Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2353/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Qasımov, iş 2(008)-5852/2018) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), hakimlər X.Cəmilova və İ.Xəlilov, iş № 2(103)-11325/2018 ) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhə ri Sabunçu rayon məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxx 2013-cü il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləğinin azaldılması və İddiaçı hər ay qazancının 1/4 hissəsində alimentin, habelə uşağın müalicəsi üçün hər ay 50 (əlli) manat əlavə xərcin alınaraq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı v erilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etmə klə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Şuşa rayon məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin nikahlarının pozulması, birgə nikahlarından dünyaya gəlmiş 08 may 2013-cü il təvəllüdlü Fərhad Quliyevin anası Cavabdeh himayəsinə verilməsi və onun saxlanılması üçün iddiaçıdan aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmiş; sonradan Cavabdeh X3rşı “alimentin miqdarının artırılması tələbinə dair yeni iddia qaldırmış, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 12 aprel 2018-cı i! tarixli qətnaməsinə əsasən, Şuşa rayon məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, iddiaçıdan (İddiaçı) qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında və eləcə də hər ay 20 manat sabit pul məbləğində alimentin, habelə uşağın müalicəsi üçün hər ay 50 manat əlavə xərcin tutulması qərara alınmışdır. İddiaçı Hava NPİ-nin PPX-ində polis baş leytenantı işləyir və aylıq qazancı 553 manat təşkil edir; o, 17 avqust 2017-ci il tarixdə X5 ilə yenidən nikaha daxil olmuş və bu nikahından 30.05.2018-ci il tarixdə (yəni, alimentin miqdarının artırılmasından sonra) Rufid adını verdikləri uşaqları dünyaya gəlmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC-də satış üzrə məsləhətçi vəzifəsində işləyir və 2018-ci ilin yanvarsentyabr ayları üzrə ona müvafiq olaraq 882.39 manat, 683.67 manat, 1001.59 manat, 838.36 manat, 990.86 manat, 749.82 manat, 533.20 manat, 567.64 manat və 638 manat məbləğində əmək haqqı hesablanmışdır; iddiaçı məhz bu hallara əsaslanmaqla əvvəllər müəyyənləşdirilmiş alimentin məbləğinin azaldılmasını istəmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Sabunçu Rayon Məhkəməsi 12.04.2018-ci il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında və eləcə də hər ay 20 manat sabit pul məbləğində alimentin, habelə uşağın müalicəsi üçün hər ay 50 manat əlavə xərcin (cəmi 208 manat) tutulmasını müəyyənləşdirərkən yuxarıda qeyd edilən hallar araşdırma predmeti olmamış və həmin qətnamənin qəbul edilməsindən daha sonra ortaya çıxmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq " müəyyən edilir. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəalar alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatımı səviyyəsinin müm kün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur, iddiaçının ikinci dəfə ailə qurduğunu və bu nikahından övladının dünyaya gəldiyini, habelə cavabdehin özünün də kifayət qədər normal qazanc əldə etdiyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan tutulmalı olan alimentin sabit pul məbləğində olan hissəsinin, yəni 20 manatın tutulmasının davam etdirilməsi ədalətli deyildir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını nəzərdən keçirib belə qənaə tə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş sübutlar əsasında yeni qətnamə qəbul olunmalı, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi müəyyən edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən 08 may 2013-cü il təvəllüdlü X1 üçün aylıq qazancının 1/4 hissəsi miqdarında və eləcə də hər ay 20 manat sabit pul məbləğin də alimentin, habelə uşağın müalicəsi üçün hər ay 50 manat əlavə xərcin tutulması məhz uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 30 may 2018-ci il tarixdə Rufid adlı uşağının anadan olması Sabunçu rayon məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi üçün kifayətedici əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4.-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya şikay ətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2353/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2353/2019
05.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver