Məhkəmə qərarları › İş №2(102)-2336/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2336/2025

09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2336/2025 09.07.2025 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsinə, Cavabdeh1 MMC-yə, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-2336/2025 Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Naxçıvan MR Naxç ıvan Şəhər Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(078)-475/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hidromek 102S” markalı ekskavatoru 2008-2024-cü illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi ******* manat məbləğində zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 50000 manatın və həmin ekskavatorun əsaslı təmiri üçün işlərin görülməsi və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 43819,30 manatın, cəmi 1153819,30 manat pul məbləğinin cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər idarəsindən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, “Hyundai R210LC-7” markalı ekskavatoru 2008-2024-cü illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi ******* manat məbləğində zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 80000 manat ın və həmin ekskavatorun təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi isə 47908 manatın, cəmi ******* manat pul məbləğinin cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon idarəsinin hüquqi varisi Cavabdeh1 MMC-dən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 2376,62 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(078)475/2025 nömrəli qərardadı ilə (hakim G.Səfərəliyeva) mə hkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilmişdir.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, o, VÖEN ********** 25 aprel 2006-cı il tarixdən vergi ödəyicisidir. Elektron məhkəmə informasiya sistemi ilə İddiaçı vergi məlumatları əsasında onun vergi ödəyicisi statusunun aktiv olduğu müəyyən edilir. Həmçinin, məhkəmə hazırlıq iclasında cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin hüquqi varisi Cavabdeh1 MMC-nin kommersiya qurumunun dövlət qeydiyyatı haqqında (VÖEN **********) nömrəli şəhadətnaməsi təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı fərdi sahibkarlıqla məşğ ul olan fiziki şəxs, cavabdehlərdən biri Cavabdeh1 MMC isə kommersiya hüquqi şəxsi olduğundan, subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Daha sonra, məhkəmə qeyd etmişdir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün tərəflərin təkcə subyekt tərkibi yeganə meyar deyil. Hazırkı işdə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə, məhkəmə hesab etmişdir ki, iddia tələbinin mahiyyəti və iş materiallarında olan sənədlər də işin kommersiya aidiyyəti ilə bağlı nəticəyə gəlməyə kifayət qədər əsas verir. İddia tələbindən aydın olur ki, iddiaçı cavabdehlərdən əmlaklarından məhrum olduğu müddətdə əlindən çıxan faydanı, əmlaklarından istifadə nəticəsində dəyərinin itirilməsi xərcini və əmlakının təmiri xərcini tələb edir. Bu qey d edilənlər onu deməyə imkan verir ki, tərəflər arasında olan mübahisənin yuxarıda qeyd edilən hissələri üzrə hüquq münasibətlərinin xarakteri qanundan irəli gələn öhdəlik münasibətləri (zərərin ödənilməsi və əsassız varlanma) olmaqla, onların ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Beləliklə, məhkəmə tərəflərin hər birinin vergi ödəyicisi olması, mübahisənin xarakterini və iddianın predmetini nəzərə alaraq hesab etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir.

4. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 15-ci, Vergi Məcəlləsinin 13.2.3, 33.1, 33.3-cü, Mülki Məcəllənin 13-cü, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci, Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 26.2, 31.1, 32.3, 32.4, 152.1.3, 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarlarına, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarına istinad etmişdir. Şikayətin dəlilləri:

5. İddiaçı şikayət verərək, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2025-ci il tarixli qərardadının ləğv edilməsini və mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 24.2, 26.1-ci maddələrinin, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri pozulmuşdur.

7. Belə ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Hazırkı iş üzrə iddiaçı əvvəllər (hazırda fərdi sahibkar deyil) fərdi sahibkar statusuna malik olsa da, cavabdehlər sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna malik deyildir. Bundan əlavə, iddiaçı və cavabdehlər arasındakı qarşılıqlı münasibətlər də sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Belə ki, cavabdehlər qanunsu z olaraq iddiaçıya məxsus texnikaları uzun müddət qanunsuz sahibliklərində saxladıqları üçün hazırda iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.

8. Birinci instansiya məhkəməsinin 05 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisə lərə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan ba şqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətin in müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sa hibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud b irlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahi sənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdır araq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçının şikayətində də göstərdiyi kimi, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçı - vergi uçotuna alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir; cavabdehlərdən biri isə Məhdud Məsuliyyətli Cəmiyyət olaraq kommersiya hüquqi şəxsidir.

15. Həmçinin iddianın mahiyyətindən müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan texnikanın cavabdehlər tərəfindən qanunsuz sahibliklərinə götürdükləri üçün ona vurulmuş zərərin (əldən çıxmış faydanın, dəyər itkisinin və təmir xərcinin) əvəzini tələb edir. 16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müə yyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

17. Göründüyü kimi, hazırkı mübahisə həm subyektiv tərkibinə, həm hüquq münasibətlərinin xarakterinə, həm də mübahisənin predmetinə görə kommersiya məhkəməsinə aiddir.

18. Kassasiya şikayətinin dəlilləri üzrə Qarışıq tərkib qeyd edir ki, iddiaçı cavabdehlərin sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna malik olmamalarını göstərsə də, işin müəyyən oluna n halına görə, cavabdehlərdən Cavabdeh1 MMC hüquqi şəxsdir və Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır.

19. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 30 və 217.2-ci maddələrinə görə, kassasiya şikayətinin dəlilləri əsaslı hesab oluna bilməz.

20. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

21. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-475/2025 nömrəli, 19 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar