olaraq 3**** (otuz min) manatın ona ödənilməsi” tələbini də əsassız hesab etmiş və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitutsiyasının 28, 68-ci maddəsinin 2-ci bəndinə, 18 fevral 1999-cu ildə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2**8-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı XXX oğlu (vəkil X27) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 yanvar 2*2*-ci il tarixli, 2(1*6)-1*9/2*2* nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin dəyişdirilməsi və ya qətnaməni tamamilə ləğv edib birinci instansiya məhkəməsində və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin edilməsi (yəni ilkin iddia üzrə 76633* manat, əlavə iddia üzrə 15*** manat pulun ödənilməsi) barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, Ə.Ə.Əliyevdən və İ.R.Xələfovdan ibarət tərkibdə) 21 avqust 2*2*ci il tarixli, 2(1*2)-3312/2*2* nömrəli qərarı ilə İddiaçı XXX oğlu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *8.*1.2*2*-ci il tarixli, 2(1*6)-1*9/2*2* nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

28. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya kollegiyası iddiaçının sağlamlığına zərər dəyməsi ilə bağlı xəstəxana xərclərinə dair sübutlarına düzgün hüquqi qiymət verməmiş, bu barədə sənədlərin surətini “əsaslı şübhədən kənar” sübut kimi qəbul etməmiş, bununla bağlı qeyd etmişdir ki, bu surətlər lazımi qaydada təsdiq edilməmişdir; ikincisi isə, həmin göstərilən məbləğin həqiqətən və real olaraq “Zəfəran Hospital”ın depozit hesabına ödənilib-ödənilmədiyi haqqında məhkəməyə sübutlar təqdim olunmamışdır. Lakin apelyasiya kollegiyası nəzərə almamışdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq apelyasiya məhkəməsi işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmədir və məhkəmə səlahiyyətindən istifadə edərək, maddi zərərlə bağlı araşdırma aparıb həmin sənədlərin əslinin olub-olmamasını, ödənişlərin həyata keçirilib-keçirilmədiyini araşdırmaq əvəzinə, təqdim edilmiş sənədlərin üzərindən səthi olaraq keçməklə obyektiv həqiqətə nail olunmasını təmin etməmişdir.

29. Apellyasiya kollegiyası iddiaçının əmlakına dəyən zərərlə bağlı hissədə hər hansı araşdırma həyata keçirməmişdir. Halbuki, iş materiallarında olan fotoşəkillərdən əmlaka zərər dəyməsi müəyyən edilir. Həmçinin iş materiallarından müəyyən edilir ki, iddiaçı evində həyata keçirilmiş əməliyyat zamanı həbs edilmişdir. Bu hal da iddiaçının əməliyyat zamanı əmlakı ilə bağlı maddi zərərə məruz qalmasını istisna etmir. Digər tərəfdən apelyasiya kollegiyası iddiaçının qazancı ilə əlaqədar maddi zərərlə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və o, özünə məxsus Hacıqabul şəhəri, İsmət XXXov küçəsi, 1* ünvanda yerləşən “Çay evi”ni işlətmiş, onun bundan əlavə olaraq digər sahədə işləməsi və qazanc əldə etmə si müəyyən olunmamışdır. İddiaçı öz izahatında da həbs olunanadək yalnız özünə məxsus “Çay evi” işlətdiyini, əldə etdiyi vəsait ilə ailəsini dolandırdığını göstərmişdir. Apelyasiya baxışı zamanı həmçinin müəyyən edilmşdir ki, iddiaçı həbsdə olduğu müddətdə ona məxsus olan “Çay evi” fəaliyyətini dayandırmamış, həmin “Çay evi”ni ailə üzvləri işlətməkdə davam etdirmişlər. Buna görə də hər ay 5** manat maddi ziyan maddi zərər hissəsində tələbi təmin edilə bilməz.

30. Apellyasiya kollegiyasının bu mövqeyi ilə bağlı kassasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həbs edildikdən sonra onun ailə üzvlərinin çay evini işlətməsi səbəbindən iddiaçının hər ay 5** manat maddi zərərə məruz qalmasının əsassız olması qənaətinə gəlinməsi absurd haldır. Belə ki, apelyasiya kollegiyası iddiaçının hər ay 5** ma nat maddi zərərə məruz qalması ilə bağlı tələbi üzrə hər hansı araşdırma aparmamış, yalnız ona məxsus çay evini ailə üzvlərinin işlətməsi ilə əlaqələndirməklə iddia tələbinin bu hissəsini təmin etməmişdir. İddiaçıya məxsus çay evinin ailə üzvləri tərəfindən işlədilməsi iddiaçının azadlıqda olarkən əldə etdiyi gəliri yenidən həmin qaydada əldə etmiş olması anlamına gələ bilməz. Kasasiya kollegiyası hesab etmişdir ki, apelyasiya kollegiyası bu hissə ilə də bağlı araşdırma aparmayaraq səthi fikir bildirməklə iddiaçının göstərilən tələbini təmin etməmişdir

31. Kassasiya kollegiyası qeyd etmişdir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı ailə başçısı (2 tələbə və 1 polisə namizəd olan övladın ailə başçısı) olmaqla aktiv həyat tərzi keçirmiş, şəxsi biznesi olmuş, cəmiyyətdə ictimai işlə mə şğul olmuş, ən əsası da gənclərin təlim-tərbiyəsində iştirak etmişdir. Azadlıqdan məhrum edilməsi ilə bağlı qanunsuz hərəkətlər onun ömrü boyu topladığı nüfuzu, hörməti, heçə endirmişdir. O, azadlıqdan hansısa fəlakət və ya forsmajor hadisə nəticəsində məhrum olmamışdır. O, bu hüquqdan “qanunsuz olaraq” məhrum olunmuşdur. Bütün bu müddət (istintaq, məhkəmə) ərzində o, dayanıqlıq göstərərək təqsirli olmamasını sübut etmək üçün mübarizə aparmışdır. Bu proseslərin nəticəsidir ki, onun səhhətində (ürəyində cərrahiyyə əməliyyatı həyata keçirilməsi) problemlər yaranmışdır. Apelyasiya məhkəməsinin iddiaçının bu tələbi üzrə “əməliyyatın azad olunandan uzun müddət sonra olması” kimi yanaşması əsassızdır.

32. İddiaçıya vurulmuş mənəvi ziyanla bağlı da kasasiya kollegiyası hesab etmişdir ki, apelyasi ya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur.

33. Məhkəmə kollegiyası iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab etmişdir. Mənəvi zərərin miqdarını müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların uzun bir müddət ərzində davam edəcəyini kifayət qədər nəzərə almamış, mənəvi zərərin miqdarını nisbətən az müəyyən etmişdir.

34. Kassator isə qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir və hazırki halda iddiaçıya dəymiş mənəvi zərəri n məbləğinin müəyyən edilməsi də məhkəmə araşdırması tələb edir. Belə ki, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.

35. Kassasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2ci maddələrinə, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə,«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.*5.2**2-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2**8-ci il tarixli, 7 saylı qərarına, istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, S.İ.Mayılovdan və İ.Q.Əsədovdan ibarət tərkibdə) 7 oktyabr 2*21ci il tarixli, 2(1*6)-483/2*21 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş

37. Hacıqabul Rayon Məhkəməsinin 19 dekabr 2*18-ci il tarixli, 2(*71)-54*/2*18 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı XXX oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “bəraət almış şəxsin ona vurulmuş maddi və mənəvi ziyanın, sağlamlığına vurulmuş ziyana görə zərərin əvəzinin ödənilməsinə görə kompe nsasiya və s. ödənişlər ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 8*** (səkkiz min) manat məbləğində müayinə və müalicə xərcləri, 5*** (beş min) manat məbləğində mənəvi zərərə görə kompensasiya, hüquqi yardıma görə ödənilmiş 63* (altı yüz otuz ) manat və 3* manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı XXX oğlunun hüquqi varisi X6 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı XXX oğlunun apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

38. İddiaçı XXX oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə mərhum İddiaçı XXX oğlunun (14 noyabr 2*2*-ci il tarixdə vəfat etmişdir) hüquqi varisi X1* müəyyən edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 385.1.4-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2**5-ci il tarixli, 4 saylı Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2**8-ci il tarixli 7 nömrəli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

40. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2*21-ci il tarixli, 2(1*6)-483/2*21 nömrəli qətnaməsinin ləğv edilərək və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassator Azərbayc an Respublikası Mülki Məcəllənin 11*1.1, 1114.3,-ci maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 19*-ci maddəsinə, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2**8-ci il *3 noyabr tarixli 7 nömrəli Qərarının 1*-cu hissəsinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir.

42. Belə ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Bundan əlavə, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19*-cı maddəsinin müddəaları nəzərə alınmalıdır və qanunvericiliyə əsasən hər hansı şəx sə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. CinayətProsessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 1*.*** manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır.

43. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

44. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum o lması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

46. Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

47. Maddə 1*96.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

48. Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticə sində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

49. Maddə 11*1.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

50. Maddə 4.

1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 417.1.1. Kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

59. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

60. Apellyasiya məhkəməsi tərəfindən qətnamə ləğv edilərək, iddia qismən təmin edildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

62. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı XXX oğlu 1 il 5 ay 2* gün müddətində həbsdə saxlanmış, ağır cinayət törətməkdə ittiam olunaraq məhkəməyə verilmiş və məhkəmənin müvafiq hökmləri ilə barəsində bəraət hökmü çıxarılmışdır. Əsassız iti ham və həbsdə saxlanma iddiaçının sağlamlığına zərər vurmuş, mənəvi əzab vermiş, iddiaçı hüquqlarını müdafiə etməsi üçün vəkil xidmətindən istifadə etmişdir. İddiaçı məhkəmə gedişi zamanı vəfat etmiş və onu hüquqi varisi əvəz etmişdir.

63. Şirvan Apelyasiya Məhkəməsi iddiaçının sağlamlığına vurulmuş zərəri 8*** (səkkiz min) manat, mənəvi zərəri 5*** (beş min) manat məbləğində qiymətləndirmiş, hüquqi yardıma görə 63* (altı yüz otuz ) manat ödənilməsini qərar almışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməmişdir.

64. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin irəli sürdüyü kassasiya dəlilləri tamamilə əsassızdır. Cavabdeh təşkilat analoji işlər üzrə eyniməzmunlu dəlillərlə çıxış edərək iddianı qəbul etmir. Lakin, qüvvədə olan qanunvericilik qanunsuz həbsdə saxlanma, məhkum e dilmə ilə bağlı vurulmuş zərərin ödənilməsi qaydalarını tənzimləmişdir.

65. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi müəyyən edir ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

66. Konstitusiyasının 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

67. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir.

68. Məcəllənin 6*.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.

69. Məcəllənin 61.2-ci maddəsinə görə bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

70. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

71. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istinta q, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nətcəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

72. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda yaranır.

73. Qeyd edilən Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən göt ürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər,vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

74. Belə ki, Mülki Məcəllənin 11*1.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

75. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2*21-ci il tarixli, 2(1*6)-483/2*21 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar