Məhkəmə qərarları › İş №2(102)-2352/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2352/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2352/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh “xxxx” KB ASC-nin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları 1. “xxxx” KB ASC tərəfindən X oğluna açılmış 20.000 ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə bank arasında 25.05.2004-cü il tarixli, 113 saylı ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus Xnömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.

2. İddiaçı, bank tərəfindən Qələndər Allahyarova 23.11.2015-ci ildə 102.000 ABŞ dolları kreditin verilməsinə, o cümlədən sonuncu dəyişikliklə verilən kreditin məbləği, müddəti və faizi barədə dair məlumatlandırılmadığına istinad edərək ipoteka müqaviləsinin bağlanmamış sayılmasına dair aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 05.12.2019-cu ildə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “xxxx” KB ASC ilə onun aras ında bağlanmış ipoteka müqaviləsinin bağlanılmamış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25.05.2004cü il tarixli 113 saylı ipoteka müqaviləsinə əsasən bank tərəfindən xoğluna 18 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit limiti açılmışdır. İpoteka predmeti kimi İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsi, 40A nömrəli mənzil yüklü edilmişdir. Daha sonra 30.11.2010-cu il tarixdə 25.05.2004-cü il tarixli 113 saylı ipoteka müqaviləsinə edilmiş razılığa görə xoğluna 140000 AZN məbləğində 60 ay müddətinə kredit verilmişdir. 13.09.2013-cü il tarixdə xoğluna 24 ay müddətinə illik 19 faiz olmaqla 79000 USD kredit verilmişdir. 13.09.2013cü il tarixdə kredit limiti 1. 000.000 AZN müəyyən edilmiş, ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə İddiaçı ilə «xxxx» KB ASC arasında müqavilə bağlanmışdır. 23.11.2015-ci il 101BKƏ/15 saylı kredit müqaviləsi ilə xoğluna 102000 USD məbləğində 18 ay müddətinə illik 18 faiz hesablanmaq şərtilə kredit verilmişdir. Lakin İddiaçı 23.11.2015-ci il 101BKƏ/15 saylı kredit müqaviləsi barədə heç bir məlumatı olmayıb, kreditin məbləği, faizi, müddəti və s qəti olaraq məlumatlı olmamışdır. Hesab edir ki, iddiaçı ilə 13.09.2013-cü il tarixdə bağlanılmış ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında saziş bağlanılmamış hesab olunmalıdır. Belə ki, 23.11.2015-ci il 101BKƏ/15 saylı kredit müqaviləsi ilə xoğluna 102000 USD məbləğində 18 ay müddətinə illik 18 faiz hesablanmaq şərtilə kredit verilmişdir. Qeyd müqavilə müddəti, məbləğ, illik faiz dərəcəsi və s barədə məlumatlı olmamışdır. Qeyd olunan hal, ipoteka qoyanın vəziyyətinin pisləşməsi və məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Belə olan halda ipoteka müqaviləsi bağlanılmamış hesab olunmalıdır. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Halbuki, kredit xətti müqaviləsində müqavilənin mühüm şərtləri olan, kredit müqaviləsinin müddəti, kreditin məbləği, illik faiz dərəcəsi barədə məlumatlar təsbit olunmamışdır.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 18 fevral 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rə dd edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf öz iddiasını “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25.07.2019-cu il tarixli qərarında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqa vilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz” kimi maddəyə əsaslandırır. Halbuki, iş materiallarından göründüyü kimi “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış 25.05.2004-cü il tarixli 113 saylı ipoteka müqaviləsinə əsasən ASC tərəfindən xoğluna 18 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit limiti açılmışdır. İpoteka predmeti kimi İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsi, 40A nömrəli mənzil yüklü edilmişdir. Daha sonra 30.11.2010cu il tarixdə 25.05.2004-cü il tarixli 113 saylı ipoteka müqaviləsinə edilmiş razılığa görə xoğluna 140.000 AZN məbləğində 60 ay müddə tinə kredit verilmişdir. 13.09.2013-cü il tarixdə xoğluna 24 ay müddətinə illik 19 faiz olmaqla 79.000 ABŞ doları kredit verilmişdir. 13.09.2013-cü il tarixdə kredit limiti 1.000.000 AZN müəyyən edilmiş, ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə İddiaçı ilə «xxxx» KB ASC arasında müqavilə bağlanmışdır. 23.11.2015-ci il 101BKƏ/15saylı kredit müqaviləsi ilə xoğluna 102.000 ABŞ dolları məbləğində 18 ay müddətinə illik 18 faiz hesablanmaq şərtilə kredit verilmişdir. Göründüyü kimi “xxxx” KB ASC ilə İddiaçı arasında edilmiş bütün əməliyyatlar 2013-2015-ci il tarixlər arasında edilmişdir. Odur ki, iddiaçı öz iddiasını yuxarıda qeyd edilən normaya istinad edə bilməz. Belə olan halda iddianın təmin olunması mümkün deyil. Ona görə də iddia rədd olunmalıdır. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 06 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi 06.10.2020-cı il tarixli qətna məsinin əsaslandırma hissəsində Kəpəz Rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə minməməsini araşdırmamış və hüquqi qiymət verməmişdir. Halbuki, Kəpəz Rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin hakimi X un icraatındadır (iş nömrəsi: 2(104)4722/2019). Qeyd olunan mülki iş üzrə 17.12.2019-cu il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Qətnamənin əsaslandırma hissəsində qeyd olunur: “İşin müəyyən olunmuş hallarına əsasən borcalan X1 bank qarşısında olan öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə 25 may 2004-cü il tarixdə İddiaçı ilə “xxxx” KB ASC arasında ipoteka müqaviləsi bağlanmışdır, sonradan qeyd olunan ipoteka müqaviləsinə 30 noyabr 2010-cu il tarixdə və daha sonra 13 sentyabr 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiklər edilməsinə dair saziş bağlanmışdır. 13 sentyabr 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiklər edilməsinə dair sazişdən görünür ki, kredit müqaviləsinin limiti artırılaraq 1.000.000 (bir milyon) manat müəyyən edilmişdir. Həmçinin həmin sazişdən görünür ki, kreditin verilməsinin son bitmə tarixi 12.09.2018-ci il müəyyən edilmişdir.” Məhkəmə yanlış olaraq normanın mahiyyətinə zidd hüquqi təfsir edir. 13.09.2013-cü il tarixdə kredit limiti 1.000.000 AZN müəyyən edilmiş, ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə İddiaçı ilə «xxxx» KB ASC arasında müqavilə bağlanmışdır. Bu işin mübahisəsiz halıdır və müzakirə predmeti deyil, 23.11.2015-ci il tarixli kredit müqaviləsi ilə xoğluna 102.000 USD məbləğində 18 ay m üddətinə illik 18 faiz hesablanmaq şərtilə kredit verilsə də, hər iki instansiya məhkəməsi bu halı nəzərə almır. İddiaçı 23.11.2015-ci il tarixli kredit müqaviləsi barədə heç bir məlumatı olmamış, kreditin məbləği, faizi, müddəti və sair qəti olaraq məlumat verilməmiş və bu barədə tərəflərin iradə ifadəsini ortaya qoyacaq razılaşma, müqavilə və ya ikitərəfli əqd yoxdur. Faktiki olaraq vəfat etmiş şəxsin biznes maraqlarına xidmət edən kreditin təminatı olaraq iddiaçıya məxsus əmlakın ipoteka ilə yüklü edilməsi və bu barədə Cəfərova Təranin məlumatı olmaması ipoteka qoyanın vəziyyətinin pisləşməsi və məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Halbuki, kredit xətti müqaviləsin də müqavilənin mühüm şərtləri olan, kredit müqaviləsinin müddəti, kreditin məbləği, illik faiz dərəcəsi barədə məlumatlar təsbit olunmamışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25.07.2019-cu il Konstitusiya Məhkəməsinin qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan ba ğlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi hamin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Bütün qeyd olunan hallar və qanunvericili yin tələbləri Məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

16. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımı nca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

20. Maddə 1.0.7. İpoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

27. X1 bank qarşısında o lan öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə 25 may 2004-cü il tarixdə İddiaçı ilə “xxxx” KB ASC arasında ipoteka müqaviləsi bağlanmışdır, sonradan qeyd olunan ipoteka müqaviləsinə 30 noyabr 2010-cu il tarixdə və daha sonra 13 sentyabr 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiliklər edilməsinə dair saziş bağlanmışdır. 13 sentyabr 2013cü il tarixdə ipoteka müqaviləsinə dəyişiliklər edilməsinə dair sazişdən görünür ki, kredit müqaviləsinin limiti artırılaraq 1.000.000 (bir milyon) manat müəyyən edilmişdir. Həmçinin həmin sazişdən görünür ki, kreditin verilməsinin son bitmə tarixi 12.09.2018-ci il müəyyən edilmişdir.

28. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli X saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı «xxxx» KB ASC-nin xeyrinə 22.07.2014-cü il t arixli, 16mspBKS/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.579.57 ABŞ dolları, faiz borcu üzrə 94.31 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları olmaqla cəmi 2.683,88 ABŞ dolları, 23.11.2015-ci il tarixli 101BKƏ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 102.000 ABŞ dolları, faiz borcu üzrə 7.261.27 ABŞ dolları cərimə borcu üzrə 100 ABŞ dolları olmaqla cəmi 109.361,27 ABŞ dolları olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 112.045,15 (yüz on iki min qırx beş ABŞ dolları on beş sent) milli manat ekvivalentində pulun və eləcə də ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat pulun tutulması, tutmanın ipoteka pr edmeti olan X saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması qət edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, borcalan X1 bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə 25 may 2004-cü il tarixdə İddiaçı ilə “xxxx” KB ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsinin 1.4-cü bəndindən görünür ki, öhdəliyin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda fərdi yaşayış çıxış edir. Bundan əlavə qeyd olunan ipoteka müqaviləsinə sonuncu dəfə 13 sentyabr 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiliklər edilmişdir və kredit müqaviləsinin limiti artırılaraq 1.000.000 (bir milyon) manat müəyyən edilmişdir. Belə olan halda iddiaçının qeyd etdiyi dəlillər əsassızdır.

30. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, 25 may 2004-cü il tarixdə İddiaçı ilə “xxxx” KB ASC arasında ipoteka müqaviləsi və ona edilmiş dəyişiliklər əsasında borcalan X2 30.11.2010-cu il tarixdə 140000 manat, 13.09.2013-cü il tarixdə 24 ay müddətinə 19 faiz olmaqla 79000 ABŞ dolları, 23.11.2015-ci ildə isə 18 ay müddətinə, illik 18 faiz hesablanmaqla kredit verilmişdir. 30.11.2010-cu il tarixdə 140000 manat, 13.09.2013-cü il tarixdə bağlanmış kredit müqavilələri üzrə öhdəliklər borclu X4 tərəfindən icra edilmiş və öhdəli yə xitam verilmişdir. Hazırda isə iddiaçı 23.11.2015-ci il tarixli kredit müqaviləsinə münasibətdə ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsinə dair iddia ilə məhkəmə müraciət etmişdir. Belə olan halda, 23.11.2015-ci il tarixli kredit müqaviləsinə münasibətdə ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsinə dair iddiası təmin edilə bilməz. Belə ki, qeyd olunan kredit müqaviləsinin təminatı kimi 13 sentyabr 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə saziş təşkil edir. Həmçinin qeyd olunan 23.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə də öhdəliyin icrasının təmini əsası da 13 sentyabr 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə saziş təşkil edir. Belə olan halda kollegiya hesab etmişdir ki, qeyd olunan kredit müqaviləsinin bağlanmasını ipoteka qoyan İddiaçı bəyənmiş və öz razılığını ifadə etmişdir. İddiaçı qeyd olunan kredit müqaviləsinə razılıq verməsini həmçinin Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsindən görünür. Belə ki, həmin mübahisə üzrə İddiaçı nümayəndəsi X5 izahatında kredit müqaviləsinin bağlanmasına razılıq verməməsi dəlili deyil, həmin kredit borcundan xəbərdar olduqlarını, maddi imkansızlığa görə ödəyə bilmədiklərini, lakin gələcəkdə müvafiq borcu qaytaracaqlarını bildirmişdir. Qeyd olunan hallara qiymət verərək kollegiya qeyd etmişdir ki, hazırki iş üzrə apellyatorun kredit müqaviləsinin bağlanmasına razılıq verilməməsi barədə dəlili əsassızdır.

31. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnam ənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0. 1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48ci maddələrinin və Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.

32. Hazırkı iş üzrə iddia ərizəsi isə 05.12.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli qərardadı ilə icraata götürülmüşdür.

33. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar