Məhkəmə qərarları › İş №2(102)-2337/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2337/2020

10.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2337/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, faktiki nikahlarından doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay 200 manat sabit pul m əbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin (hakim A.Qasımov) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sərlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti rədd edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv olunmasını və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı, cavabdehlə yaşayan uşağın saxlanılması üçün Xətai rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında hər ay aliment ödəyir, lakin onun yanında qalan övladının maddi tələbatını təkbaşına ödəmək məcburiyyətindədir. Cavabdeh onun yanında qalan uşaq üçün aliment ödəmədiyi halda, cavabdehdə saxlanılan uşaq üçün ondan aliment tutulur. İddiaçının rəsmi olaraq heç bir yerdə işləmədiyi, maddi imkanının olub olmaması nəzərə alınmadan ondan aliment tutulmuş, bu barədə sübutlar cavabdehdən tələb edilməmişdir. Hazırda isə məhkəmə qərarından görünür ki, cavabdehin aliment ödəmək iqtidarında olmasını o məhkəmədə sübut etməlidir. Bu baxımdan hesab edir ki, məhkəmənin gəldiyi qənaət yanlış və qanunsu zdur. Çünki aliment ödəmək və uşaqları saxlamaq hər iki valideynin borcudur, qanun və məhkəmə qarşısında hamı bərabərdir. Kassator Ailə Məcəlləsinin 56.1, 75-ci, Mülki Prosessual Məcəllənin 372, 416-cı və digər maddələrinə istinad etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosess ual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflərin münasibətlərindən xx.xx.2006-cı ildə Zeynəb Kazımova, xx.xx.2007-ci ildə isə xa adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2010-cu il tarxli qətnaməsi ilə uşaqların saxlanılması üçün iddiaçıdan hər ay 50 manat alimentin tutulması qət edilmişdir. X3 iddiaçının, xa isə cavabdehin yanında qalmışdır. Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, xanın saxlanılması üçün iddiaçıdan tutulan alimentin miqdarı artırılaraq 103 manat müəyyən edilmişdir. İddiaçı, Zeynəb Kazımovan ın onun yanında qalmasına istinad edərək digər uşağa görə aliment ödəmək öhdəliyindən azad edilməsi haqqında iddia qaldırmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tələbi rədd edilmişdir. Bundan sonra isə iddiaçı hazırkı iddia tələbini irəli sürmüşdür. Məhəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində u şağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Apelyasiya instansiya məhkəməsi iddiaçının şikayətini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə faktiki münasibətindən doğulmuş uşaqlarının saxlanılmasında iştirak etmək vəzifəsi daşısa da, onun işləyib-işləmədiyi, habelə qazancının məbləği barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkməsinin mövqeyi ilə razılaşaraq onu da bildirir ki, uşaqlardan birinə görə iddiaçıdan aliment tutulması faktı özü-özlüyündə hazırkı iş üzrə cavabdehdən onun xeyrinə alimentin tutulması üçün əsas deyil. Belə ki, iddiaçıdan aliment tutulmasının əsasları müvafiq məhkəmə aktları ilə həll edilmişdir və həmin məsələlər hazırkı işin araşdırm a predmetini təşkil etmir. Bu iş üzrə iddiaçının tələbinin haqlı sayılması üçün sübuta yetirilməli olan hal cavabdehin maddi vəziyyətinə görə ona aliment ödəmək imkanında olmasıdır. Bununla bağlı isə iddiaçı məhkəməyə müvafiq sübutları təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublik ası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar