Məhkəmə qərarları › İş №2(102)-2330/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2330/2025

06.08.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2330/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və Cavabdeh5 Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publi k hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və Cavabdeh5 Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, alqı- satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş sənədlərin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2025-ci il tarixli 2(104)-310/2025 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 06 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən X5 qalmış mirası Cavabdeh2 tərəfindən miras qəbul edilmişdir

2. Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)-1369/2023 nömrəli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 2 1 aprel 2022-ci il tarixli 2(062)454/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, mərhum X5 miras qalmış əmlak barəsində 16 mart 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə X8 və Cavabdeh3 ünvan 1 ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X8 məxsus 0,140525 ha hissəsinin miras əmlak kimi İddiaçı, yəni onun tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir.

3. Daşınm az Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən ləğv olunmuş DT və XK-i tərəfindən X7 və digər ailə üzvünün ümumi birgə mülkiyyət hüququ ilə adlarına Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 30 saylı qərarı ilə ünvan 2ndə yerləşən 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 05 avqust 1999-cu il tarixli, JN: 979 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” tərtib edilmişdir. Tovuz rayon Dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V- 634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ ilə adlarına Tovuz rayonu, Alakolİ kəndində yerləşən 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2017-cİ il tarixdə reyestrdən ç ıxarış tərtib edilmişdir. Tovuz rayon Dövlət notariat kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.1371 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir.Tovuz rayon Dövlət notariat kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.1371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 adına, yerdə qalan 0.055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X10 adına özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 və Cavabdeh3 adına tərtib olunmuş ünvan 1ndə yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli 18 sentyabr 2017-ci il tarixli çıxarışın, Tovuz Rayon Notariat Kontorunun 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 23 oktyabr 2017-ci il tarixli 4Ə-1310 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onların əsasında verilmiş hüquqların qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və qeyrilərinə qarşı qanu n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 2V-313 nömrəli reyestrdə qeydə alnınmış vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında tərtib olunmuş çıxarışın ləğv olunması və miras əmlakın onun tərəfindən qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni sonradan adı şəhadətnaməyə qanunsuz yolla əlavə edilmiş Cavabdeh3 qeydinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışın qismən Cavabdeh3 aid hissədə ertibarsız hesab edilməsi, 16 mart 2021-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********45 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə mərhum X3na ünvan 1 ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı torpağın mülkiyyətə v erilməsinə dair şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsnin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz rayon Məhkəməsi iddianı tam təmin etmişdir. Cavabdehlər tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2022-ci il 2(104)1909/2022 saylı qətnaməsinə əsasən cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmişdir,Tovuz Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(062)-454/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmişdir. Həmçinin Tovuz Rayon Aqrar İslahat Komissiyasımn 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə mərhum X8 və Cavabdeh3 ünvan 1 ərazisindən ver ilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X7 payına düşən 0.14 ha hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum X5 miras qalmış əmlak barəsində 16 mart 2021-ci il tarixli 2V-313 reyestr nömrəli vərəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarış etibarsız hesab edilmişdir. Həmin torpaq dövlət reyestrində 086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə anasının adma qeydə alınmışdır. X3 2012-ci il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsinə anasının ölümündən sonra fərdi yaşa yış evi tikdirmişdir. Mirası faktiki olaraq qəbul etmişdir. Mərhumdan qalan 0,28 ha torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir. Hətta anası ilə onu sağlığında birgə təsərüffatda yaşamışlar. Ölümündən sonra da vərəsə kimi anasından qalan mülkü öz mülkü kimi istifadə etmişdir. Bununla bağlı anası xxxnın nəvəsi Cavabdeh3 barəsində kənd icra nümayəndəliyinə ünvanladığı ərizədən də görünür ki, Cavabdeh3 qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etmişdir. X4 bu müraciəti onu sübut edir ki, onun əmlakla heç bir bağlılığı yoxdur. Sonradan ona məlum olmuşdur ki, mirasa dair qardaşı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb. Halbuki notarius mirasa dair şəhadətnamə verərkən mərhum anasının vərəsələrinin dairəsini müəyyən etməli idi. Buna baxmayaraq həmin mirası o qəbul et miş və miras tamlıqla onundur. Bunu onunla əsaslandırır ki, qardaşı Cavabdeh2 ümumiyyətlə Tovuz rayonu ilə əlaqəsi yoxdur, 1980-cı ildən Tovuz rayonu ərazisindən çıxmışdır. Bu fakt İcra nümayəndəliyinin arayışında öz təsdiqini tapıb. Anası hətta sağlığında xəstə olduğu müddətində də qardaşı Cavabdeh2 yanına gəlməmişdir.Anasının xəstəliyi ilə bağlı xərclər və digər xidmətləri o göstərmişdir. Anasının sağlığında və vəfatından sonra da miras əmlaka sahibliyi, miras əmlaka dair kommunal xərclər və digər xidmətlər göstərilmişdir. Bundan əlavə anasından qalan miras əmlaka təmir bərpa işləri, əlavə olaraq yeni bir tikili, yəni yaşayış evi tikdirmişdir. Miras kütləsinin həcmini artırmışdır. Hazırda da həmin əmlakda ailəsi ilə nəvələri birlikdə yaşayır. Bütün bu qeyd etdikləri Gəncə Apellyasiya Məh kəməsinin qətnaməsində xüsusi olaraq qeyd edilmişdir. Yəni, hazırkı mübahisə əvvəllər məhkəmələr tərəfindən araşdırılmış və mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qanuni qüvvəsini almış və hal-hazırda da qanuni qüvvədədir. Bu hal da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərini özündə ehtiva edir. X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli 2(102)-365/2023 saylı qərarı ilə kassasiya şikayəti qismə n təmin edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(104)- 1909/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)-1369/2023 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(062)-454/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəul edilmiş, mərhum X5 miras qalmış əmlak barəsində 16 mart 2021-ci il tarixli 2V-313 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə X11ma və Cavabdeh3 ünvan 1 ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X8 məxsus 0,140525 ha hissəsinin miras əmlak kimi İddiaçı, yəni onun tərəfindən faktiki qəul edilməsi faktı müəyyən edilmişdir. Bundan əlavə X8 və digər ailə üzvləri Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə ünvan 1 ərazisindən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 05 avqust 1999-cu il tarixli JN-979 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzr ə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ ilə aralarında ünvan 1ndə yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə 18 sentyabr 2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir. Tovuz Rayon Notariat Kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0,1371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə 18 sentyabr 2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir. Tovuz Rayon Notariat Kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və 23 oktyabr 2017-ci il tarixli 4Ə- 1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0,1371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 adına, yerdə qalan 0,055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə 23 oktyabr 2017-ci il tarixli 4Ə-1310 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasmda X10 adma özgəninkiləşdirilmişdir. Ona görə də, Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V- 634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 və Cavabdeh3 adına tərtib olunmuş ünvan 1ndə yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli 18 sentyabr 2017-ci il tarixli çıxarışın, Tovuz Rayon Notariat Kontorunun 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 23 oktyabr 2017-ci il tarixli 4Ə-1310 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onların əsasında verilmiş hüquq ların qeydiyyata alınmasına dair çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Brinci instansiya məhkəməsində cavabdeh X2 nümayəndəsi X19 bildirmişdir ki, mübahisəli torpaq sahəsi nənəsi və dayısı oğlu xxxin pay torpaqlarıdır.

7. Brinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etdiyni bildirmiş, bu barədə yazılı ərizə vermişdir.

8. Tovuz Rayon Məhkəməsinin 2(062)-1944/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (Hakim: Zaur Hümmətov)

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 13 oktyabr 2017ci ildə verilmişdir. İddiaçı isə həmin şəhadətnamənin, bunun üzərindən 7 il keçdikdən sonra xəbərdar olmasına dair sü butlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, işdəki mhkəmə qətnamələri vasitəsilə müəyyən edilir ki, iddiaçı belə bir şəhadətnamənin mövcudluğundan əvvəldən məlumatsız olmaya bilməzdi.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 354.1, 354.2 və 347.1-ci, maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat 11.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin əsası kimi MM-nin 354.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı mübahisə edilən vərəsəlik hüququna dair şəhadətnamənin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı bundan Notariat Ofisinə müraciət etdikdən sonra xəbərdar olmuşdur. Yəni iddiaçı həmin şəhadətnamənin mövcudluğundan məhkəmənin qətnaməsini notariat ofisinə təqdim etdikdən sonra xəbərdar olmuş və elə həmin vaxtdan da Tovuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Məhkəmə bunları obyektiv araşdırmadan müddət ötürüldüyünə görə iddianı təmin etməmişdir. Bununla da məhkəmə yanlış qənaətə gəlmişdir. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qərar və qətnamələri mövcuddur. Burada aydın olur ki, həmin vərəsəlik haqqında şəhadətnamədən, alqısatqıdan xəbərləri olsa idi, onu da ərizədə qeyd etmək olardı, həmin vaxtı heç bir xəbəri olmayıb. Ancaq məhkəmə işə birtərəfli baxmışdır. Bütün bunlar da onu deməyə əsas verir ki, m əhkəmə tərəfindən MPM-nin 182-cü maddəsinin tələbləri də pozulmuşdur. Məhkəmə qətnamədə Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)1369/2023 saylı qətnaməsinin mövcud olmasını qeyd etsə də nəticəyə gələrkən həmin qətnaməyə istinad etməmişdir. Bundan əlavə məhkəmə tərəfindən MPM-nin 191.3-cü maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, cavabdehin iddianın etirafına dair ərizəsi də mövcuddur. Belə olan halda məhkəmənin iddia tələbini rədd etməsi bir mənalı olaraq qanun pozuntusudur. Belə ki, iddiaçının vərəsəlik haqqında şəhadətnamədən, alqı-satqıdan xəbəri olmamış, məhkəmə heç bir qanunlara əməl etmədən iddiaçının iddiasını təmin etməmişdir.

13. Apellyasiya baxışında X14, X13 və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

14. Apellyasiya baxışında iddiaçı əlavə olaraq göstərmişdir ki, mərhum X3nın ünvan 1 ərazisində həyətyanı torpaq sahəsi ilə yanaşı pay torpaq sahəsinin olduğunu bilirdi. Lakin həmin torpaq sahəsindən hələ anasının saqlığından anasının qız nəvəsi X19 (iddiaçının bacısı oğludur) istifadə etdiyinə görə elə zənn edirdi ki, həmin torpaq sahəsini nəvəsi xxxə elə X7 özü vermişdir. Lakin məhkəmə qətnaməsi əsasında evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyəndə pay torpaq sahəsinin də vərəsəlik əsasında qardaşı - Cavabdeh2 adına sənədləşdirildiyi, daha sonra isə özgəninkiləşdirildiyi ona məlum olmuşdur. Əslində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi heç də anasına məxsus olmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hazırkı istifadəçilərdən ger i almaq istəməsi yox, anasından miras qalmış fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən ibarət mirası qəbul etməsi faktının müəyyən olunmasına baxmayaraq notariat kontorundan ona vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməməsi ilə bağlıdır.

15. Apellyasiya baxışında Cavabdeh2 (o həm də digər Cavabdeh3 nümayəndəsidir) apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, X3ndan miras qalmış istər fərdi yaşayış evinin, istərsə də pay torpaq sahəsinin ½ hissəsi oğlu Cavabdeh3 mülkiyyətində olmuşdur. Yəni həm həyətyanı torpaq sahəsi, həm də pay torpaq sahəsi ½ hissə ilə mərhum X3nın və sonuncunun nəvəsi Cavabdeh3 birgə mülkiyyətində olmuşdur. Mərhum anasından qalmış ½ hissədən ibarət pay torpaq sahəsini miras əmlak kimi qəbul etmiş daha sonra həm xxx həm də həmin torpaq sahəsini öz gəninkiləşdirmişlər.

16. Apellyasiya baxışında cavabdeh X2 nümayəndəsi X19 göstərmişdir ki, nənəsi xxx hələ saqlığında pay torpaq sahəsini istifadə etməsi üçün ona vermişdi. Nənısinin ölümündən sonra da, həmin torpaqdan o, istifadə etməkdə davam etmiş, 2017-ci ildə isə nənəsinin payı dayısı xxxin adına sənədləşdirilmiş, dayısı xxx isə həm öz payını, həm də oğlu xxxin payından cəmi 0,1371 ha hissəni həyat yoldaşı xxxnın adına, 0,005 ha hissəsini xxxun adına alğı-satqı etmişdir. Hazırda da həmin torpaq sahəsinin 0.1371 ha hissəsindən həyat yoldaşı xxx ilə birlikdə o, istifadə edir.

17. Apellyasiya baxışında üçüncü şəxs X14 göstərmişdir ki, mərhum anasının ölümündən sonra miras qalmış fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsindən qardaşı – iddiaçı xxx istifadə etmiş olsa da, pay torpaq sahəsindən bacısı oğlu xxx istifadə etmişdir. O, özü miras əmlakdan istifadə etməmişdir. Mübahisənin ədalətli həll olunmasını istəyir.

18. Apellyasiya baxışında üçüncü şəxs X13 göstərmişdir ki, xxx atası xxxin anası olmuşdur, atası 2010-cu ildə vəfat etmişdir. Nənəsinindən qalmış mirası qəbul etməmişdir. Nənəsindən miras qalmış fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsindən əmisi xxx istifadə etmiş olsa da, pay torpaq sahəsindən bibisi oğlu xxx istifadə etmişdir

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(104)-310/2025 saylı 05 mart 2025-ci il qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Tovuz Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli 2(062)-1944/2024 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, Tovuz Rayon Notariat Kontoru tərəfindən 21 oktyabr 2012-ci ildə ölmüş X5 qalmış miras əmlaka dair oğlu Cavabdeh2 verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Rüfət Məcidov)

20. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)-1369/2023 nömrəli qətnaməsinə istinad etməklə qeyd etmişdir ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə X8 və Cavabdeh3 ünvan 1 ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X8 məxsus 0,140525 hahissəsinin miras əmlak kimi iddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. İddiaçının anasından qalmış həyətyanı torpaq sahəsindən ibarət mirası qəbul etməsi müəyyən olunduğuna görə, onun ünvan 2ndə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum anasına məxsus hissəsini də qəbul etməsi Mülki Məcəllənin 1243.3-cü maddəsi baxımından mübahisəsizdir. Mübahisəli hal iddiaçının mərhum anasına məxsus torpaq sahəsinin digər şəxslərə özgəninkiləşdirildiyini bildiyi halda onu mübahisələndirməməsi, alıcı şəxslərin isə iddiaçının həmin əmlaka dair hüququnun olduğunu bilməmələridir.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının anasından qalmış mirasın bir hissəsini qəbul etməsi müəyyən olundu ğuna görə mirasın digər hissəsini (ünvan 2ndə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) qəbul etmiş hesab edilir. Buna görə də Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, beləliklə də iddia tələbi həmin hissədə təmin edilməlidir.

22. İddia tələbinin digər hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, alcılar iddiaçının həmin torpaq sahəsinə hüququnun olduğunu bilmədiklərinə görə iddia tələbi qalan hissədə təmin edilməməlidir. Lakin bununla belə iddiaçının mirasdan ona çatacaq hissəsinin pul dəyərini almaq hüququnun olduğu nəzərə alınmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.5, 11 33.1, 1133.2, 1159.1, 1159.1.1, 1159.1.2,1159.1.4, 1243.1, 1243.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh2 (vəkili Vəkil Rufulla qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2012-ci ildə ölmüş X5 qalmış miras əmlaka dair oğlu Cavabdeh2 verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmişdir. Halbuki iddiaçı həmin şəhadətnamə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş torpaq sahəsinin özgəninkilə şdirildiyini bilmiş, 8 il ərzində həmin torpaq sahəsinə dair iddia ilə çıxış etməmişdir. Yalnız digər miras əmlakla bağlı qaldırmış olduğu iddia tələbi qismən təmin olunduğu üçün o cavabdehə qarşı bu iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddiaçını bütün vərəsələr arasında mirası faktiki qəbul etmiş tək vərəsə kimi tanımışdır. Halbuki bu əmlak miras qoyanın digər qanun üzrə vərəsələri,o cümlədən də Cavabdeh2 tərəfindən qəbul edilmiş və cavabdeh həmin torpaq sahəsindən istifadə etməklə torpaq vergilərini də ödəmişdir. Bundan başqa, mərhum xxxya və Cavabdeh3 pay torpağı kimi verilən torpaq sahələri birgə mülkiyyət torpaqlarıdır və Cavabdeh3 da Cavabdeh2 oğludur, sonuncu anasının vəfatından sonra daima bu evdə və torpaq sahəsində olmuş, qulluq etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Cavabdeh2 bu torpaq sahəsini qəbul etməsəydi, o, notariata müraciət edib vərəsəlik haqqında şəhadətnamə almazdı. Həmin şəhadətnamə ilə onun mülkiyyət hüquqları qeydə alınmış və alqı-satqı müqaviləsi əsasında bu torpaq sahələri satılmışdır, artıq Cavabdeh2 mülkiyyətində olmayan bu torpaq sahələrinə dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsaslar aradan qalxmış və bundan başqa iddiaçı iddia müddətini də ötürmüşdür. Cavabdeh2 8 il qabaq notariat kontoruna müraciət etməklə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əldə etmiş və onun adına çıxarış verilmiş, bundan sonra anasından miras qalan torpaq sahəsi alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişdir. Lakin məhkəmə Cavabdeh2 mülkiyyət hüquqlarına təminat verməmiş və iddia çının miras əmlakı faktiki qəbul etməsi nəticəsinə gələrək onun əsassız iddiasını təmin etmişdir, halbuki işdən də göründüyü kimi bu əmlak Cavabdeh2 və G.xxxnın digər vərəsəsi xxx xxx tərəfindən faktiki qəbul olunmuşdur. Bundan əlavə, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı Cavabdeh2 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən xəbərdar olduğunu və anasının vəfatından sonra həmin miras əmlakı qəbul etmədiyini idarə etmədiyini etiraf etmiş və bu hallar məhkəmə qətnaməsində də qeyd olunmuş və iddiaçı həmin mülki iş üzrə məhkəmə protokoluna qeyd belə verməmişdir. Lakin Cavabdeh2 vərəsə kimi notariat ofisinə müraciət etməsi, çıxarış alması, torpaq vergilərini ödəməsi və bu torpaq sahəsin i faktiki idarə etməsi işdə olan sübutlarla təsdiq olunur. Bu torpaq sahəsini faktiki qəbul edən vərəsə F.xxx olmuş və o da hazırki şəhadətnaməni mübahisələndirməmişdir. Artıq bu torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra iddiaçının başqa bir miras əmlakı qəbul etməsi ilə bağlı məhkəmə qətnaməsinin çıxarılması həmin qətnamədən 6-7 il qabaq verilmiş bir şəhadətnamənin ləğvi üçün əsas ola bilməz və birinci instansiya məhkəməsi də bu halları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.(yoxlanılıb xx.xx.2025) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mir asın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materia llardır. Maddə 106.3. Yərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası kassasiya şikayətini şikayətin dəlilləri üzrə yoxlayaraq, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilərinə tam qiymət vermişdir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən nəticə ilə bağlı hazırki qərarın 20-22-c i bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

34. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

35. Kassasiya şikayətində iddia müddətinin ötməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, bu dəlilə apelyasiya instansiyası məhk əməsi qiymət verib.

36. Bundan əlavə, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

37. Göründüyü kimi, iddia müddəti yalnız ərizə əsasında tətbiq edilir. Belə bir ərizə olmadan məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etməsi istisna edilir. Məhkəmə yalnız kəsici müddəti ərizə olmadan tətbiq edə bilər. İddia müddətinin tətbiqi barədə ərizə verilməsi isə işdən görünmür, əksinə, birinci instansiya məhkəməsində iştirak edərkən kassator iddianı qəbul etməsi barədə ərizə vermişdir.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmalıdır.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-310/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar