Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2347/2019 29.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli, 2(103)-11768/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Pirallahı Rayon Məhkəməsinin (hakim R.Mustafayev) 03.08.2018-ci il tarixli, 2(094)112/ 2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” İKB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1200 manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumundan 30 manat və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat, cəmi 1240 manatın “xxxx” İKB-nin xeyrinə tutulması, Cavabdeh məxsus «**********» markalı **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş vəsaitdən 1200 manatın «xxxx» İKB- nin xeyrinə ödənilməsi, avtomobilin satışından götürülmüş məbləğ «xxxx» İKB-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin Cava bdeh «xxxx» İKB-nin xeyrinə tutulması, avtomobilin satışından əldə edilmiş məbləğ «xxxx» İKB-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh qaytarılması, Cavabdeh məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 260 manat pulun tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, E.Nəbiyev, R.Qurbanov) 31.10.2018-ci il tarixli, 2(103)-11768/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-112/2018 saylı 03 avqust 2018-ci il tarixli qətnaməsininləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh “xxxx” İKB ASC-nin xeyrinə 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 5516,05 manat əsas borc, 1855,3 manat faiz borcu və 500 mana t dəbbə pulu olmaqla ümumilikdə 7871,35 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “**********” markalı, **-***-*** dövlət qeydiyyat nişanlı, *********** ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbinin həcmində iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “x xxx” İKB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” X1 6 saylı filialı ilə Cavabdeh arasında 25 oktyabr 2013-cü il tarixli *********** saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1,5, 1.6 və 1.11 -ci bəndlərinə əsasən illik 21 % hesablanmaqla 36 aylıq müddətə cavabdehə 8600 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013cü il buraxılışlı, “**********” markalı, **-***-*** dövlət qeydiyyat nişanlı, *** ******** ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 25 oktyabr 2013-cü il tarixli ********** saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 11000 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “**********” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı, *********** ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilidir. “xxxx” İKB-nin 6 Saylı filialı və Cavabdeh arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli ********** saylı kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli"nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 325 manat ümumilikdə isə 11650 manat ödəm əyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli"nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Borcun ödənilməsi ilə bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı “xxxx” X1 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli ********* saylı kredit müqaviləsindən irəli gələn 25 oktyabr 2016-cıil tarixə ödənilməmiş 5516.05 manat əsas borc,1855.3manat faiz borcu və həmin günə hesablanmış 1440.6 manat dəbbə pulu, ümumilikdə 8811.95 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsum Cavabdeh iddiaçı “xxxx” İKB-nin xeyrinə tutulması və tutma kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “**********” markalı, ********* dövlət qeydiyyat nişanlı,*********** ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyri nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan iddiaçının mövqeyini dəstəkləyən qətnamə qəbul edilmişdir. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli, 2(103)-11768/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddi anın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” İKB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan avtomobilin bazar qiymətini əsas götürürək cavabdehin banka olan borcunun məbləğini müəyyən etməkdə haqsız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutur sa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC tərəfindən Ca vabdeh 36 ay müddətinə, illik 21 faiz olmaqla 8600 məbləğində kredit verilmişdir. İş üzrə iddiaçı “xxxx” İKB ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq kredit sazişinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit sazişi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da sazişin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuş, buna görə də iddiaçının ona qarşı yönəlmiş 5516,05 əsas borc və 1855,3 faizborcunun tutulması tələbi tam təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı bankın “1140,6 cərimə borcunun tutulması” iddiasını da qismən əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkə mə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azal da biləcəyini təsbit etmişdir. İşin hallarından isə görünür ki, borcalanın 5516,06 əsas borcuna münasibətdə iddiaçı bank 1440,6 manat cərimə hesablayıb tələb etmişdir və apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın “tutmanın “**********” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı, *********** ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına banka ödənilməli olan pul məbləğlərinin ödənilməsi” hissəsini də əsaslı hesab edərək qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsində təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassator kassasiya şikayətindən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan iddiaçının mövqeyini dəstəkləyən qətnamə qəbul edildiyini, maddi hüquq normasının düzgün tətbiq edilmədiyini göstərsə də, iş materiallarından və apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin məzmunundan görünür ki, maddi hüquq norması düzgün formada tətbiq edilmiş və tətbiq edilməsinin səbəbi göstərilmişdir. Odur ki, kassasiya şikayətinin dəlili əsassı zdır. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbayca n Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli, 2(103)11768/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2347/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2347/2019
29.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver