Məhkəmə qərarları › İş №2(102)-2345/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2345/2019

07.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2345/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi, vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 və onların vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-11751/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili X1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, x xx rayon məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(004)6611/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş maddi, mənəvi ziyanın ödənilməsi” barədə iddiası qismən təmin edilərək, Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, 5 saylı evin, 201-ci mənzilinin 700 kv.metr hissəsinin icarəyə verilməsi barədə iddiaçının adından çıxış edən cavabdehlər Cavabdeh1la xxx arasında 17 may 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 əldən çıxmış faydaya görə 4.200 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)- 11751/2018 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 29 avqust 2018-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər və onların vəkili xxxayrı-ayrılıqda qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş maddi, mənəvi ziyanın ödənilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 15 noyabr 2013-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, 5 saylı evin, 201-ci mənzili mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Ukraynanın Kiye v şəhərində yaşadığına və yuxarıda göstərilən mənzili icarəyə vermək üçün 14 noyabr 2016-cı il tarixdə qaynı Cavabdeh1 adına etibarnamə vermişdir. Cavabdeh1 ona məlumat vermədən həmin mənzilin sahəsi 700 kv.metr olan hissəsini hər ay 200 manat icarə haqqı ödəmək şərti ilə uydurma icarə müqaviləsi bağlamaqla 17 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən bacısı Cavabdeh2 icarəyə vermişdir. Qaynı Cavabdeh1 etibarnamədən onun mənafeyinə zidd şəkildə istifadə etdiyinə görə onun ərizəsinə əsasən 11 iyun 2018-ci il tarixdə ləğv edilmişdir. Cavabdehlər ailədə söz-söhbət olduğuna görə onun üçün süni problemlər yaradılması məqsədi ilə, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün icarə müqaviləsi bağlamışlar. Belə ki, Cavabdeh2 icarə müqaviləsi bağlandıqdan sonra sonuncu bir dəfə də olsun mənzilə gəlməmiş, orada heç bir fəaliyyətlə məşğul olmamış, heç bir dəfə də icarə haqqını ödəməmişdir. Həmin əqdin uydurma olmasını icarə müqaviləsində aylıq icrə haqqının hər kv.metr üçün 0,29 manat olması da təsdiq edir. Çünki Bakı şəhəri, xxx rayonu, xxx küçəsində yerləşən əmlaklara görə aylıq icrə haqqının məbləği hər kv.metr üçün 8-10 manat təşkil edir. Buna baxmayaraq, sözügedən icarə müqaviləsində mənzilin 700 kv.metr olan hissəsinin icarə haqqı hər kv.metr üçün 29 qəpik göstərilmişdir. Belə olan halda cavabdeh Cavabdeh1 uydurma əqd bağlamaqla, etibardan sui-istifadə etdiyi üçün ona vurulmuş maddi zərərə görə hazırki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər olan müddət ərzində aylıq 700 kv.metr x 8 manat=5.600 manat məbləğində əldən çıxmış fayda qismin də pul vəsaiti ödəməlidir. Bundan başqa mənəvi zərərə görə Cavabdeh1 2000 manat məbləğində pul vəsaiti xeyrinə tutulmalıdır. İcarə və istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Lakin, Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış 17 may 2018- ci il tarixli icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də mülkiyyətində olan mənzilə dair cavabdehlər arasında bağlanmış 17 may 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək olan müddət ərzində hər ay üçün əldən çıxmış fayda qismində 5.600 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Eyni məzmunlu kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baıxlması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinə dair etiraz ərizələri daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili xxxməhkəmə iclasında kassa siya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında kassasiya şikayətlərinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli mənzilin iddiaçının xüsusi mülkiyyətində olmasına, icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 778.1, 778.3cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 15 noyabr 2013-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, 5 saylı evin 201-ci mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışd ır. 14 noyabr 2016-cı il tarixli etibarnaməyə əsasən iddiaçı qeyd olunan mənzili icarəyə vermək və digər hərəkətləri etməyə dair qaynı Cavabdeh1 adına 14 noyabr 2019-cu il tarixədək qüvvədə olmaqla etibarnamə vermişdir. 17 may 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən Cavabdeh1 iddiaçının adından çıxış edərək sözügedən mənzilin sahəsi 700 kv.metr olan hissəsini 5 il müddətinə, hər ay 200 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh2 icarəyə vermişdir. Eyni zamanda 23 yanvar 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən Cavabdeh1 iddiaçının adından çıxış edərək sözügedən mənzilin sahəsi 100 kv.metr olan hissəsini 5 il müddətinə, hər ay 200 manat icarə haqqı ödəmək şərti ilə “xxxx” MMC-nə icarəyə vermişdir. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq edib qeyd etmişdir ki, iddiaçının adından çıxış etməklə Cavabdeh1 sözügedən mənzilin sahəsi 700 kv.metr olan hissəsini uydurma əqd bağlam aqla bacısı Cavabdeh2 icarəyə vermiş və bununla da hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün əqd bağlamışlar. Bu səbəbdən də sözügedən icarə müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçının adından çıxış edən Cavabdeh1 23 yanvar 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən sözügedən mənzilin sahəsi 100 kv.metr olan hissəsini hər ay 200 manat, yəni hər kv.metri üçün 2 manat ödəməklə “xxxx” MMC-nə icarəyə vermişdir. Göründüyü kimi iddiaçı Cavabdeh1 hərəkətləri nəticəsində mübahisəli sahəni ən azı hər kv.metr üçün 2 manata icarəyə vermək imkanından məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməs inin sözügedən icarə müqaviləsinin bağlandığı gündən qətnamənin qəbul edildiyi tarixədək olan 3 ay üçün hər kv.metr üçün 2 manat olmaqla, əldən çıxmış faydaya görə Cavabdeh1 4.200 manat pulun tutulub iddiaçıya ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Cavabdehlər kassasiya şikayətlərində sözügedən icarə müqaviləsinin iddiaçının razılığı və iradəsi ilə bağlanmasını, iddia ərizəsinin əsassız olmasını və sair göstərsə də, etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instan siyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqi ni tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili X1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-11751/2018 saylı qətnaməsi onların kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar