Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2327/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X2, X3, X1, X4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2327/22 (Açar sözlər: dövlət rüsumu haqqında qanunda dəyişikliklər) Bakı şəhəri, 05 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər X2, X3, X1, X4, Cavabdeh5 və Cavabdeh6 qarşı “torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3195/2021 nömrəli, 07 fevral 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Salyan rayon Aqrar İslahat Komissiyasının 26.06.1998-ci il tarixli, 08 saylı qərarına əsasən, 5,39 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X2, Cavabdeh2 Aciz qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə mülkiyyətinə verilmişdir. 2. 01.10.2002-ci il tarixli izahatnaməyə əsasən, X2 ailəsinə məxsus 5,40 ha torpaq sahəsini 600.000 manat məbləğində pul qarşılığında İddiaçı bağışlamışdır. Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 Aciz qızı və Cavabdeh6 tərəfindən imzalanmış, 12.11.2001-ci il tarixli sadə yazılı iltizamlara əsasən, onlar özlərinə məxsus 0,90 ha torpaq sahəsini İddiaçı birdəfəlik bağışlamışlar.
3. X2 və İdd iaçı arasında bağlanmış müqavilənaməyə əsasən, X2 ona məxsus 5,40 ha torpaq sahəsini, yəni bütün ailə torpağını İddiaçı birdəfəlik bağışlamışdır. Bağışlama bütün ailə üzvlərinin verdikləri iltizamlara əsaslanaraq verilmişdir. X2 gələcəkdə aralarında nə torpağın qiyməti, nə də torpaq sahəsi barədə heç bir mübahisə olmayacağını, İddiaçı isə vaxtlı-vaxtında torpaq vergisini ödəməyi öz üzərlərinə götürmüşlər.
4. İddiaçı torpaq sahəsinə dair müqavilənin bağışlanmış hesab edilməsi əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları b) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər X2, X3, X1, X4, Cavabdeh5 və Cavabdeh6 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Sarvan kəndində yerləşən 5.40 ha torpaq sahəsinə dair alqı-s atqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, 2001-ci ildə Salyan rayonu Sarvan kəndində yerləşən 5.40 ha torpaq sahəsini dəyərini ödəməklə əldə etmiş, cavabdehlər tərəfindən sadə yazılı iltizamla ərizələr təqdim edilmiş, o, həmin vaxtdan torpaq sahəsi üzərində sahiblik etməyə başlamış, torpaq qanunvericiliyinə uyğun olaraq bütün vergiləri vicdanla ödəmişdir. Bu yaxınlarda cavabdehlər torpaq sahəsini geri tələb etməyə başladığından, alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir.
4. Salyan Rayon Məhkəməsinin 2(057)-1213/2021 nömrəli, 12 avqust 2021-ci il tariхli qətnaməsi ilə (hakim A.Səmədov) iddia rədd edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanunla müəyyən o lunmuş qaydada deyil, qeyri-qanuni əqd əsasında almışdır. Həmçinin, torpaq sahəsi satılarkən, satıcılar arasında azyaşlı uşaqlar olmasına baxmayaraq, qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni AR Konstitusiyasının 29, Mülki Məcəllənin 146, 152.1, 157.2, 157.4, 337, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3195/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Mayılov, hakimlər Z.Allahyarov və N.Mirzəyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1213/2021 nömrəli, 12 a vqust 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
10. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3195/2021 nömrəli, 07 fevral 2022ci il tarixli qərardadı ilə (sədrlik edən S.Mayılov, hakimlər İ.Əsədov və N.Mirzəyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
12. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir.
13. Qərardad “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 9 iyul 2021-ci il tarixli Qanuna və Mülki Prosessual Məcəllənin 408.1.3, 408.3, 409-cu maddələrinə istinad etməklə əsaslandırılmışdır.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilərək növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, yanlış nəticəyə gəlmişdir. Belə ki, hazırki iş üzrə iddia ərizəsi 2021-ci ilin oktyabr ayının 1-dən əvvəl verildiyindən, bu iş üzrə apellyasiya və kassasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumu, məhkəmədə iddia q aldırılan zaman qanunda nəzərdə tutulmuş qaydada ödənilmiş dövlət rüsumunun 50 faizi miqdarında ödənilir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
21. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunu:
22. Maddə 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.
23. Maddə 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi 28.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və onun qüvvəyə minməsindən so nra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir (§22 və §23).
27. Qeyd olunan Qanunun 2.2-ci maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi həmin normada (§23) “və” bağlayıcısından istifadə olunub. Yəni, yeni qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və həmin ərizələrlə bağlı olan digər ərizələrə, habelə şikayətlərə şamil olunur. Həmin Qanun qüvvəyə mindiyi vaxta qədər verilmiş iddia ərizələri və onlarla bağlı verilmiş şikayətlərə şamil edilmir.
28. Hazırki iş üzrə verilmiş kassasiya şikayətinə 1 oktyabr 2021-ci il tarixinə qədər qüvvədə olmuş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməli idi.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə kassasiya şikayə tinə 2021-ci il oktyabrın 1-dən qüvvəyə minən Qanunun müddəalarının tətbiq edilməsi qanuni hesab edilə bilməz. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə kassasiya şikayətini geri qaytarmaqla, yanlış qənaətə gəlmişdir.
30. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, mülki iş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3 195/2021 nömrəli, 07 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin, iş kassasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova